Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının rəisi Çingiz Səfərov öz ərizəsi əsasında vəzifəsindən azad edilib.
"DİA-AZ" Unikal-a istinadən xəbər verir ki, bununla bağlı ASCO-nun sədri Əfqan Cəlilov əmr imzalayıb.
Hələlik Çingiz Səfərovun yerinə təyinat yoxdur.










