Almaniya və Britaniya Ukraynaya dəstəyi davam etdirəcək .....                     ABŞ ordusu İrana qarşı son hücum dalğasını tamamladığını açıqlayıb .....                     "Bu sadə həqiqəti illərdir hökumətə çatdıra bilmirik" .....                     YENİLMƏZ ZÜLFƏLİ: Ombudsmanı da saya saymadılar... .....                     İkisi də ağlayaraq getdilər.. .....                     Azər Məmmədova kəsilən cəriməni KİM ÖDƏYİB? .....                     Yüz il keçdi, "ağa" dəyişmədi .....                     Onların qarşısında heç bir ulduz... .....                     Daniel Orteqa seçkiləri ləğv edir .....                     Haqqı tapdanan sakinlər BAŞ PROKURORA MÜRACİƏT ETDİ .....                     SEPAH ABŞ-nin hərbi bazalarına zərbələr endirib .....                     Polşanın sərhəddə atdığı yeni addım nədən xəbər verir? .....                     Rusiya bazarında itirən Ermənistan Avropada qazandı .....                     Müctəba Xamenei haradadır? .....                     Azərbaycanda dolların aqibəti .....                     Kreml son 10 ilin ən ağır dövrünü yaşayır .....                     Qazaxda faciə .....                     Azərbaycanda məktəbli formaları pulsuz veriləcək? .....                     9 milyonluq hərbi korrupsiya işi .....                     Gilas adını dəyişmək istədi, .....                     "Atlant"a həbs qoyuldu: 171 ailənin milyonlarının taleyi gündəmdə .....                     Azərbaycanda tətbiq olunacaq çevik iş vaxtı rejimi nədir? .....                     2300 manatlıq divar kağızı qalmaqalı: Müştəri şikayət etdi, mağaza isə... .....                     Husilər Səudiyyə Ərəbistanını dəniz blokadasına aldıqlarını elan ediblər .....                     Nazirlik Tahir Kazımova niyə hakim pensiyası verməyib? .....                     Bakıda keçmiş sevgilisini öldürən qadınla bağlı .....                     Türkanın “İnstagram”ını OĞURLAMAQ İSTƏDİLƏR .....                     Başçısız qalan icra hakimiyyətləri .....                     Xalq rəssamı Arif Hüseynov Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxıb .....                     HƏMAS Xəlil əl-Hayyanı hərəkatın yeni lideri seçib .....                     “Hər gün ölüm təhlükəsi ilə üz-üzəyik” .....                     "Evimi saxta məhkəmə qərarı ilə əlimdən alıblar" .....                     Serj Sarkisyan Gümrüdəki tarixi qalanı qanunsuz satıb .....                     Rayon rəhbərliyinin bu problemlərdən əvvəldən xəbəri vardımı? .....                     Əfqan Cəlilov onu işdən çıxardı .....                     Azərbaycan karvanı keçmiş dövrün hürən itlərini geridə qoyaraq irəliləməyə davam edir .....                     Özgür Özəl yeni partiya ilə bağlı ilk rəsmi addımı bu tarixdə atacaq .....                     “Bank of Baku”dan “PAŞA Kapital İnvestisiya Şirkəti”nə transfer olub .....                     Coşqun Qarayevin yerinə o təyin edildi .....                     Paşinyan rus ədəbiyyatına meyllənib .....                 

Kreml son 10 ilin ən ağır dövrünü yaşayır - ŞƏRH
Tarix: Dünən, 17:26 | Çap et

ABŞ dövlət katibi Marko Rubionun Filippində keçiriləcək ASEAN tədbirləri çərçivəsində həm Rusiya xarici işlər naziri Sergey Lavrov, həm də Çinin xarici işlər naziri ilə mümkün görüşlərə açıq olduqlarını bəyan etməsi Asiya-Sakit okean regionunda diplomatik fəallığın yeni mərhələyə keçdiyini göstərir. Vaşinqton bir tərəfdən Moskva ilə Ukrayna müharibəsi, Avropa təhlükəsizliyi və strateji sabitlik kimi mürəkkəb məsələlər üzrə dialoq kanallarını tam bağlamamağa çalışır, digər tərəfdən isə Pekinlə artan geosiyasi rəqabət, Tayvan boğazındakı vəziyyət, Cənubi Çin dənizi, ticarət mübahisələri və qlobal təhlükəsizlik gündəliyi ilə bağlı təmasları davam etdirmək niyyətini nümayiş etdirir. ASEAN platforması dünyanın aparıcı güclərinin bir araya gəldiyi mühüm diplomatik meydan hesab olunur. Buna görə də ABŞ, Rusiya və Çin rəsmilərinin eyni tədbirdə mümkün təmasları yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də beynəlxalq siyasi proseslərin gələcək istiqamətini müəyyənləşdirə biləcək müzakirələr kimi qiymətləndirilir. Xüsusilə son dövrlər Vaşinqton-Moskva münasibətlərində gərginliyin davam etməsi və ABŞ-Çin rəqabətinin daha da kəskinləşməsi fonunda belə görüşlər beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Mövzu ilə bağlı "Sherg.az"a danışan tanınmış jurnalist, siyasi şərhçi Elçin Alıoğlu bildirib ki, Rusiya Federasiyası hazırda bir neçə istiqamətdə - strateji, diplomatik, iqtisadi, maliyyə və ən əsası geosiyasi baxımdan ciddi çətinliklərlə üzləşib:

“Rusiya Federasiyasının parçalanması, məğlub olması və ya yox olması ilə bağlı emosional, bir qədər də siyasi motivli çıxışları bir kənara qoysaq, Kreml bəlkə də son 10 ilin ən ağır dövrünü yaşayır. Birinci səbəb odur ki, 1919-cü il, iyunun 24-dən bu yana ilk dəfə olaraq Rusiya Çindən tam asılı vəziyyətə düşüb. Tarix boyu Rusiya Çinə faktiki olaraq təsir göstərib, oradakı proseslərə ciddi şəkildə müdaxilə edib. Təbii ki, İosif Stalinlə Mao Tszedun arasındakı münasibətlərin inkişafı, Stalinin ölümündən sonra Nikita Xruşşov dövründən 1985-ci ilə qədər davam edən müəyyən soyuqluq nəzərə alınsa da, yenə də belə vəziyyət müşahidə olunmamışdı. Rusiya faktiki olaraq Çinin əlaltısına çevrilib. Məsələn, “Sibirin Gücü-2” təbii qaz boru kəməri layihəsinə yenidən baxılıb. Çin Rusiyadan tələb edir ki, qaz daxili Rusiya qiymətlərinə yaxın tariflərlə satılsın. Üstəlik, boru kəmərinin tikintisi ilə bağlı əsas xərcləri də Rusiya öz üzərinə götürməlidir. Bu, iqtisadiyyatda köləlilik vadaretməsi adlandırılır. İkinci tərəfdən, Ukraynada beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulduğu müharibədə Rusiya Çindən asılı vəziyyətə düşüb. Texniki vasitələr, dron ehtiyatları, maliyyə və digər sahələrdə bu asılılıq açıq şəkildə görünür. Üçüncü məsələ maliyyə-bank sektorudur. Minlərlə sanksiyanın təzyiqi altında olan Kreml Çin, Cənub-Şərqi Asiya ölkələri və Hindistanla neft ticarətini əsasən dollarla deyil, yuan və rupi ilə aparmağa məcbur olub. Lakin yuanın sonradan dollara çevrilməsi zamanı Rusiya ciddi maliyyə itkiləri ilə üzləşir. Birincisi, nefti endirimli qiymətlə satmağa məcburdur. İkincisi, əldə olunan vəsait sərbəst dövriyyədə olan valyutaya çevrilərkən böyük komissiyalar və itkilərlə üzləşir”.

Analitik qeyd edib ki, ABŞ dövlət katibi Marko Rubionun ASEAN çərçivəsində Rusiya ilə təmaslarda maraqlı olduqlarını deməsi müəyyən mənada sarkazm və ironiya təsiri bağışlayır:

“Rusiya bu qədər asanlıqla sülh istəmir. Çünki sülh Rusiyanın daxili siyasi planlarına və ölkəni idarə edən feudal diktaturanın strateji məqsədlərinə uyğun gəlmir. Birincisi, qarşıdan Dövlət Dumasına və Federal Məclisə seçkilər gəlir. Rəsmi nəticələr əvvəlcədən bəlli olsa da, hakimiyyət yenə də seçkilərin legitim görüntüsünü qorumağa çalışacaq. Rusiyanı izləyən analitiklər arasında heç kim bu seçkilərin qalibi barədə şübhə etmir. Hakim “Vahid Rusiya” Partiyasının mövqeyini qorumaq üçün Ukrayna müharibəsi daxili siyasi baxımdan əlverişli alətə çevrilib. Digər tərəfdən Rusiyanın ordusunda dünyanın müxtəlif ölkələrindən gətirilmiş muzdlular döyüşür. On minlərlə Şimali Koreya vətəndaşının da Rusiya ordusunun tərkibində Ukraynaya qarşı savaşdığı bildirilir. Belə vəziyyətdə Rusiyanın sülh müqaviləsi imzalaması mümkün deyil. Çünki sülh əldə olunarsa, Rusiya cəmiyyətində haqlı suallar yaranacaq: beş il davam edən müharibə nə üçün aparıldı? Donetsk, Luqansk, Xerson və Zaporojye uğrunda verilən itkilərin nəticəsi nə oldu? Təxminən bir milyona yaxın yaralı, 400 minə yaxın həlak olan hərbçi nəyin naminə idi? Bu suallara hakimiyyətin, xüsusilə də Putinin inandırıcı cavab verməsi çətin görünür. Ona görə də yaxın dövrdə sülh sazişinin imzalanması ehtimalı zəif qiymətləndirilə bilər”.

Ekspert vurğulayıb ki, ASEAN çərçivəsində keçiriləcək görüşlər zamanı ABŞ Rusiya ilə müəyyən diplomatik təmas yaratmağa çalışacaq:

“Lakin Rusiyanın xarici siyasətində əsas qərarverici Sergey Lavrov deyil. Lavrov Kremlin və Vladimir Putinin mövqeyini ifadə edən icraçıdır. Qərarları verən isə Putindir. Çinə gəldikdə isə, Pekin rəsmi bəyanatlarında Ukraynada müharibənin tezliklə başa çatmasının, Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün tərəfdarı olduğunu bildirir. Lakin praktikada fərqli mənzərə müşahidə olunur. Ukraynada davam edən müharibə, İranın bombalanması və Yaxın Şərqdə, xüsusilə də Fars körfəzi zonasında qeyri-sabitliyin davam etməsi Çinin maraqlarına uyğundur. Birincisi, Çin həm Rusiyadan, həm də İrandan enerji resurslarını daha ucuz qiymətə əldə edir. İkincisi, geosiyasi mövqelərini gücləndirir. Üçüncüsü, həm Yaxın Şərqdə, həm də Cənub-Şərqi Asiyada strateji təsir imkanlarını artırır. Ən əsası isə Tayvan məsələsində ABŞ ilə danışıqlarda əlinə daha güclü kart-blanşlar alır. Bu səbəbdən Çin yaxın aylarda nə Ukrayna, nə də Yaxın Şərq istiqamətində sülh prosesinin sürətlə irəliləməsində maraqlı görünmür”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Almaniya və Britaniya Ukraynaya dəstəyi davam etdirəcək - KİV
Bu gün, 06:23
ABŞ ordusu İrana qarşı son hücum dalğasını tamamladığını açıqlayıb
Bu gün, 06:21
"Bu sadə həqiqəti illərdir hökumətə çatdıra bilmirik" - partiya sədri
Bu gün, 03:48
YENİLMƏZ ZÜLFƏLİ: Ombudsmanı da saya saymadılar... - NARAZILIQ VAR...
Bu gün, 03:42
İkisi də ağlayaraq getdilər.. - REPLİKA
Bu gün, 03:14
Azər Məmmədova kəsilən cəriməni KİM ÖDƏYİB? - BU NƏDİ BELƏ?
Bu gün, 03:08
Yüz il keçdi, "ağa" dəyişmədi - MALƏSƏF...
Bu gün, 03:00
Onların qarşısında heç bir ulduz... - milyonçu futbolçu duruş gətirə bilmədi...
Bu gün, 02:57
Daniel Orteqa seçkiləri ləğv edir - "Reuters"
Bu gün, 02:53
Haqqı tapdanan sakinlər BAŞ PROKURORA MÜRACİƏT ETDİ - "TİKİNTİYƏ DÖVLƏT NƏZARƏT ETSİN!"
Bu gün, 02:45
SEPAH ABŞ-nin hərbi bazalarına zərbələr endirib
Dünən, 18:11
Polşanın sərhəddə atdığı yeni addım nədən xəbər verir? – Hərbi ekspert səbəbləri açıqladı
Dünən, 18:06
Rusiya bazarında itirən Ermənistan Avropada qazandı
Dünən, 17:59
Müctəba Xamenei haradadır? - Tehranda gizli qüvvələr kimin adından qərar verir?
Dünən, 17:45
Azərbaycanda dolların aqibəti BƏLLİ OLUR
Dünən, 17:41
Kreml son 10 ilin ən ağır dövrünü yaşayır - ŞƏRH
Dünən, 17:26
Qazaxda faciə - Ata qızı ilə birgə göldə batdı
Dünən, 17:19
Azərbaycanda məktəbli formaları pulsuz veriləcək? - AÇIQLAMA
Dünən, 17:15
9 milyonluq hərbi korrupsiya işi – Ali Məhkəmə rəisin cəzasını qüvvədə saxladı
Dünən, 17:13
Gilas adını dəyişmək istədi, məhkəmə "yox" dedi
Dünən, 17:09
"Atlant"a həbs qoyuldu: 171 ailənin milyonlarının taleyi gündəmdə - DETALLAR
Dünən, 17:05
Azərbaycanda tətbiq olunacaq çevik iş vaxtı rejimi nədir? - ARAŞDIRMA
Dünən, 17:00
2300 manatlıq divar kağızı qalmaqalı: Müştəri şikayət etdi, mağaza isə... - TƏFƏRRÜAT
Dünən, 16:56
Husilər Səudiyyə Ərəbistanını dəniz blokadasına aldıqlarını elan ediblər
Dünən, 16:53
Nazirlik Tahir Kazımova niyə hakim pensiyası verməyib? - TƏFƏRRÜAT
Dünən, 16:09
Bakıda keçmiş sevgilisini öldürən qadınla bağlı QƏRAR
Dünən, 16:06
Türkanın “İnstagram”ını OĞURLAMAQ İSTƏDİLƏR – Müğənni ŞİKAYƏT ETDİ
Dünən, 16:01
Başçısız qalan icra hakimiyyətləri - SİYAHI
Dünən, 15:58
Xalq rəssamı Arif Hüseynov Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxıb
Dünən, 15:56
HƏMAS Xəlil əl-Hayyanı hərəkatın yeni lideri seçib - "Al Jazeera"
Dünən, 15:53
“Hər gün ölüm təhlükəsi ilə üz-üzəyik” - Şahbuzkənd sakinləri ETİRAZ EDİR
Dünən, 15:46
"Evimi saxta məhkəmə qərarı ilə əlimdən alıblar" – Vətəndaşdan Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət
Dünən, 15:37
Serj Sarkisyan Gümrüdəki tarixi qalanı qanunsuz satıb - İstintaqın yekun nəticəsinə görə...
Dünən, 15:35
Rayon rəhbərliyinin bu problemlərdən əvvəldən xəbəri vardımı? - İLGİNC İDDİALAR
Dünən, 15:34
Əfqan Cəlilov onu işdən çıxardı - ƏMR
Dünən, 15:27
Azərbaycan karvanı keçmiş dövrün hürən itlərini geridə qoyaraq irəliləməyə davam edir - BU, FAKTDIR!
Dünən, 15:25
Özgür Özəl yeni partiya ilə bağlı ilk rəsmi addımı bu tarixdə atacaq - KİV
Dünən, 15:23
“Bank of Baku”dan “PAŞA Kapital İnvestisiya Şirkəti”nə transfer olub - DOSYE
Dünən, 15:14
Coşqun Qarayevin yerinə o təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:02
Paşinyan rus ədəbiyyatına meyllənib - VİDEO
Dünən, 14:59
Atası həbs edildi, qaynatası güllələndi - Məzarına Ərdəbil torpağı səpilən Rübabə Muradova
Dünən, 14:53
Ermənilərdən sülhə qarşı TƏZƏ hoqqa - Malvin adaları...
Dünən, 14:48
“Nəzarət edə bilməmişəm” - Sabiq rəis məhkəmədə
Dünən, 14:44
Hakimiyyətin zirvəsindən həbsxana kamerasına...Azərbaycanın həbsdə olan məşhurları –necə yüksəldilər, niyə həbs olundular?
Dünən, 14:35
Ermənistan üçün YENİ bazar – Azərbaycan narahat olmalıdır?
Dünən, 14:01
Fon der Lyayen Ukrayna Baş naziri ilə ölkənin Aİ-yə üzvlüyünü irəlilətmək üçün islahatları müzakirə edib
Dünən, 13:57
"İspanlar bizdən daha üstün oynadılar" - Messidən ETİRAF
Dünən, 10:03
Avtomobil Yolları Dövlət Agentliyinin sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU
Dünən, 09:59
Dünya Kubokunun “ən”ləri... - SİYAHI
Dünən, 09:56
"Cənab Anar Quliyev, Siz Gəncədə zərərçəkmiş şəxslərin vəsaitindən hansı haqla ƏDV və vergi adı altında pullar silmisiniz..." - İTTİHAM VAR...
Dünən, 09:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru