Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər .....                     Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" .....                     Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı .....                     "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq" .....                     ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır .....                     Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi .....                     İmişlidə suvarma suyu balıq hövzələrinə axır .....                     “Sədərək” və “Binə” bağlana bilər .....                     Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... .....                     Fransada istilər minlərlə insanın ölümünə səbəb olub .....                     “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır .....                     "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                     Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı .....                     “Payızda müharibə olacaq” .....                     Azərbaycanlı model məhkəməni uddu .....                     Bakıda makler ev yiyəsini görün necə aldatdı .....                     "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." .....                     ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: .....                     Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi .....                     Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq .....                     "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı .....                     "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" .....                     BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... .....                     Üç azərbaycanlı Ermənistanda şirkət açıb .....                     Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu .....                     Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil .....                     Bizə Rusiyadan niyə DOST OLMAZ... .....                     Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır .....                     İran təslim olmadı, ABŞ planını dəyişdi .....                     Rüfət Əhmədzadənin meyiti aşkarlandı .....                     Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır .....                     Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması .....                     “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” .....                     Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir .....                     Ağdamda xəstəxana tikintisinin davamına daha .....                     “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” .....                     Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... .....                     Zəngəzurdan Moskvaya ZƏRBƏ .....                     "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb .....                 

“Elə bil türmə qapısıdır, niyə buraxmırsız? Təzə hoqqa çıxarıblar...” - ETİRAZ
Tarix: 3-09-2016, 08:55 | Çap et
“Elə bil türmə qapısıdır, niyə buraxmırsız? Təzə hoqqa çıxarıblar...”
Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Stomatoloji Klinikaya girişin pullu olması barədə Hurriyyet.org “Yeni rektorun nəzir qutusu” başlıqlı yazı dərc etmişdi. Yazıda klinikaya müraciət edən şikayətçilərə istinadla qeyd olunurdu ki, bu tibb müəssisəsinə giriş pullu – 2 manat olub. Pullu xidmətə narazılıq edən xəstələrə bildirilib ki, bu, yuxarıdan göstərişdir, Tibb Universitetinə yeni rektor təyin olunan Gəray Gəraybəylinin tapşırığı əsasında belə edilir.

Türmə, yoxsa klinika qapısı?

Bu günlərdə həmin klinikada olduq. Stomatoloji Klinikaya girişdə həmişə gördüyümüz mənzərədən fərqli bir görüntünün şahidi olduq. Qeydiyyat şöbəsində sayı artan işgüzar görkəmli xanımların işi də artıb, “şıdırğı qeydiyyat” gedir. Girişdə dayanan “bazburudlu” mühafizəçilər sanki qızıl mühafizə edirlər, klinikanın dəhlizinə qədəm qoymaq mümkün deyil, “qeydiyyatdan keçin, sonra yaxınlaşın” deyirlər. Xanımlara yaxınlaşıb, qeydiyyatdan keçib, həkim qəbuluna düşmək istədiyimizi bildirdik.
- Həkiminiz kimdir?
- Burda tanıdığım diş həkimi yoxdur, siz kimi məsləhət bilirsiz?
- 2 manat ödəniş edin, mühafizəçilərə yaxınlaşın, onlar sizə kömək edər.
- 2 manat nə üçündür?
- Həkimin konsultasiyası üçün.
- Bu, yeni qaydadır? Niyə?
Sualı bir neçə variantda təkrar versəm də, xanımlar başlarını aşağı salıb özlərini eşitməzliyə vurdular. Ödəniş etdik. Xanımlardan biri cavab almaqda israrlı olduğumuzu görüb, mühafizəçini səsləyərək “bu xanım həkim məsləhəti almalıdır, orda hansı həkim boşdursa, aparın onun yanına” dedi.
Mühafizə “barrikada”sını aşanda, pilləkənlərdə mühafizəçilərə etiraz edən, zorla müvazinətini saxlayan yaşlı bir qadın deyinirdi: “Elə bil türmə qapısıdır, niyə buraxmırsız? Təzə hoqqa çıxarıblar...”
Mühafizəçi bir neçə həkimin qapısını döydü, məşğul idilər. Qırmızı xalatlı xanım, əlinin altında xəstə, şikayətimi “atüstü” dinlədi, qiymətləri xırdaladı: “Bir dişin sinirini çıxarmaq dərmanların keyfiyyətinə görə 50, 80, 100 manatdır”. Təəccüb etdiyimi görüb, “bəlkə başqa həkim sizə daha münasib qiymət deyər, bizdə belədir” deyə cavab verdi. Başqa həkim də dişlərimizin vəziyyətinə baxıb, başqa qiymətlər “oxudu”: “Vinir 200, implant 400 manatdan başlayır”.

Yuxarıdakılar işini qapıçılarla qurar

Klinikadan çıxanda ağ xalatlı bir xanıma yaxınlaşdıq. Belə təəssürat yaradırdı ki, həkimdir, xəstə sorağıyla klinikanın çıxış qapısında dayanıb. “Bu pullu xidmət nə vaxtdan başlayıb, nə səbəbə bunu edirlər” sualımıza qadın əliylə yuxarı işarə edərək dedi: “Bizlik deyil, yuxarıdan göstəriş belədir. Bu məsələnin burdakılara heç bir aidiyyatı yoxdur. Ötən ayın 1-dən qayda belə qoyulub. Biz nə edə bilərik?”, – deyə çarəsiz çiyinlərini çəkdi, narazı olmağını dili deməsə də, hərəkətləri dedi. Deyə bilmədiklərini də klinikadan çıxanda bizimlə yoldaşlıq edən başqa bir xanım söylədi: “Təzə rektor təzə qayda çıxarıb, bundan həkimlərin də hamısı narazıdır, klientləri qaçır axı, ona görə. Burda deyirlər ki, yuxarıdakılar işlərini qapıdakılarla qurur, həkimlərə də plan qoyulduğu üçün qiyməti artırmağa məcburdurlar”.
Bundan öncəki yazıda Səhiyyə Nazirliyi, Tibb Universitetinin mətbuat xidmətiylə əlaqə saxlayıb, “yeniliyin” səbəbilə bağlı kiçik araşdırmamızda qeyd edilib. Nazirliyin mətbuat xidməti klinikanın təsərrüfat hesablı olduğunu bildirib.
Yeni rektor gələndən klinika təsərrüfat hesablı olub? İndiyə qədər hansı statusla fəaliyyət göstərib? Nazirlikdən cavab verilib ki, qiymətdən xəbərsizdirlər, bunun üçün ATU-nun mətbuat xidmətilə əlaqə yaradaq.

Tibb Universitetindən yuxarıdakılar...

ATU-nun mətbuat xidmətindən Günel Aslanova məsələdən xəbərsiz olduğunu deyib, klinikanın rəhbəri Alqış Səfərovun mobil telefonunu bizə verdi. Edilən zənglərimizə cavab ala bilməsək də, budəfəki aramamızda kilinikanın rəhbəri telefonu açdı. Sualımıza sualla cavab verdi: “Siz klinikanın qapısı üzərindəki lövhədə nə yazıldığını gördünüz?
Dedim ki, Azərbaycan Tibb Universiterti Stomatoloji Klinika lövhəsi yazılıb .
- Yox, ondan yuxarıda nə yazılmışdı?
- Ondan yuxarıda nə yazıldığına diqqət etmədim.
- Ondan yuxarıda Səhiyyə Nazirliyi yazılmışdı. Bu Səhiyyə Nazirliyinin orqanıdır, siz niyə, Səhiyyə Nazirliyinə müraciət etmədiniz?

Rəhbərin sualı: 2 manat nədir ki?..

- Etdik, bizə cavab verildi ki, xəstəxana təsərrüfat hesablıdır. Mətbuata demisiniz ki, 2 manat xidmət haqqıdır və Nazirlər Kabinetinin qərarı ilə bütün xidmətlər pulludur. Hansı qərardan söhbət gedir?
- Nazirlər Kabinetinin təşkil etdiyi əsasnaməyə görə 2002-ci ildən bütün xidmət pulludur. Gedin Tibb Universitetinə maraqlanın, görün, hansı nömrəli qərarla, əmrlə Stomatoloji Klinikanın əsasnaməsi təsdiqlənib. 2002-ci ildən 2 manata ambulator xəstəlik vəsiqəsinin açılması və həkimin məsləhəti daxildir, hər yerdə qiymətlər necə artıb, amma 2002-ci ildən bəri bu qiymət olduğu kimi qalıb. Azərbaycan səhiyyəsində harda 2 manata həkim məsləhəti var? Əlbəttə, heç yerdə. Bir də axı 2 manat nədir ki, avtobusa minib, şəhərin o baş-bu başına gedəndə, bir günlük yol xərci edir...
Görəsən, klinika rəhbərinin xəbəri yoxdur ki, 2 manat orta statistik bir ailənin istehlak səbətinin bir günlük, hətta elə ailələr var 2 günlük istehlak xərcidir. Axırıncı devalvasiyadan sonra 2 manata yalnız yavan çörəklə güzəranını yola verən ailələr var. Bu 2 manat itkisi belə ailələrin zibilikdən qida axtarması qədər acı nəticəyə gətirib çıxara bilir.

Baş həkimsayağı “hörmət”: “Bütün kolleqalarınıza yardım etmişik, sizə də edək...”

Baş həkim klinikaya gəlib, ona baş çəkməməyimizdən də narazılılıq etdi: “Bəs hörmətli mətbuat nümayəndəsi klinikamıza gəlib, niyə bizə xəbər etməyib? Kolleqalarınızla maraqlanın, bütün Bakı şəhəri üzrə görün indiyədək bizə müraciət edən jurnalistin hansı bizdən narazı qayıdıb. Onlar bizdən nə boyda yardım alıblar, dişlərini müalicə etdiriblər, çəkdiriblər, düzəltdiriblər, bütün hamısı da ödənişsiz. Hamısının dişiylə bağlı şikayətinə baxmışıq. Əlbəttə ki, siz də qapını döysəydız, heç imkan verməzdik ki, 2 manat da xərcləyəsiz...”
Klinika rəhbərinə dedik ki, bütün jurnalistlər güzəştli kateqoriyaya aiddirsə, biz də bunu qəzet vasitəsilə elan edərik, yaz-pozu əhli də diş sarıdan ag günə çıxar. Alqış Səfərov dedi ki, nəinki jurnalistlər, bütün vətəndaşlara imkan daxilində güzəşt var: “Adi vətəndaşlar da nə kömək istəyirlər, hamısını alırlar. Heç bir bölgü, kateqoriya-filan yoxdur, hamı Azərbaycan vətəndaşıdır”.

Həkimin ixtiyarı yoxdur ambulator qeydiyyatsız xəstəni müayinəyə götürsün

Beləcə baş həkim dilxoşluq edib, “rüşvət, hörmət, xidmət” eyhamı ilə bizi yola vermək istədi. Amma növbəti sualımız onu təbdən çıxardı:
- Güzəşt varsa, pullu məsləhət, pullu xidmət nəylə bağlıdır? Bu klinikaya rentgen üçün mən bir neçə dəfə müraciət etmişəm, heç vaxt 2 manat ödəməmişəm. Bəs necə olur ki, bu qayda 2002-ci ildən tətbiq edilir?
Baş həkim nədənsə xoflandı:
- Hələ əvvəlcə deyin görüm siz orda nəyə gülürsünüz?
- Heç nəyə. Kondisionerə yaxın dayanmışıq, ola bilsin, onun səsidir.
- Məgər sizin kondisioner gülməyi də bacarır?
Sonra da yüksək səslə kiməsə çımxırdı:
- Əəə, qapını bağla... (Səsinin tonunu dəyişdi) Doğru deyrisiz, rentgen müayinəsi pulsuzdur, amma həkim yanına gedirsinizsə, məsləhət pulludur. Bu, bütün dünyada qəbul olunmuş qaydadır. Başqa klinikalarla müqayisədə bu, ən ucuz qiymətdir. Azərbaycanın səhiyyə qanunvericiliyinə görə, həkimin ixtiyarı yoxdur ki, xəstəni ambulator vərəqəsiz qəbul etsin.

Zədələnmiş diş sinirindən qurtulmaq - 100 manat

- Amma klinikanızda bildirdilər ki, “konsultasiya haqqı” ötən ayın 1-dən tətbiq olunur.
- İndiyədək həkimlər xəsətələri ambulator qeydiyyatsız qəbul edirdilər. Bu düzgün deyil. Məsələni nəzarətdə saxlamaq üçün universitet rəhbərliyi bu qərarı verdi. Bütün bunlar insanların sağlamlığını qorumaq üçündür.
- Bəs həkimlərin müalicə xərcləri niyə bu qədər bahadır? Məsələn, bir dişin sinirinin çıxarılmasına 50-100 manat səsləndirdilər.
- Bəli, elədir. Azərbaycana daxil olan bütün stomatoloji materialların qiyməti qalxıb. Stomatologiyada xərclər artıb, ona görə də müxtəlif kateqoriyalara görə qiymətlər də müxtəlifdir.

Cangüdənlər nazir üçün cibgüdənlik edir?

Ola bilsin, Stomatoloji Klinikadan razı qayıdan, dişlərini sazladan “jurnalistlər” bu yazıdan sonra Hurriyyet.org saytına və “Hürriyyət” qəzetinə diş qıcasınlar. Amma biz nəyi gördük, nəyin şahidi olduq, onu yazdıq. Klinika rəhbərinin qeyri-müəyyən cavablarından və eyhamından isə belə görünür ki, edilən “yeniliklər”ə yuxarı instansiya - Səhiyyə Nazirliyi daha çox cavabdehdir.
Diş klinikasının rəhbərinin 2 manatlıq xidmətin dilə-dişə düşməsindən əndişələnməsi bir yana, üstəlik də 2 manatı cüzi məbləğ hesab etməsi də təəccüb doğurur. Hər xəstənin gündə 2 manatlıq qeydiyyatı aylıq 200 minlik, milyonluq məbləğlərə gətirib çıxarırsa, deməli, klinikanın qapısındakı cangüdənlər heç də boş yerə cib də güdmürlər. Qapıçıdan, mühafizəçidən tutmuş nazirədək hamı binəva əhalinin cibinə göz dikib. Sanki son devalvasiyanın da baiskarı bu əhalidir, indi də etdiyi qəbahətlərin bədəlini ödəyir.
Manatın məzənnəsi düşdükcə xidməthaqları da qalxır. Görəsən, bu millətin məhvə məhkumluğu haqda gizli qərar verilməyib ki?!








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Dünən, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Dünən, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Dünən, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Dünən, 15:41
İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Dünən, 15:39
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Dünən, 15:32
Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Dünən, 15:30
Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Dünən, 15:24
“Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Dünən, 13:58
Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Dünən, 13:15
Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 13:03
“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Dünən, 12:58
Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Dünən, 12:55
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Dünən, 12:49
"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Dünən, 12:45
Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Dünən, 12:43
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:39
AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Dünən, 12:37
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Dünən, 12:18
FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Dünən, 12:16
“Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Dünən, 12:12
Onlar görəvdən ALINDI - FOTO
Dünən, 12:11
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Dünən, 11:49
"2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Dünən, 11:42
“Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru