"İspanlar bizdən daha üstün oynadılar" .....                     Avtomobil Yolları Dövlət Agentliyinin sabiq vəzifəli şəxsinə .....                     Dünya Kubokunun “ən”ləri... .....                     "Cənab Anar Quliyev, Siz Gəncədə zərərçəkmiş şəxslərin vəsaitindən hansı haqla ƏDV və vergi adı altında pullar silmisiniz..." .....                     Tanışının BMW-sini qaçıraraq qəza törətdi .....                     Rubio Sergey Lavrovla görüşə hazır olduğunu bildirdi .....                     Zelenski istefa versə, danışıqlar başlayacaq .....                     BU NƏDİ BELƏ: Mənə kart lazım deyil... .....                     Si Cinpinin ABŞ-yə səfərinə hazırlıq davam edir .....                     Klublarımız Avrokuboklarda rəqiblərini tanıyacaq .....                     “Tramp yolu”: “Rusiya bundan öz məqsədləri üçün istifadə edə...” .....                     Nifrətin ixracı, izolyasiyanın idxalı: yeni oyanmısınız? .....                     İran hələ də raket və dronlara malikdir .....                     Neft qiymətləri kəskin dönüş etdi .....                     Nəcəflinin kadrları NİYƏ İSTEFA VERİR? .....                     Körfəz ölkələri Hörmüzün təhlükəsizliyi üçün ABŞ-yə sərmayə qoymağa razılaşıb .....                     Saatlıda büdcə hara xərclənib? .....                     SEPAH Hörmüz boğazında iki tankerin partlaması barədə məlumat yayıb .....                     ABB-dən öz bankomatına KOMİSSİYA HAQQI .....                     Vaşinqton İranla genişmiqyaslı müharibəyə hazırlaşır .....                     SEPAH ABŞ-nin İordaniyadakı hərbi təyyarələrinə zərbə endirdiyini açıqlayıb .....                     Avropa Rusiyaya görə "parçalanır"... .....                     Azərbaycanda qalmaqallı qadağa .....                     Gözünü qan bürüyən Rusiya... .....                     "Azercell" Azərbaycanın ərazi bütövlüyünü ŞÜBHƏYƏ ALIR? .....                     "Jurnalistlərin Prezidentə yazdığı kollektiv müraciətdə adımı görəndə redaktor az qala mikroinfarkt keçirdi..." .....                     Almaniyada təhsil... AZ QALA PULSUZDUR! .....                     "Təmir deyil e, binanın anasını ağladırlar..." .....                     "Yol budur, başqa yol da olmayacaq..." .....                     AzəriQaz-da İMTAHAN MÜƏMMASI .....                     ABŞ İrana qarşı ardıcıl doqquzuncu gecə hücumları dalğasını başa çatdırıb .....                     Məleykənin təhsil MƏLAKƏLİYİ bitir? .....                     Əmrullayev də bu təhsil xarabalığından MƏZUN OLUR... .....                     "Azərbaycan ikili standartlarla deyil, beynəlxalq hüquqla hərəkət edir" .....                     Rusiyanın Xəzərlə bağlı araşdırması qorxuya saldı: 5 ölkə hərəkətə keçir? .....                     Özümüz yandırmayaq, daha çox qazanaq .....                     İspaniya millisi FIFA reytinqində birinci yerə yüksələcək .....                     Tramp Çinlə seçkilərə müdaxilə iddialarını müzakirə etməyə hazırdır .....                     Naxçıvanda NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                     "Aylardır ödənilməyən ezamiyyə pullari nə vaxt ödəniləcək..." .....                 

"Mən “Yaşıl kart” (Green Card) qazandım və bir il doqquz ay düşündüm, gedim, ya getməyim?"
Tarix: 15-04-2024, 09:35 | Çap et
"Mən “Yaşıl kart” (Green Card) qazandım və bir il doqquz ay düşündüm, gedim, ya getməyim?"
Müğənni Elariz Məmmədoğlunun Kult.az-a müsahibəsi:

- Elariz bəy, necəsiniz? Artıq neçə ildir ki, Amerikadasınız. Yəqin, darıxırsınız...

- Allaha şükür olsun ki, yaxşıyam. Bir balaca səhhətimdə narahatlıq var idi, onu da Amerikanın həkimləri yoluna qoydular. Düz beş il üç aydır ki, Amerikadayam. Əlbəttə ki, darıxıram. Dünyanın harasında yaşasam da, Azərbaycan mənim vətənimdir. Azərbaycanla bağlı yaxşı nə eşidirəmsə, çox sevinirəm.

- Çətin olmadımı? Azərbaycanda sevilirdiniz, toylara gedirdiniz, birdən-birə də hər şeyi qoyub getdiniz.

- Azərbaycanda hər şey qaydasında idi. Sadəcə, mən “Yaşıl kart” (Green Card) qazandım və bir il doqquz ay düşündüm, gedim, ya getməyim? Belə qərara gəldim ki, Amerikaya “Yaşıl kart” qazanmaq şansı həyatda bir dəfə olur. Yalnız vətən üçün darıxmaq məni incidir. Mən rus dilini bildiyim üçün burada çalışmaq bir o qədər də çətin olmadı. Bruklin şəhərinin 90%-i rusdillidir. Burada biz demək olar ki, gün ərzində ingilis dilini eşitmirik. Tanınmış adam olduğuma görə də bəzi işlərim rahat getdi. Məsələn, biləndə ki, gəlmişəm, özləri məni işə dəvət etdilər. Eyni zamanda konsertlərimi təşkil etdilər, toylara dəvət etdilər.

- Adətən, insan öz vətənindən kənarda gedəndə uzun müddət əziyyət çəkir. Yeni dostlar tapmaq, iş qurmaq - bunlar sizinçün rahat oldumu?

- Dost tapmaq mənim üçün heç zaman çətin olmayıb. Burada yeni dostlar, yeni çevrəm var. İş qurmaq, əslində, çətin deyildi, amma koronavirus olmasaydı.

- Maraqlıdır, orada nə işlə məşğul olursunuz? Media restoran biznesi ilə məşğul olduğunuzu yazır. Doğrudurmu?

- Mənim xoşbəxtliyim ondadır ki, Bakıda məşğul olduğum işlə elə Amerikada da məşğulam: axşamlar ya toy, ya banket, arabir də konsertlər, səsyazma studiyası… Restoranda isə oxuyuram. Vaxtım yalnız öz sevimli işimə gedir.

- Elariz bəy, Amerikada azərbaycanlıların toylarına gedirsinizmi?

- Mən yeni gələndə Amerikada yaşayan azərbaycanlılar mediadan mənim burada olduğumu bildilər, xeyirli işlərə dəvət etdilər. Nyu York, Nyu Cersi, Texas, Minnesota, Şimali Karolina, İndiana, Kolorado ştatlarında, Boston şəhərində, eyni zamanda Kanada dövlətinin Toronto şəhərində toylara dəfələrlə dəvət almışam. Unutduğum şəhərlərdə yaşayanlar lütfən məndən inciməsinlər.

- Elariz bəy, ixtisasınız da rejissorluqdur. Nə əcəb bu sahə üzrə çalışmadınız?

- İncəsənət aləmində mənim üç əsas ixtisasım var. Musiqi təhsilim vokal, rejissorluq və aktyorluq. Bunlar mənim professional səviyyədə ixtisaslarımdır. Digər istedadlarımı həvəskar səviyyə sayıram, məsələn, şeir yazmaq, musiqi bəstələmək, mahnı mətni yazmaq, ssenari yazmaq, rəqs etmək. Universtitet illərində düşünürdüm, hansı işlə məşğul olum? Təhsilim mənə aktyor, rejissor və müğənni olmaq imkanı verirdi. Mən müğənniliyi seçdim və şükür Allaha ki, uğurlarım oldu. Amma bir neçə klipimdə aktyor kimi, bəzilərində də rejissor olmuşam. Bir neçə serialda, filmdə aktyor kimi də çalışmışam. “Kişiləri qoruyun” filmində iki obrazda çəkilmişəm.

- Amerikada film çəkmək istəyərsinizmi?

- Mənim rejissorluq istəyim böyükdür. Azərbaycanın xeyrinə Amerikada bədii film çəkə bilərəm, sadəcə, çəkiliş üçün böyük vəsait lazımdır. Olsa, çox maraqlı ola bilərdi.

- 2000-ci ildə daha çox “Devuşka v pesoçnom sarafane" hitiylə məşhurlaşdınız, sonra da “tvist” üslubunda "Tup-tup" mahnısına klip çəkildi, 2001-ci ildə də rok-n-roll üslubunda "Dans-dans" mahnısı və klipiniz məşhurlaşıb. Bəs siz özünüz hansını ən yaxşı mahnınız hesab edirsiniz?

- Mənim repertuarımda sevdiyim mahnı var, əfsuslar olsun ki, Azərbaycan radioları onu kifayət qədər işıqlandırmadılar. Yəqin, mən Amerikaya gəldim, ona görə də mahnı unuduldu. Sözügedən mahnı “Hədiyyə” adlanır. Mahnının musiqisini Parisdə yazmışam, sözlərini isə Bakıda.

- Amerikadan baxanda Azərbaycan musiqisi sizinçün necə görünür?

- Azərbaycan musiqi mədəniyyəti hər vaxt yüksəkdə olub. Düşmənlərimiz bizim mahnıları və rəqsləri öz adlarına çıxardanda mənə pis təsir edir. Bizim musiqiçilərimiz çox inkişaf edib. Xüsusən, fortopiano, qarmon və nağara sənəti inkişafdadır. Fortepianoda Emil Əfrasiyab, Şahin Növrəsli, Nizami Əliyev, qarmonda Ənvər Sadıxov, Orxan Mirnatiqoğlu, nağarada Natiq Şirinov daima inkişafdadırlar. Əfsuslar olsun ki, Azərbaycan musiqisində bas gitaraçılar azdır. Bu hissə zəif görünür. Mən Azərbaycanda toylara gedəndə hər vaxt özümlə zərb və bas gitara aparmışam. Zərbi Azərbaycan toylarında dəbə sala bildim, amma bas gitaranı bacarmadım. Həmişə mənə irad tutub deyirdilər, sən niyə toylara bas gitara aparıb əlavə pul verirsən? Mən isə belə adamlara ürəyimdə gülüb düşünürdüm ki, bu adam nə bilir bas gitara musiqinin fundamentlərindən biridir? Bu barədə Azərbaycan xalq artisti, gözəl sənətkar Yalçın Rzazadə ilə maraqlı söhbətimiz olub. Uzun sözün qısası, bu gün musiqimizdə bas qitaraya böyük ehtiyac var.

- Hazırda yeni albomunuz varmı?

- Mən hər vaxt yeni albom, yeni mahnılar üzərində çalışıram. Sosial şəbəkədə izləsəniz, yeni işlərimi də görə bilərsiniz.

- Birdəfəlik qayıtmaq necə, belə bir fikriniz varmı?

- Əslində, mən vətənim Azərbaycandan getməmişəm, Amerikaya müvəqqəti gəldim. Həmvətənlərimiz Rusiyaya gedir, orada beş-altı il çalışır və sonra qayıdır Azərbaycana. Hər kəs bilir ki, Vətənimiz Azərbaycandır. Mən Rusiyaya deyil, Amerikaya getmişəm. Azərbaycan canımız, Bakı ürəyimizdir!








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İspanlar bizdən daha üstün oynadılar" - Messidən ETİRAF
Bu gün, 10:03
Avtomobil Yolları Dövlət Agentliyinin sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU
Bu gün, 09:59
Dünya Kubokunun “ən”ləri... - SİYAHI
Bu gün, 09:56
"Cənab Anar Quliyev, Siz Gəncədə zərərçəkmiş şəxslərin vəsaitindən hansı haqla ƏDV və vergi adı altında pullar silmisiniz..." - İTTİHAM VAR...
Bu gün, 09:52
Tanışının BMW-sini qaçıraraq qəza törətdi - TƏFƏRRÜAT
Bu gün, 09:44
Rubio Sergey Lavrovla görüşə hazır olduğunu bildirdi
Bu gün, 09:42
Zelenski istefa versə, danışıqlar başlayacaq - Jurova
Bu gün, 08:45
BU NƏDİ BELƏ: Mənə kart lazım deyil... - ETİRAZ
Bu gün, 08:43
Si Cinpinin ABŞ-yə səfərinə hazırlıq davam edir
Bu gün, 08:35
Klublarımız Avrokuboklarda rəqiblərini tanıyacaq - BU GÜN...
Bu gün, 08:32
“Tramp yolu”: “Rusiya bundan öz məqsədləri üçün istifadə edə...” - GƏLİŞMƏ
Bu gün, 08:28
Nifrətin ixracı, izolyasiyanın idxalı: yeni oyanmısınız? - İNCƏLƏMƏ
Bu gün, 08:26
İran hələ də raket və dronlara malikdir - Tramp belə deyir...
Bu gün, 08:20
Neft qiymətləri kəskin dönüş etdi
Bu gün, 08:17
Nəcəflinin kadrları NİYƏ İSTEFA VERİR? - "Bu nə rəzalətdir, bu nə idarəçilik formatıdır?"
Bu gün, 08:16
Körfəz ölkələri Hörmüzün təhlükəsizliyi üçün ABŞ-yə sərmayə qoymağa razılaşıb - Rubio
Bu gün, 08:00
Saatlıda büdcə hara xərclənib? - NARAZILIQ VAR...
Bu gün, 07:59
SEPAH Hörmüz boğazında iki tankerin partlaması barədə məlumat yayıb
Bu gün, 07:50
ABB-dən öz bankomatına KOMİSSİYA HAQQI - "Bu nə oyundur belə..."
Bu gün, 07:40
Vaşinqton İranla genişmiqyaslı müharibəyə hazırlaşır - "The Washington Post"
Bu gün, 07:26
SEPAH ABŞ-nin İordaniyadakı hərbi təyyarələrinə zərbə endirdiyini açıqlayıb - "Press TV"
Bu gün, 07:24
Avropa Rusiyaya görə "parçalanır"... - "Faynənşl Tayms"
Bu gün, 07:22
Azərbaycanda qalmaqallı qadağa – Qanun icazə verir, marketlər “olmaz” deyir
Bu gün, 07:20
Gözünü qan bürüyən Rusiya... DAVAM EDİR...
Bu gün, 07:06
"Azercell" Azərbaycanın ərazi bütövlüyünü ŞÜBHƏYƏ ALIR? - BU LAP AĞ OLDU...
Bu gün, 07:00
"Jurnalistlərin Prezidentə yazdığı kollektiv müraciətdə adımı görəndə redaktor az qala mikroinfarkt keçirdi..." - Bu, hekayə deyil... HƏYATDIR!
Bu gün, 06:54
Almaniyada təhsil... AZ QALA PULSUZDUR! - ARAŞDIRMA
Bu gün, 06:50
"Təmir deyil e, binanın anasını ağladırlar..." - BÜDCƏ PULUNA YAĞI MÜNASİBƏTİ...
Bu gün, 06:47
"Yol budur, başqa yol da olmayacaq..." - ÇAĞIRIŞ
Bu gün, 06:42
AzəriQaz-da İMTAHAN MÜƏMMASI - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
ABŞ İrana qarşı ardıcıl doqquzuncu gecə hücumları dalğasını başa çatdırıb - CENTCOM
Bu gün, 06:22
Məleykənin təhsil MƏLAKƏLİYİ bitir? - İDDİA
Bu gün, 06:21
Əmrullayev də bu təhsil xarabalığından MƏZUN OLUR... - BACARMADI!
Bu gün, 06:18
"Azərbaycan ikili standartlarla deyil, beynəlxalq hüquqla hərəkət edir" - deputat
Bu gün, 06:05
Rusiyanın Xəzərlə bağlı araşdırması qorxuya saldı: 5 ölkə hərəkətə keçir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:02
Özümüz yandırmayaq, daha çox qazanaq - AKTUAL
Bu gün, 06:01
İspaniya millisi FIFA reytinqində birinci yerə yüksələcək - SİYAHI
Bu gün, 05:59
Tramp Çinlə seçkilərə müdaxilə iddialarını müzakirə etməyə hazırdır - KİV
Bu gün, 05:55
Naxçıvanda NƏ İŞLƏR ÇEVRİLİR?.. - "Hakimiyyət dəyişən kimi..."
Dünən, 08:50
"Aylardır ödənilməyən ezamiyyə pullari nə vaxt ödəniləcək..." - MÜRACİƏT
Dünən, 08:41
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR - BU DA FAKT...
Dünən, 08:27
Nə qədər ki, Babək Hüseynov vəzifə başındadır... - BELƏ HARA GEDİRİK?
Dünən, 08:19
Məqsədləri müştəri məmnuniyyəti deyil ki... - GİLEY
Dünən, 07:54
Bakıda piyadalar kütləvi şəkildə cərimələnə bilər... - "Bunu etmək belə çətindir?"
Dünən, 07:41
Bakıda evi başına uçurulan vətəndaşın səhhəti pisləşdi - FOTO
Dünən, 07:37
ABŞ-ın İrana hücumları davam edir... - TƏFƏRRÜAT
Dünən, 07:27
Bizdə 'biznes' deyəndə niyə ağıla ilk olaraq gələn kafe-restorandır... - REPLİKA
Dünən, 07:24
Ruslardan özlərinə layiq yarışma... - BU NƏDİ BELƏ?
Dünən, 07:19
"Dondurmanı istənilən iş adamı ölkəyə gətirə bilir, ya yox?!" - Natiq Cəfərli
Dünən, 07:14
Qadınlar kimə gözəl görünmək istəyir? - AKTUAL
Dünən, 07:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru