Kanadanın Çubays jesti... .....                     Putin Köçəryan üçün xahiş edəcək? .....                     "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." .....                     Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır .....                     "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." .....                     Rauf Kazımovun offşor izləri VƏ... .....                     Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... .....                     Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir .....                     Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? .....                     Könül Kərimovanın qızı boşanıb .....                     Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir .....                     Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? .....                     İran müharibənin ağır nəticələrini açıqlayıb: .....                     İdarə rəisi işdən azad edildi .....                     “Yaşa dolmuşam, toylara getmirəm, .....                     "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" .....                     Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... .....                     Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! .....                     II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq .....                     Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir .....                     Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına .....                     "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA .....                     “Barselona” bu tarixdə Bakıya gələcək .....                     Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı .....                     Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? .....                     "Sabah"ın püşkü ilə bağlı statistika: .....                     Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək .....                     Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi .....                     Nikol Paşinyandan yeni təyinat .....                     Simonyan "rusları qəbul edə bilərik" dedi .....                     Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? .....                     Gəncədə ürək əməliyyatı olunan qadın öldü .....                     Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb .....                     Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi .....                     “Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” .....                     Ermənilərlə... .....                     ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... .....                     Bura təhsil ocağıdır, YOXSA BAZAR? .....                     Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı .....                     Buğda bahalaşdı: .....                 

Goranboyun icra başçısı sahibkarı həbs etdirib? - BU NƏDİ BELƏ?..
Tarix: 1-11-2024, 08:34 | Çap et
Goranboyun icra başçısı sahibkarı həbs etdirib?
Goranboy sakini, rayonda sahibkarlıq fəaliyyətilə məşğul olan 68 yaşlı Məhəmməd Böyükkişiyev 8 aydır ki, həbsdədir. 10 gün əvvəl Goranboy Rayon Məhkəməsinin hakimi Taleh Mustafayev ona 2 il həbs cəzası kəsilməsi barədə hökm çıxarıb.

Lakin sahibkarın özü də, yaxınları da bildirir ki, bu hökm əsassızdır. Məhəmməd Böyukkişiyev deyir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin sifarişi ilə həbs olunub. Onun sözlərinə görə, səbəb Goranboyun Qızılhacılı qəsəbəsindəki şadlıq evində keçirilən vətəndaş qəbulunda icra başçısına iradlar bildirməsi olub.

“Onlara dedim ki, qoçusunuz?”

“O görüşdə başqa rayonların da rəhbər şəxsləri iştirak edirdi. 1000 nəfərə yaxın adam vardı. Orada dedim ki, Prezident hərənizə 3000 manatdan yuxarı maaş verir ki, xalqa xidmət edəsiniz, siz isə xalqı saymırsınız. Hətta həmin vaxt Qızılhacılı qəsəbəsi üzrə icra nümayəndəsi Elnur və icra başçısının müavini, işçiləri mənimlə qəbul keçirənlər arasında sədd çəkdilər. Buna etiraz elədim. Onlara dedim ki, “qoçusunuz?” Orada Qızılhacılı bələdiyyəsinin sədrinin əməllərindən, mənim başıma açdığı oyunlardan, torpağı əlimdən alıb, pula görə başqasına verməsindən danışdım”, – Məhəmməd Böyükkişiyev Goranboyda öz məhkəməsində bunları danışıb.

Yaxınları Meydan TV-yə danışır ki, Məhəmməd Böyükkişiyev icra başçısının bu qəbulundan bir gün sonra – martın 13-də saxlanılıb. İddia olunub ki, 68 yaşlı sahibkar torpaqla bağlı mübahisəyə görə Qızılhacılı bələdiyyəsinin binasında bələdiyyə sədri Səbinə Həsənovanı təhqir edib, stulu qoluna vurub, masanın üstündəki kitab-dəftəri, əşyaları dağıdıb.

Ona qarşı Cinayət Məcəlləsinin 188.3 (kənd təsərrüfatı təyinatlı torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 221.3 (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.

Məhəmməd Böyükkişiyev isə bildirir ki, bu ittihamlar əsassızdır. Yaxınlarının dediyinə görə, o, uzun müddət torpaq problemilə əlaqədar şikayət edib, lakin tədbir görülməyib. Bu üzdən martın 12-də icra başçısının vətəndaşlarla görüşündə ona kəskin şəkildə iradını bildirib, bələdiyyə sədri haqqında həqiqətləri çatdırıb. Ertəsi gün də prokurorluğa şikayətə gedəndə elə oradan polislər tutub aparıblar:

“Bələdiyyənin sədrinin qanunsuz hərəkətlərindən şikayət eləmək üçün Goranboy Rayon Prokurorluğuna gedib, prokurorla görüşmək istəyib. Bir az sonra prokurorluğun binasına polislər gəlib, onu tutub, şöbəyə aparıblar”.

“Dəfələrlə bələdiyyəyə müraciət etdi”

Torpaq probleminin konkret nədən ibarət olmasına gəlincə, ailə üzvləri deyir ki, Məhəmməd Böyükkişiyev 2018-ci ildə hərrac yolu ilə Qızılhacılı bələdiyyəsinə məxsus 2,8 hektar torpaq sahəsini alsa da, indiyədək ondan istifadə edə bilmir. Bununla əlaqədar keçmiş bələdiyyə sədrinə çoxsaylı müraciətləri nəticəsiz qalmışdı. Yeni sədr Səbinə Həsənovaya müraciətlər də nəticə verməyib. Bu səbəbdən Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı yerli ərazi idarəsinə üz tutub. Bu idarəyə müraciətindən sonra həmin idarənin əməkdaşları gəlib torpaq sahəsini ölçüblər. Məlum olub ki, “Qarağaclıq” zolağına düşdüyü üçün ona başqa yerdən torpaq sahəsi verilməlidir.

“Bununla əlaqədar dəfələrlə Qızılhacılı bələdiyyəsinin sədrinə müraciət elədi. Yenə də cavab verilmədi. Yəni yeni torpaq sahəsi verilməsi məsələsindən xəbər çıxmadı. Bir daha Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı ərazi idarəsinə üz tutdu, yenə oradan əməkdaşlar gəldi. Qızılhacılı bələdiyyəsinin mülkiyətinə aid 1,20 hektar torpaq sahəsinin ona verilməsi ilə bağlı dönmə nöqtələrini müəyyənləşdirdilər, akt tərtib elədilər. Bundan sonra, məlum oldu ki, həmin torpaq sahəsini başqa şəxs istifadə edir. Yenə də dəfələrlə bələdiyyəyə müraciət etdi…”, – ailə üzvləri deyib.

Bələdiyyə sədri Səbinə Həsənova isə məhkəmədə zərərçəkmiş qismində ifadə verərkən deyib ki, Məhəmməd Böyükkişiyevlə ədavəti, düşmənçiliyi yoxdur. Onun sözlərinə görə, sahibkar müxtəlif dövlət orqanlarına daim haqsız şikayətlər göndərirdi.

Bələdiyyə sədri iddia edib ki, Məhəmməd Böyükkişiyev martın 12-də icra başçısının vətəndaşlarla görüşü zamanı davranışı ilə orada iştirak edən şəxslərə qarşı hörmətsizlik edib.

O vurğulayıb ki, təqsirləndirilən sahibkar gəlib bələdiyyə binasındakı otağında masanın üstündəkiləri dağıdıb, özünə də xəsarət yetirib, nalayiq ifadələr işlədib. Buna baxmayaraq, ondan şikayətçi deyil və yüngül cəza verilməsini istəyir.

Hökumət də sahibkarın hüquqlarının pozulduğunu etiraf edib

Məhəmməd Böyükkişiyevin vəkili Zabil Qəhrəmanov Meydan TV-yə bildirib ki, müvəkkilinin 2 il azadlıqdan məhrum edilməsi barədə Goranboy Rayon Məhkəməsinin hökmünü ədalətsiz və əsassız hesab edir. Hökmdən apelyasiya şikayəti verəcək:

“Cinayət işinin materiallarında Məhəmməd Böyükkişiyevin təqsirsizliyini təsdiqləyən kifayət qədər faktlar var. Təkcə elə telefon zənglərini təhlil eləmək kifayət idi”.

Məhəmməd Böyükkişiyevə məxsus ikimərtəbəli ticarət obyektinin məhkəmə qərarı olmadan və kompensasiya ödənilmədən sökülməsilə əlaqədar da bir neçə ildir ki, onunla icra hakimiyyəti arasında çəkişmə gedib. O, mülkiyyət hüququnun pozuntusu ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmişdi. Həbsdə olduğu dövrdə – sentyabrda məlum olub ki, Azərbaycan hökuməti ərizəçiyə münasibətdə ədalətli araşdırma hüququnun pozuntusunu tanıyıb və işə yenidən baxılması barədə üzərinə öhdəlik götürüb. Həmçinin mənəvi zərərə görə 3600 avro, hüquqi yardıma görə 500 avro kompensasiya təklif edib.

“Pozuntu açıq-aşkar olanda üzv dövlət onu məhkəmədə mübahisələndirmir, yenidən baxılması barədə öhdəlik götürür. Sevindirici haldır ki, Azərbaycan höküməti də şikayətlərə baxılmasında bu metoda keçir. Ümid edək ki, işə təkrar baxılması formal olmayacaq”, – sahibkarın Avropa Məhkəməsində vəkili olmuş Əsabəli Mustafayev bildirib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Bu gün, 08:47
Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Bu gün, 08:44
"Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Bu gün, 08:41
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Bu gün, 08:35
"Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Bu gün, 08:24
Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Bu gün, 08:03
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Bu gün, 07:46
Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Bu gün, 07:43
Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:40
Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Bu gün, 07:34
Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Bu gün, 07:29
Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
Dünən, 17:51
İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
Dünən, 17:32
İdarə rəisi işdən azad edildi - FOTO
Dünən, 17:27
“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Dünən, 17:24
"Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Dünən, 17:16
Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Dünən, 17:05
Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Dünən, 17:02
II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Dünən, 17:01
Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Dünən, 16:56
Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Dünən, 16:39
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Dünən, 16:27
“Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Dünən, 16:24
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Dünən, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Dünən, 16:02
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Dünən, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Dünən, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Dünən, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Dünən, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Dünən, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Dünən, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 12:21
Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi
Dünən, 12:18
“Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ
Dünən, 12:13
Ermənilərlə... bundan sonra nə edək?
Dünən, 12:05
ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Dünən, 11:56
Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Dünən, 11:46
Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Dünən, 11:33
Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Dünən, 11:18
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Dünən, 11:11
"Qarabağ"a... CAN QURBAN!
Dünən, 11:10
Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 11:02
"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Dünən, 10:47
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Dünən, 10:36
“Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Dünən, 10:30
Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:33
Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Dünən, 09:28
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Dünən, 09:19
Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Dünən, 09:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru