Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                     Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır .....                     Zakir Quliyev də KOLXOZ yolunu seçib .....                     Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? .....                 

“Fikrimcə, Rəhimə xanım, sadəcə, mədəniyyət qurumlarından diqqət istəyir”
Tarix: 29-10-2021, 08:07 | Çap et
“Fikrimcə, Rəhimə xanım, sadəcə, mədəniyyət qurumlarından diqqət istəyir”
Mərhum Yaşar Nurinin ailəsi maddi baxımdan çətinlik yaşayır. Bu barədə “Günün sədası” verilişində danışılıb. Xalq artistinin qızı Ülkər Yaşarqızı artıq bütün əşyalarını satdığını etiraf edib: “İki telefonumu satmışam. Bahalı telefonum var idi, onu satdım, ucuzunu aldım. Sonra onu da satdım, daha ucuzunu aldım. İki dənə komplektim var idi, onları da satmışam. Artıq satmağa bir şey yoxdur. Mən nəyi satım? Artıq utanıram. Mən Yaşar Nurinin qızıyam. Mən bilirsiniz necə yaşamalıyam?! Olsun çətinlik. Hamının çətinliyi olur, amma bu çətinlikdən bir çıxış yolu tapmaq lazımdır da”.

Sənətkarın həyat yoldaşı Rəhimə xanım isə bu ilin sentyabrında sənətkarın 70 illiyində mədəniyyət qurumları tərəfindən heç bir diqqət görmədiyini bildirib:

“Ayın 2-də (sentyabr ayı - red.) zəng gözləyirdim. Heç yaxın adamlarından da zəng almadım. Teatra zəng vurub dedim ki, sabah Yaşarın ad günü olduğunu bilirsiniz? Dedilər ki, Rəhimə xanım, bilirdik, sadəcə, kollektivi indi yığa bilmirik, ola bilsin, birigün gəldik, qəbri üstdə qeyd edərik, xahiş edirəm, siz də gəlin. Mən nə deyə bilərəm. Amma ayın 3-də qəbri üstdə mən tək idim. Qızlarım ayrı gedib, onlarla gedəndə pis oluram. Pul toplayıb qəbrin üstünə gül qoyduq, bu qədər. Mədəniyyət qurumları ”Şöhrət" ordenli bir sənətkarın ailəsinə zəng edib bayramını təbrik etmir. Bu, nə deməkdir?! Bu qurumlar nə ilə məşğuldur? Bu qədər də saymamazlıq olmaz da. Tək mən deyiləm".

Bundan əvvəl də Rəhimə Nuriyeva mətbuata açıqlamasında xalq artistinin ölümündən sonra Mədəniyyət Nazirliyinin onların ailəsini diqqətdən kənar qoymasından şikayətlənmişdi. Mədəniyyət naziri Anar Kərimov isə Report.az-a açıqlamasında “bu məsələni yoxlayırıq”, deyə cavab vermişdi.

Xatırladaq ki, Yaşar Nuri Azərbaycan kinosu və teatrı mədəniyyətində xüsusi rolu olan sənətkardır. Təkcə komik deyil, eyni zamanda psixoloji və dramatik rolların məharətli ifaçısı olan Yaşar Nuri əlliyə yaxın filmdə çəkilib. Həmin filmlər arasında “Bəyin oğurlanması”, “Yol əhvalatı”, “Yaramaz”, “Hər şey yaxşılığa doğru”, “Yoxlama”, “Nə gözəldir bu dünya”, “Qətl günü” xüsusən sevilir. Əsasən baş rolları ifa etdiyi “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, “Evləri köndələn yar”, “Kökdən düşmüş piano”, “Göz həkimi”, “Qatarda”, “Ac həriflər” televiziya tamaşaları bu gün də tamaşaçıların böyük marağını qazana bilir.

Yaşar Nuriyev səhnədə və kinoda qazandığı uğurlara görə Azərbaycan SSR Dövlət mükafatına, iki dəfə “Qızıl dərviş”, mükafatına, Prezidentin I dərəcəli mükafatına, həmçinin fərdi təqaüdünə layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib. Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 2012-ci ilin noyabrında 61 yaşında dünyasını dəyişib. Aktyorun Ülviyyə və Ülkər adında iki qızı var.

Bəs məşhur sənətkarın ailəsi bu gün niyə mədəniyyət qurumlarının diqqətindən kənarda qalıb? Ailənin gül almağa belə niyə pulu yoxdur?

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Qurumdan bildirildi ki, bu barədə tezliklə açıqlama veriləcək.

Yaşar Nurinin uzun illər çalışdığı Akademik Milli Dram Teatrının mətbuat xidmətindən Cavid Zeynallı isə bildirdi ki, bir neçə gün sonra təmsil etdiyi teatrda Yaşar Nurinin yubiley tədbiri olacaq: “Yaşar Nuri Azərbaycan kino və teatr sənətində böyük xidmətləri olan sənətkardır. Onun sənəti, xatirəsi bizim üçün həmişə əzizdir. Sentyabrın 6-da Akademik Milli Dram Teatrının təşkilatçılığı, teatr xadimlərinin iştirakı ilə Yaşar Nurinin məzarı ziyarət olunub, onun haqqında sənət dostları xatirələrini danışıblar. Yubiley tədbiri sentyabra planlaşdırılırdı. Lakin teatrlar bağlı idi və tədbiri keçirmək karantin qaydalarına zidd idi. Noyabrın 3-də isə Akademik Milli Dram Teatrında Yaşar Nurinin yubiley tədbiri keçiriləcək. Əlbəttə ki, onun adına layiq tədbir olacaq və ailəsi də, sənət dostları da razı qalacaqlar. Tədbirin hazırlıq işləri yekunlaşmaq üzrədir”.

Yaşar Nuri ilə uzun illər həm teatrda, həm də kinoda tərəf müqabili olmuş xalq artisti Firəngiz Mütəlimovanın da rəyini öyrənməyə çalışdıq. Xalq artisti ailənin vəziyyətinin hansı səbəbdən bu həddə gəlib çatmasından xəbərsiz olduğunu dedi: “Mütəmadi olaraq Yaşar Nurinin xanımı, ailəsi ilə əlaqə saxlayıram. Yalnız son iki ildir pandemiya səbəbindən ailə ilə yalnız telefon əlaqəsi saxlayıram. Rəhimə xanımın və Ülkərin açıqlamalarını mən də izlədim. Doğrusu, hansı səbəbdən vəziyyətin bu həddə gəlib çatmasından xəbərsizəm. Fikrimcə, Rəhimə xanım, sadəcə, mədəniyyət qurumlarından diqqət istəyir. Vəziyyətin ağır olmasına gəldikdə isə iki ildir ki, dünyada, ölkəmizdə pandemiyadır. Bu səbəbdən çox insanın vəziyyəti ağırlaşıb. Sentyabrda Yaşar Nurinin 70 illik yubileyi idi. Rəhimə xanıma zəng etdim, zəngimə çox sevindi. Akademik Milli Dram Teatrından da Yaşar Nurinin məzarını ziyarət etdilər, qəbrinin üstünə əklillər qoydular. Amma pandemiya olduğundan çox adam, şəxsən mən də onun qəbirüstünə gedə bilməmişdim. Düşünürəm ki, bir qədər səbirli olmaq lazımdır. Səbirli olsaq, hər şey yaxşı olar”.

Qeyd edək ki, müğənni Rüfət Axundov mərhum sənətkarın bacısı oğludur. Lakin nədənsə müğənni hər zaman dayısının ailəsinə soyuqqanlı yanaşmağını gizlətməyib. Hətta açıqlamalarının birində qeyd edib: “Soyuqluğa qalsa, ömrü boyu aramızda soyuqluq olub. Allah rəhmət eləsin, ölünün dalınca danışmazlar. Dayım işgüzar adam idi, heç başını qaşımağa vaxtı olmayıb. Böyüyümüz, ağsaqqalımız idi, həmişə də qulluğunda durmuşuq”.

Yaşar Nurinin digər bacısı oğlu isə tanınmış aktyor Nicat Rəhimovdur. Aktyor mərhum dayısının ailəsinin hansı səbəbdən bu vəziyyətə düşməsindən xəbərsiz olduğunu dedi: “Dayımın ailəsi ilə daim əlaqə saxlayırıq, anam da əlaqə saxlayır, yeri gələndə köməklik də edirik. Lakin efirdə niyə o cür açıqlamalar verirlər, anlamıram”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Bu gün, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Bu gün, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Bu gün, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Bu gün, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Bu gün, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Bu gün, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Bu gün, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Bu gün, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Bu gün, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Bu gün, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Bu gün, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Bu gün, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Bu gün, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Bu gün, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Bu gün, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Bu gün, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Bu gün, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Bu gün, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Bu gün, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Bu gün, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru