Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                 

Ermənistan prezidenti Zəngəzur dəhlizi ilə bağlı Gürcüstanla hansı müzakirələri aparıb? - AKTUAL
Tarix: 26-11-2025, 09:17 | Çap et

Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi dayandırılıb. Məlumdur ki, bu barədə açıqlama verən Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski səbəbini də bəyan edib.

Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib ki, Tramp Marşrutu (TRIPP) layihəsi Gürcüstan üçün təhlükə yaratmayacaq, əksinə, Rusiya da daxil olmaqla, region ölkələrinə yeni imkanlar açacaq: “Onlar üçün heç bir təhlükə olmayacaq və heç bir itkiyə məruz qalmayacaqlar. Əksinə, Gürcüstanın əhəmiyyəti artacaq. TRIPP reallığa çevrilərsə və sərhədlər həqiqətən açılarsa, Ermənistan, Türkiyə, İran, Azərbaycan, Gürcüstan və bəlkə də Rusiya üçün yeni imkanlar yaranacaq. Daha sonra biz özümüzü bu layihəni daha tez gerçəkləşdirmədiyimiz üçün qınayacaq və tənqid edəcəyik”.

Xaçaturyan həmçinin onu da bildirib ki, Tiflisə səfəri zamanı Gürcüstan rəsmiləri bu məsələ ilə bağlı heç bir narahatlıq bildirməyiblər və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazır olduqlarını açıqlayıblar.

Mövzunu şərh edən bəzi ekspertlərə görə, burada diqqətçəkən məqam odur ki, Xaçaturyan Zəngəzur dəhlizi ilə bağlı Gürcüstanla da müzakirələr aparıb. Onun “Gürcüstan rəsmiləri bu məsələ ilə bağlı heç bir narahatlıq bildirməyiblər” deməsi əslində normal mövqe kimi görünür. Amma bu həm də o rəyi yaradır ki, deməli, Gürcüstanda müzakirələr zamanı hansısa rəsmidən narazılıq eşidib, müəyyən narahatlıq müşahidə edib. Çünki Gürcüstanın Zəngəzur layihəsi gerçəkləşməsindən tranzit ölkə kimi mövqeyində zəifləmə olacaq, bu yenilik deyil. Amma erməni prezidentin bunu vurğulaması iki ölkə arasında inamsızlıq yaratmaq məqsədi güdə bilər.

“Zəngəzur dəhlizi layihəsi bütün bölgə üçün faydalı olacaq”. Bunu noyabrın 23-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərin Zəngəzur dəhlizinin açılmasından sonra Gürcüstanın Orta dəhlizdə funksiyalarını itirib-itirməyəcəyi ilə bağlı sualına cavabında deyib.

Şalva Papuaşvili bildirib ki, Gürcüstan Zəngəzur dəhlizi təşəbbüsünü alqışlayır: “Azərbaycanla Ermənistan arasında sülh sazişi bütövlükdə bölgə üçün yeni perspektivlər açır və bu, yalnız nəqliyyat dəhlizinin funksiyası ilə bağlı deyil. Bu, rəqabətin inkişafı, dəhlizi daha da cəlbedici etmək üçün daşıyıcılara daha yaxşı şərtlərin təklif olunması üçün vacibdir və rəqabət bunu yalnız gücləndirir. Digər tərəfdən, bu, regionun sabitliyinin göstəricisidir. Sabitlik həm dəhliz ətrafında infrastruktur təminatına, həm də bölgədə müxtəlif sahələrə investisiyaları artıracaq”.

“Ermənistan, Azərbaycan və Türkiyə arasında yeni marşrutların açılmasından sonra Gürcüstan tranzit yüklərinin 20%-ə qədərini itirmək riski ilə üzləşir”. Bunu isə bir müddət əvvəl Nəqliyyat Dəhlizləri Tədqiqatları Mərkəzinin direktoru Paata Tsaqareişvili deyib. “Gürcüstandan keçən yük axınını azaldacaq - itkilər təxminən 1,5-2 milyon ton təşkil edə bilər. İtkilər Orta dəhlizin tranzit axınının 15-20%-nə bərabərdir. Gürcüstan ərazisindən hər il təxminən 18-20 milyon ton yük daşınır. Bu miqyaslı itkilər olduqca ciddidir. Gürcüstan bu gün rəqabət qabiliyyətini qorumaq üçün addımlar atmalıdır: tarif siyasətini yenidən nəzərdən keçirməli, infrastrukturu inkişaf etdirməli və yük daşıyıcıları üçün stimullar təmin etməlidir”, - gürcü ekspert bildirib.

Faktiki Gürcüstanın narahatlıq üçün əsası var. Lakin bundan faydalana da bilər. Sadəcə, İrəvanın Tiflislə bu mövzunu müzakirə etməsi Bakının da diqqətində olan məsələdir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva qeyd edib ki, Gürcüstan Qara dəniz ölkəsidir və Cənub-Şimal nəqliyyat dəhlizinin Avropaya çıxışı üçün əsas marşrutlardan biridir. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Gürcüstandan keçən xətlərin ikinci plana düşməsi anlamına gəlmir: “Fikrimcə, hər iki marşrut fəaliyyət göstərəcək. Sadəcə olaraq, Gürcüstan siyasi elitası Qərb və Rusiya arasında seçim etməkdə çətinlik çəkir. Buna görə də məsələ iqtisadi yox, daha çox siyasi xarakter daşıyır. Əgər Gürcüstan Rusiya ilə münasibətlərdə aydın mövqe ortaya qoysa, Qərblə əməkdaşlıq çərçivəsində əvvəlki layihə və planların icrası yenidən bərpa oluna bilər”.

Onun fikrincə, Ermənistan prezidentinin açıqlamaları qənaətbəxş sayıla bilər, amma görünür ki, Gürcüstan dəhlizdən pay gözləyir: “Azərbaycanda, Türkiyədə və region ölkələrində iqtisadi fəallıq nə qədər çox artırsa, bundan Gürcüstan da faydalanır. Zəngəzur dəhlizinin açılması bütün Qafqazın əhəmiyyətli logistik mərkəzə çevrilməsi deməkdir, digər ölkələr kimi Gürcüstan da bunda maraqlı olmalıdır. Saakaşvili də bu mövzuda çağırışlar edir. Keçmiş prezident deyir ki, Amerikanın Zəngəzur dəhlizini icarəyə götürdüyü ABŞ-Azərbaycan-Ermənistan beynəlxalq müqaviləsinin imzalanması Gürcüstan, İran və Rusiyadan yan keçməklə Avropadan Çinə yeni tranzit dəhlizi açır. Ona görə hesab edir ki, məhz ölkəsi İran və Rusiya ilə birlikdə təcridlə üz-üzədir. Bu səbəbdən, Qərblə münasibətlərə yenidən baxmaq təklif olunur. Amma Gürcüstanın, eləcə də bizim şimal və cənub qonşularımızın bu logistikadan yararlanmaq fürsəti var. Ancaq bunu gürcü tərəfi ermənilərlə deyil, bizimlə müzakirə etməlidir. Çünki Azərbaycan və Türkiyə Gürcüstanın həyatında mühüm rol oynayır”.

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev Ermənistanın Azərbaycanla Gürcüstan arasında etimad mühitini poza biləcəyini düşünmür: “Zəngəzur dəhlizi heç də Gürcüstanın tranzit ölkə kimi əhəmiyyətini sıfırlamır. Bəzi bölgələrdə Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə yüklərin daşınması daha sərfəlidir. Hətta avtomobil yolları ilə yük daşınması da əlverişlidir. Azərbaycan üçün də sərfəlidir ki, Gürcüstan üzərindən keçən yollar işlək vəziyyətdə olsun və əlavə dividentlər qazandırmaq mümkün olsun. Gürcü spikerin açıqlaması da göstərir ki, ölkəsi bu imkanlardan yararlanmaq niyyətindədir. Hətta Bakı və Tiflis bu məsələni müzakirə etməyə hazırdır. Təbii ki, dəhliz açılanda yüklərin daşınmasında azalma ola bilər. Amma Gürcüstan yolu qapanmır. Əksinə, Zəngəzur dəhlizindən istifadə etməklə logistika qovşağı genişlənə bilər. Orta dəhlizin bir parçası sayılan Zəngəzurun açılması qaçılmaz prosesdir. Yəni burada Ermənistan və Gürcüstandan asılı olmayan məsələlər var”.

“Yeni Müsavat” 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Dünən, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Dünən, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Dünən, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Dünən, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Dünən, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Dünən, 11:40
Cəsarətli siyasət - RƏY
Dünən, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Dünən, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Dünən, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Dünən, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Dünən, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Dünən, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Dünən, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Dünən, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Dünən, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Dünən, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru