Azər Həsrəti niyə söyürlər? .....                     Allahşükür Paşazadə iki prezidentin XANIMI İLƏ... .....                     Bölgələrə yağan yağış: Bakıda cibləri “yandıracaq”? .....                     Tehran Vaşinqtonla nüvə proqramının müzakirəsindən imtina etdi .....                     Getdikcə dərinləşən böhranın ortasında: .....                     Aİ Ermənistanın Avropa seçimini dəstəkləyəcək .....                     ABŞ-nin İran əməliyyatının hərbi xərcləri 77 milyard dolları keçdi .....                     Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb .....                     "TikTok"da canlı açıb söyüş söyən 3 dost HƏBS OLUNDU .....                     Mübahisəli xəritələr, mürəkkəb proses: Sərhədlərin müəyyənləşdirilməsi niyə uzanır? .....                     Molla rejiminin vəhşiliyi DAVAM EDİR... .....                     "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" auditor seçib .....                     “Onlar narazıdır, incik düşüblər, Şəfiqə xanım seçilməlidir, başqalarının jek müdirinin yanında da hörmətləri yoxdur” .....                     Vəfa Şərifova sosial şəbəkə hesabında xəstəxanadan paylaşım edib .....                     Avropada Azərbaycan qazına ARTAN MARAQ .....                     “Elə bil ki, başıma daş düşür, nəyə gəldi çəkil də, aktyor deyilsən?” .....                     Rusiyanın Paşinyanı bitirəcək məxfi planı-şok sənəd yayıldı .....                     Fermerlər satdığı pambığın pulunu niyə ala bilmir? .....                     Azərbaycanda iş tapa bilməyənlər ən çox bu ölkələrə səfər edir .....                     “Türk Hava Yolları”nın təyyarəsi Nepalda eniş edərkən yanıb .....                     40 işçi aylardır maaş ala bilmir... .....                     Rusiyapərəst siyasətçinin Moskva ilə vasitəçi olmaq istəyi rədd edildi .....                     Postsovet ölkələrində xərçəng ona görə daha çox insanı öldürür ki... .....                     İranın koordinasiyası ilə daha bir tanker Hörmüz boğazından keçib .....                     Cənab Cəlilov bayram günü camaata OT YOLDURUR... .....                     Rusiyanı geniş Avrasiyanın mərkəzində yerləşən kiçik "Moskoviya" kimi təsvir edən xəritələr çoxdur .....                     Boris Pistorius Ukraynaya elan olunmamış səfər edib .....                     Əgər Rusiya üçün "Dağlıq Qarabağ" mövcuddursa, niyə Kalininqrad Azərbaycan üçün "Köniqsberq" olmasın? .....                     "A-Qrup Sığorta"nın mənfəəti 55 %-ə yaxın azalıb .....                     "İndi hansısa bunkerdə, ya da gizli zonadadır" .....                     Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilinib .....                     "Bu iş belə olmur, “ictimai saziş” pozulur..." .....                     Ruslar geosiyasi təcridin fəsadlarını hiss edir .....                     44 günlük müharibənin qapalı səhifəsi .....                     İsrail “Hizbullah”la mübarizəni dayandırmayacaq .....                     Fəhlənin alın təri üzərində qurulan PİRAMİDA... .....                     Nərgiz Məhəmmədi azad edilib .....                     Nəfəsimizi kəsən DEMOQRAFİK BÖHRAN... .....                     "Bu sistemdə alın təri yox, kabinet havası qiymətləndirilir..." .....                     Tramp İranın Obama dövründə böyük üstünlük qazandığını deyib .....                 

Fermerlər satdığı pambığın pulunu niyə ala bilmir? - PROBLEM
Tarix: Bu gün, 11:14 | Çap et

Son günlər bəzi rayonlarda fermerlərin ötən ildən təhvil verdikləri pambığın pulunu hələ də ala bilmədikləri ilə bağlı iddialar gündəmə gəlib. Fermerlərin sözlərinə görə, məhsul şirkətlərə təhvil verilsə də, ödənişlər aylarla gecikir. Bu vəziyyət isə kənddə əsas gəliri əkinçilikdən çıxan insanlar üçün ciddi çətinlik yaradır. Fermerlər bildirirlər ki, gübrəyə, texnikaya, suvarmaya çəkdikləri xərcin qarşılığını vaxtında ala bilməmələri həm borclarını artırır, həm də yeni mövsümə hazırlaşmağı çətinləşdirir.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, 86 saylı Ağcabədi seçki dairəsinin deputatı Tahir Rzayev bildirib ki, ötən ilin payız aylarında pambıq pullarının gecikdirilməsi ilə bağlı müəyyən müraciətlər daxil olsa da, məsələ aidiyyəti qurumlarla müzakirə olunaraq sonradan həllini tapıb.

Onun sözlərinə görə, həmin dövrdə rayonlara səfərləri zamanı fermerlər bu problemlə bağlı müraciət ediblər və məsələ həm yerli icra hakimiyyəti orqanları, həm də digər müvafiq qurumlarla araşdırılıb:

“Bu, əsasən məhsulun vaxtında satılmaması ilə əlaqədar yaranmışdı. Sonradan məsələlər qaydasına düşdü. Amma bu il belə bir müraciət yoxdur. Rayonlarda oluram, sahibkarlarla da əlaqələrim var. İndiyə qədər bununla bağlı mənə hər hansı müraciət daxil olmayıb”.

Deputat qeyd edib ki, pambıq istehsalı ilə məşğul olan fermerlər müxtəlif şirkətlərlə müqavilələr əsasında fəaliyyət göstərirlər və həmin müqavilələrdə bütün şərtlər açıq şəkildə əks olunur.

"Bəzi hallarda şirkətlər pambığı vaxtında ixrac edə bilmədikdə və ya ödənişlər gecikdikdə fermerlərə edilən ödənişlərdə də müəyyən yubanmalar yaşana bilir. Belə olan halda pambıq pulunun verilməsi gecikir. Amma bu, müvəqqəti haldır. Gecikmə olsa belə, həmin məbləğ mütləq ödənilməlidir. Çünki müqavilələrdə bütün şərtlər öz əksini tapır”.

Komitə sədri vurğulayıb ki, problem uzun müddət davam edərsə, fermerlərin aidiyyəti qurumlara və ya məhkəməyə müraciət etmək hüququ var:

“Fermer öz hüququndan istifadə edib müvafiq orqanlara müraciət edə bilər. Belə hallarda da pullar ödənilməlidir və ödənilir”.

Parlamentin Aqrar siyasət komitəsinin sədr müavini, 81 saylı İmişli seçki dairəsini təmsil edən deputat Razi Nurullayev də təəssüflə qeyd edib ki, bu məsələ ilə bağlı ona da müraciətlər daxil olur.

"Həm seçicilərimlə görüşlər zamanı, həm də sosial şəbəkələrdə fermerlərin çıxışlarından görürük ki, ötən mövsümdə təhvil verilmiş pambığın ödənişləri ilə bağlı müəyyən gecikmələr var və bu, artıq real problemə çevrilib. İnsanlar aylarla zəhmət çəkir, məhsulunu təhvil verir, amma haqqını vaxtında ala bilməyəndə bu, haqlı narazılıq yaradır".

Sədr müavininin sözlərinə görə, İmişli pambıqçılığın əsas bölgələrindən biridir və burada yaşayan insanların böyük bir hissəsi mövsümi gəlirini məhz pambıqdan əldə edir:

"Ona görə də ödənişlərin gecikməsi təkcə iqtisadi məsələ deyil, həm də sosial məsələdir. Mənə edilən müraciətlərdə də əsas narahatlıq məhz bundan ibarətdir ki, fermerlər planlarını qura bilmir, borclarını ödəməkdə çətinlik çəkirlər.

Səbəblərə gəldikdə isə burada bir neçə amil rol oynaya bilər - emal və ya tədarük zəncirində maliyyə axınlarının pozulması, şirkətlərin likvidlik problemləri və ya təşkilati çatışmazlıqlar. Amma səbəbindən asılı olmayaraq, nəticə dəyişmir: fermer öz haqqını vaxtında almalıdır. Bu məsələdə məsuliyyət ilk növbədə pambığı qəbul edən və emal edən qurumların üzərinə düşür. Eyni zamanda, bu sahəyə nəzarət edən dövlət strukturları da prosesin şəffaf və vaxtında icrasını təmin etməlidir".

Deputat hesab edir ki, məsələ gecikdirilmədən konkret tədbirlər görülməlidir:

"Fermer zəhmətinin qarşılığını vaxtında almalıdır. Bu, həm ədalət məsələsidir, həm də kənd təsərrüfatının davamlı inkişafı üçün vacib şərtdir", - deyə R.Nurullayev bildirib.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov da bizdə bu problemin ilk dəfə yaranmadığını söyləyib:

"Oxşar hallar digər ölkələrdə də müşahidə olunur və məsələ əsasən mövcud sistemlə bağlıdır. Pambıq istehsalçıları və emalçı şirkətlərdən ibarət olan birliklər fəaliyyət göstərsə də, bu sahədə çalışan fermerlər və məhsul istehsalçıları da ciddi çətinliklərlə üzləşirlər. Bəzən istehsal olunan pambıq satılır, lakin fermerlərin əməyinin haqqı vaxtında ödənilmir. Hətta bəzi hallarda yetişdirilən məhsulun qarşılığında ödənişlərin gecikdirilməsi halları baş verir.

Digər tərəfdən, dünya bazarında pambığın qiymətinin aşağı düşməsi də vəziyyəti daha da çətinləşdirir. Qiymətlər ucuzlaşdıqca həm istehsalçılar, həm də emalçılar zərərə düşür. Onların əsas istəyi isə məhsulu sərbəst şəkildə ixrac edib bazara çıxarmaq imkanının yaradılmasıdır. Bu kimi problemlər müxtəlif sektorlarda da müşahidə olunur və müəyyən narazılıqlara səbəb olur".

Mütəxəssis vurğulayıb ki, əslində, pambıq istehsalçılarına imkan yaradılmalıdır ki, onlar yetişdirdikləri məhsulu özləri emal edib daha sonra xarici bazarlara çıxara bilsinlər:

"Bu, həm onların gəlirlərini artırar, həm də istehsala marağı yüksəldər. Hazırda isə fermerlər əkin-biçin, yığım, daşınma və digər aqrotexniki xidmətlər üçün yüksək xərclərlə qarşılaşırlar. Son dövrlərdə bu xidmətlərin qiymətinin artması kəndlilər üçün əlavə yük yaradıb. Məhsuldarlığın aşağı olması da onların gəlirlərinə mənfi təsir göstərir və nəticədə ödənişlərdə gecikmələr yaranır".

O eyni zamanda nəzərə çatdırıb ki, fermerlərə daha çox sərbəstlik verilməlidir:

"Çünki məhsulun emalı zamanı bəzi hallarda pambığın nəmliyi və zibilliliyi normadan artıq göstərilir, bu isə istehsalçının zərərinə işləyir. Bu problemlərin aradan qaldırılması üçün ciddi nəzarət mexanizmləri qurulmalıdır.

Azərbaycan kiçik ölkədir və onu digər dövlətlərlə tam müqayisə etmək düzgün olmaz. Bəzi ölkələrdə tətbiq olunan mexanizmlər normal işləsə də, bizdə çox vaxt ayrı-ayrı qrupların maraqları ön plana çıxır. Nəticədə əsas zərəri istehsalçılar və fermerlər çəkirlər. Onlar həm iqlim şəraitinin yaratdığı problemlərlə, həm zərərvericilərlə, həm də keyfiyyətsiz istehsal vasitələri ilə mübarizə aparmağa məcbur qalırlar.

Bu qədər çətinliklərlə üzləşən fermerlər bir tərəfdən də məhsulu vaxtında təhvil verib ödəniş ala bilmirlər. Halbuki onların əsas ehtiyacı məhsulu sərbəst şəkildə bazara çıxarmaq və satış imkanları əldə etməkdir".

V.Məhərrəmov onu da əlavə edib ki, bu mövsüm xüsusilə İmişli, Saatlı və Sabirabad kimi iri pambıqçılıq rayonlarında ciddi problemlər müşahidə olunub:

"Yerli icra orqanları da məsələyə lazımi səviyyədə müdaxilə etməyib. Halbuki fermerlər vaxtında məhsul yığa bilmədiklərini, ödənişlərin gecikdiyini dəfələrlə bildiriblər. Şikayətlər Kənd Təsərrüfatı Nazirliyinə, Nazirlər Kabinetinə və digər qurumlara ünvanlansa da, ciddi nəticə əldə olunmayıb.

Subsidiyaların vaxtında verilməməsi də əsas problemlərdən biridir. Əslində subsidiya avans formasında təqdim edilməlidir. Fermer əkinə başlamazdan əvvəl əlində müəyyən vəsait olmalıdır ki, aqrotexniki qaydalara vaxtında əməl edə, məhsuldarlığı və keyfiyyəti artıra bilsin.

Hazırda kəndlilərin böyük əksəriyyətinin ehtiyat vəsaiti yoxdur. Onlar qazandıqları gəliri gündəlik xərclərə, ailə ehtiyaclarına və borclara sərf edirlər. Bir çoxunun elektrik, qaz və su borcları mövcuddur. Dövlət bunları nəzərə alaraq fermerlərə əvvəlcədən maliyyə dəstəyi verməlidir".

Ekspert xatırladıb ki, uzun illərdir təklif olunur ki, subsidiyalar yalnız pambıqçılıqda deyil, digər kənd təsərrüfatı sahələrində də avans formasında verilsin:

"Daha sonra həmin məbləğ subsidiya hesabına tənzimlənə bilər. Əsas məsələ odur ki, hökumət və sahəyə cavabdeh qurumlar kəndlinin əziyyət çəkməməsi üçün real mexanizmlər hazırlasınlar. Fermer məhsulu vaxtında əkə, becərə və satdığı məhsulun pulunu gecikmədən ala bilməlidir. Çünki kəndlinin əsas narahatlığı məhz budur və bu problemlər onların vəziyyətini daha da ağırlaşdırmamalıdır", - deyə V.Məhərrəmov fikrini tamamlayıb.

Müqayisə üçün qeyd edək ki, cari ilin yanvar ayında pambıq lifi ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,2%, yanvar-fevral aylarında 33,3%, yanvar-mart aylarında isə 43,5% artıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azər Həsrəti niyə söyürlər? - ərəb-fars-ruspərəstlər xor təşkil ediblər
Bu gün, 12:17
Allahşükür Paşazadə iki prezidentin XANIMI İLƏ... - Bir şəklin tarixçəsi
Bu gün, 12:09
Bölgələrə yağan yağış: Bakıda cibləri “yandıracaq”? - NƏ ETMƏLİ?
Bu gün, 12:04
Tehran Vaşinqtonla nüvə proqramının müzakirəsindən imtina etdi
Bu gün, 12:02
Getdikcə dərinləşən böhranın ortasında: - İranın gələcəyi yeni rəhbərliyin addımlarından asılıdır
Bu gün, 11:59
Aİ Ermənistanın Avropa seçimini dəstəkləyəcək - Kos
Bu gün, 11:57
ABŞ-nin İran əməliyyatının hərbi xərcləri 77 milyard dolları keçdi
Bu gün, 11:53
Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb
Bu gün, 11:51
"TikTok"da canlı açıb söyüş söyən 3 dost HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 11:47
Mübahisəli xəritələr, mürəkkəb proses: Sərhədlərin müəyyənləşdirilməsi niyə uzanır? - GƏLİŞMƏ
Bu gün, 11:41
Molla rejiminin vəhşiliyi DAVAM EDİR... - Daha bir soydaşımız...
Bu gün, 11:39
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" auditor seçib
Bu gün, 11:35
“Onlar narazıdır, incik düşüblər, Şəfiqə xanım seçilməlidir, başqalarının jek müdirinin yanında da hörmətləri yoxdur”
Bu gün, 11:33
Vəfa Şərifova sosial şəbəkə hesabında xəstəxanadan paylaşım edib
Bu gün, 11:31
Avropada Azərbaycan qazına ARTAN MARAQ – Daha bir ölkə idxala başlamaq İSTƏYİR
Bu gün, 11:26
“Elə bil ki, başıma daş düşür, nəyə gəldi çəkil də, aktyor deyilsən?” - Xalq artistindən ETİRAZ
Bu gün, 11:23
Rusiyanın Paşinyanı bitirəcək məxfi planı-şok sənəd yayıldı - “Armenpress”
Bu gün, 11:17
Fermerlər satdığı pambığın pulunu niyə ala bilmir? - PROBLEM
Bu gün, 11:14
Azərbaycanda iş tapa bilməyənlər ən çox bu ölkələrə səfər edir - SİYAHI
Bu gün, 11:04
“Türk Hava Yolları”nın təyyarəsi Nepalda eniş edərkən yanıb
Bu gün, 11:01
40 işçi aylardır maaş ala bilmir... - AXI NİYƏ?
Bu gün, 10:45
Rusiyapərəst siyasətçinin Moskva ilə vasitəçi olmaq istəyi rədd edildi
Bu gün, 10:41
Postsovet ölkələrində xərçəng ona görə daha çox insanı öldürür ki... - AKTUAL
Bu gün, 10:35
İranın koordinasiyası ilə daha bir tanker Hörmüz boğazından keçib - KİV
Bu gün, 10:31
Cənab Cəlilov bayram günü camaata OT YOLDURUR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:29
Rusiyanı geniş Avrasiyanın mərkəzində yerləşən kiçik "Moskoviya" kimi təsvir edən xəritələr çoxdur - Moskvanın nəzərinə
Bu gün, 10:20
Boris Pistorius Ukraynaya elan olunmamış səfər edib - "RBK-Ukrayna"
Bu gün, 10:17
Əgər Rusiya üçün "Dağlıq Qarabağ" mövcuddursa, niyə Kalininqrad Azərbaycan üçün "Köniqsberq" olmasın? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:16
"A-Qrup Sığorta"nın mənfəəti 55 %-ə yaxın azalıb
Bu gün, 10:13
"İndi hansısa bunkerdə, ya da gizli zonadadır" - KİV
Bu gün, 09:59
Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilinib - AÇIQLAMA
Bu gün, 09:53
"Bu iş belə olmur, “ictimai saziş” pozulur..." - partiya sədri
Bu gün, 08:15
Ruslar geosiyasi təcridin fəsadlarını hiss edir - Kəşfiyyat
Bu gün, 08:06
44 günlük müharibənin qapalı səhifəsi – Əliyev o ölkəni də məğlub etdi
Bu gün, 08:05
İsrail “Hizbullah”la mübarizəni dayandırmayacaq - Baş nazir
Bu gün, 08:03
Fəhlənin alın təri üzərində qurulan PİRAMİDA... - REPLİKA
Bu gün, 07:39
Nərgiz Məhəmmədi azad edilib - TƏFƏRRÜAT
Bu gün, 07:28
Nəfəsimizi kəsən DEMOQRAFİK BÖHRAN... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19
"Bu sistemdə alın təri yox, kabinet havası qiymətləndirilir..." - NARAZILIQ VAR...
Bu gün, 07:12
Tramp İranın Obama dövründə böyük üstünlük qazandığını deyib
Bu gün, 06:53
Netanyahu Hörmüz boğazı ilə bağlı vəziyyətin düzgün qiymətləndirilmədiyini etiraf edib - "CBS News"
Bu gün, 06:51
"Deyirlər niyə elə geyinmişdin?” - Kəmalə Günəşli o videodan DANIŞDI
Bu gün, 06:38
Burda qanunlar AYAQ ALTINDADIR - ÖZBAŞINALIQ
Bu gün, 06:33
Başçı Maştağaya NƏZARƏTİ İTİRİB? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:30
"Guya mebel ehtiyatsızlıqdan zədələnib" - GİLEY
Bu gün, 06:17
Ermənistan xaricdə parlament seçkiləri üçün məntəqə açmayacaq - TƏFƏRRÜAT
Bu gün, 06:09
Tramp Pekin səfəri zamanı Çinlə münasibətləri sabitləşdirmək niyyətindədir - Ağ Ev
Bu gün, 06:07
Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi
Bu gün, 06:06
ABŞ Hərbi Hava Qüvvələri Kuba yaxınlığında uçuşları artırıb - CNN
Bu gün, 06:03
Rusiyanın bir xətti var ki, onu keçənləri artıq bağışlamırlar – Köçəryan belə deyir...
Dünən, 18:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru