Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                 

Moskvanın Qarabağ üçün “B planı” var? - Donbasdan çıxan kimi...
Tarix: 27-11-2025, 09:00 | Çap et

“Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktov İrəvanda “CivilNet” kanalına müsahibəsində Ermənistanla Azərbaycan arasında müharibənin bitmədiyini, Kremlin hazırda Azərbaycan “əsirliyində” olan Ruben Vardanyanı unutmadığını, sadəcə, Ukraynadakı müharibədə resursların itirilməsinə görə Moskvanın indi müdaxilə edə bilmədiyini bildirib.
O, erməni jurnalistə deyib ki, “əgər Qarabağ müharibəsinin bitdiyini hesab edirsinizsə, səhv edirsiniz. Rusiya üçün Qarabağ məsələsi bitməyib. Moskva hər zaman erməniləri (azərbaycanlılara nisbətən) daha yaxın hesab edib”.

Əgər Rusiyanın “demokratik” jurnalist hesab ediləni belə deyirsə, gör indi digərləri nə düşünür? Sanki Rusiya Venediktov vasitəsilə mesaj verir ki, onlar üçün Qarabağ məsələsi bitməyib. Digər rus jurnalisti Oleq Kaşin də provokativ status yazıb. Demək ki, Rusiyanın liberal görünən nasist düşüncəli yazarları hərəkətə keçib.

Əslində təəccüblü deyildi ki, Rusiya Ukrayna cəbhəsində başı açılan kimi diqqəti Cənubi Qafqaza yönəldəcək. Çünki Qarabağ müharibəsinin nəticələri, sülhməramlıların regiondan erkən gedişi, ermənilərin bölgəni öz xoşu ilə tərk etməsi Rusiyanın 200 illik planlarına zidd idi. Hətta Kremlin tənqidçiləri belə bu mövzuda sərsəm çıxışlar etməyə başlayıblar ki, Qarabağda məsələ bitməyib.

Hərçənd Qarabağdan gedən ermənilərin heç biri qayıtmaq istəmir. Onlardan bəziləri isə sülhməramlı qüvvənin təminatı altında geri dönməyə razıdır. Baş nazir Paşinyan isə Qarabağa qayıdışı sülh prosesi üçün ziyanlı sayır. Elə məhz Rusiyanın bu mövqeyini bildiyi üçün...

Çünki Rusiya bu mövzunu qapatmaq niyyətində görünmür və Qarabağda hazırkı reallığı həzm etmir. Ermənistan isə yaxşı başa düşür ki, Rusiyanın ona canı yanmır, sadəcə, Cənubi Qafqazda təsirini saxlamaq üçün keçmiş münaqişəni yenidən gündəmə gətirməyə çalışır. Bu dəfə müəmmalı olan isə “liberal” rus jurnalistlərin məsələyə belə yanaşmasıdır.

Məlum məsələdir ki, Qarabağ müharibəsi artıq qapanıb. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib və bu, təkcə beynəlxalq hüququn tələblərinin icrası deyil, həm də 30 il ərzində pozulmuş tarixi ədalətin bərpasıdır. Beləliklə, Azərbaycanın suverenliyi tam bərpa edilib və regiondakı proseslər Bakının iradəsi, dayanıqlı diplomatik xətti və yeni regional tərəfdaşlıqlar çərçivəsində formalaşır. Kənardan verilən nostalji bəyanatlar, köhnə imperiya düşüncəsinin xülyaları və revanşist çağırışlar artıq formalaşmış reallığı nə dəyişə, nə də geri çevirə bilər.

Regionun təhlükəsizlik arxitekturası bu gün yeni prinsiplər üzərində qurulur: suverenlik, bərabərhüquqlu qonşuluq münasibətləri, iqtisadi əməkdaşlıq və dayanıqlı sülh.

Azərbaycan qarşıdakı mərhələ üçün strateji kursunu müəyyən edib - sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, regional əməkdaşlığın dərinləşdirilməsi, Cənubi Qafqazın gələcəyinin müharibə ritorikasından tamamilə uzaqlaşdırılması.

Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Elxan Mirzəyev Venediktovun erməni mediasına müsahibəsində məhz o cəmiyyətin könlünü xoş etmək üçün belə danışdığını güman edir. Onun fikrincə, rusiyalı jurnalist erməni auditoriyasına xitab edib: “Bununla onları inandırmağa çalışıb ki, ermənisiz Qarabağ guya müvəqqətidir və Rusiyaya hər bir halda güvənə bilərlər. Amma bu cəfəngiyyatdır və ciddi səslənmir. Ermənilərin də ağlı varsa, vaxtaşırı eşidilən belə çatlaq səslərə əhəmiyyət verməzlər. Çünki Rusiya Qarabağla bağlı onlara vəd verirsə, deməli, növbəti fəlakətə çağırır. Ermənilər işğal dövründə də Qarabağda yaşamaqla bir gün görmədilər. Məlum oldu ki, Rusiyanın himayəsi ilə separatçı rejim torpaqların sərvətini istismar edir, dinc əhali isə ac-yalavac yaşayır”.

E.Mirzəyevin sözlərinə görə, Rusiya rəsmilərinin çıxışlarında bu haqda heç nə deyilmir və məsələ çoxdan bağlanıb: “Əlbəttə ki, Kreml başqa mənzərə istərdi. Lakin Azərbaycan onun planlarını pozdu. İkincisi, Rusiyanın regionla bağlı indi dərdi 10 noyabr sənədini qüvvədə saxlaya bilməkdir. Buna da ciddi reaksiya verilmir. O deməkdir ki, Moskvanın keçmiş Qarabağ münaqişəsi ilə bağlı yenidən qızışdırıcı addımlar atmaq üçün əlində rıçaqlar qalmayıb. Eyni zamanda bölgədə yeni reallıqlar var - Türkiyə, Pakistan, "Tramp marşrutu" və sair. Bütün bunlar Rusiyanın Cənubi Qafqazda köhnə siyasətini yenidən təkrarlaması imkanlarını sıfırlayır".

Hüquq müdafiəçisi Xəzər Teyyublu isə hesab edir ki, Rusiya müharibə səbəbindən Cənubi Qafqazda əvvəlki təsirə malik olmasa da, gələcəyə ümid edir: “Ukrayna savaşından sonra Rusiyaya elə gəlir ki, bölgədə öz ssenarisini həyata keçirə biləcək. Xüsusən də bir neçə min ermənini Xankəndinə qaytarmaqla köhnə "val"ı işə salmağı planlaşdırır. Biz bilməliyik ki, şimal qonşumuz həmişə problemdir və ondan təhlükə gözləmək lazımdır. Həmçinin Azərbaycan da təbliğat işini dayandırmalı deyil. Baxın, erməni lobbisi çalışır və xaricdəki rus jurnalistləri də onların yanında dayanıb. Həmin jurnalistlər Putinin siyasətinə qarşı ola bilər, amma erməni lobbisinin təsiri altında Rusiyanın və ermənilərin xeyrinə çıxış etmələri istisna deyil".

X.Teyyublunun fikrincə, Rusiyanın I Pyotrdan bəri bir Qafqaz siyasəti var və onun zaman-zaman qabarma-çəkilmə şəklində yürüdüldüyünün şahidi oluruq: “Ola bilsin ki, Rusiya bu gün addım ata bilmir. Yəni bölgədə digər güclərlə hesablaşmalı olur. Amma imperiya təfəkkürü və Cənubi Qafqaza "arxa bağçası" kimi baxmaq yanaşması dəyişməyib. Bu da onun fürsət düşən kimi regionda öz hiyləgər planlarını işə salacağı ehtimalını gücləndirir. Ona görə də Azərbaycan güclü dövlət olmalıdır, Ordumuz həmişə qüdrətini artırmalıdır, sərhədlərimiz möhkəm saxlanmalı, müasir silahlar almalı, müdafiə qabiliyyətimizi artırmalıyıq. Çünki yaşadığımız region bunu diqtə edir. Nəzərə alaq ki, şimal və cənubdan həmişə təhdid var, ermənilər isə onların əlində tarixin bütün mərhələlərində alətə çevrilməyə hazırdır".

“Yeni Müsavat” 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Bu gün, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Bu gün, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Bu gün, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Bu gün, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Bu gün, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Bu gün, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Bu gün, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Bu gün, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Bu gün, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Bu gün, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Bu gün, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Bu gün, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Bu gün, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Bu gün, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Bu gün, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Bu gün, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Bu gün, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Bu gün, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Bu gün, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Bu gün, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Bu gün, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Bu gün, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Bu gün, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Bu gün, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru