Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? .....                     İranla danışıqlar yaxşı gedir .....                     Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... " .....                     Azərbaycanda vəzifəli şəxs .....                     “Əri bıçaqla onun başının üstündə dayanmışdı” .....                     Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı .....                     Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib .....                     Azərbaycan təhsilində “heyvagülü” siyasəti .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     Şəhla müəllim hadisədən sonra ilk dəfə .....                     AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır .....                     Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib .....                     Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər .....                     “Yuska Şamxorski”nin həbsinin pərdəarxası .....                     Sabah 25 ilin qanlı sirri çözülə bilər .....                     Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma .....                     “Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu” .....                     Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb .....                     Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! .....                     Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi .....                     "İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib .....                     "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə .....                     AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb .....                     Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir .....                     BP BTC-nin operatorluğunu ötürür .....                     ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” .....                     Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub .....                     "Başı gedib, amma sənətdən getmir..." .....                     İrəvanda Rusiya vətəndaşını döydülər .....                     Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... .....                     Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı .....                     Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     Rəsulzadənin irsi və Heyətin memarlığı: .....                     Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib .....                     Elgiz Əkbərin ailəsinə ağır itki üz verib .....                     QDTİB AZAL ilə müqavilə imzalayıb .....                     16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... .....                     Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır .....                     Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? .....                 

"AZƏRBAYCAN" QƏZETİ "REKET" ELAN OLUNA BİLƏR
Tarix: 9-11-2011, 13:00 | Çap et
"AZƏRBAYCAN" QƏZETİ "REKET" ELAN OLUNA BİLƏR

ƏGƏR NAZİRLƏR ŞİKAYƏT ETSƏLƏR...

"Azərbaycan" qəzetinin 3 noyabr 2011-ci il tarixli sayında "Hazırın nazirləri" başlıqlı məqalə dərc olunub. Məqalədə dövlət məmurları əməlli-başlı ifşa olunub. özü də ucdantutma. çünki konkret ad çəkilmədən nazirlər və digər yüksək vəzifəli dövlət məmurları Prezidentin tapşırıqlarını yerinə yetirməməkdə, vətəndaşlaroın şikayətlərinə baxmamaqda, özləri üçün vəzifələrindən şəxsi rahatlıq üçün istifadə etməkdə və s. ittiham edilir.

"Hazırın nazirləri" məqaləsi belə başlayır: "Daxili telefonun qəfil zəngi aranı qarışdırdı, hamı bir-birinə dəydi. Buraxılış şöbəsinin əməkdaşı əlindəki qələmi kənara ataraq mühafizə polisi ilə birlikdə qəbul otağına toplaşanları qova-qova bayıra çıxarmağa, binanın əsas giriş qapısında keşik çəkən digər mühafizə polisi isə tələm-tələsik ətrafı avtomobillərdən təmizləməyə başladılar. Elə bu an yuxarı mərtəbədən qaça-qaça boynu qalstuklu iki nəfər düşdü - biri giriş qapısında, digəri liftin qarşısında farağat vəziyyəti aldılar. Xeyir, bu binada işləyənlərin fövqəladə vəziyyətlərdə sayıqlığını yoxlamaq üçün keçirilən təlim deyildi, sadəcə, "cənab nazir" (sədr, rəis, baş direktor və digərləri, fərqi yoxdur) işə gəlirdi... Və yəqin ki, ara-sıra hansısa nazirliyə, komitəyə, digər mərkəzi icra orqanlarına yolu və işi düşənlər belə hadisə ilə az qarşılaşmayıblar. Bəli, nə qədər qəribə də olsa, bu gün bizdə bəzi nazirlərin, sədrlərin, rəislərin, baş direktorların gündəlik vəzifə borclarını yerinə yetirmək üçün işə gəlmələri əsl hadisəyə çevrilir. Hələ onların xüsusi cangüdənlər saxlamasını, xidməti avtomobillərinin müşayiət olunmasını və başqa görünməmiş mühafizə tədbirlərindən istifadə etmələrini demirik. Bu cür "atribut"lar artıq çoxdan onların iş və həyat tərzinin ayrılmaz hissəsidir. Sıravi məmurlardan seçilmək, sadə camaatdan qorunmaq üçün... Baxmayaraq ki, birbaşa vəzifələri sıravi məmurlarla birlikdə sadə camaata xidmət etməkdir".

***

Qəzet daha sonra keçmişi xatırlayır: "Ulu öndər Heydər Əliyevin müşavirələrin birində nazirlərin işdəki davranışına özünəməxsus tərzdə şirin yumorla tutduğu iradı yəqin hamı xatırlayır. "Evdə həyat yoldaşına çay süzdürə bilməyən kabinetinə çay gətizdirir". O vaxt elə nazir qalmadı ki, əhali Prezidentin kimə işarə vurduğunu ona aid etməsin. Bu, Heydər Əliyevin xalqın ürəyindən tikan çıxaran, ilk baxışdan adi, əslində isə rəhbər işçilərə necə işləmək lazım olduğunu anladan növbəti, sözün hər mənasında böyük dərs idi. Məhz bu zarafatla deyilmiş gerçək iraddan sonra yüksək çinli məmurlar davranış və iş qrafiklərinə "redaktə"lər etdilər, tez-tez yerlərdə oldular, əhali ilə mütəmadi görüşməyə, insanların dərd-sərini, problemlərini öyrənməyə, cavabdehlik daşıdıqları sahələrə daha məsuliyyətlə yanaşmağa başladılar. Başlıcası isə istər işdə, istərsə də kənarda hər cür lazımsız təm-təraqdan, qanunsuz imtiyazlardan imtina etdilər..."

Maraqlıdır ki, "Azərbaycan" rəsmi dövlət qəzeti olaraq müstəqil mətbuatın yazdıqları bu mövzulara həmişə tənqidi yanaşıb, bəzən həmin KİV-ləri böhtan atmaqda qınayıb, amma indi özü məmurların özbaşınalığına münasibətini sərgiləməyə başlayıb: " Bu gün camaat yüksək çinli məmurların əksəriyyətini ya tədbirdən tədbirə televizor ekranlarında görür, ya da haqlarında qəzet səhifələrində oxuyurlar. Onlarla üzbəüz görüşmək demirik, təsadüfən rastlaşmaq da ehtimalı yox dərəcəsində olan hadisələrdəndir. Hətta baxmayaraq ki, ayda bir dəfə qəbuluna gələnləri dinləyib tədbir görmək onların birbaşa vəzifə borclarına aiddir, onu da etmirlər. Ən yaxşı halda qəbulu müavinləri keçirirlər. Onların da ki, adətən, "birinci"dən xəbərsiz oturduqları stulun yerini dəyişməyə belə səlahiyyətləri olmur. İndi gəl, dərdinin çarəsini tap".

***

Qəzet sonra sual edir: "...Yaxşı, bəs haradadır məsuliyyəti çox, işləri yox bəzi "birinci"lər? Kabinetdə oturmurlar (inanmırsınız, zəng edin, köməkçidən və ya katibədən "yerində yoxdur" cavabından savayı bir söz eşitməyəcəksiniz), yerlərə getmirlər (bir neçə nazirlik istisna olmaqla). Əgər fikirləşirlərsə ki, həftədə bir dəfə poçta baxıb sənədlərə dərkənar qoymaqla, hansısa əcnəbi qonaqla görüşməklə və xarici ölkələrə saysız ezamiyyətlərlə vəzifələrinin öhdəsindən gəlmiş hesab olunurlar, yanılırlar. Yanılırlar ona görə ki, dövrün və dövlətin tələbi fərqlidir və bu fərqin nədən ibarət olduğunu Prezident belə açıqlayır: "Hər bir məmur heç də hamıdan yüksəkdə durmadığını başa düşməli, xalqın iradəsinin icraçısı olduğunu, bir sözlə, cəmiyyətin, dövlətin onun üzərinə böyük məsuliyyət qoyduğunu dərk etməlidir... Əsas tələb ondan ibarətdir ki, hər bir vəzifəli şəxs, hər bir məmur öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsin, öz əməyi, öz zəhməti ilə ümumi işimizə töhfəsini versin, insanlara diqqət, qayğı göstərsin". Amma insanlara diqqət, qayğı o vaxt olur ki, gərək bunu istəyəsən və xidməti vəzifəni dövlət başçısının bu tövsiyə xarakterli tələbləri çərçivəsində həyata keçirəsən. Yoxsa camaatdan qaçıb gizlənməklə, cavabdeh olduğun sahədəki vəziyyəti yalnız şablon arayışlardan öyrənməklə, yerlərə yalnız, Allah eləməmiş, təbii fəlakət üzündən yaranan fövqəladə vəziyyət zamanı baş çəkməklə (çox vaxt da ayaqüstü) bu nümunədən doğan tələbə cavab vermək mümkün deyil. Elə əsasən ona görə bu gün əksəriyyət məzmunundan asılı olmayaraq qarşılaşdığı hər hansı problemin həlli üçün aidiyyəti icra qurumlarından çox, daha yüksək və səlahiyyətli ünvanlara üz tutmağa üstünlük verir. Bilirlər ki, probleminin aid olduğu qurumda "birinci"nin qəbuluna düşə bilməyəcək. Görüşə biləcəyininsə hansısa problemi yoluna qoymaq səlahiyyəti olmayacaq. Haradan olacaq ki? Onların özləri "birinci"ni ayda-ildə bir-iki dəfə görsələr yaxşıdır. çünki bəzi cənab "birinci"lər özlərini təkcə əhalidən yox, tabeliyindəki işçilərdən də təcrid ediblər".

Qəzet nazirlərdən birini isə lap rüsvay edib: "Mərkəzi qurumlarından birində xidmət rəhbəri işləmiş tanışım deyir ki, orada "birinci" ilə görüşmək üçün yazılı müraciətlə köməkçiyə müraciət olunmalı, köməkçi həmin müraciəti poçta qoymalı, "birinci" vaxt tapıb poçta baxanda (bəzən bu günlərlə çəkir) ona razılığı əks etdirən dərkənar qoymalıdır. Yalnız həmin "prosedur"lardan sonra qəbula düşmək şansı yaranır. Amma bu şans da o demək deyil ki, görüş baş tutacaq. Dərkənarda göstərilən gün "birinci"nin işdə və ya vaxtı olub-olmaması məsələsi var. Belə şəraitdə kiçik məmurların hansı səlahiyyətindən söhbət gedə bilər. Odur ki, bu cür daxili rejimin hökm sürdüyü qurumlarda çalışan sıravi işçilər yalnız kargüzarlıqla və bir pillə yuxarıdan verilən tapşırıqların müzakirəsiz icrası ilə məşğul olurlar. Düzdür, bu, onların birbaşa vəzifə borclarına daxil olan fəaliyyətdir. Amma bir məsələ də var ki, belə anormal mühitin hökm sürdüyü yerlərdə işçilərin təşəbbüskarlığı olmur, olsa da ona əhəmiyyət verilməyəcəyi səbəbindən üzə çıxarılmır və beləliklə, adətən, gənclərdən ibarət sıravi məmurlar, türklər demiş, "şunu aparıb, şunu gətirən" robota çevrilirlər. Bunu qəbul etməyənlər, perspektivsiz məşğuliyyət sayanlarsa öz bilik və bacarıqlarının, enerji və təşəbbüslərinin realizəsi mümkün olan işə, xüsusən özəl sektora üz tuturlar".

Qəzet ironiya ilə nazrlərimizi xaricətəcrübə mübadiləsinə göndərməyi də təklif edir: "...Bəlkə bundan sonra vəzifəli məmurlarımıza və onlara bənzəmək istəyən iş adamlarına xarici ezamiyyətlər zamanı əcnəbi həmkarlarının camaatla və öz işçiləri ilə davranış, eləcə də məsuliyyət daşıdıqları sahələrə rəhbərlik etmək qaydalarını öyrənmələri də tapşırılsın. Yoxsa onların hətta işə gəlib-getmələri hadisə olmaqda hələ çox davam edə bilər".

***

Maraqlıdır ki, qəzet bu məqalədə yüksək çinli məmurlı, xüsusən də nazirləri fəaliyyətsizlikdə ittiham etməklə, həm də dolayısı ilə Prezident Administrasiyası və Nazirlər Kabineti aparatını də pis vəziyyətə qoyub. çünki hamı bilir ki, həmin nazirlər və digər yüksək vəzifəli məmurlar adı çəkilən bu iki qurum rəhbərlərinə tabedirlər. Deməli, nazirlərin və digər məmurların işinə də ən azı Prezident Administrasiyası səviyyəsində nəzarət yoxdur, yaxud da çox pisdir. Bu lap təhsil naziri Misir Mərdanovun ABU-da saxta diplom verilməsinin günahını Elşad Abdullayevdə axtarmasına bənzəyir...

İbrahim Xəlil










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? - İLGİNC
Bu gün, 17:02
İranla danışıqlar yaxşı gedir - Tramp
Bu gün, 16:58
Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... "
Bu gün, 15:45
Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Bu gün, 15:44
“Əri bıçaqla onun başının üstündə dayanmışdı” – Şahid DANIŞIR
Bu gün, 15:41
Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı - “Nezavisimaya qazeta”
Bu gün, 15:33
Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Bu gün, 15:31
Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
Bu gün, 15:09
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Bu gün, 15:05
Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
Bu gün, 14:57
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır - DİQQƏT
Bu gün, 14:50
Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib - “Newsarmenia”
Bu gün, 14:43
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
Bu gün, 14:23
“Yuska Şamxorski”nin həbsinin pərdəarxası – yeni detallar
Bu gün, 14:17
Sabah 25 ilin qanlı sirri çözülə bilər – “Dəyirman Vahid”in işində məhkəməni kim gözlədir?
Bu gün, 14:10
Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma – Bakıdan ŞİLLƏ kimi CAVAB
Bu gün, 13:16
“Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”
Bu gün, 13:12
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb
Bu gün, 13:09
Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! - Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI
Bu gün, 13:02
Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi - VİDEO
Bu gün, 12:56
"İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM
Bu gün, 12:53
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə CƏZA İSTƏNİLİB
Bu gün, 12:47
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb - DİQQƏT!
Bu gün, 12:43
Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Bu gün, 12:38
BP BTC-nin operatorluğunu ötürür "SOCAR Midstream Operations" MMC-yə...
Bu gün, 12:33
ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub - ƏMR
Bu gün, 12:19
"Başı gedib, amma sənətdən getmir..." – Nadir Qafarzadə
Bu gün, 12:15
İrəvanda Rusiya vətəndaşını döydülər - TƏFƏRRÜAT
Bu gün, 12:14
Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... - ONA GÖRƏ DƏ...
Bu gün, 12:11
Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO
Bu gün, 12:08
Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib
Bu gün, 12:05
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:02
Rəsulzadənin irsi və Heyətin memarlığı: - masonluq Azərbaycanda necə canlanır?
Bu gün, 11:59
Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib - AY MAŞALLAH...
Bu gün, 11:56
Elgiz Əkbərin ailəsinə ağır itki üz verib
Bu gün, 11:49
QDTİB AZAL ilə müqavilə imzalayıb
Bu gün, 11:46
16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:39
Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır - TƏFƏRRÜAT
Bu gün, 11:17
Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? - “Hraparak”
Bu gün, 11:14
Hafiz Paşayevdən nazirə: -HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ /VİDEO
Bu gün, 11:05
Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal - ŞƏRH
Bu gün, 11:01
Media niyə süni intellektə üz tutur? - AKTUAL
Bu gün, 10:59
"BakıKart"ın satış qiyməti ARTDI
Bu gün, 10:53
Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib - “UNIAN“
Bu gün, 10:40
Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 10:31
Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 10:25
Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib - SƏBƏB
Bu gün, 10:22
Kremlin İrəvana sərt ultimatumu - GƏLİŞMƏ
Bu gün, 10:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru