Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? .....                     Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir .....                     Pezeşkianın müavini: .....                     “Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi .....                     Aktrisaya HAQSIZLIQ: .....                     “AccessBank”da şirkət əmanətləri .....                     "Qarabağ" Dani Boltla yolları ayırıb .....                     Kremldə böyük təşviş: .....                     “Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” .....                     Ermənistan susuz qala bilər: .....                     Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: .....                     “Leobank” GİLEY... .....                     Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... .....                     “Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! .....                     Vətəndaş “Expargo”dan şikayət etdi: .....                     Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi .....                     Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik .....                     Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... .....                     Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil .....                     Azərbaycanda 5 şirkət ləğv olunur .....                     Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb .....                     Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb .....                     Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı .....                     ADSEA Bərgüşadçay su anbarında ikinci mərhələ üzrə tikinti işlərinə .....                     Kreml niyə İrəvandan çox Bakıya göz bərəldir?.. .....                     Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib .....                     Naxçıvanda SU KORRUPSİYASI .....                     Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi .....                     Bakıda yayın son konserti keçirilib .....                     Erməni lobbisi ABŞ-dan qovulur, bu ölkəyə köçür .....                     Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları .....                     Kreml Qafqaz uğrunda savaşı uduzdu? .....                     Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR .....                     Rusiya onların "ovuna" çıxa bilər .....                     Gecə saatlarında Bakıda biabırçı mənzərə: .....                     Maduronun ölkəsi AĞ GÜNƏ ÇIXIR... .....                     "Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər" .....                     Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... .....                     Sifarişi ləğv edib, qiyməti qaldırdılar... .....                 

“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Tarix: 15-05-2025, 06:10 | Çap et
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir”
Builki “Avroviziya”da da bəxtimiz gətirmədi, yoxsa, gətirdi?... Bu, hansı prizmadan baxmağımıza bağlıdır. “Avroviziya”sevərlər və yarışmada Azərbaycanın iştirakına məsul olanlar üçün kədərli haldır. İstərdilər ki, yüksək yerlərdən birini tutaq, bol-bol təriflər yağsın, hətta qalib də gələk, növbəti ildə cümlə “firənglər” (avropalılar) tökülüşüb gəlsinlər ölkəmizə. “Avroviziya”nı ölkəmiz, incəsənət, musiqimiz, mədəniyyətimiz üçün lazımsız hesab edənlərsə uğursuzluğu təbii qəbul edir. Real düşünür, həqiqətin gözünə baxmağı bacarır.

Bu il “Avroviziya” mahnı yarışmasında Azərbaycanı "Mamagama" qrupu təmsil edib. Qrupun finala çıxa bilməməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, tənqidlər, hətta təhqirlər də yazılıb. "Avroviziya"da Azərbaycanın musiqi prodüseri vəzifəsini icra edən Eldar Qasımovun, hansı ki 2011-ci ildə “Avroviziya” qalibi olmuşdu, istefası da tələb edilib. Sosial şəbəkədə Eldarın paylaşımlarına yüzlərlə şərhlər yazılıb. İstifadəçilərin böyük hissəsi onun bu postu tərk etməsini yazıb. Onun ünvanına "Bəlkə, postunuzu artıq uğurlu olacaq birinə təhvil verəsiniz?", Mən 3 ildir gəlib bura istefa ver deməkdən yoruldum, sən istefa verməməkdən yorulmadın. Səncanı, istefa ver, Eldar", "Təxmini nə vaxt gedərsən? Bir səhv iş oldu qalib oldun. Oturmusan ömrümüzə. 3 ildir finala çıxa bilmirik, bu nə rəzillikdir? Sənlik deyil də bu iş" kimi şərhlər yazılıb.

“Mamagama” qrupunun çıxışını paylaşaraq, “Möhtəşəm!” yazanlar da tənqid edilib.

Tural Aliyev: - Möhtəşəm??? Camaat lağa qoyur, bunlar “möhtəşəm”, deyir. Finala çıxmaq şansı çox azdı, çıxsa belə ən yaxşı halda 24-26 ci yeri tutacaq mahnıdan söhbət gedir. Əgər həqiqətən uğurlu olmaq istəyirsinizsə, digər ölkələrin etdiyi kimi milli seçmələr keçirin, hər müğənni öz mahnısı ilə qatılsin, sonda xalq hansı mahnının yarışmaya gedəcəyinə qərar versin. Beləliklə, ədalət yerini tapar. Təbii ki, əgər həqiqətən yaxşı mahnı göndərmək istəyirsinizsə, bu variantı edərsiniz.
(Bu şərhlər səsvermə hələ başa çatmamış yazılıb, amma proqnoz doğrulub – M.R.)

Anar Həsənzadə: - Eldar bu yarışdan təcili uzaqlaşdırılmalıdır. Əks halda “Eurovision” yarışmasında hər dəfə biabır olacağıq. Çünki, o, bu müsabiqəyə rəhbərlik edəndən bu yana, artıq üçüncü dəfədir ki, fərli ifaçı və mahnı seçilmir. Eldar bu yarışdan uzaqlaşdırılmalıdır. Bu adamın, birmənalı, seçim zövqü sıfırdır. Hüsniyəni qaytarmaq lazımdır. Hüsniyə həmişə gözəl seçimlər edib.

Rufat Taghi: - Adının çəkdikləriniz heç kimdir musiqidə. Məncə, 3-cü variant olmalıdır. Musiqi zövqü olub vətənpərvər olan. Ya da birdəfəlik “gey parad” deyib başını buraxaq bu yarışın.

Anar Həsənzadə: - Bir başqa variant da odur ki, iştirakçını xalq seçməlidir. Ancaq son vaxtlar özləri kimi gəldi seçirlər. Ona görə də nəticəsi göz önündədir.
Qeyd edək ki, ötənilki “Avroviziya” təmsilçimiz Fahree də müsabiqə ilə bağlı boykot çağırışı edib. Fahree instaqram səhifəsində bunları yazıb:
“Avroviziya, istefa! Bu, artıq nə mahnı müsabiqəsidir, nə də müsabiqədir! Bundan artıq nə olmalıdır ki, keçək finala? Səhnə gözəl! İfa gözəl! Şou gözəl! Rəqqaslar da var idi, “back vocal” da var idi! Tüpürəsən bunların siyasətinə də, münasibətinə də, ədalətinə də”.
Qeyd edilir ki, ölkəmizi 2023-cü ildə təmsil edən Turan və Tural qardaşları, 2024-cü ildə isə İlkin Dövlətov və Fahree də finala vəsiqə qazana bilməyib. Ard-arda uğursuzluqların səbəbi isə siyasi müstəvidə axtarılır. Belə fikirlər də var ki, qardaş Türkiyə, bizə yaxın qonşu olan Gürcüstan “Avroviziya” müsabiqəsində iştirakdan imtina etdiyi üçün Azərbaycan təmsilçiləri yüksək səs toplaya bilmir. Bəs nə edək?

Siyasi şərhçi, İctimai Televiziya Yayım Şurasının üzvü Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki, “Avroviziya” müsabiqəsi Yayım Şurasında da müzakirə olunur. Bu və ya digər şəkildə razı və narazı olan yönlərimiz də var:

- Şəxsən mənim də təklifim bu olub ki, Azərbaycan “Avroviziya”da iştirakını dayandırsın. Qardaş Türkiyə iştirakını dayandırıb artıq. “Avroviziya” mahnı müsabiqəsi, musiqi yarış səhnəsi formatından çoxdan çıxıb. Ümumiyyətlə, bu müsabiqənin oriyentasiyası çox zərərlidir, Azərbaycan belə bir platformada əsla iştirak etməməlidir. Bu vaxta qədər müəyyən səbəblərdən iştirak edilib. Azərbaycanın özünü tanıtması, beynəlxalq ictimaiyyətə təqdim etməsi zərurəti olub, özümüzü yetərincə yaxşı göstərmişik, uğurlu təqdimatlar etmişik, qalib olmuşuq, nəticədə Bakı növbəti müsabiqəyə ev sahibliyi hüququ qazanıb, müsabiqə paytaxtımızda yüksək səviyyədə baş tutub, bacarığımızı nümayiş etdirmişik, mədəniyyətimizi təqdim etmişik. Amma son illərdə “Avroviziya” müsabiqəsindəki görüntülər olduqca biabırçıdır. Ölkəmizin yer tutması bir yana qalsın, bu müsabiqədə təmsil olunması, ümumiyyətlə, məqsədəuyğun deyil. Bu il sonuncu dəfə iştirak etmiş olaq. Növbəti ildən iştirakımızı dayandıraq. Bizim bu müsabiqəyə artıq ehtiyacımız yoxdur. Nə Azərbaycan musiqisinin, nə mədəniyyətinin, nə də əxlaqının oradan qazana biləcəyi bir şey var. "Avroviziya" milli-mənəvi dəyərlərimizlə ciddi şəkildə tərs-mütənasibdir, buna görə də orada olmamalıyıq. Bu yarışma bizə nəsə qazandırmır. Bizim musiqimiz orada səslənən eybəcər, iyrənc musiqilərdən qat-qat yüksəkdədir. Bizim musiqimiz o səviyyəyə endirilməməlidir.

A.Həsrət qeyd etdi ki, “Avroviziya” həyatın dibidir artıq:

- Bu, musiqi yarışması deyil. Üzdəniraqların yarışması, nümayiş səhnəsidir. Bizim buna ehtiyacımız yoxdur. Əlbəttə, bu, tək məndən asılı məsələ deyil. İTV Yayım Şurasının üzvləri məsələni müzakirə edib, yekdil qərar çıxarmalıdırlar. Şəxsən hesab edirəm ki, biz bu yarışmadan imtina etməliyik.







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:34
Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Bu gün, 12:26
Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Bu gün, 12:24
“Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Bu gün, 12:22
Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Bu gün, 12:13
“AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Bu gün, 12:11
"Qarabağ" Dani Boltla yolları ayırıb
Bu gün, 12:08
Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Bu gün, 12:02
“Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:57
Ermənistan susuz qala bilər: - Azərbaycanın tarixi gölü quruyur
Bu gün, 11:51
Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: - “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
Bu gün, 11:48
“Leobank” GİLEY... - ”Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
Bu gün, 11:45
Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Bu gün, 11:37
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... - Dövlətin milyonları necə yoxa çıxır?
Bu gün, 11:33
“Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! - ETİRAZ VAR!
Bu gün, 11:31
Vətəndaş “Expargo”dan şikayət etdi: - 190 manatlıq məhsul geri qaytarılmayıb
Bu gün, 11:28
Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 11:25
Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik - ÇƏRƏNÇİLİK DAVAM EDİR...
Bu gün, 11:24
Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... - "Mən nə edim? Çox pisəm..."
Bu gün, 11:19
Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil - NƏ BAŞ VERİR?
Bu gün, 11:08
Azərbaycanda 5 şirkət ləğv olunur
Bu gün, 11:06
Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb
Bu gün, 11:04
Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb - SİYAHI
Bu gün, 11:03
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
Bu gün, 11:02
ADSEA Bərgüşadçay su anbarında ikinci mərhələ üzrə tikinti işlərinə 130 milyon xərc planlaşdırıb
Bu gün, 11:00
Kreml niyə İrəvandan çox Bakıya göz bərəldir?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57
Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib - DETALLAR
Bu gün, 10:53
Naxçıvanda SU KORRUPSİYASI - NARAZILIQ VAR...
Bu gün, 10:47
Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 10:41
Bakıda yayın son konserti keçirilib - FOTO
Bu gün, 10:37
Erməni lobbisi ABŞ-dan qovulur, bu ölkəyə köçür - GƏLİŞMƏ
Bu gün, 10:29
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
Bu gün, 10:13
Kreml Qafqaz uğrunda savaşı uduzdu? – Bu kəşfiyyat Rusiyanın Ermənistandakı təsirinin sıfıra endiyini açıqladı...
Bu gün, 08:20
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 08:18
Rusiya onların "ovuna" çıxa bilər - Xəbərdarlıq
Bu gün, 08:14
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
Bu gün, 08:13
Maduronun ölkəsi AĞ GÜNƏ ÇIXIR... - AKTUAL
Bu gün, 08:04
"Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər" - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:58
Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:53
Sifarişi ləğv edib, qiyməti qaldırdılar... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:41
"Açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim, AMMA..." - NARAZILIQ VAR...
Bu gün, 07:33
Güclü dövlətin ZƏİF VƏTƏNDAŞI... - AXI NECƏ...
Bu gün, 07:27
ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək - “Reuters”
Bu gün, 07:15
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
Bu gün, 07:07
İki Azərbaycan vətəndaşından Almaniyada ŞOK CİNAYƏT - Görün, nə ediblər...
Bu gün, 07:02
“Alkagesta” və Lumen: Şirkət qlobal təhqiqat yazılarını və axtarış izlərini necə “TƏMİZLƏMƏYƏ”çalışır? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Vergi idarəsinin rəisi QOÇULUQ EDİR - TƏFƏRRÜAT
Bu gün, 06:37
Xəstəxana qarşısında parklanma tələsi - AYNA -nın "nişan oyunu"
Bu gün, 06:32
Ələkbər Yasamallının ailəsində xeyir iş... - TOY olacaq
Bu gün, 06:27
Həlledici raund: Paşinyanla Putinin görüşündə nə olacaq? - GƏLİŞMƏ
Bu gün, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru