Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                 

"Hacıbaba Bağırov əmimdir, o, nənəmin birinci nikahdan oğlan oğludur..."
Tarix: 18-10-2021, 09:00 | Çap et
"Hacıbaba Bağırov əmimdir, o, nənəmin birinci nikahdan oğlan oğludur..."
Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev Moderator.az-ın suallarını cavablandırıb.

- Cəmil müəllim, 2 ilə yaxın müddətdir ki, pandemiyaya görə bir çox mədəniyyət müəssisələri fəaliyyətlərini yarımçıq saxlamışdılar. Bu müddət ərzində Dövlət Film Fondunda vəziyyət necə idi?

- Dövlət Film Fondu kinoarxiv təşkilatı olduğu üçün pandemiya dövründə də öz fəaliyyətini davam etdirib. Bu fəaliyyət ilk növbədə nədən ibarətdir? Fondda 70 minə yaxın film saxlanılır və bu filmlər hər gün, hər saat qayğı gözləyir. Bizdə filmlərin bərpa şöbəsi var, orada çalışan mütəxəssilər hər gün filmləri ardıcıl şəkildə yoxlayır, birinci növbədə həmin filmlərin lentlərinin statik elektrik cərəyanı götürülür. Bunun üçün lent əvvəldən axıra keçirilir və daha sonra sondan geri qaytarılır. Bundan başqa hər bir saxlanılan lentə müəyyən qədər mikrotozluq daxil ola bilər. Bu tozlar xüsusi maşınlarda, yaxud da əllə xüsusi məxmər vasitəsilə təmizlənir. Hər bir filmin tərkibində lent birləşmələri var, onların üzləri qopduğundan təmir olunur. Ona görə də kinoarxivdə bütün filmlər bərpa prossesindən keçir. Bərpa şöbəsində daim iş var. Bizim fəaliyyətimizin ikinci istiqaməti isə filmlərin bokslarda saxlanmasıdır. Xüsusi rütubətli, soyuq otaqda həmin bokslar qorunur. Hər kinolentin özünəməxsus saxlanma rejimi var. Kinoarxiv şöbəsində isə bizim arxiv materialları saxlanılır. Materiallar bizə şəxsi arxivlərdən də daxil olur, bizim əməkdaşlarımız da onları axtarırlar. Bu müəyyən kinoafişalar da, rejissorun yazdığı ssenarilər də, fotolar da, həmin sənətkarın şəxsi əşyaları da ola bilər. Bir sözlə biz pandemiya dövründə də işləmişik, indi də fəaliyyət göstəririk, bizdə sadəcə olaraq pandemiya dönəmində tədbirlər keçirilməyib.

- Cəmil müəllim, siz uşaqlıqdan sənət ruhlu ailəsə böyümüsünüz. İstərdik o illərə qayıdaq.

- Mənim atam Elşad Quliyev filologiya fakültəsini bitirməyinə baxmayaraq taleyini televiziya ilə bağlamışdı. Uzun illər televiziyada tərcüməçi, baş redaktor daha sonra isə sədr müavini və sədr vəzifəsinə kimi yüksəlib. Azərbaycan Dövlət Televiziyasına 25-ilə yaxın bir müddətdə rəhbərlik edib. Təbii ki, mənim uşaq yaşlarından ailədə həm teatra, həm də kinoya böyük həvəsim olub. Daim atamla birlikdə həm teatr tamaşalarını izləyib, kinolara baxmışam. Mənim kinoya gəlməyimin səbəbkarı isə kinorejissor Arif Babayev olub. O mənim atamla dostluq edirdi və hər zaman da deyirdi ki, mən səni filmə çəkəcəyəm. Arif müəllim o vaxt “Alma almaya bənzər” filmini çəkəndə, mən də həmin filmdə rol (Kərimov) aldım. Ona qədər isə məni Şamil Mahmudbəyov “Şərikli çörək”, rejissor Oqtay Babazadə isə “Leyla və onun dostları” filminə dəvət etmişdi. Müəyyən səbəblərdən mən o filmlərdə çəkilə bilmədim. Bu filmlərdən sonra məndə incəsənətə, kinoya böyük həvəs yarandı və həyatımı kino sahəsi ilə bağlamağa qərar verdim. 1979-cu ildə Moskvada Ümumittifaq Kinematoqrafiya universitetinə daxil oldum, quruluşcu rejissor ixtisası üzrə təhsil aldım. Ondan sonra da təhsilimi bitirib “Azərbaycanfilm” kinostudiyasına gəldim, burada çalışdım. 1987-ci ildən Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm, artıq 33 ildir. Hal-hazırda da orada çalışıram. Uzun illər “Kino və televiziya” kafedrasının müdiri vəzifəsini icra etmişəm.

- “Alma almaya bənzər” filmində sizinlə birgə çəkilən Hacıbaba Bağırovun qohumunuz olduğu deyilir. Həqiqətən də sevimli aktyorumuzla qohumsunuz?

- Bəli, Hacıbaba Bağırov mənim əmimdir. Nənəm iki dəfə ailə həyatı qurub, o nənəmin birinci nikahdan oğlan oğludur. Hacıbaba Bağırovu mən çox istəyirdim, mənim üçün əziz bir insan idi. Təvazökar və qayğıkeş bir şəxsiyyət idi. Əfsuslar olsun ki, aramızdan tez ayrıldı. Amma mənim qəlbimdə o həmişə yaşayır və yaşayacaq da. Mən həm də onunla birlikdə işləmişəm. 1990-cı illərdə ölkədə kino istehsalı dayananda biz onunla birgə “Şirbalanın məhəbbəti” filmini ərsəyə gətirdik. Hacıbaba Bağırov bu filmə görə təxminən bizim kinostudiyanın 120 adamına iş verdi. Çünki film sifarişini və sponsoru o tapmışdı. Həmin işçilər ailələrini o filmin hesabına saxladılar. Həm də Hacıbaba müəllimin arzusu idi ki, o kino lentində həkk olunsun.

- Bəs aktyorluq sənətini niyə davam etdirmədiniz?

- Aktyor sənətini mən necə davam etdirə bilərdim? Gərək məni filmə çəksinlər ki, sənətim davam etsin də. Daha sonra nədənsə dəvətlər olmadı. Kim dəvət edirdisə böyük həvəslə çəkilirdim. Aktyor sənətinə məndə hər zaman böyük məhəbbət və sevgi olub. Filmlərə dəvət olmayanda isə mən öz işimlə məşğul olub bədii, sənədli filmlər çəkirdim.

- Cəmil Quliyevin adı çəkiləndə insanın gözünün önünə film sahəsi gəlir. Amma müxtəlif illərdə televiziyalarda rəhbər, direktor vəzifələrində çalışmısınız. Bu gün yenə də film sahəsinə qayıtmısınız. Demək ki, film sahəsindən uzaq düşə bilməzsiniz.

- Mən hər zaman kinonu televiziyadan üstün hesab etmişəm. Baxmayaraq ki, televiziya daha baxımlıdır, tamaşaçılar onu evdən izləyə bilirlər. İstər Mədəniyyət kanalına, istərsə də İctimai televiziyaya direktor vəzifəsinə təklif alanda hər zaman çalışırdım ki, həmin televiziyalarda kino sahəsinə xüsusi diqqət ayırım. Bədii kinoları, müxtəlif yaş kateqoriyalarına məxsus filmləri xüsusi həssaslıqla seçib, nümayiş etdirirdik. Televiziyada kino xadimləri-aktyorlar, rejissorlar, ssenari müəllifləri haqqında xatirə verilişləri hazırlayırdıq. Yəni kino mənim üçün hər zaman öndə olub.

- Kinomuzun bu günki vəziyyətindən nə danışa bilərsiniz?

- Bu gün bizim kinoda çox gözəl tendensiya var. Belə ki, nəsillər dəyişir, gənclər gəlir, hətta deyərdim ki, gənclər çoxluq təşkil edir. Sevindirici haldır ki, həmin gənclər xaricdə bir çox təhsil ocaqlarında və kurslarda təhsil alıb, bu sahəyə gəlirlər. Bu gün Azərbaycan kinosu yeni bir mərhələyə qədəm qoyub. Gənclərimizin çəkdiyi filmlər, iştirak etdiyi festivallar diqqəti cəlb edir. Azərbaycan kinosunda yenilənmə gedir. Mən onlara yalnız uğurlar arzu edirəm. Biz yaşlı nəslin nümayəndələri isə öz töhfəmizi verməyə çalışırıq. Həyat davam edir, bir nəsil gəlir, o biri nəsil gedir. Həyatın qanunu belədir.

- Bir müddət əvvəl siz də, ananız da koronovirus xəstəliyinə yoluxmuşdunuz. Çox təəssüflər olsun ki, ananız bu amansız xəstəlikdən dünyasını dəyişdi. Həyatınızdakı o boşluq yəqin ki, ömür boyu sizinlə olacaq.

- O təkcə mənim anam yox, dostum, sirdaşım olub. Hər zaman onunla fəxr etmişəm, çünki gözəl insan idi. Mən inanmırdım ki, onu belə bir çətin məqamda itirə bilərəm. Əfsuslar olsun ki, belə oldu. Xəstə yatağımda olduğum üçün anamın dəfnində belə iştirak edə bilmədim. Həyatı dəyişmək mümkün deyil, o öz axarı ilə gedir. Ona görə də mənim üçün bu itki çox ağırdır, təsəllim isə sadəcə işimdir. Çünki evə gedəndə daim o mənim yadıma düşür, özümü çox pis hiss edirəm. Amma işdə-gücdə olanda isə bir qədər o fikirlərdən uzaqlaşıram.

- Köhnə şəkil yaxud lent yenisi ilə əvəzlənir, bəzi əşyalar yenilənərək bərpa olunur. Bəs həyatda nəyi bərpa etmək mümkün deyil?

- Həyatda insanlar arasındakı münasibətləri, itkiləri bərpa etmək olmur. İnsan gərək bağışlamağı bacarsın, ünsiyyət qura bilsin. Hansısa yaxın dostunun səhvini ona keçə biləsən. Yalnız onda sən rahat yaşaya bilərsən.

- Həyatınızda elə insanlar olub?

- Təbii ki, olub. Mən çalışmışam ki, həmin insanları bağışlayım, bağışlamışam da. Çünki vaxtilə o insanda müəyyən yaxşı keyfiyyətləri görüb dostluq etmişəm, istəməmişəm ki, hansısa məqamda onu itirim. Elə insanlar da olub ki, barışmaq istəməyiblər, düşünüblər ki, artıq o mərhələ keçdi. Həyat günü-gündən qısalır, kiminləsə küsülü, incik qalmaq yaxşı xüsusiyyət deyil.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Bu gün, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Bu gün, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Bu gün, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Bu gün, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Bu gün, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Bu gün, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Bu gün, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Bu gün, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Bu gün, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Bu gün, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Bu gün, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Bu gün, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Bu gün, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Bu gün, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Bu gün, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Bu gün, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Bu gün, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Bu gün, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Bu gün, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Bu gün, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Bu gün, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Bu gün, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru