Rövşən Rzayevin qəbulunda oldum... VƏ... .....                     Paris-İrəvan BACILIĞI.... .....                     38 il əvvəl bu gün bir qəhrəman dünyaya göz açdı... .....                     Bəs medianı qorumaq lazım idi... NƏ OLDU? .....                     Avropa Məhkəməsinin qatarlarını tanımırıqsa... .....                     6 saylı RETS-ə cinayət işi: Xəzər Vəliyev vəzifəsindən çıxarıla bilər .....                     Xəzərə hücum edən naməlum “varlıqlar”: dənizdə boğulmaya onlar səbəb olur? .....                     ABŞ Hörmüz yaxınlığındakı İran qüvvələrini məhv etməyə çalışır .....                     Aİ Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır .....                     Ət, balıq və toyuq bazarına yeni qaydalar: Tələb də artır, qiymət də .....                     Yasamal xərabələri: hər yer zibil, hər yer üfunət... .....                     "Qanunun tələbləri niyə yerinə yetirilməyib?" .....                     İran danışıqlara qayıtmasa, ABŞ hücumları davam etdirəcək .....                     "Goranboy Sərbəst Dağ Mədən" MMC fəaliyyətini dayandırdı: Dövlətə borclu qaldı .....                     Avropa Ermənistanı seçdi, Gürcüstanı sildi .....                     ABŞ iranlı iş adamı ilə əlaqəli şəxslərə və şirkətlərə sanksiya tətbiq edib .....                     Fransa bu il Ukraynaya iki SAMP/T sistemi verəcək .....                     "Bu heç də yaxşı bir gələcək vəd etmir..." .....                     Odessada azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır .....                     Uşaqların müdafiəsi kimə həvalə olunub? .....                     “Premium Bank”ın nağd vəsaitləri azalıb .....                     Ukrayna hökuməti istefaya göndərildi .....                     Azərbaycan Mərkəzi Bankına yeni təyinat olub .....                     Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələrinin fəaliyyəti .....                     Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb .....                     Agentlik sədri 6 ay əvvəl filial müdiri təyin etdiyi şəxsi işdən çıxardı .....                     ADY ucuz bilet satan “Rome2rio” şirkətinə niyə qadağa qoyub? .....                     Ermənistan əhalisini ikiqat artırmaq istəyir .....                     Cənazəsi İtaliyada qalan azərbaycanlı gəncin ölüm səbəbi bəlli oldu .....                     Flora Kərimovanın müalicəsi ev şəraitində .....                     Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi .....                     Antiinhisar Agentliyi “Kontakt Home” barəsində .....                     “Xalq Sığorta”da yeni təyinat olub .....                     Nazirlik tələbələri məhkəməyə verib: Ölkəyə qayıda bilmirlər .....                     Bu ay hansı məhsullar bahalaşıb? .....                     "Bu sürücüləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi haradan tapır?" .....                     Qarabağ Universitetində yeni təyinat .....                     "Bank Avrasiya"nın mənfəəti 5 dəfəyə yaxın azalıb .....                     AMAK və Bolt Azərbaycan əməkdaşlığa başlayır .....                     “AccessBank” ÇÖKÜRMÜ: YOXSA? .....                 

"Leylidən danışmadılar, mənim botoksumu, saçımı müzakirə etdilər..." - Nəzakət Teymurova
Tarix: 18-12-2025, 12:23 | Çap et

Xalq artisti Nəzakət Teymurova Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Nəzakət xanlım, ilin sonuna az qalır. Ötüşməkdə olan ili yaradıcılıq baxımından necə dəyərləndirirsiniz? 2026-cı il üçün sənət fəaliyyətinizlə bağlı hansı plan və hədəfləriniz var?

- Bu il mənim üçün çox səmərəli keçdi. “Leyli və Məcnun” operasında oynadım, Heydər Əliyev Sarayında solo konsert proqramı ilə tamaşaçı qarşısına çıxdım. Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalında iştirak etdim, xarici ölkələrə qastrol səfərlərimiz oldu. Həmişə düşünmüşəm ki, işləməyəndə sanki nəyinsə çatışmazlığını hiss edirəm.

Bununla yanaşı, Dubayda Beynəlxalq Mehr Festivalında münsif kimi iştirak etdim, Karsın Qurtuluş Gününə həsr olunmuş solo konsertim baş tutdu. İşlərimiz çox oldu, hesab edirəm ki, bu il mənim üçün həqiqətən məhsuldar keçdi. Allah hər birimizə sağlamlıq və güc versin.

Sənətdə olan ifaçı kimi illərimin boş keçməsini sevmirəm. İstəyirəm ki, gördüyüm işlər sənət tariximizdə iz buraxsın, bu sənətə mənim də töhfəm olsun. Arzularım çoxdur. İnsan son nəfəsinə qədər arzularla yaşayır. Əlbəttə, hər şeydən əvvəl özüm də daxil hər kəsə sağlamlıq və firavanlıq arzulayıram. Dünyamız gözəl olsun, müharibələrə son qoyulsun.

Sənətlə bağlı isə arzularım daha çoxdur. Muğamla bağlı müəyyən hədəflərimiz var və bu istiqamətdə irəliləyirik. Özünü muğam sənətinə həsr edənlər çox əziyyətli mərhələlərdən keçiblər. Bu sənətdə heç nə asan başa gəlmir. Bəzi bayağı ifaçılar fonoqramla oxuyurlar və başqa ölkələrdə də fonoqrama ifa edirlər. Bəlkə bizdən dəfələrlə artıq qonorar qazanırlar.

Amma bizlər - istər oxuyanlar, istər instrumental ifaçılar çox əziyyət çəkirik. Səslə və nəfəslə işlədiyimiz üçün bizim işimiz daha çətindir. Əhvalımız yaxşı olmayanda ifa edə, tamaşaçıya lazımi töhfəni verə bilmirik. Beynimiz, ruhumuz, əhvalımız yerində olmalıdır ki, muğam sənətində yaxşı nəticələr ortaya qoya bilək.

Onu da əlavə edim ki, Heydər Əliyev Sarayında baş tutan konsertin montajı həyata keçirilir. Konsert yaxın günlərdə tamaşaçılarımıza təqdim olunacaq.

- Hazırda gənc ifaçıların yetişdirilməsi ilə məşğulsunuz, müsabiqə də keçirilir. Bu proseslər fonunda muğam sənətinin bugünkü vəziyyətini və inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

- Artıq 20 ilə yaxındır, Heydər Əliyev Fondunun təşəbbüsü və Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə muğam sənəti həm Azərbaycanda, həm də xarici ölkələrdə ardıcıl şəkildə təbliğ olunur və daha da inkişaf etdirilir. Muğam müsabiqəsi keçirilir. Müsabiqələrdən çox peşəkar ifaçılar yetişir və səhnəyə gəlir.

Mənim arzum budur ki, muğam sənətinə gələnlər bu sənətin ağır və məsuliyyətli olduğunu başa düşsünlər. Dövlət bu sahəyə ciddi dəstək göstərir. Lakin bəzən bəzi ifaçıların sonradan tamam fərqli janrlara üz tutduğunu görürük. Açığı, mənim üçün bunu qəbul etmək çətindir. Qazanc arxasınca gedirlər.

Bizim dövrümüzdə də çətin zamanlar olub. Sənətə köçkünlük dövründə gəldik, amma qazancı sənətlə eyni tərəziyə qoymadıq. Mənim və ətrafımdakı bir neçə insanın sənəti seçməsi də bu ruhda baş verib, əvvəl sənəti öyrəndik, qazanc isə sonradan gəldi.

İndiki bəzi gənclər isə istəyir ki, qazanc olsun, sonra sonra sənət haqqında düşünərlər. Müşahidə edirik ki, gənclərin bir qismi muğam sənətinin dərinliyinə getməkdə çətinlik çəkirlər. Bu, həm musiqi savadı, həm də muğamın fəlsəfəsini mənimsəmək baxımından ağır bir yoldur. İfaçıların bir çoxu muğamla məşğul olduqlarını desələr də, onu mahnı ifaçısı üslubunda təqdim edirlər.

Bir çoxları tez tanınmaq, populyar olmaq istəyirlər və sənətdən çəkilirlər. Müəllimlərimiz həmin tələbələr üzərində əziyyət çəkirlər. İfaçıların özləri də ciddi əziyyətlə çalışırlar. Hər gün yeni qəzəllər, yeni muğamlar öyrənmək asan deyil. Bununla belə, danılmaz bir həqiqət var ki, muğam ifaçılarını hər zaman xalq yaşadıb.

Sevindirici haldır ki, bu gün dövlətimiz muğam sənətinə xüsusi diqqət və qayğı göstərir. Muğamın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi də bunun bariz nümunəsidir. Gənc ifaçılar gələcəkdə bu sənəti layiqincə təbliğ etməlidirlər. Necə ki, ustadlarımız bizi yetişdirdi və bu dünyadan köçdülər, biz də əbədi deyilik. Bu sənəti yaşatmaq, gələcək nəsillərə ötürmək artıq gənc ifaçıların üzərinə düşür.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, bəzi ifaçıların fəxri adlarla bağlı ünvanınıza xoşagəlməz fikirlər səsləndirir. Uğursuzluqlarını sizdə axtaranlar da olur. Bu yanaşmalar sizi necə təsir edib?

- Mən kiməm ki? Mən də onlar kimi ifaçıyam. Bu, daha çox zəif insanların davranışıdır, öz uğursuzluqlarını başqalarının üzərinə atırlar. “O olmasaydı, mən olardım” kimi düşüncələr doğru deyil. Məsələn, mən altı il Akademik Opera və Balet Teatrında fəaliyyət göstərmədim. Sonradan dedi-qoduya başlamaq düzgün deyil. Bəzən görürük ki, müəyyən məsələlər ətrafında gizli yazılar yazdırılır, süni təbliğatlar aparılır.

Mən hər zaman sənətimlə məşğul olmuşam. İstər opera sahəsində fəaliyyətimdə, istərsə də müəllim kimi çalışdığım dövrdə daim işimə fokuslanmışam. İşləmək lazımdır ki, xalq sənin nə etdiyini görsün. Sadəcə gözləməklə, kənardan baxmaqla heç nə əldə etmək mümkün deyil. Mən nə fəxri ad verənəm, nə də hansısa teatrın rəhbəriyəm. Hamı yaxşı bilir ki, bu məsələlər uzun və mərhələli proseslərdən keçir, işlədiyin qurum tərəfindən təqdimat verilir, daha sonra müvafiq qurumlara göndərilir. Bu, mənim səlahiyyətimdə olan məsələ deyil.

Buna görə də öz uğursuzluqlarını məndə axtaran ifaçıları aciz hesab edirəm. Onlara deyirəm ki, Allah sizə şəfa versin!


- Yenidən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fəaliyyətə başlamısınız. Teatrda yaxın günlərdə sizi hansı yaradıcılıq işləri gözləyir?

- 2018-ci ildə Opera və Balet Teatrından ayrılmışdım. Bəzi məqamlar məni qane etmədiyi üçün öz ərizəmlə işdən çıxmışdım. Yenidən Yusif Eyvazovun rəhbərliyi ilə teatra qayıtmışam və hazırda fəaliyyətimi davam etdirirəm. Yanvarın 12-də tamaşamız olacaq. “Leyli və Məcnun” operası yenidən səhnələşdiriləcək və tamaşaçılar qarşısında təqdim olunacaq.

- “Leyli və Məcnun”u hər dəfə səhnədə canlandırmaq eyni hissləri yaradırmı?

- Xeyr. İlk rollarımda rejissor Hafiz Quliyevin verdiyi mizanları ifa edirdik. Amma insan getdikcə eyni düşüncədə qalmır, hissləri dərinləşir. Füzulinin nə dediyini, Üzeyir Hacıbəyovun musuqisinin nə demək istədiyini başa düşürsən. Özünü bir dünya kimi görürsən və sənət yolunda öz cığırını açırsan.

- Leyli obrazı sizin üçün hansı mənanı verir?

- Leyli mənim dünyamdır, öz sevgimdir. Bu obraz mənim köçkünlük dövründə yaşadığım duyğuları əks etdirir və onu sadəcə sözlə ifadə etmək mümkün deyil. Bəzən ifaçılar robotlaşır, amma mən inanıram ki, səhnədə hər dəfə eyni duyğunu vermək mümkün deyil. Bizim rahat olmağımız ifa tərzimizə də keçir. Mən Leylinin hansı mərhələsindəyəm? Sevgiyə doğru gedən yoldayam... Bizim səhnədəki hər ifamız bir növ Allaha doğru gedən sonsuz sevgi yolumuzdur. Bu sevgi ilə Leylinin ruhunu hiss edir və onu tamaşaçıya çatdırıram.

Gənc olanda o hissi başa düşə bilmirsən. Xanəndəlik sənətində müəyyən vaxt öyrənirsən, sonra isə ifanı yaşayırsan. Muğam sənəti elədir - onun gözəlliyi zaman keçdikcə daha da dərinləşir.

Muğamın incəliklərini başa düşmək uzun bir prosesdir. Bir obrazı qara karandaşla çəkməyə bənzədə bilərsən, sonra isə rənglər əlavə edərək daha zənginləşdirirsən. Muğamın gözəlliyi zamanla tamaşaçı tərəfindən qiymətləndirilir və dərk edilir.

- Sizcə, "Leyli və Məcnun" operasında yaş məhdudiyyəti qoyulmaldırmı?

- Hər dəfə haqqımızda eyni sözləri eşidirik. Xarici ölkələrdə müəyyən yaşdan sonra əsas diqqət səsin keyfiyyətinə yönəlir, yaşa yox. Yaş məhdudiyyəti Azərbaycandadır, necə ifa etdiyin müzakirə edilmir.

Məsələn, sonuncu dəfə mən Leylini ifa edəndə obrazın gözəlliyi barədə danışmadılar, əksinə botoksum, saç düzümüm kimi şeyləri müzakirə etdilər. Amma sənətimə heç kim əl ata bilmədi. Çünki mənim potensialım və ifam var, əgər bu gün səsim və sənətimlə tamaşaçıya özümü çatdıra bilirəmsə, bu, mənim uğurumdur, sənətə vurğunluğumdur.

Gənc ifaçılarımız hər ay repertuar əsərlərini ifa edirlər, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl” və s. Bu, onların inkişafı üçün vacibdir. Hər bir insan özünü sənətdə təsdiq etməlidir. Opera ifaçısının səsi zalın sonuncu stuluna qədər eşidilməlidir.

Hazırda Akademik Opera və Balet Teatrı təmirdədir. Opera sənəti səs potensialı zəif olan ifaçıları qəbul etmir. Yamsılama isə bəzi ifaçıları yarı yolda qoyur. Hər ifaçının öz yolu və öz ifası olmalıdır. Məndən əvvəl çox gözəl sənətkarlarımız yetişib, mən onların ifalarına qulaq asmışam, amma öz iç dünyamı da tamaşaçıya çatdırmışam.

Heç kim deyə bilməz ki, mən kiminsə ifasını yamsılamışam. Yeddi-səkkiz saat bir obraz və ya muğam üzərində işləyirəm. Əsas şərt zəhmət çəkməkdir. Sonra isə o zəhmətin bəhrəsini görürsən. İndiki gənclərin beyni “ağ kağız” kimidir, nəyi öyrədirsənsə, yaddaşlarına yazılmalıdır. Bu, gələcəkdə onlara çox lazım olacaq.

- Sizin ifa üslubunuzu və sənət yolunuzu örnək alan və onu təqlid etməyə çalışan ifaçılar çoxdurmu? Yamsılama məsələsinə münasibətinizi necə ifadə edərdiniz?

- Sənət mənim üçün iç dünyamın, təlaşlı və sevgi dolu hisslərimin ifadəsidir, köçkünlük dövründə də bu hissləri ifa vasitəsilə göstərmişəm. Amma bəzən görürsən ki, ifaçılar "kopya" oxuyurlar. Bu, müəyyən yaşa qədər ola bilər, amma sonrakı mərhələdə hər kəsin öz yolunu və üslubunu yaratması lazımdır.

Bəzi ifaçılar isə başqasının ifasını öz adı ilə təqdim edirlər. Mən buna baxanda düşünürəm ki, utanmasan, oynamağa nə var ki… Sənətdə belə hallar da olur.

- Gözəlliyinizi və səhnə görünüşünüzü qorumaq üçün hansı üsullardan istifadə edirsiniz?

- Gözəllik zamanla gedir, gənclik özü bir gözəllikdir. Kaş hər zaman gənclərimiz bunu başa düşsünlər. Mən professional opera səhnəsində artıq 30 ildir fəaliyyət göstərirəm. Musiqi ilə məşğul olduğum dövrdən, 1991-ci ildən Asəf Zeynallı adına kollecə gələndən indiyə qədər bir şeyi başa düşmüşəm, gözəllik keçicidir, insanın qəlbi gözəl olmalıdır, yaxşılıq etməyi bacarmalıdır.
Tələbələrimi danlasam da onları çox sevirəm. Professional ifaçı kimi tələbələri yalnız tənqid etməklə irəliləmək mümkün deyil.

Hər kəs xanəndə ola bilməz, hər ifaçı bu peşədən keçə bilər, amma hər kəsə xanəndə olmaq qismət olmur. Bu, Allahın bir lütfüdür. Xanəndə olmaq üçün səsin gücü, hissiyyatın, ritm və musiqi duyumu, qəzəl öyrənmə bacarığı olmalıdır. İstər Azərbaycan klassik muğamlarını, istərsə də dünyəvi musiqi biliklərini bilməlisən. Sənətə yalnız bir tərəfdən yanaşmaq mümkün deyil, xanəndəlik sənəti bu müxtəlif bacarıqları tələb edir.

Əlbəttə, kasad ifaçılar da var. Amma biz çalışmışıq ki, Xarıbülbül Muğam Qrupu ilə birlikdə klassik muğamlarımızı qoruyub saxlayaq. Bunun üçün saatlarla məşqlər etmişik və böyük layihələrdə, o cümlədən kamera orkestri ilə işləmişik. Artıq 30-40 mahnını ifa etmişəm və gələcəkdə bu əsərləri həm mənim, həm də Xarıbülbül Muğam Qrupunun, həm də
Bəstəkar Ceyhun Allahverdiyevin adıyla təqdim ediləcək.

Tamaşaçılar təsniflərimizi, muğamlarımızı bu tərzdə də görsünlər. Təbii ki, burada sənət dostum Əliağa Sədiyevin böyük əziyyəti də var.

- 30 illik sənət yolunuz ərzində qoyduğunuz bütün hədəflərə çatdığınızı düşünürsünüz, yoxsa hələ reallaşdırmaq istədiyiniz layihələr və arzularınız var?

- Şükür Allaha, yenə deyirəm, arzular çoxdur. Amma hədəflərim yavaş-yavaş reallaşır və bunu tamaşaçılar qiymətləndirə bilər. Bəzən elə ifaçılar var ki, təvazökarlıq göstərməyib ağzına gələn hər şeyi danışır və tamaşaçı da bunu izləyir. Özünü tərifləmək düzgün deyil. Bu gün çatışmayan tərəflərdən biri də odur ki, lazımsız ifaçılara meydan verilib. Özlərini hər yerdə tərifləyirlər, amma bu, Azərbaycan musiqisi üçün heç bir töhfə demək deyil. Sadəcə pul qazanıb, toy mərasimlərinə getmək, mədəniyyətlə məşğul olmaq anlamına gəlmir. Sual yaranır, sən xalq, millət üçün nə etmisən? Opera oynamısan, dramda işləmisən? Hər hansı töhfən olub ki, bu gün səni dəyərləndirsinlər?

Bəzən efirlərdə deyirlər ki, dövlət niyə fəxri ad vermir. Əllərinə mikrofon verilir və görürsən ki, özlərini idarə edə bilmirlər. Camaat da elə bilir, düzgün danışırlar. Buna görə də belə hallara televiziyalarda nəzarət edilməlidir. Efirə ziyalılarımız, şairlərimiz dəvət olunmalıdır, eyni şəxsləri dəfələrlə televiziya ekranlarında görmək düzgün deyil.

Mənim övladım musiqi cəhətdən biliklidir, amma bəzi ailələr uşaqlarına axşama qədər lazımsız musiqilər dinlədirlər. Bir neçə ildən sonra musiqi zövqü tamamilə dəyişəcək. Bizim zamanımızda efirdə Şövkət Ələkbərovanı, Arif Babayev, İslam Rzayev və Sara Qədimova kimi böyük sənətkarların ifasını izləyirdik. Bu, bizim musiqi zövqümüzün formalaşmasına və beynimizə yeridilməsinə kömək edirdi. Təəssüf ki, bu gün efirlərdə daha çox lazımsız musiqilər səslənir, şou proqramları və reytinqlər ön plandadır.

İllər keçdikcə bu, gənc ifaçıların və uşaqlarımızın musiqi zövqünə mənfi təsir göstərəcək. Sanki bəzi televiziyaların rəhbərləri bunu görmürlər.


- Son vaxtlar bir sıra sənətçilər Mədəniyyət Nazirliyinə qarşı müəyyən iddialar səsləndiriblər. Bildirilib ki, fəxri adlar pul müqabilində verilir. Bu məsələyə münasibətinizi bilmək istərdik.

- Mən həmin prosesləri yaşamamışam, ona görə də münasibət bildirə bilmirəm. Mən Akademik Opera və Balet Teatrından fəxri ad almışam, 28 yaşımda Əməkdar artist, 34 yaşımda isə Xalq artisti fəxri adını qazanmışam. Mənim təqdimatım Akademik Opera və Balet Teatrından gedib. Bilirsiniz ki, fəxri ad almaq üçün müəyyən şərtlər var – operada müəyyən sayda tamaşa oynamalı, solo konsert verməli və ölkəni xarici ölkədə təmsil etməli və sair. Nazirlik də bunu nəzərdən keçirir və son fərmanı Prezident imzalayır.

Mən məlumatsız olduğum üçün baş verən hadisələr haqqında danışa bilmirəm. Həmişə Akademik Opera və Balet Teatrında çalışan ifaçılar ən tez fəxri ad alanlar olublar. Çünki xanəndənin sənəti güclü olmalıdır. Səsi mikrofonsuz belə, zalın sonuncu stuluna qədər eşidilməlidir.

- Son olaraq nə demək istərsiniz?

- Arzum budur ki, gənclərimiz sənətimizi sevsinlər. Muğam çox gözəl sənətdir. Bəzi ifaçılar isə sənəti yalnız maddi qazanc vasitəsi kimi görürlər. Bizim məqsədimiz Azərbaycan klassik muğamlarını təbliğ etmək və onları dünyaya çatdırmaqdır. Arzum budur ki, gənc ifaçılarımız da bu sənəti sevərək öyrənsinlər və irsi davam etdirsinlər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rövşən Rzayevin qəbulunda oldum... VƏ... - TƏƏSSÜRAT
Bu gün, 06:44
Paris-İrəvan BACILIĞI.... - Səmimiyyət, yoxsa siyasət?
Bu gün, 06:35
38 il əvvəl bu gün bir qəhrəman dünyaya göz açdı... - ANIM
Bu gün, 06:31
Bəs medianı qorumaq lazım idi... NƏ OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:27
Avropa Məhkəməsinin qatarlarını tanımırıqsa... - "...Lətif Hüseynovu da geri çağıraq"
Bu gün, 06:23
6 saylı RETS-ə cinayət işi: Xəzər Vəliyev vəzifəsindən çıxarıla bilər - İLGİNC
Bu gün, 06:15
Xəzərə hücum edən naməlum “varlıqlar”: dənizdə boğulmaya onlar səbəb olur? - AÇIQLAMA
Bu gün, 06:02
ABŞ Hörmüz yaxınlığındakı İran qüvvələrini məhv etməyə çalışır - Tramp AÇIQLADI
Bu gün, 06:00
Aİ Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır - ONA GÖRƏ DƏ...
Bu gün, 05:58
Ət, balıq və toyuq bazarına yeni qaydalar: Tələb də artır, qiymət də - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:57
Yasamal xərabələri: hər yer zibil, hər yer üfunət... - FOTOFAKT
Bu gün, 05:54
"Qanunun tələbləri niyə yerinə yetirilməyib?" - "Azəriqaz" şefinə SUAL VAR
Bu gün, 05:40
İran danışıqlara qayıtmasa, ABŞ hücumları davam etdirəcək - Tramp belə deyir...
Bu gün, 05:34
"Goranboy Sərbəst Dağ Mədən" MMC fəaliyyətini dayandırdı: Dövlətə borclu qaldı - FOTO
Bu gün, 05:31
Avropa Ermənistanı seçdi, Gürcüstanı sildi - GƏLİŞMƏ
Bu gün, 05:28
ABŞ iranlı iş adamı ilə əlaqəli şəxslərə və şirkətlərə sanksiya tətbiq edib - KİV
Bu gün, 05:26
Fransa bu il Ukraynaya iki SAMP/T sistemi verəcək - Zelenski belə deyir
Bu gün, 05:24
"Bu heç də yaxşı bir gələcək vəd etmir..." - deputat
Bu gün, 00:11
Odessada azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır - AÇIQLAMA
Bu gün, 00:07
Uşaqların müdafiəsi kimə həvalə olunub? - İLGİNC
Bu gün, 00:03
“Premium Bank”ın nağd vəsaitləri azalıb
Dünən, 17:28
Ukrayna hökuməti istefaya göndərildi
Dünən, 17:26
Azərbaycan Mərkəzi Bankına yeni təyinat olub - FOTO
Dünən, 17:14
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələrinin fəaliyyəti TƏKMİLLƏŞDİRİLİR
Dünən, 17:11
Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb - QƏRAR
Dünən, 17:08
Agentlik sədri 6 ay əvvəl filial müdiri təyin etdiyi şəxsi işdən çıxardı - FOTO
Dünən, 17:00
ADY ucuz bilet satan “Rome2rio” şirkətinə niyə qadağa qoyub? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:57
Ermənistan əhalisini ikiqat artırmaq istəyir - KİV
Dünən, 16:45
Cənazəsi İtaliyada qalan azərbaycanlı gəncin ölüm səbəbi bəlli oldu - TƏFƏRRÜAT
Dünən, 16:39
Flora Kərimovanın müalicəsi ev şəraitində DAVAM EDİR
Dünən, 16:34
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi - ƏMR
Dünən, 16:30
Antiinhisar Agentliyi “Kontakt Home” barəsində inzibati protokol tərtib edib
Dünən, 16:26
“Xalq Sığorta”da yeni təyinat olub - ƏMR
Dünən, 16:24
Nazirlik tələbələri məhkəməyə verib: Ölkəyə qayıda bilmirlər - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 16:21
Bu ay hansı məhsullar bahalaşıb? - SİYAHI
Dünən, 16:04
"Bu sürücüləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi haradan tapır?" - Əməkdar artist üzləşdiyi təhlükəli anlardan DANIŞDI
Dünən, 16:03
Qarabağ Universitetində yeni təyinat - DOSYE
Dünən, 15:58
"Bank Avrasiya"nın mənfəəti 5 dəfəyə yaxın azalıb - DETALLAR
Dünən, 15:56
AMAK və Bolt Azərbaycan əməkdaşlığa başlayır - Daha təhlükəsiz yollar naminə...
Dünən, 15:53
“AccessBank” ÇÖKÜRMÜ: YOXSA? - NƏ BAŞ VERİR?
Dünən, 15:50
Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu - ƏMR
Dünən, 15:40
Yardımlıda zəmilər göz görə-görə MƏHV OLUR... - ETİRAZ VAR...
Dünən, 15:26
“Quru sərhədlərlə bağlı yumşalmalar ola bilər” – Natiq Cəfərli ilə gündəm SÖHBƏTİ
Dünən, 15:20
"Ağrılarım son vaxtlar daha da artıb" - Xalq artisti
Dünən, 14:52
Ukrayna parlamenti 20-ci dəfə hərbi vəziyyətin uzadılmasına səs verib
Dünən, 14:48
"Bütün günü suyun gəlməsini gözləyirik..." - NARAZILIQ VAR!
Dünən, 14:40
Azərbaycan-Slovakiya qarşılıqlı etimad mühiti münasibətlərin daha da inkişafına şərait yaradır - MƏQALƏ
Dünən, 14:29
Azərbaycan Slovakiya münasibətləri regional sabitliyə töhfədir - İsrafil Kərimovun yazısı
Dünən, 14:28
Naxçıvanda iki dövlət qurumu ləğv edilir - DETALLAR
Dünən, 14:22
Zaur Nəbioğlu vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 14:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru