Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər .....                     “Yuska Şamxorski”nin həbsinin pərdəarxası .....                     Sabah 25 ilin qanlı sirri çözülə bilər .....                     Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma .....                     “Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu” .....                     Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb .....                     Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! .....                     Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi .....                     "İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib .....                     "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə .....                     AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb .....                     Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir .....                     BP BTC-nin operatorluğunu ötürür .....                     ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” .....                     Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub .....                     "Başı gedib, amma sənətdən getmir..." .....                     İrəvanda Rusiya vətəndaşını döydülər .....                     Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... .....                     Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı .....                     Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     Rəsulzadənin irsi və Heyətin memarlığı: .....                     Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib .....                     Elgiz Əkbərin ailəsinə ağır itki üz verib .....                     QDTİB AZAL ilə müqavilə imzalayıb .....                     16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... .....                     Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır .....                     Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? .....                     Hafiz Paşayevdən nazirə: .....                     Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal .....                     Media niyə süni intellektə üz tutur? .....                     "BakıKart"ın satış qiyməti .....                     Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... .....                     Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib .....                     Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                     Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi .....                     Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib .....                     Kremlin İrəvana sərt ultimatumu .....                     Paşinyandan komandasını heyrətə gətirən həmlə .....                     ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı .....                 

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin "səfər qrantları"nın pərdəarxası -Müsabiqə, yoxsa münasibət?
Tarix: 18-02-2026, 11:51 | Çap et

Son illər vətəndaş cəmiyyətinin inkişafı adı altında milyonlarla dövlət vəsaiti xərclənir. Bu vəsaitlərin əsas operatorlarından biri də publik hüquqi şəxs kimi fəaliyyət göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Qurumun üzərinə düşən əsas öhdəlik isə sadə və aydındır: qanunçuluq, şəffaflıq və cəmiyyət qarşısında hesabatlılıq. Lakin mövcud faktlar göstərir ki, kağız üzərində yazılan prinsiplərlə real fəaliyyət arasında ciddi uçurum var.

Əvvəlki araşdırmalarımızda Agentliyin qrant siyasətində şəffaflıq problemlərinə toxunmuşduq. Qrantların bölüşdürülməsində rəfiqəlik, tanışlıq və yaxınlıq faktorlarının rol oynadığına dair ciddi faktlar təqdim etmişdik. Tenderlərin hansı şirkətlərə və hansı şərtlərlə verilməsi məsələsi də ictimaiyyət üçün açıq deyil. Lakin bu dəfə diqqətimizi daha az müzakirə olunan, amma kifayət qədər böyük maliyyə tutumuna malik olan bir istiqamətə – səfər qrantı müsabiqəsinə yönəltdik.

Araşdırmalarımızla məlum olur ki, bu günə qədər Agentlik hər hansı il üzrə kimlərə və hansı məbləğdə səfər qrantı verildiyini sistemli şəkildə açıqlamayıb. Məsələni dəqiqləşdirmək üçün qurumun rəsmi saytına baxdıq və ortaya çıxan mənzərə sadəcə təəccüb doğurmadı, həm də narahatlıq yaratdı: nəinki səfər qrantları, ümumiyyətlə Agentliyin fəaliyyətinə dair hesabatlar bölməsi faktiki olaraq boşdur. Dövlət vəsaitini idarə edən bir publik hüquqi şəxsin hesabat bölməsinin boş olması təsadüf sayıla bilməz. Bu, ya məsuliyyətsizlikdir, ya da şüurlu gizlətmə.

Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən, səfər qrantı müsabiqəsi QHT-lərin Azərbaycan Respublikasının hüdudlarından kənarda milli maraqların müdafiəsi, xarici siyasət prioritetlərinin və təşəbbüslərinin dəstəklənməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirdikləri layihələrin maliyyələşdirilməsi üçün təşkil olunur. Yəni söhbət sıradan turistik səfərlərdən yox, dövlətin strateji maraqlarına xidmət edən fəaliyyətlərdən gedir. Bu halda daha yüksək hesabatlılıq standartı tətbiq olunmalıdır. Amma real vəziyyət bunun tam əksini göstərir.

Bu günə qədər cəmi bir neçə səfər barədə ümumi məlumat istisna olmaqla, digər səfər qrantları barədə ictimaiyyətə açıq, detallı informasiya tapmaq mümkün deyil. İllər üzrə siyahı yoxdur, məbləğlər göstərilmir, səfərlərin konkret nəticələri açıqlanmır. Hansı beynəlxalq platformada nə deyilib? Hansı təşəbbüs irəli sürülüb? Hansı sənəd qəbul olunub? Azərbaycanın maraqları hansı formada müdafiə edilib? Bu sualların heç birinə rəsmi və sistemli cavab verilmir.

İddialara görə, Nazirlər Kabinetinin müəyyən etdiyi istiqamətlərdən kənara çıxmaların çoxluğu səbəbindən Agentlik səfər qrantları barədə məlumatları geniş şəkildə açıqlaya bilmir. Çünki açıqlama olacağı təqdirdə ictimaiyyət bəzi faktlarla əyani tanış ola bilər. Əgər doğrudan da istiqamətdən kənaraçıxmalar varsa, bu artıq inzibati səhlənkarlıq yox, normativ aktların pozulmasıdır. Daha təhlükəlisi isə budur ki, bu pozuntulara görə hər hansı məsuliyyət mexanizmi işləmir.

Bu istiqamətdə Yenixeber.org-a ötürülən məlumatlar isə daha qalmaqallıdır. Bildirilir ki, bəzi hallarda qrant layihələri dəstəklənməyən şəxslərin “könlünü almaq” üçün onlara səfər qrantı ayrılır. Əgər belə mexanizm mövcuddursa, bu, müsabiqə prinsipinin formal xarakter daşıdığını göstərir. O halda “milli maraqlar”, “xarici siyasət prioritetləri” kimi anlayışlar sadəcə vitrin rolunu oynayır, real qərarlar isə subyektiv münasibətlər əsasında verilir. Dövlət vəsaiti isə şəxsi balanslaşdırma alətinə çevrilir.

Cəmiyyətə ötürülən başqa bir mesaj isə budur ki, guya Agentlik yaradılana qədər QHT-lər beynəlxalq tədbirlərdə aktiv iştirak etmirdi və səfər qrantları məhz yeni mərhələnin başlanğıcıdır. Halbuki Agentlikdən əvvəl fəaliyyət göstərmiş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dövründə də çoxsaylı QHT-lər əhəmiyyətli beynəlxalq tədbirlərdə iştirak üçün səfər qrantları almışdı. Bu məlumatlar arxivlərdə açıq şəkildə mövcuddur. Deməli, məsələ “ilk dəfə kimisə xaricə göndərmək” deyil. Məsələ bu prosesin nə dərəcədə ədalətli və şəffaf təşkil olunmasında, habelə nəticəliyindədir.

Ən narahatedici məqamlardan biri də bəzi səfər qrantlarının faktiki olaraq turistik xarakter daşıması ilə bağlı iddialardır. Əgər səfərin nəticə hesabatı ictimaiyyətə təqdim olunmursa, konkret fəaliyyət və əldə olunan nəticələr göstərilmirsə, onun dövlət maraqlarına xidmət etdiyini necə müəyyən etmək olar? Şəffaflıq seçmə xarakter daşıya bilməz. Bir neçə nümunəvi tədbiri qabardıb digərlərini gizlətmək hesabatlılıq deyil.

Burada problem təkcə səfər qrantları ilə məhdudlaşmır. Bu məsələ dövlət vəsaitinin idarə olunmasında ümumi yanaşmanın göstəricisidir. Əgər hesabat bölməsi boşdursa, müsabiqə nəticələri detallı açıqlanmırsa, məbləğlər və meyarlar gizli saxlanılırsa, bu artıq sistemli qeyri-şəffaflıq deməkdir. İctimai etimad isə məhz belə məqamlarda sarsılır.

Səfər qrantı müsabiqəsi ilə bağlı illər üzrə tam siyahının, ayrılmış məbləğlərin, səfərin məqsəd və nəticələrinin açıqlanmaması ciddi suallar yaradır. Əgər hər şey qaydasındadırsa, bu məlumatları açıqlamaq niyə problemə çevrilir? Əgər qaydalar işləyirsə, niyə onların tətbiqi real sənədlərlə sübut olunmur? Əgər milli maraqlar müdafiə olunursa, niyə bu müdafiənin nəticələri ictimaiyyətlə bölüşülmür?

Şəffaflıq iddia ilə yox, faktla sübut olunur. Qanunçuluq isə selektiv tətbiq oluna bilməz. Dövlət vəsaiti hesabına həyata keçirilən hər bir səfər, hər bir layihə və hər bir qərar ictimai nəzarətə açıq olmalıdır. Əks halda “səfər qrantı” anlayışı milli maraqların müdafiəsi mexanizmi yox, qapalı dairədə bölüşdürülən imtiyaz təsiri bağışlamağa davam edəcək.

Yenixeber.org











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
Bu gün, 14:23
“Yuska Şamxorski”nin həbsinin pərdəarxası – yeni detallar
Bu gün, 14:17
Sabah 25 ilin qanlı sirri çözülə bilər – “Dəyirman Vahid”in işində məhkəməni kim gözlədir?
Bu gün, 14:10
Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma – Bakıdan ŞİLLƏ kimi CAVAB
Bu gün, 13:16
“Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”
Bu gün, 13:12
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb
Bu gün, 13:09
Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! - Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI
Bu gün, 13:02
Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi - VİDEO
Bu gün, 12:56
"İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM
Bu gün, 12:53
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə CƏZA İSTƏNİLİB
Bu gün, 12:47
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb - DİQQƏT!
Bu gün, 12:43
Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Bu gün, 12:38
BP BTC-nin operatorluğunu ötürür "SOCAR Midstream Operations" MMC-yə...
Bu gün, 12:33
ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub - ƏMR
Bu gün, 12:19
"Başı gedib, amma sənətdən getmir..." – Nadir Qafarzadə
Bu gün, 12:15
İrəvanda Rusiya vətəndaşını döydülər - TƏFƏRRÜAT
Bu gün, 12:14
Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... - ONA GÖRƏ DƏ...
Bu gün, 12:11
Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO
Bu gün, 12:08
Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib
Bu gün, 12:05
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:02
Rəsulzadənin irsi və Heyətin memarlığı: - masonluq Azərbaycanda necə canlanır?
Bu gün, 11:59
Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib - AY MAŞALLAH...
Bu gün, 11:56
Elgiz Əkbərin ailəsinə ağır itki üz verib
Bu gün, 11:49
QDTİB AZAL ilə müqavilə imzalayıb
Bu gün, 11:46
16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:39
Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır - TƏFƏRRÜAT
Bu gün, 11:17
Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? - “Hraparak”
Bu gün, 11:14
Hafiz Paşayevdən nazirə: -HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ /VİDEO
Bu gün, 11:05
Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal - ŞƏRH
Bu gün, 11:01
Media niyə süni intellektə üz tutur? - AKTUAL
Bu gün, 10:59
"BakıKart"ın satış qiyməti ARTDI
Bu gün, 10:53
Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib - “UNIAN“
Bu gün, 10:40
Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 10:31
Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 10:25
Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib - SƏBƏB
Bu gün, 10:22
Kremlin İrəvana sərt ultimatumu - GƏLİŞMƏ
Bu gün, 10:14
Paşinyandan komandasını heyrətə gətirən həmlə – seçkilərdən dərhal sonra…
Bu gün, 10:13
ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı - Görünəni odur ki...
Bu gün, 10:06
“TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi, aldığı pulları mərc oyunlarında uduzdu - TƏFƏRRÜAT
Bu gün, 10:04
Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır - Azərbaycan isə...
Bu gün, 09:59
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb - DİQQƏT!
Bu gün, 09:53
Mingəçevirdə YENİ İXTİSAR DALĞASI başlayır - Bu gündən etibarən...
Bu gün, 09:44
"Əl çəkin, mən müsəlman deyiləm!.."
Bu gün, 09:36
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Bu gün, 08:16
Şəkidə QOÇULUQ edən məmur kimdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:04
100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir? - AKTUAL
Bu gün, 07:57
"Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..."
Bu gün, 07:55
“Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... - Çünki ora casus yığnağıdır...”
Bu gün, 07:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru