Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır .....                     Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? .....                     Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı .....                     "Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" .....                     Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib .....                     Zelenski elan etdi: .....                     Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? .....                     Borcunu bağlasan da, BORCLUSAN... .....                     Gədəbəy rəsmən ÖZBAŞINA QALIB .....                     Qobustanda başçı belə NARAZILIQ YARADIR .....                     Topaz 76 min manatı vermək İSTƏMƏDİ .....                     “Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” .....                     Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… .....                     Qonşular niyə daha sürətlə inkişaf edir? .....                     Ermənistan qazanmaq istəyirsə... .....                     ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat .....                     Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir .....                     Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki .....                     "Düşüncəsi dayaz olanlar xəyanət edər" .....                     ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib .....                     Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                     Jurnalist yeni brendini yaratdı .....                     Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi .....                     Rubionun İrəvan səfəri: .....                     CHP-dəki proseslər demokratiyanın göstəricisidir .....                     Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib .....                     Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi .....                     Azərbaycan bayrağını ingilis generalımı yaradıb? .....                     “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi .....                     Müğənni Xaliq VƏFAT ETDİ .....                     “Putinin kölgəsi” sərt mesaj verdi .....                     “Oğlumun gözünün işığı sönüb” .....                     Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... .....                     Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər .....                     Moskva istəyir deyə... .....                     “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” .....                     Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                     Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi .....                 

Ağlar günə qalan Azərbaycan təhsili... - BELƏ HARA GEDİRİK?
Tarix: 21-09-2025, 17:25 | Çap et

Məktəblərdə valideynlərdən müxtəlif adlar altında pul yığılması artıq “adi hala çevrilmiş” problem hesab olunur.
Bu məsələ həm qanuni baxımdan suallar doğurur, həm də təhsil sisteminə ictimai etimadın zəifləməsinə gətirib çıxarır. Son dövrlərdə sosial şəbəkələrdə yayılan səs yazıları, faktlar və mediada işıqlandırılan halların çoxalması göstərir ki, problem təsadüfi deyil, sistemli xarakter daşıyır.
Rəsmi qurumlar isə ənənəvi olaraq “daxili araşdırma aparılacaq” cavabı ilə kifayətlənirlər. Lakin bu addımın problemi kökündən həll etmədiyi dəfələrlə sübut olunub. İnzibati tədbirlər görmək, günahkarı cəzalandırmaq müəyyən qədər təsir göstərə bilər, amma məsələni yalnız inzibati yolla aradan qaldırmaq mümkün deyil. Çünki problem həm məktəb rəhbərliyinin, həm valideynlərin münasibətindən, həm də sistemin şəffaf olmamasından qaynaqlanır.
Ekspertlərin fikrincə, bu məsələ real həllini tapmasa, təhsil sahəsində “kölgə ödənişləri” illərlə davam edəcək, nəticədə məktəbin imici, müəllimin nüfuzu, valideynin inamı zədələnəcək. Sadəcə, nazirliyin daxili araşdırmaları ilə kifayətlənmək yox, ictimai nəzarət mexanizmləri qurmaq, şəffaf hesabatlılıq tətbiq etmək və valideynlər üçün alternativ rəsmi kanallar yaratmaq vacibdir. Əks halda, pul yığımı problemi təhsil sisteminin xroniki yarasına çevrilməkdə davam edəcək.
Qeyd edək ki, Bakının Nizami rayonu, 250 nömrəli məktəbində valideynlərdən pul yığıldığı iddia olunur.
"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən valideynlər belə deyirlər. Onların iddiasına görə, illərdir vatsapda yaradılmış qrup vasitəsilə onlardan müxtəlif adlar altında pul yığılır. Deyilir ki, sinif təmir olunmalı, pərdələr dəyişdirilməli, xadimə üçün pul yığılmalıdır.
Valideynlərdən kimisi bu kimi təşəbbüslərdən artıq təngə gəldiyini, kimisi isə məcbur qalıb ödədiyini deyir.
 
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Sherg.az-a açıqlamasında valideynlərdən məktəb təmiri adı altında pul yığılmasının təhsil adına böyük hörmətsizlik olduğunu deyib.
Ölkə gündəmində ciddi narahatlıq doğuran bu məsələyə münasibət bildirən İ.Orucovun fikrincə, son günlər sosial şəbəkələrdə yayılan səs yazıları, məktəb direktorları və müəllimlərlə bağlı səslənən iddialar ürəkaçan mənzərə yaratmır. Bu hal təkcə ayrı-ayrı şəxslərin fəaliyyəti ilə bağlı deyil, bütövlükdə təhsil sisteminə hörmətsizlik kimi qiymətləndirilməlidir.
Elm və Təhsil Nazirliyinin bu kimi hallarla mütəmadi mübarizə apardığını vurğulayan Cəmiyyət sədri təəssüflə qeyd edib ki, hələ də vəzifə səlahiyyətlərindən sui-istifadə edərək pul yığımı ilə məşğul olan direktorlar öz “işlərini” davam etdirirlər:
"Halbuki sinif otaqlarının təmiri, məktəb avadanlıqlarının alınması və ya “fond pulu” adı ilə vəsait toplanması qanunsuzdur və məktəb mühitinə kölgə salır. Azərbaycan məktəbləri dövlətin himayəsindədir. Cənab Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva illərdir məktəblərin təmiri, yenidən qurulması və təminatı məsələlərini daim diqqətdə saxlayırlar. Dövlət məktəbləri birbaşa olaraq dövlətin qayğısı altındadır. Belə bir şəraitdə direktor və ya sinif rəhbərinin valideynlərdən pul tələb etməsi yolverilməzdir. Bu şəxslərə qarşı ən sərt tədbirlər görülməlidir. Hesab edirəm ki, bu problem həm də direktor təyinatlarında mövcud olan qüsurları üzə çıxarır. Bir vaxtlar Direktorların İşə Qəbul Komissiyasında üzv olmuşam və bilirəm ki, proses kifayət qədər şəffaf və obyektiv şəkildə həyata keçirilir. Ancaq təcrübə göstərir ki, bəzi direktorların himayədar məmurlar tərəfindən qorunduğu üçün cəzadan yayındıqları hallara rast gəlinir. Sosial şəbəkələrdə yayılan səs yazıları, ifşaedici materiallara rəğmən onların çox zaman cəzalandırılmaması bu qənaəti gücləndirir”.
 
O əlavə edib ki, məktəb direktorunun başlıca vəzifəsi təhsil ocağında sağlam, nümunəvi mühit yaratmaqdır:
“Direktor və müəllimləri dövlət məktəblərə pul yığmaq üçün təyin etmir. Əksinə, onların missiyası gənc nəslin bilik və tərbiyəsini təmin etməkdir. Vəzifəsindən sui-istifadə edən hər bir təhsil işçisi həm vəzifəsindən, həm də məktəb mühitindən uzaqlaşdırılmalıdır. Əxlaq problemi olan şəxslərin məktəbə qaytarılması təhlükədir".
 
Fəlsəfə doktoru həmçinin başqa bir təhlükəli məqama toxunub. Onun sözlərinə görə, bəzən cinayət əməli törətmiş şəxslərin yenidən məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olması hallarına da rast gəlinir:
“Bu yaxınlarda bir vəkil tanışımdan eşitdim ki, dələduzluq üstündə məhkum olunmuş bir müəllim yenidən məktəbdə işə qayıdıb. Savadlı olması heç də o demək deyil ki, əxlaqında, mənəviyyatında qüsurlar olan adam övladlarımıza dərs deyə bilər. Məktəb müqəddəs məkandır. Orada əməli, ruhu pak, mənəviyyatı sağlam müəllimlər çalışmalıdır. Elm və Təhsil Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar bu istiqamətdə nəzarəti daha da gücləndirməlidir. Təhsil müəssisəsinə şəxsi biznes və ya miras kimi yanaşan direktorların qarşısı qətiyyətlə alınmalıdır. Çünki məktəblərdə pul yığımı valideynlər arasında narazılıq doğurur, uşaqların gözündə müəllim nüfuzunu zədələyir. Belə mühitdə böyüyən şagirdlərin məktəbdən düzgün nümunə götürməsi mümkün olmur.
Fikrimcə, məsuliyyətsiz və vicdansız direktorların fəaliyyətinə son qoymağın yeganə yolu sərt cəza tədbirlərinin tətbiq olunmasıdır. Kifayət qədər peşəkar, işinə can yandıran məktəb direktorlarımız var. Onların haqqını yemək istəmirəm. Amma bir çox hallarda cəzasızlıq mühiti yaramaz adamların əl-qolunu açır. Cəza yoxdursa, nəticə də yoxdur. Sərt tədbirlər görülməlidir ki, başqalarına görk olsun”.
 
İ.Orucovun sözlərinə görə, bəzi məktəblərdə “valideyn komitəsi” adı altında bu cür neqativ halların iştirakçıları toplanır və qanunsuz yığımlar təşkil olunur. Bu isə bütövlükdə təhsil sisteminin imicinə zərbə vurur:
"Azərbaycan dövləti ölkənin sosial rifahının yüksəldilməsi, təhsilin inkişafı, beynəlxalq aləmdə imicinin gücləndirilməsi naminə böyük layihələr həyata keçirir, nüfuzlu qlobal forumlara ev sahibliyi edir. Məktəb direktorlarının yaratdığı neqativ hallar isə bu uğurlu işlərə kölgə salır, cəmiyyətin etimadını zədələyir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:37
Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? - NƏ BAŞ VERİR?
Bu gün, 08:34
Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 08:32
"Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" - partiya sədri
Bu gün, 08:30
Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 08:26
Zelenski elan etdi: - Müharibə bu tarixdə başa çatacaq!
Bu gün, 07:04
Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? - AKTUAL
Bu gün, 07:03
Borcunu bağlasan da, BORCLUSAN... - AXI NİYƏ?..
Bu gün, 07:01
Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40
Qobustanda başçı belə NARAZILIQ YARADIR - GİLEY
Bu gün, 06:34
Topaz 76 min manatı vermək İSTƏMƏDİ - Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ
Bu gün, 06:24
“Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” - Aydın Kazımzadə seçkidən danışdı
Bu gün, 06:22
Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… - AKTUAL
Bu gün, 06:02
Qonşular niyə daha sürətlə inkişaf edir? - ARAŞDIRMA
Bu gün, 06:00
Ermənistan qazanmaq istəyirsə... - “Ancaq Azərbaycan siyasətinə pənah gətirməlidir”
Bu gün, 05:56
ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Bu gün, 05:55
Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:52
Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki - "Yelo Bank"ın rüblük hesabatı
Bu gün, 05:51
"Düşüncəsi dayaz olanlar xəyanət edər"
Bu gün, 05:46
ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib - KİV
Bu gün, 05:43
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Dünən, 17:41
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Dünən, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Dünən, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Dünən, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Dünən, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Dünən, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Dünən, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Dünən, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Dünən, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Dünən, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Dünən, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Dünən, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Dünən, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Dünən, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Dünən, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Dünən, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Dünən, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Dünən, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Dünən, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Dünən, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Dünən, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Dünən, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Dünən, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Dünən, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Dünən, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:09
Bu gün onun anım günüdür
Dünən, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Dünən, 12:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru