“Allah hamını bu cür xanımlardan qorusun, ona aid olmayanı əldə etmək istəyir”
Tarix: 26-10-2021, 16:52 | Çap et
 ““Yuxu kimi” serialı ölkənin ən baxımlı, ən reytinqli serialıdır. Mənim də bir aktrisa kimi çoxdan arzum idi ki, rejissor Rövşən İsaxla çalışım. Çünki o hər zaman tamaşaçının nə istədiyini çox gözəl bilir. Rövşən İsax “Yuxu kimi” serialında Əsmər xarakteri üçün mənə müraciət edəndə təbii ki, çox həyəcanlandım, maraq mənə güc gəldi. Amma eyni zamanda düşündüm ki, öncə sınaq çəkilişi edək və görüm ki, bu obraz məndə öz həllini necə tapır?!. Sınaq çəkilişində Rövşən İsax mənim bu obrazı sona qədər oynamağımı istəmədi və yarıda saxlayaraq dedi ki, “Dilarə, bu dünyada nə içirsən, nə yeyirsən, necə yaşayırsansa hamısı halalın olsun”. O çox-çox bəyəndi, məndən razı qaldı və beləliklə biz birlikdə yola çıxdıq” Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva deyib. O daha sonra əlavə edib.
“Təbii ki, tamaşaçılar məni bu cür serialla, belə bir obrazla gözləmirdilər. Yəqin ki, təəccübləniblər, bəziləri bəlkə də məni o serialda heç görmürlər. Hərhalda bu bir yaradıcı prossesdir. İnsanlar bəzən mühafizəkar yanaşırlar bu peşəyə. Düşünürlər ki, komediya aktrisasısansa mütləq komik obrazlarla tamaşaçı qarşısına çıxmalısan. Dramatik aktyorsansa mütləq dramatik obrazlar oynamalısan. Bəzən tamaşaçının qəbul etdiyi o sterotipləri qırıb-sındırmaq, onlara yeni bir dəst-xətt göstərmək lazım gəlir. Mən gedişatda həqiqətən də şahidi oluram ki, Rövşən İsax nəyi görmək istədiyini bilir və biz bu yolda da dəqiq, konkret addımlar atırıq. Hələ mənim yaradıcılığımda Əsmər kimi obraz olmamışdı. Tam yeni bir xəttdir, biz hələ onu ilmə-ilmə toxuyuruq. O ki, qaldı tamaşaçıların bu obrazı necə qəbul etməsinə? Hər bir tamaşaçının öz fikri, yanaşması var. Məni bu obrazla qəbul edənlər də, etməyənlər də var. Əsas odur ki, ortada görülən böyük bir iş, əziyyət, zəhmət və çox uğurlu bir layihə var” deyə Dilarə Əliyeva bildirib. “Sizcə Əsmər haqlıdır? Həyatda qarşınıza elə qadınlar çıxsa münasibətiniz necə olar?” sualına isə aktrisa belə cavab verib.
“Əslində Əsmər kimi qadınlar çox təhlükəli və öz xoşbəxtliyini digərlərinin xoşbəxtliyi üzərində qurmağa çalışan xanımlardır. Onun xoşbəxt olmaq üçün özünə aid bir həqiqəti olmuş olsa belə. O bu şəkildə münasibət qurub, özünü xoşbəxt etmək istəmir. Belə münasibətlər müvəqqəti münasibətlər olur hər zaman. Çünki sənə aid olmayan bir insan demək ki, sənə aid deyil. Sənə aid olmayan bir şeyi zorla əldə etmək də düzgün deyil. Əsmər xanımı təbii ki, haqlı saymıram, çox təhlükəli insandır. Allah hər bir insanı bu cür hiyləgər xanımlardan uzaq etsin. Çünki qarşıda Əsmərin daha təhlükəli planları var” deyə aktrisa bildirib. Dilarə Əliyeva sosial şəbəkədə adına açılan instaqram səhifəsindən də danışıb. “Mənim instaqram hesabım yoxdur, çünki hələ ki, bu işlərlə ciddi məşğul olmağa hazır deyiləm. Bundan əlavə də məni sosial şəbəkələrdə narahat edən məqamlar var ki, onların həllini tapmamışam. İnstaqramda adıma açılan səhifəni məni çox-çox sevən, 11-ci sinif şagirdi olan bir xanım idarə edir. Mən onu şəxsən tanıyıram, arada o mənə zəng edir, mən onunla əlaqə saxlayıram. Mən ona belə bir səhifə açdığı üçün təşəkkür edirəm. Ona xoş olsun deyə və insanlar mənim sənətimdəki yenilikləri izləsinlər deyə mən o xanıma arada-sırada özümdə olan şəkillərdən göndərirəm, o da paylaşır. O məni diqqətdə saxladığı kimi, mən də çalışıram ki, onu diqqətdə saxlayım” deyə aktrisa bildirib.
Sabah doğum günü tamam olan aktrisanı da ilk olaraq biz təbrik etdik. “Məni doğum günü münasibətimlə ilk təbrik edən siz, Moderator.az- oldu. Bu diqqətə görə sizə öz təşəkkürlərimi bildirirəm. Doğum günlərimi heç vaxt xüsusi qeyd etməyi sevmirəm, etmirəm də. Fikirləşirəm ki, qeyd etsəm həmin gün üçün insanlara böyük əziyyət vermiş olaram. Sözə çevirə bilmədiyim qəribə duyğular yaşayıram. Dəfələrlə olub ki, doğum günüm canlı efirlərə təsadüf edib, amma heç vaxt vurğulamamışam ki, bu gün mənim ad günümdür. Düşünürəm ki, diqqət tək doğum günlərində deyil, hər zaman olmalıdır. Mənə vacib olan odur ki, bütün münasibətlərin kökündə səmimiyyət olsun, ürəkdən istəsinlər bu yetər. Hədiyyə almaqdansa hədiyyə verib qarşı tərəfi sevindirməyi xoşlayıram. Mənə hədiyyə təqdim edəndə o qədər sıxılıram ki. Bu hiss məndən heç vaxt ötüb keçmir” deyə Dilarə Əliyeva bildirib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
| • Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Bu gün, 16:56 |
|
|
|
| • "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Bu gün, 16:53 |
|
|
|
| • Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Bu gün, 16:49 |
|
|
|
| • İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Bu gün, 16:45 |
|
|
|
| • Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Bu gün, 16:35 |
|
|
|
| • "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 16:28 |
|
|
|
| • Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Bu gün, 16:19 |
|
|
|
| • Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Bu gün, 16:17 |
|
|
|
| • Bakı şəhəri yenə yuyuldu - FOTO
Bu gün, 13:31 |
|
|
|
| • Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Bu gün, 13:05 |
|
|
|
| • Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Bu gün, 13:04 |
|
|
|
| • "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Bu gün, 12:45 |
|
|
|
| • SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Bu gün, 12:35 |
|
|
|
| • Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 12:32 |
|
|
|
| • Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Bu gün, 12:27 |
|
|
|
| • NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:21 |
|
|
|
| • Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Bu gün, 12:17 |
|
|
|
| • ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Bu gün, 12:10 |
|
|
|
| • İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Bu gün, 12:09 |
|
|
|
| • "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Bu gün, 12:07 |
|
|
|
| • Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Bu gün, 12:04 |
|
|
|
| • Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Bu gün, 12:01 |
|
|
|
| • Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 10:47 |
|
|
|
| • Məşhur həbsxana rəisi vəfat etdi
Bu gün, 10:45 |
|
|
|
| • Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 10:42 |
|
|
|
| • Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Bu gün, 10:32 |
|
|
|
| • Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Bu gün, 10:08 |
|
|
|
| • "Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53 |
|
|
|
| • Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48 |
|
|
|
| • Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44 |
|
|
|
| • Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22 |
|
|
|
| • Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18 |
|
|
|
| • Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16 |
|
|
|
| • Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14 |
|
|
|
| • Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25 |
|
|
|
| • Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09 |
|
|
|
| • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06 |
|
|
|
| • Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04 |
|
|
|
| • Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00 |
|
|
|
| • Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57 |
|
|
|
| • Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43 |
|
|
|
| • "Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41 |
|
|
|
| • İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37 |
|
|
|
| • Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24 |
|
|
|
| • Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21 |
|
|
|
| • ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19 |
|
|
|
| • 23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16 |
|
|
|
| • İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13 |
|
|
|
|