"UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" .....                     Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm .....                     Özümü Paşinyansız düşünə bilmirəm .....                     İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək .....                     Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq .....                     Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb .....                     Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb .....                     “Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib .....                     Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi .....                     “SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... .....                     Rusiya Xerson vilayətinə zərbə endirib, .....                     Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... .....                     Paşinyan Putindən qorxaraq geri çəkildi: .....                     Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi .....                     Putin Paşinyanın telefonunu niyə götürmədi? .....                     2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik .....                     Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək .....                     İsrail Müctəba Xameneini ölümə məhkum edib .....                     "Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." .....                     ASTANA NƏ EDƏCƏK? .....                     Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu .....                     "Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib .....                     Çatışmazlıqların acı dadı: .....                     Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? .....                     Azərbaycanda 786 min ailənin “evi yoxdur” .....                     Paşinyan Ursula Fon der Lyayenlə görüşüb .....                     "BAX, BU AYRI `LEVEL`DİR..." .....                     Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir .....                     Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər .....                     "Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." .....                     Azərbaycanda ət bahalaşa bilər... .....                     Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? .....                     Bloger “Space TV”də yeni veriliş aparacaq .....                     Avtomobil bazarında durğunluq var: .....                     Restoranda açıq geyimə görə QALMAQAL .....                     Knyaz Həsənov Ermənistan parlamentinin ilk iclasında... .....                     Güney Azərbaycanlı fəal zindanda məmurlar tərəfindən vəhşicəsinə döyüldü... .....                     Atasını müdafiə etmək istəyən oğul həmkəndlisini bıçaqlayaraq öldürdü .....                     Paşinyan Müdafiə Nazirliyinə də ƏL GƏZDİRİR .....                     "Yanan maşınlardan biri mənə məxsusdur" .....                 

“Babək Niftəliyev dövlət tədbirində gəlib Şəfiqə xanımın önünü kəsdi”
Tarix: 2-03-2026, 11:20 | Çap et

Əməkdar incəsənət xadimi Arif Əsədullayev və onun həyat yoldaşı, Xalq artisti Şəfiqə Eyvazova. Onların adları Azərbaycan cəmiyyətinə, xüsusi ilə də sənətsevərlərə yaxşı tanışdır. Hər ikisi tanınmış kamança ustasıdır, bir zamanlar efirlərdə tez-tez görünərdilər.

Bu dəfə tanınmış kamança ustası, Əməkdar incəsənət xadimi, professor A.Əsədullayevlə söhbətləşdik. Həyatının 59 ilini sənətə həsr etmiş ustadan musiqi, yaradıcılıq və sənət adamlarına verilən dəyər barədə danışmasını istədik. Söhbətimizdə Arif müəllim həm öz təcrübəsini paylaşdı, sənətin indiki durumuna toxundu, həm də Mədəniyyət Nazirliyindən gileyləndi

.“Yeni Sabah” Arif Əsədullayevlə müsahibəni təqdim edir:

- Bir müddət əvvəl mədəniyyət naziri Adil Kərimlinin qəbulunda olmusunuz. Qəbula getməyiniz nə ilə bağlı idi?

- Mən çoxdan mədəniyyət nazirinin qəbuluna düşmək istəyirdim. İllər əvvəl keçmiş nazirlə görüşmüşdüm. İndi isə təxminən 1 saat 15 dəqiqə orada oldum. Azərbaycanda musiqi mədəniyyətinin inkişafı üçün bir çox məsələlərə toxunduq. Həm mən razı qaldım, həm də qarşı tərəf. Hətta o, işçilərinə tapşırdı ki, problemlər həll edilsin, tez bir zamanda yenidən görüş təşkil etsinlər. Çünki mən gələcəkdə mədəniyyətimizin inkişafına xeyir verəcək işlər görmək istəyirəm.

- Nazirdən nəsə xahişiniz vardı?

- Əvvəla qeyd edim ki, indiyə qədər gördüyüm işlərdə heç bir dəstək almamışam. Yazdığım kitabları heç bir şəxs, idarə və ya nazirlik çap etmədi, hamısını öz hesabıma çap etdirmişəm. Ona görə də mənim dilim uzundur.

Bu gün kimin ağlına nə gəlirsə, onu ifa edir, amma düzgün variantı göstərəcək bir mənbə, işarə yoxdur. Mən isə muğamları tədris proqramına uyğun olaraq yazıb çap etdim. Bu işə 7-8 il vaxtım getdi. Mənə heç kim təşəkkür bildirmədi.

Daha sonra mən Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında işlədim. Əməkdar incəsənət xadimi adını aldım.

2017-ci ildə kafedra müdirimiz, Xalq artisti Ramiz Zöhrabov vəfat etdi, yerinə başqa adam gəldi. O da dələduzun biridir. Başladı ki, digər müəllimlərin dərs saatları çatmır, dərs yükü düzəlmir. Bu bəhanələrlə 49 ildən sonra mənim dediyim dərsləri əlimdən alındı və başqa birinə verdi. Mən isə professor-konsultant vəzifəsinə keçirildim və maaşım da aşağı düşdü. 4 il elmi laboratoriyada işlədim, kitablar yazdım və nağıl yox, ciddi elmi əsərlər yaratdım. Hazırladığım nəşrlər tar və kamança alətləri haqqındadır. Kitablarda bu alətlərin yaranma tarixi, səsi və təsir xüsusiyyətləri ətraflı izah olunub. Ümumilikdə, iki kitab birlikdə 830-840 səhifəyə yaxındır.

- Bu kitabların çapına nazirlik yardım etmişdi?

- Xeyr, bütün kitabları öz hesabıma çap etdirdim, heç kim kömək göstərmədi. Nazirliyə də demişdim ki, muğamları yazmışam, bunu xalqım üçün etmişəm, öz atam-anam üçün yox. Bizim mədəniyyətimizin çox övladları var, amma onları qoruyan yoxdur. Bəlkə 80%-i artıq dünyasını dəyişib. Ona görə mən muğamları yazdım və kitabları çap etdim.

Mən ifaçıyam, ansamblda çalışmışam. Bu yaxınlarda bir neçə dəfə Mədəniyyət Nazirliyinə müraciət etdim ki, nazirlə görüşüm. Çox problemlərimiz var. İndiyə qədər özüm üçün heç nə istəməmişəm, indi də istəmirəm. 77 yaşım tamam olur. Bu gün varam, sabah yoxam, heç kəsə sabahına zəmanət yoxdur. Allah can sağlığı versin, nə qədər imkanım var yaşayım.

- Arif bəy həyat yoldaşınız Xalq artisti Şəfiqə Eyvazova da sənətçidir. O da sizin kimi Mədəniyyət Nazirliyindən narazıdır?

- Xalq artisti Şəfiqə xanım Eyvazova 79 yaşındadır, sabah-birigün 80 yaşı olacaq. 60 yaşından bəri deyirlər ki, ona təqaüd veriləcək, amma hələ də vermirlər. O, Bakı Musiqi Akademiyasında işləyib, professor adı alıb, lakin sənədlərlə bağlı problemlər yaranıb. 2016-2017-ci illərdə professorluğu təsdiqlənsə də, bu günə qədər lazımi diqqət göstərilmir. Şəfiqə xanım uzun illər Əməkdar artist, sonra Xalq artisti olub, kitabları var, böyük sənət yolu keçib. Buna baxmayaraq, tədbirlərə dəvət olunmur, qadınlara həsr olunan tədbirlərdə belə adı çəkilmir. Qızım Mehriban kamança ifaçısıdır, illərdir ki, çalışır, beynəlxalq festivallara dəvət alır, Türkiyədə, Almaniyada, Fransada konsertlər verir. Dünya musiqisinə geniş baxışı var, müxtəlif xalqların musiqisini ifa edir. Amma Azərbaycanda ona lazımi diqqət göstərilmir, ölkə daxilində demək olar ki, tədbirlərə dəvət olunmur. Biz dəfələrlə müraciət etmişik ki, sənət adamlarına dəstək olsunlar, xarici səfərlərə göndərsinlər. Bəzi festivallara dəvət alanda xərclərin çoxunu öz hesabımıza ödəmişik. Bir dəfə tam, başqa dəfə yarısını biz, yarısını nazirlik qarşılayıb. Sonrakı dəvətlərdə isə imkan olmadığından gedə bilməmişik. Biz istəyirik ki, sənət adamlarına diqqət və dəstək olsun, onların zəhməti qiymətləndirilsin. Əgər biz öz hesabımıza xaricdə tədbirlərə gedəcəyiksə, onda Mədəniyyət Nazirliyi niyə var?! Ancaq sənədlərə qol çəkmək üçünmü vəzifədə oturublar?!

- Nazirlə görüşdən əsas gözləntiniz nə idi?

- Məsələn, Özbəkistanda Azərbaycan günləri keçirildi. Deyirlər ki, bu cür tədbirlər xalqlarımızın əlaqələrini daha da möhkəmləndirir. Jurnalistlər də gedir, konsertlər təşkil olunur. Amma bəzən elə qəribə vəziyyətlər yaranır ki, adam çaşır. Biz orada iştirak etmədik. Mən Azərbaycan dilində iki kitab yazıb çap etdirmişəm, hərəsindən 100 nüsxə. İstəyirdim ki, bunlar dünyaya yayılsın, bilinsin ki, kamança da, tar da bizim milli musiqi alətlərimizdir. Nazirliyə müraciət etdim ki, kitabları ingilis dilinə tərcümə edib çap etməkdə kömək etsinlər. Dedilər ki, buna imkanımız yoxdur, tərcümə və çap xərcləri çoxdur. Mən isə bütün bunları öz maaşımdan, öz zəhmətimlə etmişəm. Mətbəəyə özüm müraciət edirəm, öz cibimdən ödəyirəm. Bu qədər zəhmətdən sonra sənət adamlarına belə münasibət doğru deyil. Sənət adamları çox həssas olur. Bəziləri sənətə yalnız pul qazanmaq üçün gəlir, amma həqiqi sənətkarlar sənət üçün yaşayır. Mən illərlə müsabiqələrdə iştirak etmişəm, yüzlərlə tələbəyə qulaq asmışam, amma demək olar ki, heç bir maddi dəstək görməmişəm. Xarici ölkələrdə çıxış edəndə isə insanlar bu musiqini böyük maraq və hörmətlə qarşılayırlar. Hətta bir konsertdən sonra bir qadının ağladığını gördüm. Hesab edirəm ki, belə haqsızlıq olmamalıdır. Əgər mən bu kitabları tərcümə edib dünyaya yayacağamsa, bunu öz adımdan yox, Azərbaycanın adı ilə etmək istəyirəm. Çünki bu, şəxsi məsələ deyil, milli mədəniyyət məsələsidir.

- Kitabla bağlı dəstək istəyəndə nazirliyin cavabı nə oldu?

- Məndən soruşdular ki, “nə istəyirsiniz?” Dedim mənə heç nə lazım deyil. Artıq 77 yaşındayam, bu günə kimi bir abbası da istəməmişəm. Bu yaşa qədər bir çox müsabiqələrdə sədr olmuşam, müxtəlif heyətlərdə iştirak etmişəm. 500-600 tələbəyə qulaq asmışam, amma bunun qarşılığında mənə simvolik bir məbləğ veriblər. Demək olar ki, bütün bunları cüzi qonorarla etmişəm.

Bir vaxt məndən xahiş etdilər ki, Moskvadakı nümayəndələr üçün muğam notlarını verim və kitabımın müəllifliyindən imtina edim. Üstəlik şəxsiyyət vəsiqəmin surətini istədilər, yaxşı bir avadanlıq və böyük məbləğ vəd etdilər ki, ömrümün axırına qədər maddi təminatım olsun. Mən isə dedim ki, bu Azərbaycan mədəniyyətinə hörmətsizlikdir, imtina etdim. Dedim mən yazdığım əsəri başqa adla çap etdirə bilmərəm. İmkanım çatsa, özüm çap etdirərəm, çatmasa da bu yola getmərəm. Əvvəllər bir maaşla dolanmaq çətin olduğuna görə 3-4 yerdə işləyirdim. İndi isə bütün saatlarımı alıblar, yalnız bir yerdə - elmi laboratoriyada işləyirəm. Başım işə qarışsın deyə çalışıram, amma bu münasibət sənət adamına hörmətsizlikdir. Sənət adamları çox həssas olur, bəziləri sənətə yalnız qazanc üçün gəlir. Həqiqi sənət isə zəhmət və fədakarlıq tələb edir.

Tələbələrim arasında çox istedadlı gənclər olub. Bəziləri elmi dərəcə alsa da, iş tapa bilmir. Mən özüm bəzi musiqi məktəblərindən çıxıb yerimə tələbələrimi qoymuşam ki, işsiz qalmasınlar. Amma yenə də haqsızlıqlar davam edir.

2010-cu ildə konsertlər təşkil olunub, sonrakı illərdə də öz hesabıma zal icarəyə götürmüşəm, orkestr dəvət etmişəm. Bütün bunları şəxsi imkanlarımla etmişəm.

Yazdığım kitabları ingilis dilinə tərcümə etdirmək istəyirdim, amma buna büdcələrinin olmadığını bildirdilər.

- Nazirin qəbuluna düşmək üçün çox gözləməli oldunuz?

- Mən dəfələrlə müraciət etmişəm, lakin qəbula düşmək çətindir. Müraciət edirsən, gah deyirlər nazir səfərdədir, gah deyirlər başqa yerdədir, tədbirdədir, kabinetində yoxdur və s. Belə münasibət doğru deyil. 1967-ci ildən bu yana mədəniyyət sahəsində çalışıram və bu sənətin içində baş verən çox hadisələrin canlı şahidi olmuşam. Ömrünü sənətə həsr edən insanların bu gün lazımi dəyəri görməməsi məni çox narahat edir. Vaxtilə çox hörmətli və tanınmış sənətkar olan Şəfiqə Eyvazovanın necə böyük nüfuza malik olduğunu öz gözlərimlə görmüşəm. Həmin illərdə o, xarici ölkələrdə çıxış edir, ölkəmizi layiqincə təmsil edirdi. Ona göstərilən hörmət də, münasibət də tamam başqa idi.

- Şəfiqə xanımla sizi tədbirlərində az-az görürük. Getməkdən imtina edirsiniz, ya necə?

- Son vaxtlar bir çox tədbirlərdə ədalətsizliklərlə üzləşirik. Bir tədbirdə bizi kənarda oturtdular, əsas yerləri isə bu sənətdə yeni olanlara verdilər. Halbuki biz ömrümüzü Azərbaycan mədəniyyətinə xidmətə sərf etmiş insanlarıq. Bu münasibəti qəbul etmək çətindir. Bu gün gənclər qısa zamanda yüksək mükafatlar, təqaüdlər alırlar, alsınlar, buna etirazım yoxdur. Amma illərlə xidmət göstərmiş sənətkarların unudulması haqsızlıqdır. Əmək, zəhmət, səhnəyə verilən ömür qiymətləndirilməlidir. Mən bu sahədə onilliklər boyu çalışmışam, bir çox böyük sənətkarlarla eyni səhnəni bölüşmüşəm. Bu gün həmin insanların çoxu həyatda yoxdur, gördüklərimizi, bildiklərimizi danışan az qalıb. Ona görə hesab edirəm ki, sənətə və sənətkara münasibətdə hörmət qorunmalıdır. Ağdamda Prezidentin də iştirak etdiyi tədbir vardı, mən və Şəfiqə Eyvazova da iştirak edirdik. Bir xanəndə var Babək Niftəliyev adında. Prezident gələndə gəldi dayandı Şəfiqə xanımın qarşısında. Bu şəxslərə tərbiyə bu cür verilib?! Buna baxmayaraq, o Əməkdar artistdir! Bu gün yerindən durana Əməkdar artist, Xalq artisti adı verirlər, hamısına ev verirlər. Şəfiqə xanıma ev verdilər, Heydər məscidinin yanında. Amma digər sənət adamları hamısı şəhərin mərkəzində ev alır. Dərdini kimə deyəsən? Heç kəs yiyə durmur! Hər kəs öz qazancını, öz kreslosunu düşünür.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" - AÇIQLAMA
Bu gün, 13:55
Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm - Paşinyan
Bu gün, 13:50
Özümü Paşinyansız düşünə bilmirəm – Simonyandan ETİRAF
Bu gün, 13:49
İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək - Paşinyan
Bu gün, 13:45
Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq - Fon der Lyayen
Bu gün, 13:42
Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb - BŞİH
Bu gün, 13:11
Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb - TƏBİB araşdırır
Bu gün, 13:07
“Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:04
Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi - “Heç prezident də olmaq istəmirəm”
Bu gün, 13:02
“SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... - TƏFƏRRÜAT
Bu gün, 13:01
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Bu gün, 12:59
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... - İcazə verin, şübhələnək...
Bu gün, 12:57
Paşinyan Putindən qorxaraq geri çəkildi: - İrəvandan Moskvaya BÖYÜK JEST
Bu gün, 12:53
Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi
Bu gün, 12:50
Putin Paşinyanın telefonunu niyə götürmədi? - NƏ BAŞ VERİR?
Bu gün, 12:47
2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik - Paşinyan
Bu gün, 12:46
Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək - BU NƏDİ BELƏ?
Bu gün, 12:01
İsrail Müctəba Xameneini ölümə məhkum edib - Tehran BMT-yə şikayət etdi
Bu gün, 11:59
"Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." - ETİRAZ
Bu gün, 11:57
ASTANA NƏ EDƏCƏK? - İNCƏLƏMƏ
Bu gün, 11:49
Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu - FOTO
Bu gün, 11:45
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib - QƏRAR
Bu gün, 11:30
Çatışmazlıqların acı dadı: - yanacaq böhranı Kremlin imperiya miflərini məhv edir
Bu gün, 11:27
Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:20
Azərbaycanda 786 min ailənin “evi yoxdur” - RƏSMİ
Bu gün, 11:11
Paşinyan Ursula Fon der Lyayenlə görüşüb
Bu gün, 11:10
"BAX, BU AYRI `LEVEL`DİR..." - pərdəarxası...
Bu gün, 11:03
Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 10:57
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:55
"Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." - Naxçıvanda TALIBOV AB-HAVASI..."
Bu gün, 10:52
Azərbaycanda ət bahalaşa bilər... – Heyvan idxalında yeni qaydalar
Bu gün, 10:45
Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? - "Hraparak"
Bu gün, 10:42
Bloger “Space TV”də yeni veriliş aparacaq
Bu gün, 10:38
Avtomobil bazarında durğunluq var: - Ekspertlər ucuzlaşma olduğunu iddia edir
Bu gün, 10:37
Restoranda açıq geyimə görə QALMAQAL – “Bizdə belə geyinməyin!”
Bu gün, 10:34
Knyaz Həsənov Ermənistan parlamentinin ilk iclasında... - SƏDR KİMİ...
Bu gün, 10:12
Güney Azərbaycanlı fəal zindanda məmurlar tərəfindən vəhşicəsinə döyüldü... -FOTO
Bu gün, 10:09
Atasını müdafiə etmək istəyən oğul həmkəndlisini bıçaqlayaraq öldürdü - TƏFƏRRÜAT
Bu gün, 10:05
Paşinyan Müdafiə Nazirliyinə də ƏL GƏZDİRİR - KİV
Bu gün, 10:01
"Yanan maşınlardan biri mənə məxsusdur" - FOTO
Bu gün, 09:52
Qadın evə gətirdiyi müştərisini bıçaqladı: - “İçkili idim, tam olaraq nə baş verdiyini xatırlamıram”
Bu gün, 09:43
İmtahanda toplanan ballar ÖNƏMLİ DEYİL... - İTTİHAM VAR...
Bu gün, 09:37
BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb - DOSYE
Bu gün, 09:21
Hamı özünü korluğa və karlığa qoyub... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Qardaşların mübahisəsi faciəyə çevrildi: Ata güllələndi, oğul ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 09:00
GDU-da QANUNSUZLUQLAR SERİYASI... - Qanundankənar prorektor və daha nələr...
Bu gün, 08:51
DƏRMAN MAFİYASI... İŞ BAŞINDA! - NƏ ETMƏLİ?
Bu gün, 08:34
Naxçıvana kart sistemi gəlir: AMMA ƏSLİNDƏ... - Sakinlər deyir ki...
Bu gün, 08:29
Bu, Putin üçün çox böyük biabırçılıqdır - Dikinson
Bu gün, 07:17
"Brent" markalı neftin qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb
Bu gün, 07:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru