Dövlətin ahıllara, əlillərə ayırdığı ərzağa QARĞA-QUZĞUN BASQINI... - İTTİHAM DOLU FAKTLAR...
Tarix: 5-10-2021, 09:25 | Çap et
 Görəsən, “Qocalar Evi” kimi tanınan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Bilgəhdəki Müharibə və əmək əlilləri üçün pansionatda daha nə baş verməlidir ki, Samirə Mehtiyeva tutduğu direktor vəzifəsindən kənarlaşdırılsın? Xanım direktorun barəsində ciddi ölçü götürülməsi üçün bir-bir qocaları öz əli ilə boğub öldürməlidirmi? Yoxsa, ona kimsə deyib ki, nə edirsən-et, bircə adam öldürmə? Vallah, görünən odur ki, elə deyəsən məsələ məhz bu cür qoyulub.
Pansionda kim haqsızlığa qarşı üsyan edirsə, şərləyib dəlixanaya salırlar. Adamı özünü öldürmək dərəcəsinə çatdırırlar. Sakinlərin ərzaq payını kəsirlər, dərman payına əl uzadırlar, əşyalarını it-bata salırlar, pulunu oğurlayırlar, dünyasını dəyişənlərin ağzından qızıl dişi çıxarıb mənimsəyirlər. Bütün bu kimi hallar barədə “Dəryaz” qəzetində, qəzetin “Deryaz.az” saytında, eləcə də digər KİV-də S.Mehtiyevanın məsuliyyətə cəlb olunmasına yetəcək qədər məlumatlar dərc olunub. Amma nə faydası? Direktora “gözün üstə qaşın var” deyən yoxdur. Söz gəzir, S.Mehtiyevanın arxasında ondan 80 min manat rüşvət alıb işə götürən şəxsin özü dayanıb və ürək-dirək verib ki, “nə qədər mən bu vəzifədəyəm, heç nədən narahat olma, bütün şikayətlərə, yazılan tənqidlərə boş ver, unut kədərini, qəmini unut”.
Bəs görəsən, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri hörmətli Vüqar Behbudovun Samirə xanımın bu hoqqalarından xəbəri varmı?
(Bu barədə gələn dəfə geniş məlumat verəcəyik)
Pansionatdan isə qocaların məruz qaldıqları “ahəstə genosid” barədə məlumatlar gəlməkdə davam edir. Belə ki, bu günlərdə redaksiyamıza daxil olan informasiyaya görə, xanım direktor pansion sakinlərindən Rafiq müəllimi yenidən (ikinci cəhddə) psixiatriya xəstəxanasına saldırıb. Elxan kişini də guya şüşəni qırdığına görə adını dəli qoyub, “o tərəflik” edib.
Başqa bir məlumat isə S.Mehtiyeva və işbaz ortaqlarının acgözlükləri barədədir. Qeyd olunur ki, az öncə Ahıllar Günü ilə əlaqədar xeryriyyəçi ictimai qurumlardan birinin təşkilatçılığı ilə 1500 kq miqdarında qırmızı ət ƏƏSMN-nin tabeçiliyindəki bir neçə pansionun arasında bölüşdürülüb. “Qocalar Evi” üçün nəzərdə tutulan 200 kq ətdən isə xəbər-ətər yoxdur. Ayrılan sovqat heç pansionatın anbarına belə faktiki mədaxil edilmədən, necə deyərlər, “çöldən –çölə” pay-püşk edilib.
Pansionatda çalışan mənbəmizin verdiyi məlumatlara görə Samirə Mehtiyevanın sağ əli olan sanitarka Leyla və Nurlana qocaların başında turp əkirlər. Burada hər bir xidmətin öz qiyməti var. Qocanı çimizdirmək 10 manat, otağını silib süpürmək 5 manat, pullarını bankomatdan çıxartmaq 5 manat, qocalara ərzaq aldıqda isə mağaza qiymətindən 3 dəfə baha hesablayırlar. Adi pampers və dərmanlar pansionata pulsuz verilsə də bu və digər ləvazımatları pulla satırlar. Samirə Mehdiyeva başda olmaqla bu В«qoçaqlarВ» elə edirlər ki, qocanın təqaüdü ayın axırı nəinki özünə çatmır, əksinə hələ bu В«töycülərəВ» borclu qalırlar.
Bu bölgüdən bir pay da düşənlərdən biri də, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətovadır. O, Həsrətova ki, 1995 ci ildən bu müəssisədə direktor işləyir. İşlədiyi müddət ərzində В«halal maaşı ilə özünə ailə üzvlərinə yüz minlərlə dəyəri olan obyektlər, bahalı maşınlar, villalar alıb. 11 peşə üzrə təhsil alan gənclər və sakinlər niyə yoxlama gələn zaman yaxın evlərdən yığılır?
Gənc əlillərin əl işləri kimlərə satılır və yaxud hədiyyə olunur? Adı mərkəzin sakini kimi qeydə alınıb, özü sakin olmayan gənclərin ərzaq, geyim və digər ləvazımatları kim mənimsəyir? Adı Ramanıda, özləri isə Bilgəhdə yaşayan, ətə, yağa geyimə həsrət qalan sakinlərin Həsrətovadan etdiyi gileyin videosunu təqdim edəcəyik.
ımızda Ona bu və digər suallarla müraciət etdik. Rəhilə xanım ənənəvi olaraq məsləhət gördü ki, bu sualları murad.hashimov@sosial.gov.az -a ünvanlayaq. Təbii ki, biz də redaksiya olaraq Rəhilə xanımın bu tövsiyyəsini yerə salmayıb həmin ünvanın email adresinə müraciət etsək də sorğumuza yenə də cavab ala bilmədik.
Adları çəkilən vəzifəli şəxslərin isə heç biri zəngimizi qaldılrmayıblar, qeyd olunan məsələlər ilə bağlı onlara ünvanladığımız sual mesajlarımızı da cavablandırmayıblar.
Odur ki, qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq.
Deryaz.az

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53 |
|
|
|
| • AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37 |
|
|
|
| • Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07 |
|
|
|
| • 70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58 |
|
|
|
| • "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55 |
|
|
|
| • İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54 |
|
|
|
| • Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48 |
|
|
|
| • “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40 |
|
|
|
| • Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36 |
|
|
|
| • Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13 |
|
|
|
| • Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11 |
|
|
|
| • Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53 |
|
|
|
| • Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50 |
|
|
|
| • “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49 |
|
|
|
| • Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45 |
|
|
|
| • Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44 |
|
|
|
| • Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30 |
|
|
|
| • Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19 |
|
|
|
| • Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13 |
|
|
|
| • Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05 |
|
|
|
| • Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26 |
|
|
|
| • Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36 |
|
|
|
| • İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34 |
|
|
|
| • Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10 |
|
|
|
| • Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06 |
|
|
|
| • Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03 |
|
|
|
| • Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02 |
|
|
|
| • SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58 |
|
|
|
| • "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57 |
|
|
|
| • Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52 |
|
|
|
| • "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46 |
|
|
|
| • Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42 |
|
|
|
| • Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41 |
|
|
|
| • Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39 |
|
|
|
| • "Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37 |
|
|
|
| • Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Dünən, 11:35 |
|
|
|
| • Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Dünən, 11:34 |
|
|
|
| • Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Dünən, 11:32 |
|
|
|
| • Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Dünən, 11:28 |
|
|
|
| • AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Dünən, 11:26 |
|
|
|
| • "DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Dünən, 11:23 |
|
|
|
| • Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Dünən, 11:21 |
|
|
|
| • Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Dünən, 11:12 |
|
|
|
| • Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Dünən, 11:03 |
|
|
|
| • "Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Dünən, 10:53 |
|
|
|
| • "Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Dünən, 10:46 |
|
|
|
| • Kanadada FACİƏ: - azərbaycanlı gənc binadan yıxılıb ÖLDÜ
Dünən, 10:28 |
|
|
|
| • GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Dünən, 10:25 |
|
|
|
|