Erməniyə sarılan Sona, əl çalan göyərçinlər... - BU NƏDİ BELƏ?
Tarix: 20-12-2021, 11:33 | Çap et
 İnstaqramda Azərbaycanı “Avroviziya”da təmsil edən Sona adlı qızın yarışmanın qalibi olan Ermənistan təmsilçi Malenanı təbrik edərək, qucaqladığı videonu görəndə gözümün qarşısına Xocalıda öldürülən uşaqların, qocaların, qadınların soyuqdan donmuş cansız bədəni, qulağıma Çingiz Mustafayevin hönkürtüsü gəldi...
O hönkürtülər hələ də qulaqlarımızdan çəkilməyib – ANS bağlansa da, Çingizin kadrları yığışdırılmayıb ki!
Müharibəni udsaq da, erməni terroru bitməyib axı!
Hələ ötən il Gəncəyə - mülki insanların yaşadığı, müharibədən yüz km kənarda olan şəhərə gecə ikən ballistik raket atan erməni ötən ay əsgərimizin üzərinə bomba atmışdı, 3 əsgərimiz yaralanmışdı və həmin terrorçunu Azərbaycan hüququ-mühafizə orqanlarının mühakimə etməsinə imkan belə vermədilər...
Hələ dünən ermənilərin 10 əsgərini humanizm prinsipi ilə geri qaytardığımız halda həmin gün 2 əsgərimizi əsir götürdükləri xəbərini yaydılar axı...
Hələ Birinci Qarabağ savaşında əsir götürülən 4 min azərbaycanlının sümüyü də tapılmayıb axı...
Qarabağ başdan-başa minadır axı; az qala hər gün o minalara mülki-hərbi şəxslər, çobanlar, traktorçular düşür axı...
Qarabağda mina partladıqca mülki azərbaycanlıların ölməsinə hələ də ermənilər sevinir, toy-bayram edir axı; yəni bu xalqın canında-qanındadır terror...
İndi görürəm ki, sosial şəbəkələrdə onların bu hərəkətini bəh-bəhlə paylaşıb sülhdən dəm vuranlar da tapılır və belələri az deyi!
Şuşada yallı gedib, “Qarabağ Azərbaycandır və nöqtə”, “azərbaycanlılar alverçidir, ermənilər döyüşçü və siz heç vaxt bizimlə döyüşə bilməzsiniz”, “türk (azərbaycanlı – red.) kimdir ki, bizim qabağımızda dayana bilsin” düşüncəsinə qədər “böyüyən” erməni başçı, rəhbər, ziyalıları, paşinyanları, ovannisyanları, ohanyanları, serjiklərini, Azərbaycanı aşağılayıb, azərbaycanlıları zorlayıb, qapısında it kimi zəngirlədib işlədən tedovosyanlarını susduran, qəddimizi düzəldən, qürurumuzu Şuşa ilə birgə qaytaran igidlərin nəşi soyumayıb axı hələ!
Nə tez göyərçin oldunuz!
Sizi dünənə qədər adam yerinə qoymayan, aşağılayan, torpağını alan milləti nə tez bağrınıza basan oldunuz?
Bu milləti bağrınıza basmışdınız vaxtilə: bu erməniləri kirvə tutmuşdunuz, ocağınızın başına keçirmişdiniz; ən yaxşı vəzifələr onlardaydı, Azərbaycanda hər 13 nikahdan biri ermənilərlə idi; qardaşlamışdınız “Hayastan”la...
Noldu? Siz qardaşlıq nəğməsi oxuyanda – hələ 60-cı illərdə Xankəndidə 3 azərbaycanlını hüquq-mühafizə orqanlarının əlindən alıb, diri-diri yandırdılar. Hələ Sovet hökuməti vaxtı və heç kim də məsuliyyət daşımadı.
Bizə qardaşlıq nəğməsi öyrədiləndə ermənilər azərbaycanlıların qanını içməyə hazır əsgər kimi yetişdirilirdi – nəticəsini də gördük.
Bu məmləkətdə nakam şəhidlərin ruhu dolaşır, onların qarşısına göyərçin olub çıxmağa hardan tapdınız o üzü? Bu qədər utanmazlığı hardan öyrəndiniz?
Əminəm – ora göndərilən qıcqığaz da, onu pəh-pəhlə dəstəkləyənlərin ailəsi də şəhid verməyib, yaxınlarında qazi yoxdur, heç veteran da yoxdur. Ancaq bu milləti onlar təmsil edir!
Əminəm – Şuşada da onlar dincələcək, Qarabağda da o göyərçinciklərin evi, villası, daçası olacaq; Bəlkə də artıq onların özləri və yaxud doğmaları artıq Şuşanı hamıdan öncə ziyarət edənlər arasında olublar.
Əminəm – hər şey sizindir, bu dünyanın səfası da, cənnət Qarabağın gözəlliyi də!
Ancaq sizə bu cənnəti qaytaran şəhidlərin qanının qurumasını gözləyin heç olmasa!
Allahdan, xalqdan, şəhid ruhlarından qorxun, Xocalıda skalpı kəsilən uşaqların ahından çəkinin!
Bu qədər yaddaşsızlığı təsəvvür belə etmək çətindir!
Bu qədər manqurtluqla necə yaşayırsınız bu məmləkətdə?
İcazə verin, biz – doğmalarını Qarabağ uğrunda itirənlər nəsli bitsin; icazə verin, heç olmasa qolunu, qıçını Vətən üçün itirən gənclərimiz ömrünü tamamlasın. Sonra gedib sarılarsınız erməniyə!
Siz 20-25 yaşlı qazilərin gözü önündə erməniyə sarılanda nə düşünürsünüz?
Doğrudanmı zorlanan bacılarınızın ahını duymursunuz?..
Müəllif: Kult.az

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53 |
|
|
|
| • Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48 |
|
|
|
| • Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44 |
|
|
|
| • Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22 |
|
|
|
| • Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18 |
|
|
|
| • Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16 |
|
|
|
| • Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14 |
|
|
|
| • Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25 |
|
|
|
| • Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09 |
|
|
|
| • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06 |
|
|
|
| • Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04 |
|
|
|
| • Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00 |
|
|
|
| • Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57 |
|
|
|
| • Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43 |
|
|
|
| • "Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41 |
|
|
|
| • İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37 |
|
|
|
| • Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24 |
|
|
|
| • Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21 |
|
|
|
| • ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19 |
|
|
|
| • 23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16 |
|
|
|
| • İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13 |
|
|
|
| • Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09 |
|
|
|
| • Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07 |
|
|
|
| • Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17 |
|
|
|
| • ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11 |
|
|
|
| • Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06 |
|
|
|
| • "Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02 |
|
|
|
| • Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47 |
|
|
|
| • Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43 |
|
|
|
| • Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39 |
|
|
|
| • Sayımız nə qədər olsa yaxşıdır? - AKTUAL
Bu gün, 05:36 |
|
|
|
| • Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... - İNCƏLƏMƏ
Bu gün, 05:32 |
|
|
|
| • Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? - ETİRAZ VAR!
Bu gün, 05:17 |
|
|
|
| • Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01 |
|
|
|
| • Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59 |
|
|
|
| • “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57 |
|
|
|
| • Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53 |
|
|
|
| • Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41 |
|
|
|
| • Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39 |
|
|
|
| • Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33 |
|
|
|
| • Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22 |
|
|
|
| • Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19 |
|
|
|
| • Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12 |
|
|
|
| • Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09 |
|
|
|
| • «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00 |
|
|
|
| • Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58 |
|
|
|
| • Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56 |
|
|
|
| • Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41 |
|
|
|
| • Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40 |
|
|
|
|