Putin qeyri-adekvat vəziyyətə düşüb! .....                     Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... .....                     Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ .....                     DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR .....                     Türkiyədə nə baş verir... .....                     Professor milləti söyənlərə OD PÜSKÜRDÜ .....                     Taksi sürücüləri NƏ ETSİN AXI... .....                     "ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" .....                     Cənab Cabbarovun YOXSULLUQ MİZANI .....                     Quran oğrusu Əlixan Musayevin yeni taktikası .....                     "Qəlbimi çox qırıblar..." .....                     ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər .....                     Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                     Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək .....                     Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                 

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ
Tarix: 13-10-2025, 15:50 | Çap et

“Ermənistanın üç keçmiş lideri Qarabağ məsələsi ilə bağlı təsvir etdikləri mükəmməl həll yollarını niyə həyata keçirmədilər?”

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində paylaşdığı videoda belə deyib.

Onun fikrincə, burada iki variant ola bilər. “Birinci variant ondan ibarətdir ki, onlar cinayətkar hərəkətsizlik nümayiş etdirərək, bəlkə də Ermənistanın deyil, xarici dövlətlərin maraqlarına xidmət edərək, bizi Qarabağ məsələsinin mükəmməl həll yollarından məhrum ediblər.

İkinci variant isə odur ki, onların təsvir etdiyi möhtəşəm həll yolları sadəcə olaraq intellektual axtarışlara əsaslanan siyasi hiylədir və onların həyata keçirilməsi heç vaxt mümkün olmayıb”, - Paşinyan bildirib. Nikol Paşinyanın açıqlaması göstərir ki, Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərində Qarabağ mövzusu hakimiyyət-müxalifət debatında ciddi yer tutacaq.

Radikal müxalifət Nikol Paşinyanı münaqişəni həll etmək imkanlarını itirməkdə və Qarabağı Azərbaycana “təslim etmək”də ittiham edəcək. Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişində tərəflər bir-birinə qarşı ərazi iddialarından imtina etməyə dair öhdəlik götürüblər.

Eyni zamanda, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə təhdid yaradan hərəkətlərə yol verməyəcəklərinə dair razılaşmaları imzalayıblar. Bu, faktiki olaraq, Ermənistanın Qarabağa olan ərazi iddiasından əl çəkməsi deməkdir. Üstəlik, Nikol Paşinyan Qarabağdan könüllü köçən ermənilərin Azərbaycana qayıtmayacağını bəyan edib. Əgər Ermənistan konstitusiyasının preambula hissəsi ləğv edilərsə, Qarabağa qarşı ərazi iddiasına de-yure xitam veriləcək və tərəflər arasında yekun sülh sazişi imzalanacaq.

Müxalifət isə daha revanşist bəyanatlar verərək işğal dövrünün həll modellərini gündəmə gətirməyə çalışır. Bununla da sanki Ermənistan cəmiyyətində artıq mövcud olmayan status-kvonu bərpa edəcəyinə dair rəy yaratmaq istəyir. Ermənistanın sabiq prezidentləri tərəfindən səsləndirilən bu bəyanatlar bir növ keçmişi geri qaytarmaq və mühafizəkar erməni cəmiyyətində siyasi nastolgiya yaratmağa xidmət edir.

Bu baxımdan, seçkilər öncəsi əsas rəqabətin Nikol Paşinyan hökuməti ilə Robert Köçəryan, Serj Sarkisyan və Levon Ter-Petrosyan arasında gedəcəyi siyasi konfiqurasiya formalaşmaqdadır. Nikol Paşinyanla Erməni Apostol Kilsəsinin qarşıdurması fonunda müxalifətin yeni lideri meydana çıxan və hazırda həbsdə olan rusiyalı milyarder Samvel Karapetyan isə son vaxtlar aktivləşən eks-prezidentlərin kölgəsində qalıb. Əslində, sabiq prezidentlər cəmiyyətə yeni ideya təqdim etmir.

Hətta Paşinyan onların işğal dövrünün həll variantlarını gündəmə gətirməsini məsxərəyə qoyub. “Biri deyir: 1994-cü ilin Budapeşt sənədi ilə biz Qarabağ məsələsini belə həll edirdik. İkincisi deyir: 2001-ci ilin Ki-Vest sənədi ilə biz Qarabağ məsələsini belə həll edirdik. Üçüncüsü deyir:

2011-ci ilin Kazan sənədi ilə biz Qarabağ məsələsini belə həll edirdik. Hər biri qərarlarını elə təsvir edir ki, biri o birindən “gözəl”dir! Bəs onda niyə həll etmədiniz?”,-deyə Paşinyan sual edib. Nikol Paşinyan Budapeşt sənədinin uğursuzluğundan söz açarkən, Levon Ter-Petrosyanı nəzərdə tutur. Yəni bu sammit keçmiş Qarabağ problemini Ermənistanın xeyrinə həll etmədi. Budapeşt sənədi daha çox tərəflər arsında atəşkəsə nail olunmasını, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsini və münaqişənin sülh yolu ilə həllini nəzərdə tuturdu.

ABŞ-nin vasitəçiliyi ilə 2001-ci ildə Ki-Vestdə keçirilən danışıqlarda Ermənistan prezidenti Robert Köçəryanın qeyri-konstruktiv mövqe tutması və heç bir güzəştə getmək istəməməsi müzakirələrin nəticəsiz başa çatması ilə nəticələnib. Ona görə də Ki-Vest sənədində münaqişənin Ermənistanın xeyrinə həll olunmasını əks etdirən hər hansı razılaşma əldə olunmayıb.

Rusiya tərəfindən 2011-ci ildə təklif edilən “Kazan formulu” isə birinci mərhələdə ətraf 5 rayonun Azərbaycana qaytarılmasını, ikinci mərhələdə Kəlbəcər və Laçının işğalına son qoyulmasını, “Dağlıq Qarabağ”ın statusu məsələsinin qeyri-müəyyən müddətə gələcəyə saxlanılmasını nəzərdə tuturdu. Bu sadəcə olaraq, təkliflər paketi idi və Azərbaycan bu sənədlə razılaşmayıb. Üstəlik, Ermənistan siyasi manipulyasiya edərək ətraf rayonları qaytaracağını vəd etsə də, sonradan bundan imtina edib. 1992-ci ildən başlayan bütün danışıqlar prosesi qeyri-obyektiv olduğundan, 2020-ci ildə Azərbaycanın öz ərazilərini müharibə yolu ilə azad etməkdən başqa variantı qalmayıb.

Nikol Paşinyanın “Facebook”-da hər üç prezidenti tənqid etməsi də bununla bağlıdır. Ermənistanın Baş naziri “cinayətkar hərəkətsizlik” deyərkən onların sülhdə maraqlı olmadıqlarını, xarici dövlətlərin maraqlarına xidmət edərək, yəni Rusiyanın sifarişi ilə münaqişəni dondurulmuş şəkildə saxladıqlarını, bunun isə nəticədə Azərbaycanın qələbəsinə səbəb olan müharibəyə gətirib çıxartdığını göstərir.

Ümumiyyətlə, qarşılıqlı səslənən ittihamlar seçkiqabağı daxili auditoriyaya hesablanmaqla yanaşı, həm də məğlubiyyəti bir-birinin üzərinə atmaq cəhdindən xəbər verir. Ermənistan hakimiyyəti və müxalifəti sanki ağır məğlubiyyətə görə “günah keçi”si axtarışına çıxıb. Bu fonda özünü qalib kimi təqdim etmək cəhdləri hakimiyyət uğrunda mübarizənin trendinə çevrilib. Ancaq bütün hallarda regionda artıq xeyli müddətdir mövcud olmayan və keçmişdə qalmış bir status-kvonun yarada biləcəyi reytinq uğrunda mübarizə aparılır ki, bu da Ermənistan cəmiyyəti üçün cəlbedici sayıla bilməz.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin qeyri-adekvat vəziyyətə düşüb! - Romanenko
Bu gün, 07:08
Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:05
AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ - NARAZILIQ VAR...
Bu gün, 06:48
DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR - SİYAHI
Bu gün, 06:36
Türkiyədə nə baş verir... - NİYƏ BAŞ VERİR...
Bu gün, 06:30
Professor milləti söyənlərə OD PÜSKÜRDÜ - "Körpələrimizin qidasını oğurlayıb..."
Bu gün, 06:18
Taksi sürücüləri NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:08
"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46
Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40
Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36
"Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26
ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Dünən, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Dünən, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Dünən, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Dünən, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Dünən, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Dünən, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Dünən, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Dünən, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Dünən, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Dünən, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Dünən, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Dünən, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Dünən, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Dünən, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Dünən, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Dünən, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Dünən, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Dünən, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
23-05-2026, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
23-05-2026, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
23-05-2026, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
23-05-2026, 13:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru