“Flora Kərimovanın 3 il müddətində azadlıqdan məhrum edilməsini istəyirəm” - QALMAQAL
Tarix: 29-07-2022, 17:13 | Çap et
 “Mən haqqımı tələb edirəm və Flora Kərimovanın 3 il müddətində azadlıqdan məhrum edilməsini istəyirəm”.
DİA.AZ xəbər verir ki, bu sözləri məşhur müğənni Afət Fərmanqızı Cebhe.info-ya müsahibəsində deyib.
- Afət xanım, dünən Flora Kərimovanı məhkəməyə verdiyinizi açıqladınız. Hazırda tələbiniz nədir?
- Flora illər əvvəl məni təhqir eləmişdi. Mən də onu məhkəməyə vermək üçün sənədləri hazırlamışdım. Amma aparıcı Mətanət Əliverdiyeva xahiş etdiyinə görə onu məhkəməyə verməkdən vaz keçmişdim. Bunun üzərindən 3 il keçdikdən sonra, 2022-ci ildə Flora özü təhqir etməsinə baxmayaraq, məni məhkəməyə verdi. Ümumiyyətlə, mən bunların arxasında kimin dayandığını və məqsədinin nə olduğunu bilirəm. Belə olan halda mən də qanuni haqqımdan istifadə edərək, məni öz səhifəsində təhqir etdiyi paylaşımların görüntülərini məhkəməyə təqdim etdim. Çünki o, məni “uşaq cəlladı” adlandırıb. Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə görə, o, məni kiminsə ölümündə günahlandırır. Bütün bunların hamısını məhkəməyə təqdim etmişəm və onun həbsini tələb edirəm. Flora mənim ünvanıma demişdi ki, məhkəməyə gəlməsə, qulağından tutub gətirəcəklər. O, həmin cümləsini unutmasın. Yəni məhkəməyə gəlməyənin necə gətirildiyini düşünsün və gəlsin. Çünki heç yerə qaça bilməz.
- Sizin ölkəyə qayıdan kimi həbs olunacağınıza dair xəbərlər var. Bunlar nə dərəcədə həqiqətə uyğundur?
- Qarşı tərəf özünə yaxın mənbələrə bu cəfəng məlumatları yalandan yazdırıb. İki arvadın söz davası nə vaxtdan həbsli axtarışa səbəb olur ki? Mənim barəmdəki axtarış qərarında həbs yoxdur. Bunun hamısı Floranın məni gözdən salmağa hesablanmış xəbərləri idi, amma tam əksi oldu. Reklam güclü olduğu üçün toylarım da çoxaldı. Hazırda Rusiyada işlərim çox yaxşıdır və hətta düşündüyümdən də əladır. Bunun ən bariz nümunəsi “Instagram” hesabımdakı paylaşımlarımdır. Burada hər gün el şənliklərində iştirak edirəm. Bunların hamısı sevgidən irəli gəlir. Mən Rusiyadakı toylara Azərbaycandakından da iki dəfə artıq qiymətə gedirəm.
- Ölkəyə nə zaman qayıdacaqsınız?
- Hamiləliyimlə əlaqədar olaraq həkimim təyyarəyə minməyimə icazə vermir. Çünki bu, uşağın həyatı üçün təhlükəlidir. Amma övladım dünyaya gəldikdən sonra mütləq qayıdacağam. İnşallah, nə vaxt həkim icazə versə, onda da Azərbaycana gələcək və məhkəmədə iştirak edəcəyəm.
- Siz məhkəməyə sənədlər təqdim etmisiniz?
- Hazırda lazımi sübutlar məhkəmədə toplanıb. Amma məhkəmə qərarında yalandan yazılıb ki, guya təqdim olunmayıb. Mənim vəkilim hamiləlik kağızımı və Rusiyada olmadığım barədə də bütün sənədləri məhkəməyə təqdim edib. Buna baxmayaraq, məhkəmə qərəzli şəkildə heç bir əsas gətirmədən məhkəməyə getmədiyimi yazıb. Bunlar yalandır. Vəkilim Ramin Rüstəmov məhkəməyə Rusiyada ailə qurmağım, analıq məzuniyyətinə çıxmağım və hamiləliyimlə bağlı arayışları, sənədləri təqdim edib. Bəs Floranın təşkil etdiyi məhkəmə nə üçün bunları görməzdən gəldi?
Nəyə görə məhkəmə qanunsuz olaraq mənim barəmdə axtarış qərarı verdi? Belə olan halda məhkəmənin qərəzli olduğu bir daha görünür. Amma Azərbaycan polisi sağ olsun! Çünki Binəqədi məhkəməsindən fərqli olaraq, Binəqədi polisi qərəzsiz mövqe sərgilədi. Polis məni aradı, mən də anında cavab verdim bütün sənədləri polisə təqdim etdim və dedim ki, həkim nə vaxt icazə versə gələcəyəm. Bir daha sizin vasitənizlə Azərbaycan polisinə təşəkkür edirəm.
- Yəni axtarışa verilməyinizin yanlış olduğunu düşünürsünüz?
- Bəli. Hətta Flora açıqlama verib ki, Afət məhkəməyə gələ bilməyəcək, çünki polis tərəfindən axtarışdadır. Ona sual verirəm ki, kimə və nəyə güvənirsən? Sizin vasitənizlə Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin nəzərinə çatdırıram ki, Flora Kərimova xüsusi ittiham qaydası ilə kimə cinayət işi açdırmaq istəyirsə, asanlıqla Binəqədidə arzusuna çatır. Qeydiyyatım Tovuz rayonunda olmasına baxmayaraq, məni Binəqədi rayon məhkəməsinə verib. Həmçinin, 6 maddə pozuntusu ilə Binəqədi məhkəməsi mənə qarşı cinayət işi başladır. Biz hara şikayət etsək də, heç bir cavab ala bilməmişik. İndi ümid Ali Məhkəmənin qarşıdakı məhkəməsinə qalıb.
Binəqədi rayon məhkəməsi qərəzli bir qərar çıxarıb ki, guya mən heç bir səbəb gətirmədən məhkəmədən yayınıram. Binəqədi məhkəməsi rayonun polisinə mənim məhkəməyə gəlmədiyimi deyərək, aldadıb. Mən isə polisə qaçmadığımı və yerimi dedim. Sadəcə olaraq, üzrlü səbəbim olduğunu polisin diqqətinə çatdırdım.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35 |
|
|
|
| • SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39 |
|
|
|
| • Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38 |
|
|
|
| • Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20 |
|
|
|
| • "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17 |
|
|
|
| • Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07 |
|
|
|
| • Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05 |
|
|
|
| • Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04 |
|
|
|
| • Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01 |
|
|
|
| • "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49 |
|
|
|
| • Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45 |
|
|
|
| • Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42 |
|
|
|
| • Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39 |
|
|
|
| • Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38 |
|
|
|
| • Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35 |
|
|
|
| • Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30 |
|
|
|
| • Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23 |
|
|
|
| • Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09 |
|
|
|
| • "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05 |
|
|
|
| • Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01 |
|
|
|
| • Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51 |
|
|
|
| • Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44 |
|
|
|
| • Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33 |
|
|
|
| • Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12 |
|
|
|
| • Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59 |
|
|
|
| • "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27 |
|
|
|
| • "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17 |
|
|
|
| • Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10 |
|
|
|
| • “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06 |
|
|
|
| • Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03 |
|
|
|
| • Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48 |
|
|
|
| • "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43 |
|
|
|
| • Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30 |
|
|
|
| • Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24 |
|
|
|
| • ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21 |
|
|
|
| • "Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15 |
|
|
|
| • “Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09 |
|
|
|
| • Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07 |
|
|
|
| • 7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00 |
|
|
|
| • İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59 |
|
|
|
| • Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54 |
|
|
|
| • Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25 |
|
|
|
| • ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20 |
|
|
|
| • İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
| • Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01 |
|
|
|
| • O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55 |
|
|
|
| • “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41 |
|
|
|
| • Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32 |
|
|
|
| • Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30 |
|
|
|
| • Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29 |
|
|
|
|