Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                 

"Toylar gənclərə qaldısa, o toydan, orda ifa olunan mahnılardan səviyyə axtarmaq olmaz"
Tarix: 14-09-2021, 08:41 | Çap et
"Toylar gənclərə qaldısa, o toydan, orda ifa olunan mahnılardan səviyyə axtarmaq olmaz"
“Zəngilanda çox mehriban qonşularımız var idi, biz evdə oturmurduq ki. Bir gün o qonşuda, bir gün o qohumda, bir gün onlar bizdə olurdu. Həyat nə qədər maraqlı, isti idi. Bu gün insanların rahatlığı üçü hər şey var, amma onların içində heç bir istilik, dəyər yoxdur. Hər kəs deyir ki, özüm tapım, özüm qazanım, özüm yeyim. Ətrafındakı insanları heç düşünmürlər. İnsanı insan edən onun inamı, imamıdır. Bu gün elə bil ki, onlar itib”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Almaz Orucova deyib. O daha sonra hələ də doğma yurdu Zəngilana getməməyinin səbəblərindən danışıb.

“Hələ ki, Zəngilana getməmişəm. Bacılarım da, qardaşım da deyirlər ki, gedək. Ən çox da böyük bacım. Arada oğlum gəlmişdi, vaxt edib gedə bilmədim. Düzdür, torpağı görməyə çox can atıram, amma evimiz dağılıb. Evimizin dəfələrlə uçulmuş halda şəkillərini mənə yollayıblar, elə bilirəm ki, getsəm o hisslərdən qurtula bilməyəcəyəm. Bir tərəfdən Zəngilana, evimizə getmək istəyirəm, digər bir tərəfdən də getmək istəmirəm, oranı elə görmək mənə ağırdır. “Ağıllı kənd” layihəsi bilirsiniz ki, Zəngilandan, bizim Ağalı kəndindən başlayıb. Bizim qohumumuz da orada mühəndis çalışır, deyir ki, istəyirəm bir az buralar abad olsun, sonra gələsiniz. İstəmirəm gəlib belə görəsiz buraları. Həyətimizdə elə yerlər var idi ki, bizim gözümüzün qabağında tikilmişdi. Nə qədər zəhmətimiz var idi o həyətdə. Bizim evimizin yuxarısı park idi, məşhur yer idi. Demək olar ki, Zəngilanın ən gözəl yeri idi. Bir dənə hamamımız qalıb. Ata-anamın əziyyətinə o qədər heyfslənirəm ki. Atam sürücü, anam da tibb bacısı idi. Hər ikisi alın tərləri ilə, əziyyətləri ilə oranı qurmuşdu. Yenə də şükürlər olsun ki, quru torpağımız var” deyə sənətkar bildirib.

Almaz Orucova o vaxt ki, toylarla indi keçirilən toyları müqayisə də edib.

“Zamanında şeirə, sənətə qiymət verən ailələrin şad günlərində, tədbirlərində çox iştirak etmişəm. İndi dönüb o günlərə baxanda qürurlanıram ki, nə yaxşı o günləri yaşamışam, həm də çox heyfslənirəm. Zaman elə həmin zamandır, insanlar dəyişib. Bəzən elə olurdu ki, gecə saat 3-4 ə qədər gözəl bəstəkar musiqiləri, mahnılar ifa etdirirdilər bizə. Toyların bir hissəsində muğama, xalq mahnılarına yer verirdilər. Amma bu gün özünüz də görürsünüz ki, toyları kimlər idarə edir?! Ailədə valideynin sözü keçmir, bu gün gənclər öz sözlərini deyirlər. Onların da zövqü toyda üzə çıxır. Toylar gənclərə qaldısa o toydan, orda ifa olunan mahnılardan, repertuardan səviyyə axtarmaq olmaz. Bilirsiniz ki, onların qulaq asdıqları, sevdikləri müğənnilər kimlərdir. Hansı ki, yutubda milyon baxış toplayırlar. Bu gün yazılan musiqilərə, şeirlərə baxanda adamın qanı qaralır, əsəbləşir. İnsana mədəniyyət öyrətmək əvəzinə nə göstərirlər? Nə təbliğ edirlər? Nə olar ki, gözəlliyi, mədəniyyəti, sənəti təbliğ edəsiz? Yenə də sevinirəm ki, mənə qiymət verən insanlar az da olsa var” deyə əməkdar artist bildirib.

Almaz Orucova daha sonra ustadı Şövkət Ələkbərovadan da danışıb.

“Şövkət xanım bizə çox vaxt evində dərs keçirdi. Aygün Bayramova ilə biz çox vaxt gedirdik onlara. Şövkət xanım Azərbaycan musiqisinin sütunudur. Onun çiynində musiqimiz hələ əsrlər boyu yaşayacaq, nəsildən-nəslə keçəcək. Biz ondan insanlıq, mədəniyyət, xanımlıq, kübarlıq, insana dəyər verməyi öyrəndik. Ana qayğısı göstərirdi bizə. Bəzən səhhəti yaxşı olmurdu, amma bunu bizə bildirmirdi. Heç vaxt deməzdi ki, uşaqlar bu gün gəlməyin, əhvalım yoxdur. Xəstə halı ilə bəzən bizə yemək də verirdi, o qədər mehribanlıq göstərirdi ki, bizə. Yadımdadır, bir dəfə yeni palto ilə Şövkət xanımgilə getmişdim, palto da mənə çox uzun idi. Qapıdan içəri girən kimi baxdı mənə, əyildi paltonun ətəyini qatlayıb dedi ki, bunu bir az kəsdir ki, sənin əyninə gözəl olsun. Şövkət xanım mənə anam qədər can yandırıb, yeri cənnətlik olsun” deyə Almaz Orucova bildirib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Bu gün, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Bu gün, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Bu gün, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Bu gün, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Bu gün, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Bu gün, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Bu gün, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Bu gün, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Bu gün, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Bu gün, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Bu gün, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Bu gün, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Bu gün, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Bu gün, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Bu gün, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Bu gün, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Bu gün, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Bu gün, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Bu gün, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Bu gün, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Bu gün, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Bu gün, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru