Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb .....                     Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır .....                     Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... .....                     Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb .....                     Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir .....                     Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? .....                     Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi .....                     Gərəkməzli İŞDƏN ATILDI... .....                     Rubionun mesajı aydındır: .....                     “Qala Həyat”ın rəhbərliyində təyinat olub .....                     "Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb .....                     Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb .....                     İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... .....                     Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib .....                     Fənərbağça prezidenti həbs edilib .....                     Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! .....                     Tonoyan onları "SATDI" .....                     Xoşqədəmdən sərt sözlər: .....                     Göz yaşları niyə duzludur? .....                     Hansı rayonda nə qədər yeni iş yeri açılıb? .....                     "Nəslimizdə təkcə biznes adamı .....                     Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət .....                     Rusiya Azərbaycanla bağlı yeni mesaj verdi .....                     Şuşaya gedən turistlər öz evlərində qalıblar .....                     6-cı ildir ki, doğum gününü həbsdə keçirir .....                     “Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib .....                     Xomeyninin ölüm ildönümü mərasimi: .....                     “Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu .....                     Ermənistana 50 milyon avro ayrılacaq .....                     Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalında həbs edilib .....                     “Unibank” qadın müştərisi ilə MƏHKƏMƏDƏ .....                     "Narkotikin sonu üç yerdə bitir .....                     Karapetyan Paşinyanla söhbətini açdı: İLK DƏFƏ... .....                     Kollec təhsilli musiqi müəllimlərinə qadağa qoyulub? .....                     Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? .....                     "Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..." .....                     Yaxın Şərqdə KRİTİK ANLAŞMA .....                     “Sponsor olmasa futbolda vəziyyət ağır olacaq, .....                     Bakıda qadın evə sərxoş vəziyyətdə gələn ərinə qapını açmadığına görə döyüldü .....                     Çin Azərbaycanda avtomobil inqilabı hazırlayır? .....                 

“Məhkəmələr Sizin islahat vədinizə kölgə salır” - Prezidentə müraciət olundu
Tarix: 29-03-2019, 09:19 | Çap et
“Məhkəmələr Sizin islahat vədinizə kölgə salır”
Bir müddət əvvəl xəbər vermişdik ki, “Yeni Həyat Şirkətlər Qrupu” bir iş adamının mülkiyyətini xeyli mübahisəli yolla şəkildə ələ keçirmiş və öz hüququnu məhkəmə yoluyla bərpa edə bilməyən iş adamı bir sıra dövlət yetkililərinə şikayət teleqramı göndərmişdi. Əldə etdiyimiz məlumata görə, bəzi dövlət qurumlarından şikayətçiyə cavab gəlsə də, onun narazılığını azaldacaq tərzdə olmamışdır. Xüsusilə hüquq mühafizə orqanları vətəndaşa şikayətinin mülki xarakterli olmasını xatırlatmış və bu işlə məşğul ola bilməyəcəklərini çatdırmışlar. Əlacı hər yerdən kəsilən vətəndaş Sübhan Zayıdov isə Prezidentə açıq məktub yazmaq məcburiyyətində qalmışdır.

Son zamanlar Prezidentin xalqa hüquqi, siyasi, iqtisadi islahatlar vədi verdiyi indiki şəraitdə sözügedən açıq məktubun ictimai əhəmiyyət daşıdığını nəzərə alıb nöqtə-vergülünə toxunmadan “Hürriyyət”ə istinadən DİA.AZ oxucularına təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Açıq məktub

Cənab Prezident, ölkəmizdə ciddi islahatlara start verdiyiniz indiki dövrdə işlərinizin xeyli çox olduğunun fərqindəyəm. Bununla belə, problemimin həlli üçün Sizə müraciət etməkdən başqa çarə qalmayıb. Yalnız Sizə üz tutmağımın, əlbəttə, çox mühüm səbəbləri də var.

Səbəblərdən biri müraciət etdiyim bütün instansiyalarda get-gəllərə salınmağım, dövlət sənədlərinin saxtalaşdırılması, başıma gətirilən oyunlarda açıq-aşkar korrupsiya ehtimallarının mövcudluğuna rəğmən, hüquq mühafizə orqanlarının “mülki iş” deyib məni başlarından uzaqlaşdırmasıdırsa, digəri Sizin ciddi islahatlara başlamaq əzmində olduğunuza əminliyimdir. Digər bir səbəb isə mənim insan kimi ən fundamental hüququmu pozanların öz əməllərində Sizin ailənin adını hallandırmalarıdır. Mən də bütün bunları dövlətçilik maraqları və imici üçün qəsdən yaradılmış təhlükə, hətta Sizə qarşı həyata keçirilən təxribat hesab etdiyimdən Zati-alilərinizi vəziyyətdən hali etmək istəyirəm. Ümidvaram ki, mənim bu saf niyyətimi düzgün qiymətləndirəcək, dövlət imicimizə kölgə salan bütün halların qarşısının alınmasında mənə lazımi köməklik göstərəcəksiniz.

Qarşılaşdığım problemin qısa məğzi belədir:

Mən – Şamaxı rayonunun Ərəbşalbaz kənd sakini S.Ə. Zayıdov 2004-cü ildə “Mərmər” ASC-nin satışa çıxardığı, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Zığ şossesi 5/1 ünvanında yerləşən 5 hektarlıq ərazini satın almışam. Əlimdə bunu təsdiqləyən xeyli sənədlər var: Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən mülkiyyətin ilk sahibi Bakı “Mərmər” ASC-yə 26 avqust 2004-cü ildə verdiyi в„– 006906 saylı Textiniki pasport, Bakı şəhər İcra Hakimiyyətinin ozamankı sədri Hacıbala Abutalıbovun 16.11.2007-ci il tarixli в„– 7-972/17 saylı məktubu, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarəedilməsi ürə Dövlət Komitəsinin “Mərmər” ACS-yə 01.07.2007-ci il tarixində göndərdiyi в„– 08-2/4075 saylı arayışı, Azərbaycan Respublikasının Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 10/2-118 nömrəli 20.09.2003 –cü il tarixli arayışı, Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən 30.12.2004-cü il tarixində verilmiş 0102-A1-1313 nömrəli Dövlət Qeydiyyatı Haqqında Şəhadətnamə, eyni nazirliyin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsinin 30.12.2002-ci il tarixli Kommersiya Təşkilatlarının Dövlət Reyestrindən Çıxarışı, alqı-satqı, təhvil-təslim aktları və s. Mülkiyyət hüququmun tanınması üçün çatışmayan yeganə sənəd isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirmə aktıdır.

Cənab Prezident,

mülkiyyət hüququmun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tanınmamasının səbəbi heç də tələb olunan dövlət rüsumunu ödəməməyim deyil. Mən 2004-cü ildə də, indi də tələb olunan dövlət rüsumunu ödəməyə hazıram. Sadəcə, Əmlak Komitəsinin sədr müavini Rafiq Cəlilov məndən astronomik miqdarda qeyri-qanuni ödəniş tələb etmiş, mənimsə buna imkanım çatmadığından hüququmu rəsmən təsdiqlədə bilməmişəm. On ildən sonra isə həmin torpaq sahəsi “Yeni Həyat Şirkətlər Qrupu”na məxsus “Baxçasaray” adlı bir MTK-nın adına özəlləşdirilmişdir. Özü də mənim xəbərim olmadan. Halbuki, qanunvericiliyə görə, bu təklif ilk olaraq mənə verilməli idi. Yalnız ondan imtina edəcəyim təqdirdə təklif başqasına oluna bilərdi. Qanunvericiliyin bu tələbləri yerinə yetirilmədən, mülkiyyətimin başqa birisinin adına özəlləşdirilməsi sanki məndən istənilən rüşvəti ödəməməyimin cəzalandırılması idi. Hüquq fəlsəfəsinə görə, rüşvət verən də aktiv rüşvətxor, başqa ifadə ilə desək, cinayətkar hesab edildiyindən, cinayətə bulaşmadığım üçün cəzalandırılmağımın ədalətdə, qanunvericilikdə heç bir yeri yoxdur. Təəssüf ki, Azərbaycan məhkəmələri də bu həqiqəti nəzərə almadan cinayətin qarşısını almaq əvəzinə, məni –yəni cinayətdən imtina edən cəzalandırmaq yolunu tutdu.

Belə ki, əmlakımın qanunsuz yolla əlimdən alınması nəticəsində “Yeni Həyat Şirkətlər Qrupu” ilə aramızda başlayan çəkişmələr məhkəmə salonlarına daşındı. 2018-ci ilin iyulunda Xətai Rayon Məhkəməsi bütün hüquqi əsaslara əhəmiyyət verməyərək, torpağımı zəbt edən “Yeni Həyat Şirkətlər Qrupu”nun lehinə qərar çıxardı. Məcburən, öz halal mülkiyyətimi qorumaq üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət etdim. Apeellyasiya Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli (İş в„– 2(103)-10938/2018 saylı qətnaməsi) hökmü də əleyhimə oldu. İndi mülkiyyət çəkişməmiz Azərbaycan Ali Məhkəməsinin icraatındadır. Aprelin 2-də şikayətimə baxacaq Ali Məhkəmənin nə cür qərar verəcəyi isə bəlli deyil.

Hörmətli Prezidentim,

Sizin son zamanlarda Azərbaycan xalqına verdiyiniz vədlərdən biri də hüquqi, iqtisadi, struktural və kadr islahatlarına gedəcəyinizlə bağlı sözünüzdür. Mənim mülkiyyət hüququm da ən azı bu vədlərinizin ikisinin əhatə dairəsindədir. Söhbət hüquqi və iqtisadi islahatlardan gedir. Yəqin Siz də razılaşarsınız ki, ən elementar insan haqqı sayılan mülkiyyət hüququnun kobud şəkildə pozulduğu ölkədə hər hansı iqtisadi dirçəlişdən, islahatdan söhbət gedə bilməz. İqtisadiyyatın təməlini mülkiyyət hüququ təşkil etdiyindən ilk növbədə vətəndaşların bu haqqına hörmət olunmalıdır. Əks halda, nə yerli, nə xarici iş adamlarının Azərbaycana investisiya qoymasına ümid etməyə dəyməz.

Mülkiyyət hüququ həm də vətəndaşın ən elementar hüquqlarından biridir ki, onu məhdudlaşdıran siyasi sistemin mövcudluğu Sizin səmimi islahat niyyətinizə kölgə salır. Nə yazıq ki, bu kölgəni salan hansısa ermənipərəst qüvvələr yox, mövcud hüquq-məhkəmə sistemidir. Məhkəmə sisteminin özünü yeniləməsi, bu sahədə islahatlar aparıldığına dair qənaətlərin formalaşması mənim kimi insanların pozulmuş hüquqlarının bərpasından keçir. Bu mənada Ali Məhkəmənin 2 aprel tarixində mənim mülkiyyətimlə bağlı verəcəyi qərar həm də Sizin islahat vədinizin sınağı, imtahanı olacaq və hesab edirəm ki, Ali Məhkəmənin hörmətli Sədri Ramiz Rzayev də bunun fərqindədir.

Hörmətlə, Sizin ədalətinizə sığınan Azərbaycan vətəndaşı Sübhan Zayıdov










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:55
Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır – 300 min manata yaxın vəsait xərcləyəcək
Bu gün, 17:47
Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... - Bakının qanunsuzluq qarşısında susqunluğu...
Bu gün, 17:43
Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb
Bu gün, 17:37
Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir - Sərdar Cəlaloğlu
Bu gün, 17:36
Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:31
Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 17:28
Gərəkməzli İŞDƏN ATILDI... - ONUN YERİNƏ İSƏ...
Bu gün, 17:24
Rubionun mesajı aydındır: - Cənubi Qafqaz daha qarşıdurma zonası olmayacaq
Bu gün, 17:23
“Qala Həyat”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:21
"Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb
Bu gün, 17:19
Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb
Bu gün, 17:18
İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 17:14
Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib - Qaluzin BELƏ DEYİR...
Bu gün, 17:05
Fənərbağça prezidenti həbs edilib
Bu gün, 17:03
Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:01
Tonoyan onları "SATDI" - Köçəryan, Sərkisyan və Karapetyan HƏBS EDİLƏCƏK
Bu gün, 16:57
Xoşqədəmdən sərt sözlər: - “Belə insanlarla əlaqəni kəsmək lazımdır”
Bu gün, 16:54
Göz yaşları niyə duzludur? - CAVAB
Bu gün, 16:50
Hansı rayonda nə qədər yeni iş yeri açılıb? - SİYAHI
Bu gün, 16:48
"Nəslimizdə təkcə biznes adamı MƏNƏM"
Bu gün, 16:46
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət - TƏFƏRRÜAT
Bu gün, 16:45
Rusiya Azərbaycanla bağlı yeni mesaj verdi - İLGİNC
Bu gün, 16:41
Şuşaya gedən turistlər öz evlərində qalıblar - HESABAT
Bu gün, 15:51
6-cı ildir ki, doğum gününü həbsdə keçirir - BU GÜN İSƏ...
Bu gün, 15:49
“Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib - DETALLAR
Bu gün, 15:45
Xomeyninin ölüm ildönümü mərasimi: - Xamenei və Pezeşkian qatılmadı
Bu gün, 15:43
“Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu
Bu gün, 15:41
Ermənistana 50 milyon avro ayrılacaq
Bu gün, 15:39
Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalında həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 15:34
“Unibank” qadın müştərisi ilə MƏHKƏMƏDƏ - BU NƏDİ BELƏ?
Bu gün, 15:30
"Narkotikin sonu üç yerdə bitir – həbsxana, xəstəxana, qəbiristanlıq"
Bu gün, 15:21
Karapetyan Paşinyanla söhbətini açdı: İLK DƏFƏ... - “Müharibə Füzulidə bitərdi, əgər...”
Bu gün, 15:13
Kollec təhsilli musiqi müəllimlərinə qadağa qoyulub? – Rəsmi qurumdan açıqlama
Bu gün, 15:11
Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? – Bakıdan reaksiyalar
Bu gün, 13:12
"Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..." - Xalq artisti
Bu gün, 13:09
Yaxın Şərqdə KRİTİK ANLAŞMA – “İndi bütün iplər İranın əlindədir...”
Bu gün, 13:04
“Sponsor olmasa futbolda vəziyyət ağır olacaq, elə çətin xasiyyətli futbolçularla yola getmişəm ki...”
Bu gün, 13:02
Bakıda qadın evə sərxoş vəziyyətdə gələn ərinə qapını açmadığına görə döyüldü
Bu gün, 13:00
Çin Azərbaycanda avtomobil inqilabı hazırlayır? – Böyük imkanlar var, amma…
Bu gün, 12:53
Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib
Bu gün, 12:50
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
Bu gün, 12:44
“Tamaşaçını şitliyə siz alışdırmısınız” – Azər Axşamın elə KADRLARINI yaydı ki...
Bu gün, 12:43
Azərbaycanda investsiya şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:40
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib - FOTO
Bu gün, 12:32
Aldadıldığını deyən sahibkar... İFŞA OLUNDU! - SƏN DEMƏ...
Bu gün, 12:30
Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır - Ali Məhkəmə
Bu gün, 12:15
Səidə keçmişindən danışıb GÖZ YAŞI TÖKDÜ: - “O qızı çox incitdilər”
Bu gün, 12:10
Müstəntiq məhkəmədə dindiriləcək - “Arzum 9999”un İŞİ
Bu gün, 12:09
7 körpənin öldüyü yanğın işi – Hökm təxirə salınır?
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru