TƏBİB-də “islahat” belə olur? .....                     Seyran Ohanyana qarşı cinayət təqibi başlanıb .....                     Rüfət Əzizova qarşı AĞIR FETÖ İTTİHAMI .....                     Bərdə sakini baş həkimə MÜRACİƏT etdi: O adam xəstəmizi öldürdü... .....                     Bişkekdən sonra Putin Paşinyana qarşı nələr edəcək?.. .....                     Məhkəmə vəzifəlilərə müqavimət göstərən şəxslə bağlı qərar çıxardı .....                     “QHT işi” üzrə ittiham olunan Hafiz Həsənova cəza istənildi .....                     Behrud kəndini BİRƏ BASIB... sakinlərin ümidi ALLAHA QALIB... .....                     İşçilər SOCAR rəhbərliyindən XAHİŞ EDİR Kİ... .....                     Bakıda 165 ailə nazirdən KÖMƏK İSTƏDİ... .....                     Ermənistan istəməsə, Rusiyanın Gümrüdə hərbi bazası olmayacaq .....                     Gümrüdəki hərbi baza: müttəfiq, yadigar, yoxsa sövdələşmə əşyası? .....                     “Yapı Kredi Bank Azərbaycan”ın Müşahidə Şurasına yeni üzv seçilib .....                     “Bütün rüşvət işlərini o idarə edib!” .....                     Gecə saatlarında Zəngəzura girdilər .....                     İradənin dərin kürək dekoltesi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq .....                     Polis əməkdaşına müqavimət göstərən taksi sürücüsü ilə bağlı .....                     Nizami rayonunda AĞACYEYƏNLƏRDƏN növbəti vandalizm... .....                     Köçəryan azad edilir, Ermənistan dəmir yollarını geri alır .....                     Azərbaycan qlobal güclər və regional oyunçular üçün niyə bu qədər əhəmiyyətlidir? .....                     "NEHRƏM" MTK-nın dövlətə borclandı .....                     ABŞ yeni taktika çərçivəsində İranın iki tankerinə hücum edib .....                     Putindən Qarabağla bağlı yeni açıqlamalar.... .....                     Sentyabrda bu ərzaqlar bahalaşa bilər .....                     İran-ABŞ gərginliyində YENİ ŞTRİX... .....                     Əmrullayevin təhsil sistemindəki AYAQYOLU İSLAHATI .....                     "Bizim hökumət 15 gün öncəni belə düşünmək istəmir..." .....                     Buranın adından da DƏLƏDUZLUQ fışqırır .....                     Ölkədə M10 ÖZBAŞINALIĞI davam edir .....                     SOCAR borc içində batan ABŞ şirkətinə MİLYARDLAR YATIRIR .....                     9-cu aydır ki, maaşlarını ala bilmirlər... .....                     İkibaşlı səhiyyə sistemi NECƏ İFLİC OLDU... .....                     Ərzaq təhlükəsizliyimiz cənab Təhməzliyə əmanətdirsə... .....                     Bu da Cavid Qurbanovun GÖRDÜYÜ İŞ... .....                     Ermənilərin 2 sentyabr .....                     Abxazlar gürcülərə nifrət edirlər, bu məsələnin həlli yoxdur .....                     Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? .....                     Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb .....                 

Teleaparıcı Şəhla Hüseynova: "Qayınanam olmasa idi, çoxdan boşanmışdım..."
Tarix: 8-04-2015, 08:50 | Çap et
Teleaparıcı Şəhla Hüseynova: "Qayınanam olmasa idi, çoxdan boşanmışdım..."
DİA.AZ teleaparıcı Şəhla Hüseynovanın Milli.Az-a müsahibəsini təqdim edir:

- Şəhla xanım, uşaqlığınızı necə xatırlayırsınız?

- Sözün düzü, xatırlamaqla bitmir, çünki mən hələ də uşağam. Böyüməmişəm ki... (gülür).

- Bir zamanlar Çiçəyin səsi çoxlarının qulağına xoş gəlirdi, qəlblərə yağ kimi yayılırdı... O səsə qulaqlar çox alışmışdı... Amma nədənsə bir sükut, bir durğunluq oldu bir ara. Səbəb nə idi?

- Həmin ərəfədə mən radiodan uzaqlaşmışdım. Başım ailəmə qarışmışdı. Həm də ailə qurandan sonra işləməyəciyimə dair söz vermişdim yoldaşıma.

- Niyə söz vermişdiniz? İşləməyinizin əleyhinə idi?

- Həyat yoldaşım çox qısqanc insandır. İşləməyimi istəmirdi. Onu incitməmək üçün, narahat olmaması üçün mən də işdən uzaqlaşmağa qərar vermişdim. Biz tanış olanda heç o, mənim radioda işlədiymi bilmirdi.

- Doğurdan?! Maraqlıdır, bəs biləndə reaksiyası necə oldu?

- Həyat yoldaşım məni avtomobildə görüb. Sonra haqqımda maraqlanmağa başlayıb. Arayıb-araşdırıb. Biz danışdığımız ərəfədə mən dəfələrlə ondan soruşurdum ki, radioda hansı aparıcını dinləyirsən? Deyirdi ki, Çiçəyə qulaq asıram. Soruşurdum ki, necə insandır, barəsində nə eşitmisən? Hər dəfə deyirdi ki, barəsində yaxşı danışırlar. Bir dəfə dedim ki, axı Çiçəyin haqqında yaxşı danışmırlar... Dedi ki, onun haqqına girmə, pis qız yoxdu, pis oğlan var. Bu sözdən sonra mən ona vuruldum. Ailə qurmağa qərar verdim.

- Bu, sizin ilk sevginiz idi?

- Xeyr, ondan qabaq sevmişdim, amma alınmamışdı. Mən qədərə, qismətə çox inanan insanam. Yəqin ki, xeyirlisi belə imiş.

- Yaşadığınız o sevgi qarşılıqlı idi?

- Xeyr, bəlkə də onun xəbəri yox idi. Platonik bir sevgi idi desək, daha doğru olar.

- Artıq neçə ildir ki, ailəlisiniz?

- Səkkiz ilə yaxındır.

- Səhv etmirəmsə, bir övladınız var...

- Bəli, bir oğlum var.

- Adı nədir?

- Onu iki adla çağırırıq - Məhəmməd və Vəqqas. Məhəmməd adını peyğəmbərimizin adından götürmüşük, Vəqqas adını isə dünyaca məşhur olan bir insan bizə məsləhət görüb. Amma o şəxsin ismini açıqlamaq istəmirəm. Onu da deyim ki, Vəqqas Məhməmməd peyğəmbərin ən sevimli sahabələrindən biri olub.

- Allah saxlasın... Diqqətimi çəkən başqa bir məqam var. Həyat yoldaşınızın çox qısqanc olduğunu deyirsiniz. Belə hədsiz qısqanclıq sizi yormur?

- Əvvəl çox bezirdim, yorulurdum. İndi isə alışmışam. Normal qəbul edirəm. Sözün düzü, ilk öncə elə bilirdim, bu, mənə qarşı olan inamsızlıqdır, amma sonra gördüm ki, onun sevgisindən irəli gəlir. Bir ara aramızda tez-tez mübahisələr olurdu. Hətta dəfələrlə boşanmaq istəmişəm. Qayınanam olmasa idi, çoxdan boşanmışdım. Bizim mübahisələrimiz zamanı o, həmişə araya girib, hətta mənə görə öz oğluna əl də qaldırıb. Deyib ki, bu qıza güldən ağır söz deməyəcəksən. O, mənim üçün qayınana deyil, sözün əsl mənasında, anadır. Amma mən yaxşı gəlin deyiləm.

- Niyə belə düşünürsünüz?

- Çünki onun haqqını lazımınca verə bilmirəm. Ona qulluq edə bilmirəm.

- Bəs efirə qayıtmağınız necə oldu?

- Gördüm ki, artıq qala bilmirəm. İşimi çox sevirəm. Onsuz xoşbəxt ola bilmirəm. Həyat yoldaşım da bunu görürdü. Bir gün mənə dedi ki, mən sənin xoşbəxtliyin üçün çalışıramsa, işləməyinə də izn verməliyəm. Beləliklə, yenidən efirə qayıtdım.

- Amma simanız görünməyəndə daha da maraqlı idiniz tamaşaçılara... Necə düşünürsünüz?

- Əlbəttə, onda radio proqramları da az idi, seçilmək, fərqlənmək olurdu. Dinləyici kütləsi də çox idi. Əslində, radio aparıcısı üzünü tamaşaçıya göstərməməlidir. Nə qədər gizli qalsa, bir o qədər də maraqlı olur. Ancaq efirə çıxmağın vaxtı yetişmişdi. Şükürlər olsun ki, indi də tamaşaçı kütləm az deyil. Hələ maraqdan düşməmişəm (gülür).

- Bəs sizin üçün maraqdan düşən nədir?

- Elə bir şey yoxdur. Həyat gözədir. Onu maraqlı və rəngarəng etmək də bizim öz əlimizdədir.

- Geyim tərzinizi necə müəyyənləşdirirsiniz? Açıq libaslardan, qısa ətəklərdən istifadə edirsiniz?

- Bəli, bu barədə kompleksim yoxdur, nə də ki, heç bir qadağa qoyulmayıb. Əgər yaraşırsa, istədiyim geyimi geyinirəm.

- Hansı məqamlarda susursunuz?

- Qeybət olanda susuram. Yanımda qeybət edənləri də yanımdan uzaqlaşdırıram, ya da həmin yeri özüm tərk edirəm.

- Amma sizin də arxanızca çox danışırlar. Yəqin ki, gəlib qulağınıza çatır.

- Bəli, eşidirəm. Ən çox da boşandığımı iddia edirlər (gülür). Amma indi mənim üçün heç nə maraqlı deyil. Reaksiya vermirəm. Əksinə, onlar qeybət etdikcə mən sevinirəm. Mənim günahlarımı yuyurlar (gülür).

- Əliniz nəyə öyrəşib?

- Əlim işimlə əlaqədar olaraq kompüterin düymələrinə, pulta, qulaqcığa və s. öyrəşib (gülür).

- Dünyanı bir quyu təsəvvür edək... Siz o qoyudan ipi dartdıqca nə çıxır?

- Heç nə... Boşluq... Dünyada nə varsa, dünyada qalacaq. Nə qədər sərvət çıxsa da, faydası yoxdur...

- Nəticə etibarı ilə nə demək istəyirsiniz?

- Onu demək istəyirəm ki, dünya fanidir. Dünya malına görə heyfslənmək olmaz. İnsan heç nəyi özünə dərd etməməlidir. O biri dünyanı fikirləşmək lazımdır. Çünki heç kim özü ilə heç nə aparmayacaq. Bizə qalan yalnız və yalnız yaxşı əməllər olacaq. Ən əsası da yaradılanı Yaradana görə sevək...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TƏBİB-də “islahat” belə olur? — Rəhbərlər dəyişir, həkimlərin maaşı əriyir!
Bu gün, 11:24
Seyran Ohanyana qarşı cinayət təqibi başlanıb - "Armenpress"
Bu gün, 11:20
Rüfət Əzizova qarşı AĞIR FETÖ İTTİHAMI - “Araşdırılsın”
Bu gün, 11:13
Bərdə sakini baş həkimə MÜRACİƏT etdi: O adam xəstəmizi öldürdü... - İTTİHAM VAR...
Bu gün, 11:05
Bişkekdən sonra Putin Paşinyana qarşı nələr edəcək?.. – Gümrü, Qarabağ... - Azərbaycan üçün təhlükələr...
Bu gün, 10:58
Məhkəmə vəzifəlilərə müqavimət göstərən şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:55
“QHT işi” üzrə ittiham olunan Hafiz Həsənova cəza istənildi - TƏFƏRRÜAT
Bu gün, 10:54
Behrud kəndini BİRƏ BASIB... sakinlərin ümidi ALLAHA QALIB... - NARAZILIQ VAR...
Bu gün, 10:41
İşçilər SOCAR rəhbərliyindən XAHİŞ EDİR Kİ... - "Düşünürük ki, bu, heç bir çətinlik törətməz..."
Bu gün, 10:37
Bakıda 165 ailə nazirdən KÖMƏK İSTƏDİ... - MÜRACİƏT
Bu gün, 10:30
Ermənistan istəməsə, Rusiyanın Gümrüdə hərbi bazası olmayacaq - Putin
Bu gün, 10:24
Gümrüdəki hərbi baza: müttəfiq, yadigar, yoxsa sövdələşmə əşyası? - Görünəni odur ki...
Bu gün, 10:21
“Yapı Kredi Bank Azərbaycan”ın Müşahidə Şurasına yeni üzv seçilib - BUNDAN SONRA...
Bu gün, 10:15
“Bütün rüşvət işlərini o idarə edib!” - Kürəkənlə üzləşən zərərçəkən DANIŞDI
Bu gün, 10:06
Gecə saatlarında Zəngəzura girdilər – Şad xəbər açıqlandı
Bu gün, 10:02
İradənin dərin kürək dekoltesi - Foto
Bu gün, 09:58
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:54
Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq
Bu gün, 09:11
Polis əməkdaşına müqavimət göstərən taksi sürücüsü ilə bağlı QƏRAR
Bu gün, 08:32
Nizami rayonunda AĞACYEYƏNLƏRDƏN növbəti vandalizm... - AXI NİYƏ?..
Bu gün, 08:25
Köçəryan azad edilir, Ermənistan dəmir yollarını geri alır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Azərbaycan qlobal güclər və regional oyunçular üçün niyə bu qədər əhəmiyyətlidir? - ARAŞDIRMA
Bu gün, 08:10
"NEHRƏM" MTK-nın dövlətə borclandı - FOTO
Bu gün, 08:06
ABŞ yeni taktika çərçivəsində İranın iki tankerinə hücum edib - "Axios"
Bu gün, 08:04
Putindən Qarabağla bağlı yeni açıqlamalar.... - AKTUAL
Bu gün, 08:03
Sentyabrda bu ərzaqlar bahalaşa bilər - SİYAHI
Bu gün, 07:59
İran-ABŞ gərginliyində YENİ ŞTRİX... - GƏLİŞMƏ
Bu gün, 07:48
Əmrullayevin təhsil sistemindəki AYAQYOLU İSLAHATI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:36
"Bizim hökumət 15 gün öncəni belə düşünmək istəmir..." - REPLİKA
Bu gün, 07:27
Buranın adından da DƏLƏDUZLUQ fışqırır - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:10
Ölkədə M10 ÖZBAŞINALIĞI davam edir - DAHA BİR ETİRAZ...
Bu gün, 07:04
SOCAR borc içində batan ABŞ şirkətinə MİLYARDLAR YATIRIR - BU NƏDİ BELƏ?
Bu gün, 06:58
9-cu aydır ki, maaşlarını ala bilmirlər... - MÜRACİƏT
Bu gün, 06:53
İkibaşlı səhiyyə sistemi NECƏ İFLİC OLDU... - BU FAKTDIR!
Bu gün, 06:42
Ərzaq təhlükəsizliyimiz cənab Təhməzliyə əmanətdirsə... - AKTUAL
Bu gün, 06:38
Bu da Cavid Qurbanovun GÖRDÜYÜ İŞ... - FOTOFAKT
Bu gün, 06:33
Ermənilərin 2 sentyabr TƏDARÜKÜ...
Dünən, 17:54
Abxazlar gürcülərə nifrət edirlər, bu məsələnin həlli yoxdur - Saakaşvili
Dünən, 17:52
Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? – ƏCAİB QİYMƏTLƏR
Dünən, 17:37
Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb - "Pakdad"da nə baş verir?
Dünən, 17:25
İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
Dünən, 17:13
“VNT-Azərbaycan Logistik” şirkəti kapitalını kəskin azaltdı
Dünən, 17:05
Yevlaxda 657 minlik tender ləğv edilib - DETALLAR
Dünən, 17:04
“Azərbaycan Sənaye Bankı”nın sədri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Dünən, 16:57
Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi - AÇIQLAMA
Dünən, 16:52
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı – Son qiymətlər
Dünən, 16:50
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Dünən, 16:44
Putin və Pezeşkian Tehran və Vaşinqton münasibətlərindəki problemləri müzakirə ediblər - "İnterfaks"
Dünən, 16:41
Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 16:33
"Xadimə və satıcı eyni adamdır" - "Bravo"dan şikayət
Dünən, 16:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru