Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... .....                     ABŞ QARA SİYAHISI-nı yenilədi .....                     Sərhədin hər iki tayında olan biziksə... .....                     "Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." .....                     Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət .....                     Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır .....                     Məni gizlicə kitab otağına buraxardı... .....                     Sayımız nə qədər olsa yaxşıdır? .....                     Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... .....                     Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? .....                     Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                 

“Sonuncu şam yeməyi” hər kəs üçün olacaq - Replika
Tarix: 13-01-2022, 08:23 | Çap et
“Sonuncu şam yeməyi” hər kəs üçün olacaq
Adəmdən üzü bu yana hələ bir mövzu olmayıb ki, insanlar onun barəsində yekdil və tam həmrəy olsunlar. Hətta bütün səmavi dinlər də birmənalı şəkildə iddia edir ki, ilk insanın – Adəmin övladları belə, ümumi məxrəcə gələ bilməyiblər, nəticədə yer üzündə ilk qətl törədilib - Qabil Habili qanına qəltan edib.

Əgər belə bir vəziyyət bəşəriyyətin lap gündoğan dövründə hökm sürübsə, indiki zəmanədəki durumu təsəvvür etmək olar. Odur ki, heç bir məsələ ətrafında vahid fikir yaranmasını gözləmək sadəlövhlükdən savayı bir şey olmazdı. İstənilən iş, istənilən fəaliyyət tənqidə tuş gəlməlidir, mütləq bir ağız büzən olacaq. Bu, normal haldır. Amma tənqiddən də tənqidə fərq var...

Sovet dövründə komediya və estrada janrında parlayan bir cütlük var idi – Şirvindt və Derjavin. Onların bir səhnəciyində qəti yumor hissindən məhrum şəxsin obrazını canlandıran Derjavinə tərəf müqabili lətifə danışırdı: “Bir dəfə Nil çayı ilə timsah üzür, pəncəsində də 10 rubl...” “Ciddi adam” Şirvindtin sözünü kəsirdi: “Bir dayan! Misir səhrasında yaşayan timsah sovet pulunu necə tapıb axı...”.

Bu səhnəcik son günlər sosial şəbəkələrdə artıq ölkəmizdə kifayət qədər populyarlıq qazanmış Əlixan Rəcəbovun təqdim etdiyi son işi – “Sonuncu şam yeməyi” qısametrajlı filmin müzakirələri zamanı yazılanlarla tanış olduqdan sonra xatirəmdə canlandı. Filmi başdan sona qədər danışmaq fikrində deyilik, çoxları da bəlkə izləyiblər. Qısaca olaraq bircə onu deyək ki, Əlixan ürək sözlərini, qəlbindəkiləri cəmiyyətə çatdırmaq üçün bu dəfə dəfn mərasimini və bu mərasim ətrafında cərəyan edən hadisələrin satirik təqdimatını seçib.

Təəssüf ki, 52 dəqiqəlik filmin əsas ismarıcı çoxlarının diqqətini cəlb etməyib. Bir qisim insanlar isə ümumiyyətlə filmi tam fərqli müstəvidə, eyni ilə yuxarıda xatırlatdığımız “ciddi insan” kimi anlayıblar. Xüsusən də narazı qalan kütləni Əlixanın yas mərasimlərinə və dəfn ənənəsinə sarkastik baxışı hiddətləndirib. Bəs konkret olaraq nə?

Məsələn, Əlixana irad tuturlar ki, nə üçün ölünü yuyan mürdəşir mərhumun oğlundan 150 manat tələb etdi? Axı, əslində bu dövlət rüsumu daha az məbləğdir. Qəribədir, deyilmi? Misir səhrasındakı timsahın pəncəsindəki əsginasa irəli sürülən iradı xatırlatmırmı? Və yaxud Əlixanın mollanı yumoristik çalarlara bürüməsi. Məgər fırıldaqçı, pulgir, məclisi birtəhər yola verib aradan çıxan din xadimi azmı görmüşük?

Başqa bir məqam. Gənclərin dəfn zamanı, daha sonra isə mərhumun qırx məclisində zarafatlaşmaları, kənar söhbət edərək mollanı dinləməmələri bəzilərini əsəbiləşdirir. Niyə? Məgər yas mərasimlərinin böyük əksəriyyətində mollanı dinləyən olur ki? Ya mərhuma heç bir yaxınlıq və qohumluğu çatmayanların zarafatları yenilikdir?

Və son olaraq daha bir irada nəzər salaq. Əlixanın yazdığı ssenaridə mərhumun vəsiyyətinə uyğun olaraq onun cənazəsinin yanında meyxana deyilir. Bu da bəziləri tərəfindən həm mərhuma, həm də ümumiyyətlə ənənələrimizə hörmətsizlik hesab edilib. Çox nahaq! İnternetdə sadə axtarış nəticəsində sazla, vağzalı ilə edilən neçə-neçə dəfnlərin kadrlarını izləmək mümkündür. Axı Əlixan bunu həyatın içindən götürüb! Düzdür, meyxana olmayıb. Hələ ki! Amma Əlixan da axı sənədli film çəkməyib.

Bir məsələyə də xüsusi diqqət çəkmək istərdik. “Sonuncu şam yeməyi”ndə yumor, satira, ironiya, sarkazm müxtəlif peşə sahiblərinə, müxtəlif yaş qruplarına aid insanlara tətbiq edilib. Amma ümumilikdə nə dini, nə əxlaqi, nə mənəvi, nə tarixi irsimizə və dəyərlərimizə toxunulub. Tənqid oxlarına onlar yox, fərdlər, ümumən cəmiyyət tuş gəlib.

Filmin əsas ismarıcına gəldikdə isə... Epizodların birində Əlixanın qəhrəmanı “40 gün necə gəldi keçdi, heç bilmədim” söyləyir. Cavabında isə sevimli aktyorumuz Şamil Süleymanovun ifasında izlədiyimiz qoca dillənir: “40 il necə gəldi keçdi, bilmədim”.

Demək olar ki, bu, filmin kulminasiya nöqtəsidir. Bütün zarafatlar, yumor, sarkazm 52 dəqiqəlik filmdə tamaşaçılara məhz bunu çatdırmaq üçün səfərbər edilib: “Dünya fanidir, zaman sürətlə ötüb keçir. Bütün çalışmalar, dünya malını qazanmaq üçün bütün fırıldaqlar bir gün heç olacaq, hər şey bu dünyada qalacaq. İnsan isə bu dünyaya necə əliboş gəlmişdisə, elə də əliboş torpağın altına gedəcək. Tək-tənha! Elə isə bu dünya üçün bu cür hoqqalardan çıxmağına dəyərmi?”.

P.S. Əlbəttə ki, zövqlər fərqli olur və zövq haqqında mübahisə məhsuldarlığı çox aşağı olan bir əməldir. Amma hər halda, istənilən tənqidi söylədikdə əndazəni gözləmək, ən azından qarşı tərəfin də arqumentlərinə qulaq vermək, vicdanın səsini dinləmək lazımdır. Dünya axı fanidir. İstənilən şam yeməyi sonuncu ola bilər...

Müəllif: Polad Xudayarlı
//AYNA.AZ//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Sayımız nə qədər olsa yaxşıdır? - AKTUAL
Bu gün, 05:36
Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... - İNCƏLƏMƏ
Bu gün, 05:32
Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? - ETİRAZ VAR!
Bu gün, 05:17
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56
Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Dünən, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Dünən, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Dünən, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Dünən, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Dünən, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Dünən, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Dünən, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Dünən, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Dünən, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Dünən, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru