Yasab kəndində YAŞAM ŞƏRTLƏRİ ağırdır .....                     Gəlişi gözəl rəqəmlər, gizlənən risklər: "Bank Respublika"nın fəlakət statistikası .....                     "Cərimə balının yuxarı həddi 40 bala qədər artırılsın" .....                     CHP daxilində yaşanan böhran Azərbaycanda da xüsusi maraq doğurur .....                     Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik: Azərbaycan NƏ QAZANIR? .....                     "Həmidə Ömərova, Cavanşir Quliyev qapı arxasında qalmalı idi?" .....                     Kreml Paşinyanın qarşısında güclü “Moskva cəbhəsi” yaratmaq istəyir .....                     "İctimai nüfuzuma zərər vuran paylaşım və materialların silinməsini tələb edirəm" .....                     Kreml İrəvanda məyus oldu: mitinqə gözlənilən kütlə toplanmadı .....                     "Pul qazanmaq çox çətindir... .....                     "Nəvəm günahsızdır" .....                     Milli Onkologiya Mərkəzi tibbi avadanlıqlara 50,3 milyon manat xərcləməyə hazırlaşır .....                     Yazarlar borclarını ödəməyə başlayıblar: AYB-də "təmizləmə" olmayacaq? .....                     Bakılı qadın Rusiyada nazir postuna gətirildi .....                     Vaşinqtonda Azərbaycanla bağlı kritik qərar .....                     Ayda 22 milyon ziyan: .....                     Zaxarova erməniləri Paşinyanın əleyhinə səs verməyə çağırdı .....                     Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə olunub? .....                     NİYƏ SƏFƏRBƏR OLA BİLMİRİK... AXI NİYƏ... .....                     “NAS Project BOKT” idarəetmə strukturunda bir sıra dəyişiklər baş verib .....                     Müharibə İrandan Azərbaycana gələn turistlərin sayına necə təsir edib? .....                     Bulvarda yığılan pullar kimə çatırdı? .....                     Məşhur prodüserin adı Hövsandakı adam oğurluğu qalmaqalında hallanır .....                     “Bakcell”in dəstəyi ilə “boolood” İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə .....                     "15 yaşımdan çəkdiyim zəhmət, fədakarlıqlar..." .....                     Paşinyan səhvini etraf etdi: .....                     Etibar Əliyevdən Baba Vəziroğluna: .....                     Bu il regionda ən zəif iqtisadi artım Azərbaycanda olacaq .....                     Direktor niyə məktəbə gəlmir? .....                     Neftçi MTK-nin benefisiar (real) sahibi kimdir? .....                     Leysan “Şuşa qalası”nın bir hissəsini uçurub: Bərpası üçün 240 min ayrıldı .....                     EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib .....                     Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı .....                     Paşinyan Ermənistandakı seçkilərdən sonra Putinlə görüşmək üçün .....                     "Hər dəfə belə kəsik olanda içində nəsə çatmır..." .....                     Hakim ona 1 saat vaxt verdi .....                     44 günlük savaşın gizli məğlubu bu ölkədir .....                     Karapetyanın adamları hakim partiya üzvlərinə hücum çəkdi .....                     Bakıda pubda qadını döyərək saçından yerlə sürüyən dostlara elektron qolbaq taxıldı .....                     Bu liseyin direktoru işdən çıxdı .....                 

“Problem istəmirsənsə, əsas sözü kişiyə ver....” – Səkinə İsmayılova
Tarix: 27-10-2023, 10:01 | Çap et
“Problem istəmirsənsə, əsas sözü kişiyə ver....”
Tanınmış muğam ifaçısı, xalq artisti Səkinə İsmayılova Teleqraf.com-a müsahibə verib. DİA.AZ müsahibəni təqdim edir:

- Səkinə xanım, necə oldu ki, musiqiyə könül verdiniz?

- Məktəbdə oxuyanda hüquqşünas olmaq istəmişəm. Amma musiqi müəllimim, böyük insan, akademik Vidadi Xəlilovun tövsiyəsilə sənət aləminə gəldim. O deyirdi ki, sənin gözəl səsin var, sən oxumalısan. Mən də bu aləmə yönəldim. Məktəb illərində "Oxu tar", "İstedad axtarırıq" kimi böyük müsabiqələrdə iştirak elədim. Sonra Asəf Zeynallı adına musiqi məktəbinə gəldim. Allah rəhmət eləsin, Nəriman Əliyev mənim ustadım, müəllimim olub. Onun sinfində muğamın sirlərini öyrəndim.

Orda oxuduğum müddətdə məni Opera Balet teatrına dəvət elədilər. Professional sənətə elə o illərdə Opera teatrının səhnəsində başladım. Bu da böyük bir şansdır ki, ilk addımımı belə böyük səhnədə atdım.

- Sizi, kövrək addımlarını atan gənc qızı böyük səhnə necə qarşıladı?

- Mənə qədər Opera teatrında böyük sənətkarlar vardı. İstər kişi xanəndələr, istər xanım... Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudov, Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova...

Mən o mənada yaxşı qarşılandım ki, 16-17 illik fasilədən sonra operaya gənc nəfəs gəlmişdi. Bəlkə də, mənə bir uşaq kimi baxırdılar, qoruyurdular.

Teatra gələndən sonra 6 ay müddətində Leyli rolunu hazırladım. 1981-ci il mayın 24-ü mən ilk premyeramı oxudum: "Leyli Məcnun" tamaşasında Leylini oynadım. Onun ardınca "Aşıq Qərib" operasında Şahsənəm, "Əsli və Kərəm"də Əsli, "Şah İsmayıl"da Ərəbzəngi... Ardıcıl olaraq muğam tamaşalarında baş rolları ifa etdim.

Onu deyim ki, dünyaya çıxışım da opera səhnəsindən başladı. 1982-ci ildən dünya səhnələrində çıxış etmək qismətim oldu. Fransa, Yaponiya, Hollandiya, ABŞ, İsveç, İran, Türkiyə, Hindistan, Vyetnam... Saymaqla bitməz.

- O vaxt bizim üçün sərhədin o tayı başqa bir dünya idi. Əcnəbi ölkələrin birində qalmaq heç könlünüzdən keçdimi?

- Yox, başqa bir ölkədə qalıb yaşamaq heç vaxt fikrimdə olmayıb. 90-cı illərdə mənə Türkiyədə qalıb işləmək təklif edildi. O zaman burda vəziyyət ağır idi, müharibə dövrü idi. Buna baxmayaraq, nə başqa ölkədə qalıb yaşamaq, nə də işləmək arzusunda oldum. Mən öz xalqımla bərabər olmaq və onların qarşısında öz sənətimi inkişaf etdirmək istəyirdim. Bir qonaq sənətkar kimi o səhnələrdə öz çıxışımı edib ölkəmi təmsil etmək, Azərbaycanın adını dünyada tanıtmaq mənim üçün böyük bir iş idi. Mənə bu kifayət edirdi.

-Səkinə xanım, siz musiqi sənətində bir sıra ilklərə imza atmısız. Qavalla ifa edən ilk xanım xanəndə olmusuz. Səhv etmirəmsə, bu ideya təsadüfən yaranıb...

-1988-ci ildə Amerikaya dəvət olundum. Bu səfərdə çox az bir heyət çıxış etməliydi, o cümlədən tarzən, kamança ifaçısı və xanəndə. Burda xanəndə özünü müşayiət etməliydi. O vaxta qədər xanımlar qavaldan bir dekor kimi istifadə edirdilər. Amma mən konserti özüm idarə etməliydim.

Hazırlaşmaq üçün 20 gün vaxtımız vardı. Bu 20 gündə mən çiyinlərimə ağır bir yük götürdüm, çoxlu məşq etdim və alındı.

- Qavalla ifa etməyin çətinliyi və üstünlüyü nədir?

- Çətinliyi odur ki, sən proqram boyu özün-özünü ritmlə müşayiət edirsən. Burda ifa ilə yanaşı, həm də ritmi düzgün tutmaq tələb olunur. Elə etmək lazımdır ki, tamaşaçı sənin ifa etdiyin musiqini başa düşə bilsin. İstər ritm cəhətdən, istər ifa cəhətdən.

Üstünlüyü də budur ki, gəminin sükanı kapitanın əlində olduğu kimi, burda da külli ixtiyar sahibi sənsən. Sən istədiyin vaxt orda bir xırdalıq edə bilərsən, gücünü göstərə bilirsən, ritm sənin əlindədir. Ritm səni gözləyir. Ritm getmir - nə arxaya, nə qabağa.

Mənə dedilər ki, sən niyə özünü çətinliyə salmısan? Hazır ansambl var, ritm var, sən də səhnədə dur oxu. Amma təsadüf bu yeniliyin yaranmasına səbəb oldu. Əslində təsadüf yoxdur, hər şey zərurətdən yaranır.

Bu yenilik gənc xanım xanəndələrimizə də təkan verdi. Onlar da qavaldan istifadə etmək istədilər, öyrəndilər və bu gün bu işi davam etdirirlər. Bu məni çox sevindirir və hər dəfə də qürur hissi keçirirəm.

Mən dönə-dönə təkrar edirəm ki, gənclər klassik musiqi ənənəsini qoruyub saxlamalıdır. Klassik ifaçılıqda əsas nədir? Tar, kamança, qaval. Əgər sən xanəndə kimi özünü təsdiq etmisənsə, onda qavalda çalmalısan.

-Siz ilk dəfə qadınlardan ibarət muğam üçlüyü yaratmısız. Bəs bu təşəbbüs kimdən gəldi?

- 1989-cu il idi. Fransadan muğam sənətilə maraqlanan qrup gəldi. Dövlət Filarmoniyasında onlarla böyük bir görüş keçirildi. 7-dən 77- yə ölkədə tanınan, bilinən, sevilən bütün müğənnilər ifa elədi. Fransızlar qulaq asdılar, öz qeydləri oldu. Öz ölkələrinə gedəndən sonra məktub yazdılar ki, Səkinə xanımın ifasını çox bəyəndik, onu Fransaya dəvət edirik, amma yaxşı olardı ki, onu müşayiət edənlər xanımlarla əvəz olunsun.

Bu çox çətin idi, amma çətin də olsa mənə maraqlı gəldi. Bir az götür-qoy etdim, gənc ifaçıları dinlədim, onların içindən ən yaxşılarını seçdim. Çoxlu məşq etdik. 1989-cu ildə Parisdə Ərəb Universitetində 1990-cı il üçün müqavilə bağladıq. Mən orda xanımlarla birgə konsertlərdə çıxış etməyə başladım. Bu da ölkədə böyük bir rezonans doğurdu.

Biz ard-arda bir çox ölkələrə dəvət aldıq və konsertlərimiz çox uğurla keçdi. Bu gün görürəm ki, qızlarımız üçlük halında bir araya gəlir, bu da məni sevindirir.

- Yenilikləri mühafizəkar toplum heç də həmişə müsbət qarşılamır. Məsələn, Alim Qasımov ilk dəfə stulda yox, xalça üstündə oxuyanda da ona irad tutuldu. Sizin yenilikləriniz belə fikirlərə tuş gəlibmi?

- Yeniliyi edəndə insan düşünmür ki, kimsə bunu qəbul edəcək, ya etməyəcək. Sən onu fikirləşsən, heç vaxt yenilik edə bilməzsən.

- Muğam sənəti yeniliyi sevirmi?

- Baxır nə yenilik. Sənətə toxunmamaq şərtilə, əlbəttə ki, yenilik etmək olar. İfaçılığa dəymək olmaz.

Üç Leyli gördüm”

- Siz çox məşhur məhəbbət dastanlarının qəhrəmanlarını oynamısız. Əsli, Leyli, Şahsənəm... Hansı obrazınızın hissləri sizə daha dərin təsir bağışlayıb?

- İlk obrazım Leyli olduğu üçün bu obraz mənə daha yaxın idi. İstər onun daxili dünyası, istər xarakteri. Çünki Leyli dövrünün çətinliklərinə baxmayaraq, öz sevgisini etiraf edən qəhrəmandır.

O dövrdə ərəb qızının "Bəli, mən Qeysə aşiqəm" deməyi cəsarət tələb edirdi. Bu mövzu bu gün də aktualdır.

-Bir çox sənətkarlarımız Leyli rolunu ifa edib. Siz öz Leylinizi o Leylilərin içində necə görürsüz?

- Mən üç Leyli gördüm. Nə yaxşı ki, o böyük sənətkarları gördüm. Sanki indi də gözümün qarşısındadır. Azərbaycanın ən gözəl Leyliləri idi. Rübabə Muradova - onun səsi gələndə insan öz hisslərinə sahib ola bilmirdi. Həzin, yanğılı, içdən gələn səsi vardı. Nəzakət xanımda şuxluq, Zeynəb xanımda dinamika vardı.

- Bəs Səkinə xanım nə gətirdi Leyliyə?

- Mən onlardan bəhrələndim. Hər birindən nəsə götürdüm. Və götürəndə öz yolumu tapdım. Özümü yaratdım. Mən də yaddaqalan Leyli oldum.

Günü bu gün də klassiklərə qulaq asıram. Muğam dünyası elə bir dəryadır ki, sən ora baş vursan, ancaq bir damla götürə bilərsən.

- Teatr tamaşalarında improvizələr olur, bəs opera tamaşalarında necə, sənətkar improvizə edə bilirmi?

- Operada improvizə etmək mümkün deyil. Dahi Məhəmməd Füzuli və dahi Üzeyir bəyin yaratdığı "Leyli və Məcnun"a sən nə əlavə edə bilərsən və yaxud ixtiyarın varmı nəsə edəsən? Əsər nota yazılıb və sən onu olduğu kimi icra etməlisən. Ona görə opera müğənnisi olmaq çox çətindir.

- Opera teatrının indiki vəziyyəti sizi qane edirmi?

- Opera teatrının indiki vəziyyətindən xəbərim yoxdur, deyə bilmərəm. Mən operada uzun bir müddət - 30 ildən artıq çalışmışam. Bu çox böyük müddətdir, heç kim orda 30 il solist olaraq çalışmayıb.

Opera teatrı böyük bir məktəbdir. Mən orda həm məktəb gördüm, həm məktəb keçdim, həm də özüm bir məktəb oldum. Məndən sonra gələn nəsillərə nəsə öyrədə bildim.

- Bəs nə üçün oranı tərk etdiz?

- Hər şeyin bir zamanı var! İnsan özü bilməlidir ki, indi onun yeri hardadır…

- Bir müddət əvvəl bir neçə görkəmli sənətkar operanı tərk etdi. Bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Həmin sənətkarların özlərinin uzaqlaşdığını deyil, uzaqlaşdırıldığını düşündülər.

- Mən düşünürəm ki, sənətkarlar gərək özləri də bir az obyektiv olsunlar. Gənclərə yer vermək lazımdır. Baxmalısan ki, sənin yaşın hansı obraza uyğun gəlir? Sənətkar elə yaş həddində olan obrazı ifa etməlidir ki, özünü rahat hiss etsin. Əgər əsərdə 15, 20, 25 yaşlı qəhrəmandan söhbət gedirsə, səhnəyə isə 50-55 yaşlı bir adam çıxırsa, mənə elə gəlir ki, bu düzgün deyil. Zamanında getmək və gənclərə yol vermək lazımdır. Bunun nəyi pisdir ki?

Məsələn, mən 30 il çalışdıqdan sonra öz ərizəmlə, öz istəyimlə işdən ayrıldım. Təkrar edirəm ki, 30 il də az müddət deyildi. Və müəllimlik fəaliyyətinə başladım. Operada çalışanda buna vaxtım olmurdu. Səfərlər, qastrollar, məşqlər, tamaşalar. İndi gənclər yetişdirirəm, yetirmələrimə baxıb fəxr edirəm.

2005-ci ildən televiziya muğam müsabiqəsi keçirilir, mən də münsiflərdəyəm. 18 il, zarafat deyil! Biz bu 18 ildə saysız-hesabsız gənclər yetişdirmişik. Bu gün onlar dünya səhnələrinə çıxırlar. Biz muğamı yaşatmalıyıq. Yaşatmaq üçün muğam nəfəsini gəncləşdirməliyik.

Muğam və raqa

- Səkinə xanım, sizin Hindistanla bağlı layihəniz vardı, onu həyata keçirdinizmi?

- Keçirdim, şükürlər olsun. O layihəni biz ilk dəfə Hindistanda, məşhur xanəndə Badrinatan Basumati ilə hazırladığımız raqa və muğamın birləşməsindən ibarət “Muraqam” adlı layihə çərçivəsində həyata keçirmişdik.

Bu ilin iyun ayında Beynəlxalq Festival çərçivəsində Basimati Bakıya dəvət edildi. Fürsətdən istifadə edib, layihənin keçirilməsində göstərdikləri köməyə görə Heydər Əliyev fonduna, Mehriban xanıma təşəkkürümü bildirirəm.

- Bu kimi layihələr muğama nə gətirə bilər?

- Bu layihələr muğam sənətinin inkişafına, təbliğinə, yaşadılmasına xidmət edir. Deməli, biz muğam sənətimizlə istədiyimiz sərhədləri aşa, musiqimizi istədiyimiz yerlərə çıxara bilirik.

Məsələn, deyim ki, konsertdə çox çıxışlar oldu. Başqa ölkələrdən də xanəndələr gəlmişdi. Zal tamaşaçılarla dolmuşdu və konsertə düşə bilməyən yüzlərlə adam da bayırda gözləyirdi, içəri girməyə ümid edirdi.

- Raqa ilə muğam arasında nə kimi oxşarlıq var?

- Ən böyük oxşarlıq odur ki, hind musiqisi də Azərbaycan musiqisi kimi zəngin və dərindir. Biz bilirik ki, Hindistan ən qədim mədəniyyət ocaqlarındandır. Şərq folklor musiqisi əsasən üç adda cəmlənir: "muğam", "məqam" və "raqa".

Bu, iki ayrı-ayrı xalqa məxsus muğamın sintezi idi. Mən "Rast" oxuyurdum, o "raqa" oxuyurdu. Sintezimiz çox uğurlu alındı. Ümumilikdə bu layihə muğam sənətimizdə bir mərhələdir.

Ailənin öz daxili siyasəti olmalıdır”

- Bu günlərdə qadınlar qurultayı keçirildi. Bu gün qadınlar həm cəmiyyətdə, həm də ailədə aparıcı qüvvə olmağa can atır. Sizcə, qadının buna gücü yetərmi?

- Qadınlar cəmiyyətdə aparıcı gücə malikdir və biz bu gün bunun şahidi oluruq. Ailə isə bir az başqa cürdür. Necə deyərlər, ailə balaca bir dövlətdir. O dövlətin başçısı həm atadır, həm də ana. Amma qadın ailədə problem yaşanmasını istəmirsə, əsas sözü kişiyə verməlidir.

Mənim qızım balaca olanda, hansı məsələ üçün mənə üz tuturdusa, deyirdim, əvvəl gör atan icazə verirmi? Bu qaydayla başa salırdım ki, ailənin böyüyü atadır. Bu ailənin, daxili dövlətin bir siyasətidir. Qadın övladını layiqincə yetişdirmək üçün, onun böyük- kiçik yeri bilməsi üçün bunu ona öyrətməlidir.

- Amma müasir qadınlar ailədə daha çoxuna can atır, daha çoxuna iddia edirlər.

- Bunun da nəticəsi göz qabağındadır...

- Qadın həmrəyliyinə inanırsız?

- İnanıram. Əgər doğrudan da fikir birliyi, həmrəyliyi varsa.

- Deyirlər ki, qadınlar yalnız sözdə həmrəydir, reallıqda isə bir-birlərini qısqanırlar. Qadın həmkarlarınızın sizə həsəd apardığını hiss etmisiz?

- Bir şey deyim sizə. İnsan öz işığını biləndə, onu heç nə qorxutmur. İnsan öz gücünü, öz yolunu biləndə, əməlini, işini biləndə onu heç nə qorxutmur. Mən demirəm ki, sənətin zirvəsindəyəm. Sənətin zirvəsi olmur. Əgər kimsə desə ki, sənətin zirvəsindədir, demək yerində sayır.

İnsan öz yolunun işığını duyanda ona başqa heç nə maraqlı olmur. Gərək hər kiçik şeyə sevinəsən. Başqalarını da sevindirə biləsən. Ruhlandırasan. Deyəsən ki, bu gün nə qəşəngsən! Nə yaxşı görünürsən! Özünün və başqalarının uğuruna sevinə bilməlisən.

Adi bir şeyi xosbəxtlik kimi qəbul edəndə doğrudan da xoşbəxt olursan, gözlərin parıldayır, xoş enerji ötürürsən.

- Səkinə xanım, söhbət boyu sizdən neqativ bir fikir eşitmədim. Siz uşaqlıqdan belə işıqlı fikirlərlə böyümüsüz, yoxsa sonradan özünüzdə belə xarakter formalaşdırmısız?

- İnsan dəyişmir axı. İnsan necə doğulursa, elə o cür də qalır. Sadəcə mən insanları olduğu kimi qəbul etməyə çalışıram. Kiminə hörmət duyduğum üçün, kiminin yaxşı xüsusiyyətlərini dəyərləndirdiyim üçün.

- Bəlkə hamını olduğu kimi qəbul etdiyiniz üçün sizin həyatda böyük problemləriniz olmayıb?..

- Ola bilər. Mənim heç kimi özüm kimi etmək fikrim yoxdur. Deyə də bilmərəm axı, "sən mən ol". Düzdür, çoxu mən olmaq istər. Amma ola bilərmi?

- Sənətçi qadınlar estetik əməliyyatlara çox müraciət edirlər, amma sizi həmişə təbii görmüşük. Özünüz təbii qalmaq istəyirsiz, yoxsa prosedurlardan ehtiyat edirsiz?

- Həyatda təbiiliyə üstünlük verirəm. Təbiilik təkcə zahiri görkəmdə deyil, həm də xarakterdə, başqalarına münasibətdə olmalıdır. Ətrafımdakı insanlar əgər söhbətində, rəftarında, təbii deyilsə, mənə xoş gəlmək üçün nəsə deyirsə, bunu dərhal hiss edirəm. Ola bilsin, bürcümdən irəli gəlir; mən Balıq bürcüyəm, intuisiyam çox güclüdür.

Təbiiliyə üstünlük verdiyim üçün süni estetik müdaxilələri də sevmirəm. Əlbəttə, qadın baxımlı olmalıdır. Amma baxımlı olmaq özünə əziyyət vermək demək deyil.

- İfrat dərəcədə estetik prosedurlar, əməliyyatlar etdirən xanımlar bəzən qəribə, xoşagəlməz təsir bağışlayır. Maraqlıdır, siz həmkarlarınız arasında belə xanımları görəndə nə düşünürsüz?

- Nə deyim, məncə, bu onun öz fikridir. Mən hamının fikrinə hörmətlə yanaşıram. Bəlkə o özünü elə xoşbəxt hiss edir? Mənim onu necə görməyim əsas deyil ki. Əsas odur, o özünü xoşbəxt hiss etsin.

Üç nəsil qadın

- Siz hərtərəfli xoşbəxt xanım olmusuz, həm sənətdə, həm də ailədə bəxtiniz gətirib. Həyat yoldaşınız sənətdə sizə dəstək olub. Bir neçə il qabaq onun vəfat xəbərini üzüntüylə qarşıladıq...

- Mənim sənətdə uğur qazanmağımda onun çox böyük rolu olub. Düzdür, təzə evlənəndə aramızda anlaşılmazlıqlar, qısqanclıqlar oldu. Amma sonra o özü mənim sənətimin pərəstişkarına çevrildi. Sənətimin çox çətin vaxtlarında mənimlə bərabər yürüdü, arxamda, yanımda oldu. Mənim uğurlarıma məndən çox sevinirdi. Bu da məni hədsiz xoşbəxt edirdi.

Ailə sevgisi çox önəmlidir. Sənət adamının ailədə dəstəyə, qayğıya ehtiyacı var. Bu çox vacibdir.

- Qızınızın musiqi yolunu tutmasını özünüz istəmədiniz?

- Yox, onun öz yolu var, hüquqşünasdır.

- Sizin uşaqlıq arzunuzu qızınız həyata keçirib... Bəs adınızı daşıyan nəvənizin musiqiylə məşğul olmasını istərdiniz?

- Səkinə nəvəmin həm musiqiyə, həm də rəssamlığa həvəsi var. Dərslərini yaxşı oxuyur, çox istedadlı uşaqdır. Amma hansı sənəti seçəcəyini bilmirik. Onu da deyim ki, heç nədə də ona "yox" demirik. Seçim onun özünün olacaq.

Hərdən bu barədə danışanda, qızım deyir ki, mənə musiqi sənətini seçməyimə icazə vermədin, amma nəvəyə icazə verirsən. Deyirəm, bu mənim özümdən asılı deyil, istəyinin qarşısını almayacam.

- Nəvənin yeri başqadı...

- Hə, Vahid demiş, tanrım bütün gözəlliyi Sərvinaza verib, o nə etsə təbiət ona icazə verib. Onun artıq icazəsi var (gülür).

- Səkinə xanım, sizin bir qızınız var, qızınızın da bir qızı. Siz artıq ailədə bir növ qadın həmrəyliyinə nail olmusuz. Üç nəsil qadın bir-birinin fikrini qəbul edirmi?

- Bəli, qəbul edir. Fikirlərimiz yarıbayarı, hətta ondan da çox üst-üstə düşür. Çünki qızım mənim tərbiyəmi görüb. Bir xanım qız necə böyüməlidirsə, mən qızımı o cür böyütmüşəm. Qızım da öz qızına mənim tərbiyəmdən aldıqlarını, öyrəndiklərini ötürüb.

Bir məsəl var, deyirlər, qızını döyməyən dizini döyər. Mən ümumiyyətlə düzgün olmayan yolla gedən gənc qızlarımıza baxanda, onlardan çox analarını qınayıram. Deyirlər, hər şey insanın canından gəlir. Məncə, bu belə deyil. Bəs ona istiqamət verən, yol göstərən necə olsun? Ana övladını necə nəzarətsiz buraxa bilər axı?

- Üç nəsil qadının təbii ki, həyata, sənətə öz baxışı var. Bu mənada necə dil tapa bilirsiz? Məsələn, muğama qulaq asırlarmı?

- Muğama da qulaq asırlar, başqa musiqi janrlarına da. Nəvəm Səkinə də muğama maraq göstərir. Mənim vizajistim çox vaxt evə gəlir. Nəvəm hazırlaşdığımı görüb soruşur ki, nənə, muğama gedirsən? Yəni əgər nənə hazırlaşırsa, onda ya muğam müsabiqəsinə, ya da muğamla bağlı verilişə gedir. Yəni gözünü açandan evdə muğam eşidib.

Bir dəfə ondan soruşdular ki, nənənin hansı mahnısından xoşun gəlir? Elə cavab verdi ki, mən özüm də təəccübləndim. Dedi, "Bakı gecələri". Dedim, sən hardan bilirsən bu mahnını? Dedi, mən çox xoşlayıram o mahnını, nənə. Həm mahnıdır, həm də elə bil muğamdır... Yəqin Yutubda qulaq asıb.

9 yaşı var, təbii ki, başqa mahnılara da qulaq asır. Qoy qulaq assın. Amma muğamı da dinləsin, kokümüzü, hardan gəldiyimizi unutmasın...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yasab kəndində YAŞAM ŞƏRTLƏRİ ağırdır - GİLEY
Bu gün, 06:18
Gəlişi gözəl rəqəmlər, gizlənən risklər: "Bank Respublika"nın fəlakət statistikası - ARAŞDIRMA
Bu gün, 06:09
"Cərimə balının yuxarı həddi 40 bala qədər artırılsın" - TƏKLİF
Bu gün, 06:04
CHP daxilində yaşanan böhran Azərbaycanda da xüsusi maraq doğurur - ŞƏRH
Bu gün, 06:01
Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik: Azərbaycan NƏ QAZANIR? - GƏLİŞMƏ
Bu gün, 05:59
"Həmidə Ömərova, Cavanşir Quliyev qapı arxasında qalmalı idi?" - Qalmaqallı qurultay
Bu gün, 05:58
Kreml Paşinyanın qarşısında güclü “Moskva cəbhəsi” yaratmaq istəyir - GƏLİŞMƏ
Bu gün, 05:55
"İctimai nüfuzuma zərər vuran paylaşım və materialların silinməsini tələb edirəm" - Tacir Şahmalıoğlu onları məhkəmə ilə hədələdi
Bu gün, 05:51
Kreml İrəvanda məyus oldu: mitinqə gözlənilən kütlə toplanmadı - FOTO
Bu gün, 05:48
"Pul qazanmaq çox çətindir... - Hər şey bahadır"
Dünən, 17:24
"Nəvəm günahsızdır" - Atasını öldürən şəxsin babası məhkəmədə ifadə verdi
Dünən, 17:20
Milli Onkologiya Mərkəzi tibbi avadanlıqlara 50,3 milyon manat xərcləməyə hazırlaşır
Dünən, 17:14
Yazarlar borclarını ödəməyə başlayıblar: AYB-də "təmizləmə" olmayacaq? - AKTUAL
Dünən, 17:13
Bakılı qadın Rusiyada nazir postuna gətirildi - DOSYE
Dünən, 17:11
Vaşinqtonda Azərbaycanla bağlı kritik qərar – ABŞ rəsmisinin bəyanatının şifrəsi…
Dünən, 17:09
Ayda 22 milyon ziyan: - Paşinyan Rusiyanın imtina etdiyi malları Azərbaycana göndərəcək?
Dünən, 17:05
Zaxarova erməniləri Paşinyanın əleyhinə səs verməyə çağırdı - AÇIQLAMA
Dünən, 16:59
Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə olunub? - KİV
Dünən, 16:50
NİYƏ SƏFƏRBƏR OLA BİLMİRİK... AXI NİYƏ... - 1 bütöv gün çəkən prosedur...
Dünən, 16:49
“NAS Project BOKT” idarəetmə strukturunda bir sıra dəyişiklər baş verib
Dünən, 16:40
Müharibə İrandan Azərbaycana gələn turistlərin sayına necə təsir edib? - TƏFƏRRÜAT
Dünən, 16:35
Bulvarda yığılan pullar kimə çatırdı? - İlqar Mustafayevin CİNAYƏT İŞİ
Dünən, 16:28
Məşhur prodüserin adı Hövsandakı adam oğurluğu qalmaqalında hallanır - TƏFƏRRÜAT
Dünən, 16:24
“Bakcell”in dəstəyi ilə “boolood” İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə
Dünən, 16:23
"15 yaşımdan çəkdiyim zəhmət, fədakarlıqlar..."
Dünən, 16:20
Paşinyan səhvini etraf etdi: - “Mən "Qarabağ Ermənistandır, nöqtə" deyən insanam”
Dünən, 15:51
Etibar Əliyevdən Baba Vəziroğluna: - "70-i keçənlər çəkilməsə, fəlakət daha da genişlənəcək"
Dünən, 15:48
Bu il regionda ən zəif iqtisadi artım Azərbaycanda olacaq – AYİB
Dünən, 15:46
Direktor niyə məktəbə gəlmir? - Valideyn və müəllimlər narazıdır
Dünən, 15:43
Neftçi MTK-nin benefisiar (real) sahibi kimdir? - Aldadılmış neftçinin pulunu qaytarın!!!
Dünən, 15:35
Leysan “Şuşa qalası”nın bir hissəsini uçurub: Bərpası üçün 240 min ayrıldı - TƏFƏRRÜAT
Dünən, 15:29
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
Dünən, 15:26
Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı - “Xəstəxanaya çatdırıldı”
Dünən, 15:24
Paşinyan Ermənistandakı seçkilərdən sonra Putinlə görüşmək üçün Rusiyaya səfər etməyi planlaşdırır
Dünən, 15:17
"Hər dəfə belə kəsik olanda içində nəsə çatmır..." - AXI NİYƏ?
Dünən, 13:42
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
Dünən, 13:32
44 günlük savaşın gizli məğlubu bu ölkədir - Ermənistan sevgisinin sirri açılır...
Dünən, 13:30
Karapetyanın adamları hakim partiya üzvlərinə hücum çəkdi – İstintaq başlayıb...
Dünən, 13:28
Bakıda pubda qadını döyərək saçından yerlə sürüyən dostlara elektron qolbaq taxıldı
Dünən, 13:26
Bu liseyin direktoru işdən çıxdı - FOTO
Dünən, 13:21
Zemfira ilə Afaq Gəncəli arasında QARŞIDURMA - “Reytinq yığmaq üçün...”
Dünən, 13:18
Hakim Elnur Nuriyev dələduzu azad etdi, təkrar cinayət törətdi – İnam Kərimova MÜRACİƏT
Dünən, 13:16
Suğra Bağırzadə illərdir gizli saxladığı SİRR-i bölüşdü - çəkildiyi filmlərdə rejissorlarla şərt kəsib ki...
Dünən, 13:12
Telman Qasımov Rusiyada yaşayan azərbaycanlıları təhqir edib? - “Kəsilmiş çıxışıma baxsam, elə mən də söyərəm”
Dünən, 13:09
Rusiyadan Ermənistanla bağlı şok hesabat: - Bütün iplər qopur
Dünən, 13:07
Haqqını tələb edən işçiyə verilən cavab eyni olur: Ərizəni yaz, çıx get... - BU BİR "AZƏRİQAZ" reallığıdır...
Dünən, 13:02
Paşinyan qondarma “qəhrəman”ların adını məktəblərdən çıxarır - “ArmLur” saytı
Dünən, 12:55
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:52
`Post Cargo` POST OLUB GETDİ! - NARAZILIQ VAR...
Dünən, 12:44
"İstifadəçi niyə bu iki qurum arasında “ötürülməlidir”?" - ETİRAZ VAR...
Dünən, 12:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru