AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                     Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” .....                     Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs .....                     Qaşınmayan yerdən qan çıxaranlar... .....                     "Müharibə şou ilə deyil, real işlə qazanılır" .....                     Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi .....                     Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı .....                     Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur .....                     Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı .....                 

"Tək yaşamaq onda artıq vərdiş halına çevrilmişdi"
Tarix: 13-02-2024, 08:49 | Çap et
"Tək yaşamaq onda artıq vərdiş halına çevrilmişdi"
“Zərnigar xanımın tək qalmağının səbəbi var idi. Qubanın Rustov kəndində rus məktəbində oxuyub, natamam orta təhsillə kənddən çıxıb. Sonra Bakıdakı texnikomda təhsil alıb. Ailədən erkən ayrılıb getdi. O gənc yaşlarından tək yaşayıb. Universitetə daxil oldu, Moskvaya getdi, sonra gəlib teatrda işlədi. Tək yaşamaq onda artıq vərdiş halına çevrilmişdi. Deməzdim ki, tək yaşamaq ona xoş idi. Hansı qadın tək qalmaq istərdi ki?! Rəhmətlik nənəm də həmişə deyirdi ki, qızım tez Bakıya köçdü. Üzünə də deyirdi ki, “16 yaşında çıxıb getmisən, heç səndə ana məhəbbəti yoxdur?!”. Anasına çox bağlı idi. Babamda da təkliyə qapılmaq var idi. Xasiyyəti atasına bənzıyirdi. İnsanlarla məsafə saxlayırdı, heç kimi yaxınına buraxmırdı, gəl-get sevmirdi”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Zərnigar Ağakişiyevanın qardaşı qızı Fəxriyyə İsrafilova deyib. O daha sonra əlavə edib.
“Nənəm, yəni Zərnigar xanımın anası Böyük Vətən müharibəsi illərində ailə həyatı qurub. O insandan iki oğlan övladı dünyaya gəlib. Sonra babam müharibəyə yollanıb, qayıtmayıb. Nənəm iki azyaşlı oğlan uşağı ilə dul qalıb. İkinci dəfə Fatı adlı kişi ilə ailə həyatı qurub. Onun da bu evliliyindən Zərnigar xanım dünyaya gəlib. Nənəm oğlan övladının birini müharibə illərindəki şəraitsizliyə görə itirib. Bibim Zərnigar xanımla atam tək qalıb. Uşaqlıqdan bir evdə böyüyüblər. Düzdür, aralarında ogey-doğmalıq olub. Amma Fatı babam övladları arasında fərq qoymayıb. Pul qazanıb, evi saxlayıb. Bibim də, atam da kənddə dünyaya gəlib. O vaxt bütün gənc oğlanlar kimi atam da mühafizəkar olub. Bibimi qısqanıb, ona bəzi şeyləri qadağan edib. Zərnigar bibimin də özünəməxsus xarakteri var idi. Xoşlamırdı ki, ona nəyisə qadağan etsinlər. Buna görə aralarında bir az soyuqluq yaranıb. Bibim həmişə atamı gözəl xatirələrlə yad edirdi. Deyirdi ki, “günah atanda deyil, nənəndədir ki, onu ərköyün böyüdüb”. Nənəm-babam sağ olanda Zərnigar xanım kəndə gəlib-gedirdi” deyə sənətkarın qohumu bildirib.

Fəxriyyə xanım bibisi ilə bağlı bir faktın üstünü də illər sonra açıb.
“Gözəl qadınların bəxti həyatda gətirmir. Zərnigar xanım çox gözəl-göyçək idi. İstedadına, sənətinə söz ola bilməzdi. Şəxsi həyatda taleyi üzünə gülmədi. Bibim bir dəfə ailə həyatı qurub. Gəncədə Əli müəllim adlı ziyalı bir şəxs idi. Hündürboy, qıvrımsaç bir oğlan idi. Bibimi özü istəyib, evlənmişdi. Uzun müddət arxasınca düşüb. Vətəndaşlıq nikahında yaşayıblar, rəsmi nikahda olmayıblar. Bir-birlərini o qədər sevirdilər ki.. Yeni il bayramı günü bizə qonaq da gəlmişdilər. Nənəm onlara yaxşı süfrə açmışdı. Mən 2-ci sinifdə oxuyurdum. Bibimin xoşbəxt günləri idi. Bir neçə il birlikdə yaşayıblar. Bibimin o vaxt bir otaqlı evi var idi. Təəssüf ki, övladları dünyaya gəlməyib. Zərnigar xanım hətta bir neçə dəfə ona həkimə də getməyi təklif edib. Çünki övlad istəyirdi. Günlərin bir günü bibim qastrol səfərinə yola düşüb. Qayıdıb gələndə ona xəbər veriblər ki, yoldaşını filankəslə görmüşük. O bibimə xəyanət etmişdi. Çox gəlib-getmişdi, yalvar-yaxar etmişdi, amma bizim onun xəyanətini bağışlamamışdı. Mən yenə də nə bibimi, nə də Əli müəllimi günahkar görürəm. Mənim fikrimcə günahkar bu söhbəti bibimə çatdıran şəxs idi. Bibimin evini yıxdılar. Bəlkə də xoşbəxt yaşayacaqdılar, övladları olacaqdı. Bibim ondan sonra ailə həyatı qurmadı.. İllər sonra Əli müəllimin ölüm xəbərini də bibimə demişdilər. Həmin şəxsdən sonra ailə həyatı qurmadı. Baxmayaraq ki, ona evlilik təklifləri çox gəlirdi, amma qəbul etmirdi. Ailə həyatı qurmaq məsələsində çox kaprizli idi. Onun üçün seçim etmək çətin idi. Özünə uyğun insan axtarırdı. O hər kəsi bəyənməzdi, sevməzdi. Özündə-sözündə düz adam axtarırdı. Onu hansısa mövzularda başa düşürəm. Özünəməxsus idi, heç kimin qarşısında əyilməzdi” deyə o bildirib.

Sənətkarın qardaşı qızı bildirib ki, hər zaman bibisinin yanında olub.
“Mən texnikomda oxuyanda bibimin yanında qalırdım. Bütün meylini mənə salmışdı. 20 yanvar hadisələri baş verən günü də bibimgildə idim. Bu gün də bəzən fikirləşirəm ki, nə yaxşı ki, o günü mən bibimin yanında idim, o evdə tək olsaydı ürəyi partlayardı. Həmin gecə bir-birimizə sarılıb evdə oturmuşduq. Evimiz də 20 yanvar metrosuna yaxın idi. Texnikomu bitirib kəndə qayıtdım. Sonra mənimlə də məsafə saxlayırdı. Bir əmisi qız var idi, bibimə demişdi ki, evin sənədlərini mənə ver. Bibim o vaxt tək otaqlı evdə yaşayırdı. Bibimgilə gedəndə mənə dedi ki, “Fəxriyə, əmimqızı xəstələnməyimdən istifadə edib, evin sənədlərini götürüb, öz adına keçirmək istəyir”. Bibim onu evdən qovmuşdu. Biz onun yanında heç vaxt ev söhbəti etməmişdik. Mənə bibimin evi yox, özü lazım idi. Heç kim evi bu dünyadan özü ilə aparmır! Özünə də dedim ki, səni görüm bu evin içində 100 il yaşayasan! Dedi ki, “bilirəm sən anam kimisən, nəyim varsa sənindir. Anamın ruhu məni bağışlamaz”. Dövlət ona Elmlər metrosunun yanında ev hədiyyə etmişdi. Bibim birotaqlı evdən həmin binaya köçdü. Mənə də deyirdi ki, в„–gedərik orada birlikdə qalarıq”. Zərnigar xanım fikirlərini tez-tez dəyişirdi. Mətbəxə girib qayıdana qədər o qədər fikir dəyişdirirdi ki. Bir az xofları çox idi. And olsun Allaha ki, o xoflara əsas yox idi. Bu söhbətdən sonra 2009-cu ildə biz ayrıldıq. Yeni evə köçdü, heç bizə xəbər də etmədi. Sonra eşitdik ki, ev mübarəkinə gələnlər də az olmayıb. Bibimin sağlığında ondan evin sənədlərini istəyən əmisi qızı da barışıb həmin evə gəlmişdi. Bibimin bir qohumu var, Eldar müəllim. O vaxt notariusda işləyirdi. Bibimdən soruşub ki, “bu ev kimə qalacaq?!” Mənə bunu teatrda pomrej işləyən Xanım xanım danışıb. Bir qohum o tərəfdən deyib ki, nəvəmin adına yazdır, biri bu tərəfdən deyib ki, oğlumun adına keçir. Həmin insanlar mənim bibimin xarakterini yəqin ki, bilməyiblər. Zərnigar xanımın yanında yanında onun evinin müzakirəsini etməzlər. Əsla! O elə şeyləri heç vaxt qəbul etmirdi. Ona görə də həmin insanları həyatından sildi! O özü deyə bilərdi ki, evimi kimə verirəm. Necə ki, köhnə evdə özü mənə demişdi ki, nəyim varsa sənindir. Bibimin qəlbinə dəymişdilər. Ona görə də heç kimin üzünə qapı açmırdı. Biz o görüşdə olmamışdıq. Bibim özü də mənə deyirdi ki, onsuz da mən dünyada olmayandan sonra dövlət evi kimə lazımdır verəcək. O vaxt heç mən nə varisliklə, evin kimə qalması ilə maraqlanmırdım. O ev hazırda bizimdir. Evə gedib çıxınca 3 il məhkəmələri gəzdim. Çox zülmlər, zillətlər başıma gəldi. Həmin bu əmiqızı ilə böyük problemlər yaşadıq. Allahın rızası olmadan bu həyatda ağacdan yarpaq belə düşə bilməzdi. Bəlkə də bibim çox yaşayardı, amma evdə tək qaldığı üçün dünyasını dəyişdi. Köməyinə çatan olmadı. Bu hələ də bizi yandırır” deyə sənətkarın qardaşı qızı deyib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Dünən, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Dünən, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Dünən, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Dünən, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Dünən, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Dünən, 11:23
Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Dünən, 11:21
Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Dünən, 11:12
Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Dünən, 11:03
"Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Dünən, 10:53
"Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Dünən, 10:46
Kanadada FACİƏ: - azərbaycanlı gənc binadan yıxılıb ÖLDÜ
Dünən, 10:28
GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Dünən, 10:25
SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub
Dünən, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru