İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                     215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? .....                     Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər .....                     Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" .....                     Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı .....                     "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq" .....                     ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır .....                     Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi .....                     İmişlidə suvarma suyu balıq hövzələrinə axır .....                     “Sədərək” və “Binə” bağlana bilər .....                     Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... .....                     Fransada istilər minlərlə insanın ölümünə səbəb olub .....                     “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır .....                     "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                     Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı .....                     “Payızda müharibə olacaq” .....                     Azərbaycanlı model məhkəməni uddu .....                     Bakıda makler ev yiyəsini görün necə aldatdı .....                     "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." .....                     ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: .....                     Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi .....                     Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq .....                     "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı .....                     "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" .....                     BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... .....                     Üç azərbaycanlı Ermənistanda şirkət açıb .....                     Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu .....                     Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil .....                     Bizə Rusiyadan niyə DOST OLMAZ... .....                     Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır .....                 

Əməkdar artistin anasının yaşadığı evlə bağlı qalmaqal - “Zəbt etmək fikrimiz olsaydı...”
Tarix: 7-07-2023, 10:16 | Çap et
Əməkdar artistin anasının yaşadığı evlə bağlı qalmaqal
DİA.AZ bildirir ki, keçmiş hərbçi, ordu veteranı Qasım İsayev mənzil hüququnun pozulması ilə bağlı “Qafqazinfo”ya müraciət edib.

O bildirib ki, Bakı şəhər Binəqədi rayonu Mir Cəlal küçəsi ev 41, mənzil 47 ünvanındakı evi Şuşa sakini Rəhimova Lətafət İsa qızı və ailə üzvləri tərəfindən zəbt edilib. Ordudakı xidmətlərinə görə ona verilmiş mənzilinə 30 ildən artıqdır daxil ola bilmədiyini deyən Q.İsayev Rəhimə Lətifova və ailəsinin geridə qalan illər ərzində bir neçə mənzilə sahib olduğunu, buna baxmayaraq onun evini qaytarmadıqlarını iddia edib:

“Uzun illərdir qardaş-bacı qapısında qalan, uşaqlarıma başqalarının evində toy edən bir şəxs kimi bu müraciətimi utana-utana sizə çatdırıram. 30 il əvvəl evimə köçmək istəyərkən qohum-qonşu evlərindən qurtulacam deyə sevinən zamanlar mənzilimdə məcburi köçkünün yaşadığını öyrəndim. Məcburi köçkün deyib illərlə gözlədim, dövlətimizin siyasi iradəsinə uyğun olaraq səbir etdim. Özüm, ailə üzvlərim başqalarının qapılarında qaldıq. Mənzilimi zəbt edənlərin varlı bir ailə olduğunu öyrənsəm də, Şuşa şəhərindən məcburi köçkün olan bir ana və oğula qarşı səsimi çıxarmamışam”.

Şikayətçi bildirib ki, uzun müddətdir Qazax rayonunda qardaşı oğlunun evində yaşayır. O, mənzilində yaşayan Rəhimə Lətifovanın tanınmış dirijor, Əməkdar artist Fuad İbrahimovun anası olduğunu deyib: “Rəhimova Lətafət İsa qızı öz adına heç bir mənzil almasa da, oğlunun adına Bakı şəhərində bir neçə mənzil var. Şəxsi mənzilləri olduğu halda da F. İbrahimov qızını mənim mənzilimə qeydiyyata saldırıb.

Bildirirəm ki, Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal küçəsi ev 41, mənzil 47 ünvanlı mənzildə məskunlaşmış, mənim mülkiyyət hüququmu pozmuş və bu halı hələ də davam etdirən şəxsin mənzildən çıxarılması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.09.2002-ci il tarixli qətnaməsi var. Binəqədi İcra Şöbəsi isə vətəndaş Lətafət İsa qızı Rəhimovanın mübahisə predmeti olan mənzildən çıxarılmasını təmin etmir”.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş direktoru, Əməkdar artist Fuad İbrahimov “Qafqazinfo”ya açıqlamasında 1992-ci ildə məcburi köçkün düşdükdən sonra məcburiyyət qarşısında həmin mənzildə məskunlaşdıqlarını bildirib:

“Şuşanı tərk edəndən sonra bir müddət Ağdamda qaldıq, daha sonra Şıxda sanatoriyada 9 kvadrata yaxın yerdə məskunlaşdıq. Bundan sonra “Jek” bizə boş ev kimi 9-cu mikrorayon Mir Cəlal küçəsindəki bu evi təklif etdi və oraya köçdük. Əgər bizim Qasım İsayevə məxsus evi zəbt etmək fikrimiz olsaydı, bu 30 il ərzində o evə hər hansı yolla yiyə durmaq olardı. Biz bunu istəmirik, Şuşadakı öz ev-eşiyimizə qayıtmaq istəyirik. Anam o günü səbirsizliklə gözləyir. 1993-cü ildə ümummilli lider Heydər Əliyev məcburi köçkünlərin məskunlaşdıqları evlərdə yaşaması və həmin evlərə order verilməməsi ilə bağlı qərar vermişdi. Ondan sonra Qasım İsayev saxta yollarla həmin evə order aldı və bizi məhkəməyə verdi”.

Fuad İbrahimov bir müddət əvvəl Azərbaycanın Birinci xanımı, Birinci Vitse-prezident Mehriban Əliyevanın ona mənzil hədiyyə etdiyini deyib: “Mənim deyildiyi kimi böyük imkanlarım yoxdur, biznes fəaliyyəti ilə məşğul olmuram, musiqiçiyəm və dövlət xidmətlərimə görə mənə ev verib. Ondan başqa hər hansı evim də yoxdur. Amma bu o demək deyil ki, anam müvəqqəti məskunlaşdığı həmin evdən çıxmalıdır. Biz evimizi qoyub başqa evi zəbt etməmişik, elə bir məsələ olsaydı, mən tərbiyəli bir vətəndaş kimi özüm ondan imtina edərdim”.

Əməkdar artist əvvəllər ailənin bütün üzvlərinin Mir Cəlal küçəsindəki evdə qeydiyyatda olduğunu, daha sonra özünün və həyat yoldaşının qeydiyyatdan çıxaraq yeni hədiyyə edilmiş evə qeydiyyata düşdüklərini deyib: “Lakin işlərimin çoxluğu ilə əlaqədar 2017-ci il təvəllüdlü qızımı anamın yaşadığı evdən qeydiyyatdan çıxarıb yeni evə qeydiyyata saldıra bilməmişəm. Burada başqa bir məqsəd yoxdur. Bir daha qeyd edim ki, Qasım müəllimin evində gözümüz yoxdur. Böyük məmnuniyyətlə o evi ona qaytaracağıq. O ev bizə lazım olsaydı 30 il ərzində hansısa yolla bu məsələni həll edərdik. Eləməmişik, eləmərik də. Çünki o ev həmin insanın evidir, halal xoşu olsun. Sadəcə anam səbirsizliklə gözləyir ki, Şuşaya qayıtsın. Mən anama deyə bilmərəm, bütün ömrün boyu o evdən didərgin düşmüsən, bu evdən didərgin düşmüsən, indi də bu biri evdən didərgin düş. Həyatdır, qismət belə gətirib, hər evlə birgə böyük bir həyat məhv olub, itib”.

Tərəflər məsələ ilə bağlı məhkəmə qərarlarını da təqdim edib. Həmin sənədlərin qərar hissələrini təqdim edirik.

Əməkdar artistin anasının yaşadığı evlə bağlı qalmaqal
Əməkdar artistin anasının yaşadığı evlə bağlı qalmaqal







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Dünən, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Dünən, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Dünən, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Dünən, 15:41
İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Dünən, 15:39
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Dünən, 15:32
Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Dünən, 15:30
Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Dünən, 15:24
“Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Dünən, 13:58
Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Dünən, 13:15
Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 13:03
“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Dünən, 12:58
Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Dünən, 12:55
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Dünən, 12:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru