Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                     Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır .....                     Zakir Quliyev də KOLXOZ yolunu seçib .....                     Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? .....                     "Dövlətin pulsuz dərmanlarını satırlar" .....                     İcbari Tibbi Sığortanı biznesə çeviriblər .....                     Diplomlar risk altındadır? .....                     Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır .....                     ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir .....                     23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? .....                     İrəvana ağır xəbərdarlıq .....                     Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər .....                     Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək .....                     Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... .....                     ABŞ QARA SİYAHISI-nı yenilədi .....                     Sərhədin hər iki tayında olan biziksə... .....                     "Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." .....                     Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət .....                     Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır .....                     Məni gizlicə kitab otağına buraxardı... .....                     Sayımız nə qədər olsa yaxşıdır? .....                     Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... .....                     Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? .....                     Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                 

"Elə qanun qəbul eləməliyik ki, onu 2-3 ildən sonra yenidən dəyişdirməyə məcbur qalmayaq" - Qulu Məhərrəmlidən ÇAĞIRIŞ
Tarix: 15-12-2021, 08:28 | Çap et
"Elə qanun qəbul eləməliyik ki, onu 2-3 ildən sonra yenidən dəyişdirməyə məcbur qalmayaq"
Media haqqında” Qanunun qəbul olunması kifayət qədər yaxşı hadisədir. Çünki bu qanun layihəsi media subyektlərinin bazar münasibətlərində iştirak payını artıracaq, media subyektlərinin daha çox yeni baxışa uyğun formalaşmasına kömək edəcək".

DİA.AZ "Yeni Müsavat"a istindən xəbər verir ki, bu sözləri APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı hazırda müzakirəsi gedən “Media haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu qanunun müəyyən müddəaları da buna imkan verir: “Medianın dövlətdən asılılığının artacağına gəlincə, buna iki tipdə yanaşmaq lazımdır. Bu qanun layihəsi də ona yönəlib ki, artıq medianın ideoloji silah və təbliğat silahı olması dövrü başa çatıb. Media subyekti bir sahibkarlıq subyektidir və mütləq bazarda maraqlı bir oyunçu olmalıdır, fərqlənməlidir. Sahibkarlıq subyekti ortaq maraqları ehtiva edir. Burada məsələnin mahiyyəti bundan ibarətdir ki, sahibkarın konkret maraqları var və sahibkar konkret maraqlar çərçivəsində fəaliyyət göstərir, pul qazanmaq marağı var. Bu baxımdan artıq sahibkarlıq subyekti olan bir müəssisənin necə işlətməsi təbii ki, dövlətin qanunvericilik bazasına və qanunauyğun olacaq. Bu qanuna əməl etmək şərtilə sahibkarlıq subyektini öz maraqları çərçivəsində işlətmək artıq sahibkarın şəxsi işidir. Ona görə belə bir yanaşma olanda asılılıq məsələsi ortadan qalxır, yəni konkret olaraq sponsor var və onun maraqları var. Media quruluşu da, sahibkarlıq subyekti də sponsorun, təsisçinin maraqlarına cavab verməlidir. Əlbəttə, söhbət qanuna əsaslanmaqla fəaliyyətdən gedir”.

Vüsalə Mahirqızı vurğulayıb ki, bu qanun hüquqi bazadır və bu bazaya əsaslanmaqla, bu qanunu pozmamaq şərtilə hər kəs öz maraqları çərçivəsində işini görür: “Bizdə hamı mediadan və bütün media orqanlarından fədakarlıq istəyir, hər şeyi öz istədiyi kimi oxumaq və görmək istəyir. Amma baxış dəyişəndə bu, sahibkarlıq subyekti olanda, artıq ixtisaslaşma gedir. Mənim nə yazacağıma və ya nə yazmayacağıma dövlətin qanununu pozmamaq şərtilə mən və mənim redaksiyam qərar verir. Bizim bütün şikayətçilərin məktubunu dərc eləmək kimi bir öhdəliyimiz də yoxdur və olmamalıdır. Bunun qanunda bu formada qoyulması son dərəcə normaldır. Bu bir biznes subyekti olanda asılılıq məsələsi aradan götürülür. Biz indi heç bir formada düşünmürük ki, hansısa özəl şirkət, hansı tikinti şirkəti, hansısa iaşə müəssisəsi dövlətdən asılıdır. Çünki özəldir, özü bilər. O tikinti şirkəti hansı layihə ilə binanı necə tikir, nəyin əsasında tikir, bunu özü bilər. Əsas odur ki, tikinti haqqında qanunu, tikinti təhlükəsizliyi qaydalarını, şəhərin vahid arxitekturasını pozmur. Sahibkar qanunlar əsasında şirkəti işlədir. İndi jurnalistikaya da həmin baxış gəlməlidir. Mediada hamıdan eyni şeyi tələb etmək olmaz. Dünyada nüfuzlu beynəlxalq media qurumlarına da verilmiş bir rol var və hamı öz rolunu oynayır. Onların da özlərinin maraqları var. Təsisçilərinin və sahibkarlarının maraqları var, onlar da maraqları çərçivəsindən kənara çıxmırlar. Məsələ ondadır ki, həmin qurumun fəlsəfəsi və yaranması hansı səbəblə bağlıdır. Bazar münasibətlərində maraqlar iştirak edir, maraqlar olanda asılılıq anlayışı sıradan çıxır. Hesab edirəm ki, ”media dövlətdən", “media məmurlardan” asılıdır və sair kimi ifadələr artıq medianın ideoloji və təbliğat ruporu olması ifadələri ilə təxminən eyni idi. Artıq bu ifadələr zaman-zaman sıradan çıxmalıdır".

Media eksperti Qulu Məhərrəmli isə vurğulayıb ki, bu gün təklif olunmuş “Media haqqında” qanun layihəsinin cəmiyyətdə rezonans doğurması, fikir müxtəlifliyi yaratması təbiidir: “Bu elə bir qanundur ki, təkcə mediaya deyil, cəmiyyətin bütün qatlarına aiddir. Bütövlükdə cəmiyyətə aiddir, informasiya istehlakçılarının hamısına aiddir. Şübhəsiz ki, qanunun müsbət tərəfləri də var ki, o, günün reallıqlarını ifadə eləməyə çalışır. Amma mübahisə doğuran məqamlar da var. Bunlar ilk növbədə hökumətin statusu, hökumət-media münasibətləridir. Bir də internetin media profilinin tənzimlənməsi ilə bağlı olan məsələlərdir. Sual yaranır ki, bu maddələrin qanunda olması jurnalistlərin fəaliyyətinə maneə yarada bilərmi? Birbaşa maneələrdən söhbət getmir, amma strateji baxımdan gələcəkdə jurnalistlərin sərbəstliyi, onların informasiyanı azad əldə etmək, yaymaq, müstəqil hərəkət eləmək, xüsusən də müstəqil media ilə bağlı müəyyən problemlər çıxa bilər. Digər məsələ internet televiziyalarının, Youtube kanallarının tənzimlənməsi ilə bağlıdır. Yəni bir qrup haqlı olaraq belə hesab edir ki, indiki halda yerüstü kanallardan fərqli olaraq internet televiziyaların tənzimlənməsinə ehtiyac yoxdur”.

Q.Məhərrəmli qeyd etdi ki, dünyanın heç yerində internet televiziyaları tənzimlənmir: “Ona görə ki, yerüstü kanallar, onların yayımlandığı tezliklər dövlət resurslarıdır, onların sayı məhduddur. Həm radioda, həm televiziya kanallarında elektromaqnit dalğalarının sferası məhdudiyyətlərə bağlıdır. Amma internet hüdudsuz, məhdudiyyəti olmayan bir resursdur. Ona görə burada nəyisə tənzimləmək məntiqə uyğun deyil. Digər tərəfdən, jurnalistlərin bu və başqa məsələləri işıqlandırması ilə bağlı məzmuna müdaxilə əlamətləri görünür. Xüsusi hallarda rəsmi qurumların verdiyi materialları olduğu həcmdə vermək tələb olunur. Ola bilər ki, mənim hansısa nazirliyin verdiyi bir səhifəlik məlumatı olduğu kimi yerləşdirmək imkanım yoxdur, həm də onu məqsədəuyğun hesab etmirəm. Amma onun verdiyi məlumatın məğzini təhrif eləmədən o yanaşmanı təqdim edim. Bu cür məzmuna müdaxilələr əlbəttə ki, müəyyən asılılıq yarada bilər. Hələlik qanun müzakirə və işlənmə mərhələsindədir”.

Media eksperti hesab edir ki, bir neçə gün öncə ictimaiyyətə təqdim olunmuş layihəni heç də ictimai müzakirədən keçmiş adlandırmaq olmaz: “O, sadəcə, layihənin təqdimatı idi ki, parlamentə daxil olub və müvafiq komissiyalarda müzakirəsi başlayacaq. Yəni indiki halda qanunda bir çox tələsiklik yaradan məqamlar var. Media hüququ mütəxəssislərinin bu qanuna baxması çox önəmlidir. Ən vacib məqam konstitusiyamızın 50-ci maddəsinin və beynəlxalq qanunlara, konvensiyalara istinad edən 71-ci maddənin tələblərinin gözlənilməsidir. Elə qanun qəbul eləməliyik ki, onu 2-3 ildən sonra yenidən dəyişdirməyə məcbur qalmayaq. Bunun üçün də qanun çox diqqətlə işlənməlidir. Həm media reallıqları, həm cəmiyyətin maraqları nəzərə almalıdır. Əlbəttə, həm də dövlətin maraqları və heç şübhəsiz ki, milli təhlükəsizlik məsələləri nəzərə alınmadır. Heç bir halda indi mövcud olan keçici bir ildəki naqislikləri aradan qaldırmaq üçün qanuna maddə salmağa ehtiyac yoxdur. Onları müəyyən prosedurlarla, mexanizmlərlə həll eləmək olar. Qanun ümumi normaları verməlidir, belə strateji məzmun və mahiyyət daşıyan bir qanunda hər şey diqqətlə ölçülüb-biçilməlidir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Bu gün, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Bu gün, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Bu gün, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Sayımız nə qədər olsa yaxşıdır? - AKTUAL
Bu gün, 05:36
Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... - İNCƏLƏMƏ
Bu gün, 05:32
Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? - ETİRAZ VAR!
Bu gün, 05:17
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru