“Onların fəaliyyəti “donuz kimi hərəkət edib, bəy kimi üzr istəyir” məsəlini xatırladır” .....                     Sülh sazişi dekabrda imzalanacaq .....                     Anar Rzayevi nələr gözləyir? .....                     Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub .....                     Paşinyanın “dili açıldı”: .....                     Kölgədə aparılan müharibə: .....                     Paşinyan DÖYÜŞƏ TƏK GEDİR... .....                     Paşinyan alternativi olmadığına görə qələbə qazanacaq .....                     ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub .....                     Jak Şirakın həyat yoldaşı vəfat edib .....                     Süni intellekt planetin resurslarını səssizcə “udur” .....                     “Mən barışmaq istədim, o, kobud cavablandırdı” .....                     Paşinyan "sükut günü"nü belə dəyərləndirir .....                     ABŞ və Qərbin gizli oyunu "sülh masası"nı dağıdır: .....                     Tramp Maskla barışıb .....                     Paşinyanın seçkidən sonra həbs anonsu .....                     Əsgər yoldaşını xilas etdi, özü həlak oldu .....                     Tapşırıq... qohumbazlıq... HARA QƏDƏR? .....                     Yasamal RİH .....                     Ermənistan üçün sonun başlanğıcı, yoxsa... .....                     Zelenskidən Moskvaya ağır .....                     Medvedevdən İrəvan barədə sensasion bəyanat: .....                     Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır” .....                     Sankt-Peterburq sakinləri baş vermiş partlayışlardan panikaya düşdü.... .....                     Gənclər və İdman Nazirliyi 55 minlik gül alır .....                     Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB? .....                     Putinlə görüşən “Rusiya Qəhrəmanı” Ukraynada öldürüldü .....                     İran ABŞ ilə danışıqlarda Livanı "sövdələşmə vasitəsi" kimi qəbul etmir .....                     Taleyi o mərasimdə bəlli olacaq: .....                     Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan etdi .....                     Şou-biznes ulduzlarının fantastik TOY QİYMƏTLƏRİ .....                     “Seçkilərdən sonra Koçaryan həbs olunmalıdır” .....                     Razi Nurullayev heç yerdə demədiklərindən danışdı .....                     Azərbaycanlı qadınlar avtomobildə GÜLLƏLƏNDİ: biri öldü .....                     NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər .....                     "ƏN BÖYÜK MOBİL OPERATORUMUZ" rabitəsini itirib... .....                     Astroloqdan Paşinyanla bağlı PROQNOZ: .....                     Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı .....                     Seçki kampaniyasında qan töküldü .....                     “Paşinyanı həddindən artıq ideallaşdırmadan proseslərə daha realist yanaşmaq lazımdır...” .....                 

"Rejissor deyir bu qədər içinə atma, bacarmıram" - Oğlu müharibə veteranı olan aktrisa
Tarix: 7-07-2022, 10:26 | Çap et
"Rejissor deyir bu qədər içinə atma, bacarmıram"
Bu həftə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təntənəli mükafatlandırma mərasimi keçirildi. Mərasimdə mövsümün seçilən aktyor və aktrisaları elan olundu.

“Mövsüm ərzində qadın rolunun uğurlu ifasına görə” mükafata layiq görülən teatrın aktrisası Gülnarə Abdullayeva Teleqraf.com-un suallarını cavablandırdı.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Gülnarə xanım, bu ilki teatr mövsümünü yaddaqalan hadisə ilə başa vurursunuz. Mövsümün seçilən aktrisaları arasında siz də varsınız. Təbrik edirik.

- Çox təşəkkür edirəm. Pandemiyadan sonra Əliqismət müəllimin sayəsində teatr yaradıcı fəaliyyətə çox yaxşı başladı. Yeddi yeni tamaşa hazırlandı. Bu, teatrın tarixində bir ilk idi. Tamaşaçılar da tamaşalarımıza böyük maraq göstərirdilər.

Sözün açığı, özümüz də çox darıxmışdıq. Təsəvvür edin iki il evdə olduq. Mövsüm çox gözəl keçdi. Mənim üçün ən yadda qalan isə yeni tamaşamız olan "Bir nəfəs qədər"i təhvil verməyimiz və onun hər kəs tərəfindən maraqla qarşılanması idi.

Bilirsiniz, mənim oğlum da müharibədə iştirak edib. Pandemiya bir kənara qaldı, müharibə bizi yaman sarsıtdı. O mənada "Bir nəfəs qədər" tamaşasının mənim üçün önəmi çoxdur. Mən o tamaşada öz vətənimin analarını təmsil etdim. Çünki özüm də o hisləri yaşadım.

Oğlum müharibə veteranıdır, iki medala layiq görülüb. Şəhid analarının qarşısında baş əyirəm.

- Siz o hisləri tamaşa vasitəsilə dəfələrlə yaşayırsınız. Bu ağrınızı daha da artırmırmı?

- Tamaşanın rejissoru Samir Qulamovdur. Mən bu tamaşada bir aktrisa kimi deyil, ana kimi oynayıram. Mən tamaşada şəhid anası oldum, qocaldım. O obrazı səhnədə necə yaşayıram onu bir Allah bilir. Pyesi oxuduğum ilk sətirdən məni ağlamaq tutdu.

- Necə razılıq verdiniz?

- Mən şəhid analarını təmsil edirəm - bu, mənim borcumdur. Bəs mən eləməyim, kim eləsin?

- Əliqismət müəllim mükafatlandırma mərasimində dedi ki, hər dəfə tamaşanı oynayanda çox stress keçirirsiniz. Amma bununla bərabər beynəlxalq festivalda bir gündə iki dəfə bu tamaşanı oynamısınız.

- Həm festivalda, həm də teatrda iki dəfə oynadığımız günlər az olmayıb. Hər dəfə tamaşanı oynayanda sakitləşdirici dərmanlar, çaylar içirəm. Bu, asan deyil. Doğrudan da çox stress yaşayıram. Rejissor Samir Qulamov deyir ki, Gülnarə, bu qədər içinə atma, amma mən bacarmıram.

Çox istəyirdim ki, hamı şəhid analarının nələr çəkdiyini görsün, duysun. Şəhid anaları bizim qürur yerimizdir. Onlar cavan ikən qocaldılar. Elə mən də...

- Gülnarə xanım, müharibəyə gedəndə oğlunuzun neçə yaşı vardı?

- 22 yaşı vardı. Əsgərlikdən təzə qayıtmışdı, səfərbərlik elan olundu, yenidən çağrıldı.

- Ona “getmə” dedinizmi?

- Mən onu deyə bilmərəm ki...Öz -özümə fikirləşirdim ki, bu uşaq Füzuli, Xocavənd, Laçın, Şuşa görməyib, şəhər uşağı olub. Amma içindəki fırtınanı görsəydiniz...Onun qarşısında dayanmaq, “getmə” demək mümkün deyil. İndi də deyir ki, yenə olsa yenə gedərəm.

Halbuki, kontuziya alıb, üç ildir mən onu toparlaya bilmirəm. Çox çətinliklərdən keçmişik və hələ də keçirik. Gecələr yata bilmir. Əsəb, gərginlik bir yandan, digər tərəfdən də dostlarının ölümü gözünün önündən getmir. Baş verənləri fraqment - fraqment bizə danışır, ona qızımla birlikdə ağlaya-ağlaya qulaq asırıq. O 22 yaşında nələr görüb, ilahi.

Ona görə hələ ki, bu dünyaya, evə adaptasiya ola bilmir. Onu bu vəziyyətdən çıxara bilmirəm. Amma yaşayırıq, yaşamalıyıq.

"Bir nəfəs qədər"i oynayandan sonra mənim üçün də həyat qəribə oldu. İndi başqa obrazı oynamaq istəmirəm. Bütün serial təkliflərindən imtina edirəm. Hələki, bacarmıram. Sanki o obraz ürəyimə möhürünü vurub. İnanırsınız, mən gülə də bilmirdim...

- Oğlunuz tamaşaya baxıb?

- Baxa bilmir. Müharibədən sonra teatrda işlədi. Əliqismət müəllim sağ olsun ona iş verdi. Amma buralara sığa bilmədi.

- İndi üzünüzü nə güldürür?

- Biz- analar müharibə dövründə çox əziyyət çəkdik, övladımızı canımızın bir parçasını itirdik. Sevinirəm ki, şəhid analarının ümumiləşdirilmiş obrazını tamaşaçılara çatdıra bilmişəm. Analar öz övladlarını bizim tamaşada gördülər. Onların övladları ölməyib, hamısı yaşayır. Onlar Allah tərəfindən seçilmiş uşaqlar olublar. Ona görə anaların ürəkləri rahat olsun.

Şəhidlər bizə həmişə bir nəfəs qədər yaxındırlar. Allah onlara rəhmət eləsin, analarımıza səbr versin. Biz o əsgərlərimizə görə indi rahat, asudə, azad yaşayırıq.

- Azad olunmuş torpaqlarımıza getmisinizmi?

- Hələ getməmişəm. Amma o qədər istəyirəm. Çox istəyirəm.

- Gülnarə xanım, sizə başqa suallar da verəcəkdim, sadəcə söhbətimiz elə istiqamətə getdi ki, bildiklərimi unutdum. Bir ana kimi Allah sizə səbr versin, bir aktrisa kimi isə yeni mövsümdə daha böyük nailiyyətlər arzulayıram.

- Təşəkkür edirəm. Əliqismət müəllimin sayəsində teatrda daim iş var, yeni tamaşalar hazırlanır, uğurlarımız göz qabağındadır. Yaxşı ki, Samir Qulamov da bizim teatrdadır. İstər Musiqili Teatrda, istərsə də başqa teatr səhnələrində uğurlu işlərə imza atıb. O mənə ana obrazını təqdim edəndə dedi ki, Gülnarə, mən səndən başqa kiminsə bu obrazı içdən oynaya biləcəyini düşünə bilmirəm.

Biz Samirlə Şuşa Teatrında da işləmişik. “Ağ qayıq” adlı bir tamaşa idi, müharibəyə həsr olunmuşdu. Keçən dəfə mənə bir şəkil göndərdi, orada çox gəncəm. Deyir, təsadüfə bax ki, o vaxt “Ağ qayıq”da sevgilisinin şəhid olduğunu düşünən gənc qız rolunu oynayırdın, indi oğlu şəhid olan ananı oynayırsan.

Amma kiçik fərq var, üzü –gözü yanmış vəziyyətdə olan oğlan müharibədən qayıdır, qız onu səsindən tanıyır. "Bir nəfəs qədər"dəki ananın oğlu şəhid olur. Sonda ana fəryad edir. Bu dəhşətli bir fəryaddır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Onların fəaliyyəti “donuz kimi hərəkət edib, bəy kimi üzr istəyir” məsəlini xatırladır” - REAKSİYA
Bu gün, 17:23
Sülh sazişi dekabrda imzalanacaq - ƏGƏR...
Bu gün, 17:21
Anar Rzayevi nələr gözləyir? - AYNA-da yoxlama...
Bu gün, 17:16
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 17:11
Paşinyanın “dili açıldı”: - Nikol bizi nəylə təhdid edir?
Bu gün, 17:05
Kölgədə aparılan müharibə: - Azərbaycana qarşı kimlər hibrid hücum təşkil edir?
Bu gün, 17:03
Paşinyan DÖYÜŞƏ TƏK GEDİR... - NƏ BAŞ VERİR?
Bu gün, 17:00
Paşinyan alternativi olmadığına görə qələbə qazanacaq - ŞƏRH
Bu gün, 16:57
ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 16:51
Jak Şirakın həyat yoldaşı vəfat edib
Bu gün, 16:49
Süni intellekt planetin resurslarını səssizcə “udur” – Bu, başlanğıcdır
Bu gün, 16:47
“Mən barışmaq istədim, o, kobud cavablandırdı” – Qubada baş verən hadisənin təfərrüatı
Bu gün, 16:46
Paşinyan "sükut günü"nü belə dəyərləndirir - VİDEO
Bu gün, 16:38
ABŞ və Qərbin gizli oyunu "sülh masası"nı dağıdır: - Kreml ''görüş qapısı"nı qapadır, savaşın ssenarisi yenə dəyişir
Bu gün, 16:35
Tramp Maskla barışıb
Bu gün, 16:29
Paşinyanın seçkidən sonra həbs anonsu – İrəvanda gərginlik artır
Bu gün, 15:11
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - FOTO
Bu gün, 15:07
Tapşırıq... qohumbazlıq... HARA QƏDƏR? - "Biabırçı bir vəziyyətdir!"
Bu gün, 15:04
Yasamal RİH İZAHAT VERDİ
Bu gün, 13:43
Ermənistan üçün sonun başlanğıcı, yoxsa... - AKTUAL
Bu gün, 13:16
Zelenskidən Moskvaya ağır ZƏRBƏ ANONSU
Bu gün, 13:14
Medvedevdən İrəvan barədə sensasion bəyanat: - "Bu rüsvayçılığı heç Vaşinqtonla Brüssel də bağışlamaz"
Bu gün, 12:52
Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır” – Apteklərdəki “analoji” dərmanların QORXUNC RİSKLƏRİ
Bu gün, 12:44
Sankt-Peterburq sakinləri baş vermiş partlayışlardan panikaya düşdü.... -FOTO
Bu gün, 12:42
Gənclər və İdman Nazirliyi 55 minlik gül alır
Bu gün, 12:39
Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB? - Sahibkarlar ÇƏTİN DURUMDA!
Bu gün, 12:31
Putinlə görüşən “Rusiya Qəhrəmanı” Ukraynada öldürüldü
Bu gün, 12:23
İran ABŞ ilə danışıqlarda Livanı "sövdələşmə vasitəsi" kimi qəbul etmir - Abbas Əraqçi
Bu gün, 12:20
Taleyi o mərasimdə bəlli olacaq: - Oğlu Xameneyinin dəfninə gedəcək?
Bu gün, 12:08
Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan etdi - BUNA GÖRƏ...
Bu gün, 11:59
Şou-biznes ulduzlarının fantastik TOY QİYMƏTLƏRİ - SİYAHI
Bu gün, 11:57
“Seçkilərdən sonra Koçaryan həbs olunmalıdır” - “Armenpress”
Bu gün, 11:54
Razi Nurullayev heç yerdə demədiklərindən danışdı - SENSASİON MÜSAHİBƏ
Bu gün, 11:50
Azərbaycanlı qadınlar avtomobildə GÜLLƏLƏNDİ: biri öldü - TƏFƏRRÜAT
Bu gün, 11:27
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər - "Politico"
Bu gün, 11:20
"ƏN BÖYÜK MOBİL OPERATORUMUZ" rabitəsini itirib... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:18
Astroloqdan Paşinyanla bağlı PROQNOZ: - "Çətin olacaq..."
Bu gün, 11:08
Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı 6 üzvünü həbs etmək hüququ verilib
Bu gün, 10:59
Seçki kampaniyasında qan töküldü – Paşinyanın tərəfdarı maşını kütlənin üstünə sürdü
Bu gün, 10:57
“Paşinyanı həddindən artıq ideallaşdırmadan proseslərə daha realist yanaşmaq lazımdır...” - ŞƏRH
Bu gün, 10:55
Moskvadan gələn erməni: - Səs verib geri qayıdacağıq, vəziyyət qarışa bilər
Bu gün, 10:50
Bakı ilə bağlı müəmma: - Moskva “erməni kartı”nı işə saldı, qəribə ismarış göndərdi
Bu gün, 10:45
ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib
Bu gün, 10:42
13 sahibkarın mülkünə dövlət adından BASQI... - NARAZILIQ VAR...
Bu gün, 10:28
İrəvanın sürpriz layihəsi - Ermənistan Türkiyə sərhədinə yol çəkir
Bu gün, 10:17
Pentaqonda İsrail kəşfiyyatının ABŞ məmurlarına qarşı fəaliyyətindən ehtiyat edirlər - "NBC News"
Bu gün, 10:08
Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi - KİV
Bu gün, 10:02
Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: - "Vəziyyət son dərəcə təhlükəlidir!"
Bu gün, 10:00
"Putin mənim tərəfdaşım, Makron və Tramp isə dostumdur..." -Paşinyandan seçkiqabağı ilginc açıqlama...
Bu gün, 09:52
Sankt-Peterburqda AKTİV DÖYÜŞLƏR GEDİR - şəhər dronların kütləvi zərbəsinə məruz qalıb
Bu gün, 09:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru