“Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                     Peşə Təhsilində gizlədilən vakansiyalar .....                     "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... .....                     Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi .....                     Ukrayna hərbçiləri açıqladı: .....                     Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi .....                     Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... .....                     "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı .....                     Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur .....                     Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək .....                     Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür .....                     Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR .....                     Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər .....                     Tramp nə qədər çalışsa da... .....                     Başçıya sığınan şirkət sakinləri incidir .....                     Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... .....                     "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." .....                     Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! .....                     Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR .....                     Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ .....                     Bloqqerlər və BİZ ! .....                     Təhsilin evini BELƏ YIXIRLAR .....                     Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                 

Arazın o tayındakı qardaşa püskürdüyümüz tərbiyəsizlik... - CƏZASI NƏDİR?
Tarix: 1-07-2022, 08:41 | Çap et
Arazın o tayındakı qardaşa püskürdüyümüz tərbiyəsizlik...
1985-ci il istehsallı “Qanlı zəmi” filminə baxmayan çox az adam olar. İranlı zabitlə (Muxtar Avşarov) Qaçaq Nəbinin (Həsənağa Turabov) dialoqu yadınızdadırmı?

- Arazın o tayının dərdi səninçün azlıq eləyir, hələ bu tərəfə də he...”

- Arazın o tayı da, bu tayı da mənim doğma el-obamdır. Elin də o başı, bu başı olmaz, bunu sırğa elə as qulağından!

- Bəs, şahənşahın fərmayişi necə olsun? Onun qoyun sürüləri bəs, harda otlasın?..

“Nəbi qağa”nın bu suala cavab əvəzi vurduğu şillənin səsi bir filmə bərabərdir.

Bu filmin mənə Azərbaycanın özəl televiziyalardan birinin efir məkanında baş vermiş və sosial şəbəkələrdə fraqmenti paylaşınan şou verilişindəki biabırçılıq xatırlatdı. Əslində əvvəllər çalışdığı kanallarda da bu şoumen-aparıcının verilişlərini izləməyə hövsələm çatmayıb, ədabaz davranışları, dəvət etdiyi qonaqları bir çox hallarda aşağılamağa, “sındırmağa” çalışmasını görənlər çox olub yəqin. Təsəvvür edin, İran vətəndaşı olan azərbaycanlı müğənnini efirə dəvət edir və az sonra ona “mən səni efirimdən qovuram” deyib, hörmətsiz davranır. Harda qaldı jurnalist etikası, peşə davranış kodeksi, qonaqpərvərlik nümunəsi, el adəti, daha nələr?

Əslində fərqi yoxdur qonaq hardan gəlib, adı qonaqdır, dəvət olunub, studiyaya buyurub. Xoşun gəlmirsə, dəvət eləmə, dəvət etmisənsə, danışığını, çıxışını efirə vermə, montaj elə, əsaslandır ki, hansısa məqamlar filan səbəblərə görə ictimailəşə bilməz, hansısa qaydalara ziddir, ya da proqramın ruhuna uyğun gəlmir. Yoxsa “mən səni qovuram” nə deməkdir? Heç tərbiyəsizliyi ilə “ad-san qazanmış” “solovyovlar”, “simonyanlar” çağırdıqları qonağa “von otsyuda” demir. Aparıcı çalışdığı televiziyadan çıxıb gedəndə efiri də dədə malı kimi belinə şələləyib özü ilə aparmır ki. Necə ki, həmin aparıcı indiyədək bir neçə telekanal dəyişib, sabah indi çalışdığı ünvandan da gedəcək, amma efir yerində qalacaq. “Mənim efirim” nə demək?

Yaşı 50-ni haqlamış jurnalist bilməmiş deyil ki, İran azərbaycanlıları, Güney mövzusu çox həssas mövzudur. Elə yaşıdıq, bir neçə ay fərqimiz var, bu mənada yaxşı xatırlayar. 90-cı illərdə dünyanın istənilən ölkəsindən gəlmiş o taylı-bu taylı qonaqlar AzTV efirində görünəndə ekran qarşısından çəkilmirdik, sözünü, söhbətini dinləməkdən zövq alıb, köks ötürürdük. Burada peşəkar aparıcıların sayğı və dəyər nümunəsi də sözünü deyirdi. İndiyədək o kadrlar gözlərimiz önündədi. Eləcə də sərhəd hadisələri, Arazın üzərindən keçib qucaqlaşan, tikanlı məftilləri aşıb keçən bir-birinə sarmaşan qardaş-bacılarımızın uzun ayrılıqlardan sonra qovuşmasını xatırlayırıq.

Bu gün özəl TV-də aparıcı o taydan gəlmiş müğənnini efirində “ifşa etməyə” cəhd göstərir, cavabını alanda “mən səni efirimdən qovuram” deyir. “Mən”, “efirimdən”, “qovuram”…

Hikkəyə, təkəbbürə baxın! Hanı bu efirin yiyəsi?.. Təbriz, Ərdəbil, Zəncandan baxanlar baxıb, nə deyəcək, düşünürsünüzmü?!

Bəlkə də apaıcı hansısa “şahənşahın fərmayişi”ni icra edir, “əmr quluyam” misalı. Yaxud da bəziləri deyir ola bilsin ortada hansısa anlaşma olub, müğənni ilə aparıcı arasında, yəni piar-kampaniyası-filan. Amma yox! Heç bir halda bu mövzu ilə oynamaq, zarafatlaşmaq olmaz! Söhbət o taydan gəlmiş azərbaycanlıdan gedir, “HARAY, HARAY MƏN TÜRKƏM” deyib də, on illərdir “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” hayqıran insanlarımızdan!

Azərbaycanın şou-biznes adlanan, əslində isə ət tökmək funksiyasını yerinə yetirən bəzi özəl telekanallarının bəzi verilişlərində bu taydakı müğənnilərin “qanlı savaşı” təşkil edilir neçə illərdir. Bir-birini söydürürlər, saç yoldusuna çıxardırlar, efirdə qucaqlaşdırıb öpüşdürürlər, göbəkdən aşağı və yuxarı nahiyələri təkrar-təkra yayımlayırlar, bu biabırçılıqları evlərə soxurlar, bütün bunlara “stop” qoyulmur, daha da həvəslə davam edirlər. İndi görünür Arazın o tayındakı sənət adamlarını da üz-üzə qoymaq, dalaşdırmaq məqamı çatıb. Əks təqdirdə Afşir Azərini “Salam yetir” mahnısı ilə tanıdığımız Ali Pormehrlə üz-üzə qoymaq cəhdi, ikilikdə olmuş, ya olmamış hansısa müzakirəni, elə müğənninin dediyi kimi, “iki kişi arasında” olan söhbəti ictimailəşdirməzdi. Hansı ki, güneyli müğənni çox ədəbli-ərkanlı davrandı, “maşallah sizi sevənlər çoxdur, dünyanın hər bir yerindən baxırlar, Təbrizdən, Ərdəbildən, Zəncandan...Bizim yanımızda böyük dərəcədə hörmətiniz var. Bizi dəvət edirsiniz, biz də fəxrlə sizin qulluğunuza gəlirik”- söylədi. Bunun ardınca Zaur Kamalın “İrandan bizə baxdıqlarına görə siz burdasız”, reaksiyasını verdi. Ardınca yenə də “yəni deyirəm, iranlılara görə, ordakı çoxsaylı tamaşaçılarımız sizi sevdiklərinə görə sizi çağırırıq”, əlavəsini elədi. Göründüyü kimi, Afşir Azəri Təbriz, Ərdəbil, Zəncan...söhbəti edir, aparıcı isə “iranlılar”dan yapışıb. Sonra da “mən səni efirdən çıxaracam bu gün. Sən bir də mənim proqramımda olmayacaqsan, bunu mən başdan deyim”. Sonra da daha bir neçə “mən”lər...

Yenə də “biz həmişə İrandan olan qonaqlara olan qonaqlara qucaq açmışıq...” və s. Göründüyü kimi, aparıcının sanki Güney Azərbaycan mövzusuna qıcığı var, tarixi məmləkətimizin parçalanmış hissəsində yaşayan 40 milyondan çox türkə yanaşmasıdır həm də. Elə bil İrandan gəlmiş hansısa fars kökənli, anti-Azərbaycan mövqeli birisini hədəfə alıb, üstəlik qovur “efirindən”.

Qarışdırmaq olmaz! 44 günlük savaş dövründə Arazın o tayında həyəcanla “ORDUMUZ ATIR, ORA BAX, AY MAŞALLAH! ƏLİNİZƏ QURBAN” deyən soydaşlarımızı küsdürə bilmərik. “Traktor” komandasının farslarla oyununda bütöv bir stadionun “Azərbaycan” hayqırışından utanmaq lazımdır. Bu, sənə “Ermənistanın sərhədləri bizimçün qırmızı xətdir” deyən fars deputat deyil ki, efirindən qovursan. Heç Azərbaycan sərhədlərinə ordu yığıb “xox” gəlməyə çalışan, hava sərhədlərimizi pozmağa cəhd edən sepahçı da deyil. Ürəyi Azərbaycan eşqi ilə döyünən müğənnidir. Nə olsun ki, tanınmır bu tayda, bəs efirin məram-məqsədi də tanıtmaq, təşviq etmək deyilmi?

Ərdoğan kimi qos-qocaman dünya lideri çıxışına “Arazı ayırdılar...” bayatısı ilə başlayır. Özünü “dünyamiqyaslı mən” sayan aparıcı anlamırmı Araz, Təbriz, Xoy, Urmiyə nə deməkdir, hansı mənanı verir Son vaxtlar “Kərimə dövləti” qurmaq istəyənlərin xoşuna gəlmək cəhdi, yoxsa nə?..

Kəsəsi, o taylı-bu taylı Azərbaycanla bağlı danışanda bilin ki, həssas nöqtəyə toxuna bilərsiniz. Bu, sizinçün hansısa deputatın gilas söhbəti deyil, saqqız kimi çeynəyəsiz...Xiyabanı, Səttarxan, Pişəvəri, Şəhriyar, Səhənd yetişdirən məmləkətimizdir, müqəddəsdir, doğmadır hər birimiz üçün. Necə Şuşa, Ağdam, Kəlbəcər, eləcə də Təbriz. Savalan, Ərk qalası, Kəleybər...Qismət olub, Zəncana qədər yolçuluq etmişik, yolboyu Azərbaycan türkcəsində şirin ləhcə ilə danşan uşaqları görəndə hər birini bağrıma basmaq istəmişəm. Böyüklüyümüzə görə qürrələnmişəm, Böyük Vətənimizin tikə-parça edilməsinə üzülməklə yanaşı. O taydakılardan, istibdaddan baş götürüb dünyanın dörd tərəfinə qaçan soydaşlarımızdan ayıbdır! Etməyin! Yığışdırın bu şounu! Güney Azərbaycan, Qarabağ, Dərbənd, Borçalı, Kərkük...şou-proqram mövzusu deyil!

Yeri gəlmişkən, qısa axtarış apardım, Afşin Azərinin üç il əvvəl ATV-nin efirində “Zaurla Günaydın” verilişində çox yüksək səviyyədə təqdim olunmasını, mahnı oxuduğunu, sayğı ilə təqdimatını gördüm.

Deməli, Azərbaycan efirində yeni deyil bu müğənni və söhbət müğənniliyi də aşır. Hər halda məntiq bunu deyir. Bir də ki, Təbrizdə, Ərdəbildə, elə milyonlarla azərbaycanlının yaşadığı Tehranda bir quzeyli müğənni efirdən qovulsa, ya sərt sözə tuş gəlsə, necə qarşılayardıq?

Üzrxahliq və cəza gözləyir o taylı-bu taylı tamaşaçı...Arazın o tayı da, bu tayı da Vətəndir, ona dil uzatmaq olmaz!

Elşad PAŞASOY
//Musavat.com//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38
Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35
Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30
Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru