Zelenski elan etdi: .....                     Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? .....                     Borcunu bağlasan da, BORCLUSAN... .....                     Gədəbəy rəsmən ÖZBAŞINA QALIB .....                     Qobustanda başçı belə NARAZILIQ YARADIR .....                     Topaz 76 min manatı vermək İSTƏMƏDİ .....                     “Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” .....                     Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… .....                     Qonşular niyə daha sürətlə inkişaf edir? .....                     Ermənistan qazanmaq istəyirsə... .....                     ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat .....                     Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir .....                     Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki .....                     "Düşüncəsi dayaz olanlar xəyanət edər" .....                     ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib .....                     Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                     Jurnalist yeni brendini yaratdı .....                     Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi .....                     Rubionun İrəvan səfəri: .....                     CHP-dəki proseslər demokratiyanın göstəricisidir .....                     Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib .....                     Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi .....                     Azərbaycan bayrağını ingilis generalımı yaradıb? .....                     “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi .....                     Müğənni Xaliq VƏFAT ETDİ .....                     “Putinin kölgəsi” sərt mesaj verdi .....                     “Oğlumun gözünün işığı sönüb” .....                     Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... .....                     Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər .....                     Moskva istəyir deyə... .....                     “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” .....                     Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                     Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi .....                     Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                 

Məzahir Pənahovun oğlu Azərbaycana niyə gəlmir? - “Onu Amerikada tutdura bilərdim”
Tarix: 22-09-2025, 14:49 | Çap et

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı arasındakı qalmaqal səngimir. Bakı Apellyasiya Məhkəməsi tərəflərin boşanmasını təsdiqləyib və qadına çatmalı olan əmlakın ona qaytarılması barədə yeni qərar çıxarıb. Lakin oğul Pənahov heç bir qərarla razılaşmır. O, çəkişməni Ali Məhkəmədə davam etdirməyə hazırlaşır.

Gəlin H.Pənahova isə yeni iddialarla “Qafqazinfo”ya müraciət edib.

Qadının sözlərinə görə, keçmiş əri hələ də ona və vəkilinə müəyyən vasitələrlə təzyiq göstərməyə çalışır. Özü ölkəyə gəlməsə də, vəkili məhkəmədə ona qarşı uydurma çıxışlar edir: “Binəqədi Məhkəməsində məni oğru və böhtançı kimi təqdim etməyə çalışırdılar. Guya tələb etdiyim əşyaları mən evdən qaçmazdan əvvəl harasa daşımışam. Lakin Məhəmməd və ailəsi yaxşı bilir ki, belə bir şey mümkün deyildi. Biz bir il Bakının “Milyonçular məhəlləsi” kimi tanınan Ceyhun Hacıbəyli küçəsində dördmərtəbəli imarətdə yaşamışıq.

Sonra da Kaliforniya ştatının Los-Anceles şəhərinə köçmüşük. Hər iki evimizdə otaqların hər birində kameralar quraşdırılmışdı. Mən heç evdən tək çıxmırdım, həmişə sürücüləri müşayiət edirdilər. 300 minə yaxın qiyməti olan həmin əşyalar hamısı mənə aiddir: cehiz, geyimlər, qızıl-zinət əşyaları və sair. Zinət əşyalarının və geyimlərin bir hissəsi nikah dövründə hədiyyə kimi verilib. Amma əvvəlki məhkəmədə məni əliboş gələn gəlin kimi təqdim etdilər. Ən maraqlı və gülüş doğuran məqam isə odur ki, Bakı Apellyasiya Məhkəməsində fikirlərini dəyişiblər. Dedilər ki, guya toyda mənə hədiyyə etdikləri qızıl-brilyant komplekti Məhəmmədin bacısından icarəyə götürülüb. Belə yalan olar? Pənahovlar ailəsinin gəlininə komplekt almağa pulu yoxdur? İnanırsınız, məhkəmədə hakim özü belə bu sözün inandırıcı olmadığını dedi. İndi onların istədiyi odur ki, mənə heç nə çatmasın. Mən onlardan nə imarətlər, nə maşınlar, nə də pul istəmişəm və istəmirəm də – sadəcə boşanmaq və mənə aid olanı almaq istəyirəm”.

H.Pənahova söhbət zamanı daha bir ciddi iddia irəli sürüb. Bundan əvvəlki şikayətində gəlin ərinin ona şiddət göstərməsi nəticəsində yaranan stres səbəbindən bətnindəki övladını itirdiyini demişdi. Bu dəfə isə o, ərinin göstərdiyi şiddətdən danışarkən ikinci övladının da vaxtından əvvəl doğulduğunu, üç gün sonra isə xəstəxanada öldüyünü deyib: “İkinci hamiləliyimin yeddinci ayının əvvəli idi. Novxanıda yerləşən restoranda oturmuşduq. Məhəmməd sərxoş olmuşdu. Həmin vaxt dava salıb, sürücüsü və ofisiantların qarşısında əlimi kəsdi.

Sabahı gün əlimin açıq yarasını estetik əməliyyat etdirərkən bacısı hadisəni ört-basdır etmək üçün həkim və tibb bacılarına pul təqdim etdi. Pul qarşılığında tibb müəssisəsi hadisəni qeydə almadı və hüquq-mühafizə orqanlarına müraciət etmədilər. Ondan bir həftə sonra Məhəmməd yenə evdə dava saldı. Davadan sonra yaranmış streslə bağlı vəziyyətim pisləşdi və yenidən xəstəxanaya getdik. Orada vaxtından üç ay əvvəl övladım doğuldu. Amma körpə cəmi üç gün yaşadı. Beləliklə, bu övladım da ailədaxili şiddətin qurbanı oldu.

İkinci hamiləliyimdə Məhəmməd öz övladını faktiki olaraq öldürdü və mən bunu ona heç vaxt bağışlamayacağam. Hələ Bakıda olanda dəfələrlə Məhəmmədin ailəsinə yalvardım ki, onun həm psixoloji pozğunluğuna, həm də alkoqol asılılığına görə müalicəyə göndərsinlər. Mən də işimi buraxıb ona daim dəstək olardım. Amma ailəsi kömək etmədi, düşündülər ki, təzə gəlinəm və baş çıxarmalıyam. Məzahir Pənahov sadəcə oğluna deyirdi ki, içkini burax və həyat yoldaşına yaxşı bax, lakin heç bir nəticəsi olmurdu. Sonradan Los-Ancelesə köçdük, orada da eyni şeylər təkrarlandı. Nəhayət Bakıya qayıtdım.

Burada isə hər kəs soruşurdu ki, niyə Amerikada onu polisə şikayət etməmişəm, axı orada nə yüksək vəzifə, nə də atasının əlaqələri kömək edər. Əlbəttə, mən ərimi polisə şikayət edə bilərdim: onu həbs edərdilər, Amerikaya girişi və biznesi beş il müddətinə qadağan edərdilər, mən isə Amerika hökumətinin himayəsini və vətəndaşlığını alardım. Ancaq ilk növbədə mən qayınatam haqqında düşündüm. Onun illərlə qurduğu nüfuzunun zərər görməsini istəmirdim, çünki mən ona çox hörmət edirdim. Mən sakit və dinc yolla boşanmaq istəyirdim, lakin Pənahovların belə davranacaqlarını heç gözləmirdim. Təsəvvür edin, məni nə həddə çatdırıblar ki, mən bu hadisələrlə bağlı media vasitəsilə açıqlama verirəm”.

H.Pənahova keçmiş ərinin əməlləri ilə bağlı Azərbaycanda hüquq-mühafizə orqanlarına müraciət edib. Yekun olaraq şikayəti polis araşdırır. Lakin Məhəmməd Pənahov ölkədə olmadığından qarşı tərəfin iddiaları cavabsız qalıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zelenski elan etdi: - Müharibə bu tarixdə başa çatacaq!
Bu gün, 07:04
Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? - AKTUAL
Bu gün, 07:03
Borcunu bağlasan da, BORCLUSAN... - AXI NİYƏ?..
Bu gün, 07:01
Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40
Qobustanda başçı belə NARAZILIQ YARADIR - GİLEY
Bu gün, 06:34
Topaz 76 min manatı vermək İSTƏMƏDİ - Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ
Bu gün, 06:24
“Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” - Aydın Kazımzadə seçkidən danışdı
Bu gün, 06:22
Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… - AKTUAL
Bu gün, 06:02
Qonşular niyə daha sürətlə inkişaf edir? - ARAŞDIRMA
Bu gün, 06:00
Ermənistan qazanmaq istəyirsə... - “Ancaq Azərbaycan siyasətinə pənah gətirməlidir”
Bu gün, 05:56
ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Bu gün, 05:55
Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:52
Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki - "Yelo Bank"ın rüblük hesabatı
Bu gün, 05:51
"Düşüncəsi dayaz olanlar xəyanət edər"
Bu gün, 05:46
ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib - KİV
Bu gün, 05:43
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Dünən, 17:41
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Dünən, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Dünən, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Dünən, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Dünən, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Dünən, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Dünən, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Dünən, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Dünən, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Dünən, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Dünən, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Dünən, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Dünən, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Dünən, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Dünən, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Dünən, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Dünən, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Dünən, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Dünən, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Dünən, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Dünən, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Dünən, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Dünən, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Dünən, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Dünən, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:09
Bu gün onun anım günüdür
Dünən, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Dünən, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Dünən, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Dünən, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Dünən, 12:45
SOCAR-da yeni təyinat - Foto
Dünən, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Dünən, 12:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru