Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                     215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? .....                     Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər .....                     Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" .....                     Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı .....                     "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq" .....                     ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır .....                     Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi .....                     İmişlidə suvarma suyu balıq hövzələrinə axır .....                     “Sədərək” və “Binə” bağlana bilər .....                     Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... .....                     Fransada istilər minlərlə insanın ölümünə səbəb olub .....                     “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır .....                     "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                     Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı .....                     “Payızda müharibə olacaq” .....                     Azərbaycanlı model məhkəməni uddu .....                     Bakıda makler ev yiyəsini görün necə aldatdı .....                     "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." .....                     ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: .....                     Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi .....                     Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq .....                     "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı .....                 

İcra başçılarını Zeynəb Xanlarovanın qudasının aqibəti gözləyir - İDDİA
Tarix: 11-01-2020, 13:26 | Çap et
İcra başçılarını Zeynəb Xanlarovanın qudasının aqibəti gözləyir
Son vaxtlar Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olan əsas mövzulardan biri də yerli icra hakimiyyətləri başçılarının fəaliyyətidir; xüsusilə Goranboy və Yevlax rayonlarının keçmiş icra başçılarından birinin iş başında, digərinin isə vəzifəsindən azad edildikdən cəmi bir neçə həftə sonra korrupsiya və rüşvətxorluqla bağlı həbsi mövzunun aktuallığını daha da artırıb.

“Unikal” qəzeti yazır ki, Azərbaycanda rayon rəhbərləri əhalinin ən çox narazı olduğu post sahiblərinin başında gəlir, onlar vətəndaşların şikayətlərini dinləyib problemlərini həll etmək əvəzinə əsasən sakinlərdə giley-güzarın ön plana çıxmasını şərtləndirirlər. Bu da ölkədə geniş vüsət alan kadr və struktur islahatları fonunda qarşıya qoyulan strateji hədəflərə daha tez və effektiv çatmaq baxımından arzuedilən sayıla bilməz. Odur ki, cəmiyyətin gözləntisi icra başçılarının fəaliyyətində də ciddi müsbət dəyişikliklərin müşahidə edilməsi yönündədir.

Hesab edilir ki, Goranboyla Yevlaxın eks-icra başçılarının – Nizaməddin Quliyev və Qoca Səmədovun həbsi bu yöndə hakimiyyətin digər rayon rəhbərlərinə ciddi siqnalıdır. Onlar vəzifələrinin büdcə talançılığına yol vermək, rüşvət almaq, vəzifə səlahiyyətlərindən istifadə edərək müxtəlif özbaşınalıqlara qol qoymaq, məsələn, sahibkarları incitmək, vətəndaşları məmur qapılarında süründürmək nəhayət ki, başa düşməlidirlər.Eyni zamanda bu da deyilir ki, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri də rayon icra hakimiyyətlərinin rəhbərləri üçün önəmli test kimi qiymətləndirilir. Ötən illərdə keçirilən seçkilərin təcrübəsindən məlumdur ki, bir sıra hallarda icra başçıları seçkinin nəticələrinə birbaşa təsir etmək üçün qanunsuz təşəbbüslər göstərirlər. Belədə isə həmin nəticələr gərəksiz yerə istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda gərəksiz polemika mövzusuna çevrilir, seçkilərin demokratikliyini və ədalətliliyini şübhə altına almaq istəyənlərin əlinə bəhanə verir.
İcra başçılarının bu özfəaliyyəti adətən, seçkilərin predmetindən (parlament və ya bələdiyyə) asılı olmayaraq, müxtəlif maraqlara xidmət edir. Yenə ötən illərin təcrübəsi göstərir ki, bir sıra hallarda icra başçıları onlara "görüm-baxım" edən, yaxud özlərinə yaxın şəxsləri yerli özünüidarəetmə orqanlarına yerləşdirmək üçün seçki prosesinə qanundankənar müdaxilələrdə maraqlı olurlar.

Və ya: hər hansı dairədən hakimiyyətin namizədinin qələbəsi şübhə doğurmadığı təqdirdə belə seçkinin nəticələrinə təsir etmək üçün irəli atılır, bununla da rəqiblər üçün həmin nəticələrə şübhə ilə yanaşmaqdan ötrü istər-istəməz zəmin hazırlamış olurlar. Məqsədləri də aydındır: millət vəkili seçiləcək iqtidar namizədinin bəri başdan xoşuna gəlmək məqsədilə canfəşanlıq göstərmək! Ya da elə bir mənzərə yaratmağa çalışmaq ki, guya onun rəhbərlik etdiyi rayonda hakimiyyətin namizədinin xeyrinə daha çox səs toplanır, bunun da səbəbi odur ki, camaat həmin rayonun rəhbərliyinin fəaliyyətindən çox razıdır. Sonucda isə yuxarıda da vurğuladığımız kimi, keçirilən seçkilərin nəticələri gərəksiz polemika, lazımsız mübahisə və müzakirə mövzusuna çevrilir.

Kiçik bir xatırlatma: uzaq 1999-cu ildə keçirilən bələdiyyə seçkilərindən qısa müddət sonra Yasamal rayon İcra Hakimiyyətinin o vaxtkı başçısı Arif Ağayev vəzifəsindən azad edilmişdi. 1993-cü ilin avqustunda həmin posta təyinat alan Ağayevin "vurulmasında" həlledici səbəb məhz onun bələdiyyə seçkilərinə aşkar müdaxiləsi idi. Onun bu qanunsuz müdaxilələrinin miqyası o qədər böyük idi ki, hətta sabiq rayon rəhbərinin həbsi məsələsi belə gündəmə gəlmişdi. Lakin Ağayev bu ciddi başağrısından ucuz qurtula – yalnız icra başçısı postunu itirməklə canını qurtara bilmişdi. Əlbəttə ki, tanınmış müğənni və deputat Zeynəb Xanlarovanın sayəsində! Belə ki, Xanlarovanın qudası olması Ağayevə düşdüyü ağır vəziyyətdən minimum itki ilə çıxmağa imkan verdi.

Bunu təsadüfi olaraq xatırlatmırıq. Məsələ burasındadır ki, qarşıdan gələn növbədənkənar parlament seçkiləri icra başçıları üçün də bir sınaq olacaq. Yəni bu prosesə öz səlahiyyətlərindən kənar şəkildə, qeyri-qanuni olaraq müdaxilə edən və ya etməyə çalışan icra başçılarını korrupsiya və rüşvətxorluğa görə qandallanan rayon rəhbərlərinin aqibəti gözləyə bilər. Ən azından həmin icra başçılarının öz postlarını itirmək təhlükəsi ilə qarşı-qarşıya qala biləcəyi şübhə doğurmur. Elə bu baxımdan da növbədənkənar parlament seçkisinin kifayət qədər maraqlı bir prosesə çevrilməsi və seçki bitəndən sonra da eyni dərəcədə maraqlı sürprizlərə yol açması gözləniləndir. Odur ki, rayon rəhbərlərinin qarşıdakı dövrdə öz addımlarını atarkən "yüz ölçüb bir biçməyə" ciddi ehtiyacları var. Əks halda sonra çox gec ola bilər...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Dünən, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Dünən, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Dünən, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Dünən, 15:41
İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Dünən, 15:39
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Dünən, 15:32
Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Dünən, 15:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru