Nazilə Səfərli qollarını çırmalayıb... .....                     Pirşağıda AÇIQ XƏSTƏLİK MƏNBƏYİ .....                     Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: .....                     İqbal Ağazadənin "Telegram" hesabı oğurlanıb .....                     Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır .....                     "Avroviziya"dan kuryerliyə .....                     Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu .....                     Ermənistanın Türkiyə ilə sərhəd planı: .....                     “TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs .....                     “Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…? .....                     İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: .....                     Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" .....                     Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir .....                     Erməni və türk iş adamları Vanda görüşdülər .....                     “YouTube”da ən çox hansı TV kanalları izlənilir? .....                     “Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub .....                     Keçmiş Bakı meri haqda ilginc iddialar... .....                     Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur .....                     “Aktiv Enerji”də milyonluq yeyinti .....                     Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? .....                     İranla danışıqlar yaxşı gedir .....                     Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... " .....                     Azərbaycanda vəzifəli şəxs .....                     “Əri bıçaqla onun başının üstündə dayanmışdı” .....                     Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı .....                     Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib .....                     Azərbaycan təhsilində “heyvagülü” siyasəti .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     Şəhla müəllim hadisədən sonra ilk dəfə .....                     AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır .....                     Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib .....                     Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər .....                     “Yuska Şamxorski”nin həbsinin pərdəarxası .....                     Sabah 25 ilin qanlı sirri çözülə bilər .....                     Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma .....                     “Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu” .....                     Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb .....                     Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! .....                 

Bakıda “tıxac vergisi” ödəyəcəyik: Məbləğ nə qədər olacaq? - AKTUAL
Tarix: 27-09-2025, 11:52 | Çap et

Bakının mərkəzinə giriş ödənişli olacaq. Bu, Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanda öz əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində paytaxtın inzibati ərazisində ödənişli hərəkət zonalarının yaradılması və bu zonalara daxil olmağa görə ödənişin məbləği ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir. Qanunvericilikdə nəzərdə tutulur ki, ödənişli zonalara daxilolma haqqı “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun maliyyələşmə mənbələrindən biri olacaq.

Bəs bu sistem necə reallaşacaq? Nəzarət hansı üsullarla həyata keçiriləcək? Bu zonalara giriş haqqı nə qədər olacaq?

“Bakıya 300 mindən çox avtomobil daxil olur”

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, yeni yanaşma ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində nağdsız ödəniş sisteminə keçirilmiş sıxılmış təbii qazla və elektrik mühərriki ilə təchiz edilmiş avtobuslara tətbiq ediləcək: “Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə, həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobusların sistemin əhatə dairəsinə daxil edilməsi nəzərdə tutulub. Gün ərzində ətraf ərazilərdən Bakıya 300 mindən çox avtomobil daxil olur. Bunlardan 100 mindən çoxu Sumqayıt-Xırdalanın payına düşür. 200 min avtomobil isə ətraf ərazilərdən Bakı şəhərinə daxil olur”.

“Bu, texnoloji baxımdan mümkündür”

Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, bu sistemin ölkəmizdə reallaşdırılması heç də çətin deyil. O vurğulayır ki, dünyada bununla bağlı analoji nümunələr mövcuddur: “İndi texnologiyalar inkişaf edib və texniki həllər rahatlıqla mümkündür. Burada heç bir çətinlik yoxdur. Həm ödənişli zonaların tərtibatı, həm həmin zonalara girişdən əvvəl ödənişlərin həyata keçirilməsi, həm də ödəniş etməyənlərin cərimə edilməsi texnoloji baxımdan realdır”.

“Ödəniş vətəndaş üçün əlçatan səviyyədə olacaq”

Mütəxəssis düşünür ki, ödənişli zonalar sıxlıq yaşanan, yüklənmiş magistrallarda ola bilər: “Məbləğlər hələ dəqiqləşməyib. İlk olaraq monitorinq aparılacaq, sosial və iqtisadi təsirlər qiymətləndiriləcək. Bundan sonra ödənişin məbləği açıqlanacaq. Amma yəqin ki, vətəndaş üçün əlçatan səviyyədə olacaq. Burada bölgü də aparmaq olar. Məsələn, hüquqi şəxslərlə fiziki şəxslərin ödədiyi məbləğ fərqli ola bilər. Bundan əlavə, gündəlik, aylıq və illik ödəniş paketlərinin tətbiqi də mümkündür”.

“Bu yolla sıxlığın qarşısı alınır”

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, böyük ehtimalla şəhərin mərkəzi hissələrinə girişlərdə ödəniş tətbiq edilməsi nəzərdə tutulub: “Məqsəd həmin ərazilərə giriş-çıxışların sayını məhdudlaşdırmaq və tıxacları azaltmaqdır. Dünya təcrübəsində bu model mövcuddur və adətən “tıxac vergisi” adlanır. “Tıxac vergisi” iri şəhərlərin mərkəzi və ya sıx hərəkətli hissələrinə avtomobillə girişə görə tətbiq olunan ödənişdir. Bu verginin məqsədi nəqliyyat sıxlığını azaldaraq sürücüləri alternativ yollar və ya ictimai nəqliyyata yönəltmək, avtomobil sayının azalması ilə havaya atılan tullantıları azaltmaq və şəhər nəqliyyatını tənzimləməkdir. Əsasən şəhərin mərkəzi zonaları ödənişli elan olunur. Ödəniş etməyənlər cərimələnir. Bunun əsas mahiyyəti odur ki, işi olmayan və alternativ marşrutlardan istifadə edə biləcək sürücülər mərkəzi zonalara daxil olmasın, bunun nəticəsində də orada yaşayan və işləyən insanların hərəkəti rahatlaşsın. Bu yolla sıxlığın qarşısı alınır”.

“Giriş haqqının beş manat ola biləcəyi ehtimal olunur”

Ödənişin məbləğinə gəldikdə isə mütəxəssis qeyd edir ki, giriş haqqının beş manat olacağı ehtimal edilir: “Ödəniş məbləği hələ dəqiqləşməyib. Çünki monitorinq aparılmalı, sosial və iqtisadi təsirlər qiymətləndirilməlidir. Bundan sonra dəqiq rəqəm elan ediləcək. Amma təxminən giriş haqqının beş manat civarında ola biləcəyi ehtimal olunur”.

Bəs dünya təcrübəsi necədir?

Böyük şəhərlərdə “ödənişli zonalar” artıq uzun müddətdir tətbiq olunur. Məsələn, Londonda 2003-cü ildən etibarən mərkəzi zonaya giriş üçün “congestion charge” (tıxac vergisi) tətbiq edilir. Hazırda bu ödəniş gündəlik 15 funt (təxmini 35 manat) təşkil edir. Məqsəd sıxlığı azaltmaq və ictimai nəqliyyata tələbatı artırmaqdır.

İsveç paytaxtı Stokholmda 2007-ci ildən bəri oxşar sistem mövcuddur. Giriş haqqı günün saatından asılı olaraq dəyişir, pik saatlarda daha yüksək olur.

Bu sistem Sinqapurda 1975-ci ildə tətbiq olunub. Bu gün ERP adlı elektron sistemlə idarə olunur və tariflər real vaxt rejimində sıxlığa uyğun tənzimlənir.

Bu modelin əsas məqsədi şəhər mərkəzlərində avtomobil yükünü azaltmaq, hava çirklənməsini minimuma endirmək və ictimai nəqliyyatdan istifadəyə stimul verməkdir.

"Kaspi"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazilə Səfərli qollarını çırmalayıb... - maləsəf xınayaxdı üçün yox....
Bu gün, 02:19
Pirşağıda AÇIQ XƏSTƏLİK MƏNBƏYİ - Başçının xəbəri olsa da...
Bu gün, 02:15
Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: - hər şey Türkiyə ilə...
Dünən, 22:21
İqbal Ağazadənin "Telegram" hesabı oğurlanıb - Polis araşdırma aparır
Dünən, 22:14
Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır
Dünən, 18:12
"Avroviziya"dan kuryerliyə - Fərid Məmmədovun sonrakı həyatı
Dünən, 17:46
Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu - BUNDAN SONRA...
Dünən, 17:45
Ermənistanın Türkiyə ilə sərhəd planı: - Görün ilk kimlər keçəcək
Dünən, 17:43
“TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs - 3 il 6 ay həbs
Dünən, 17:41
“Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” - aktrisadan ETİRAF
Dünən, 17:38
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Dünən, 17:36
SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…?
Dünən, 17:34
İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: - Bu şayiəni kim yayıb?
Dünən, 17:30
Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28
Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir – Dəhşətli ssenari
Dünən, 17:25
Erməni və türk iş adamları Vanda görüşdülər
Dünən, 17:23
“YouTube”da ən çox hansı TV kanalları izlənilir? - SİYAHI
Dünən, 17:22
“Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 17:20
Keçmiş Bakı meri haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 17:17
Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur - SİYAHI
Dünən, 17:14
“Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var
Dünən, 17:09
Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? - İLGİNC
Dünən, 17:02
İranla danışıqlar yaxşı gedir - Tramp
Dünən, 16:58
Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... "
Dünən, 15:45
Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Dünən, 15:44
“Əri bıçaqla onun başının üstündə dayanmışdı” – Şahid DANIŞIR
Dünən, 15:41
Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı - “Nezavisimaya qazeta”
Dünən, 15:33
Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Dünən, 15:31
Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
Dünən, 15:09
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Dünən, 15:05
Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
Dünən, 14:57
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır - DİQQƏT
Dünən, 14:50
Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib - “Newsarmenia”
Dünən, 14:43
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
Dünən, 14:23
“Yuska Şamxorski”nin həbsinin pərdəarxası – yeni detallar
Dünən, 14:17
Sabah 25 ilin qanlı sirri çözülə bilər – “Dəyirman Vahid”in işində məhkəməni kim gözlədir?
Dünən, 14:10
Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma – Bakıdan ŞİLLƏ kimi CAVAB
Dünən, 13:16
“Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”
Dünən, 13:12
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb
Dünən, 13:09
Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! - Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI
Dünən, 13:02
Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi - VİDEO
Dünən, 12:56
"İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM
Dünən, 12:53
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə CƏZA İSTƏNİLİB
Dünən, 12:47
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb - DİQQƏT!
Dünən, 12:43
Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Dünən, 12:38
BP BTC-nin operatorluğunu ötürür "SOCAR Midstream Operations" MMC-yə...
Dünən, 12:33
ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” - TƏFƏRRÜAT
Dünən, 12:28
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub - ƏMR
Dünən, 12:19
"Başı gedib, amma sənətdən getmir..." – Nadir Qafarzadə
Dünən, 12:15
İrəvanda Rusiya vətəndaşını döydülər - TƏFƏRRÜAT
Dünən, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru