Rusiyanın Rumıniyadakı konsulu "arzuolunmaz şəxs" elan edilib .....                     Keçmiş İsrail casusundan Türkiyə açıqlaması: .....                     Ermənilər indi də Dərbəndi qarışdırır .....                     "Azərbaycan Mikro-Kredit" BOKT-un xalis mənfəəti 4 dəfəyə yaxın azalıb .....                     Tamaşaçılar onun üçün darıxmışdı .....                     “Mənə demədin ki, iynə vururam?” .....                     Azərbaycan BOKT-unun təsisçilərindən biri payını satıb .....                     Bura bir gələn... BİR DAHA GƏLMƏK İSTƏMƏZ! .....                     Asəf Hacıyev "Şöhrət" ordeni ilə təltif edilib .....                     Gərək o xarab olmuş ət payını başçıya yedirəydilər... .....                     Ermənistandan pomidor qadağası ilə bağlı hər hansı reaksiya gəlməyib .....                     Paşinyan Rusiyanın iqtisadi təhdidlərinə cavab verdi .....                     “Hər uşağa 500 manat verilsə...” .....                     Baş nazirin QARA KASSASI... narazılıq yaradır... .....                     Yumurtanın maya dəyəri 12% ucuzlaşıb, satış qiyməti isə 30% bahalanıb .....                     Lavrov Ermənistana görə istefaya göndərilə bilər .....                     Putinin SSRİ planının Avropa hissəsi... .....                     AYNA Bakıda dayanacaqlara yarım milyon pul xərcləyir? .....                     Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri şoka salan qərar .....                     Kremlin Ermənistan seçkilərinə müdaxilə planı İFŞA OLDU .....                     Rumıniya Prezidenti Müdafiə Şurasının təcili iclasını çağırıb .....                     “Çox danışanda da deyirlər ki, “otur oturduğun yerdə, sənə bu lazımdır?” .....                     Rusiyada erməni mineral suyunun milyonlarla şüşəsi satışdan yığışdırılır .....                     Beynəlxalq konvensiyaların süqutu: imzalar artıq bombalardan qorumur .....                     Öküz Trampa bənzədiyi üçün kəsilməsinə icazə verilməyib .....                     ABŞ Ermənistana HƏRBÇİLƏR YERLƏŞDİRİR .....                     Bakı neftinin qiyməti belə dəyişdi .....                     "Deyirlər ki, 100 xəstəmiz var, nazirlik cəmi 25 insulin verib..." .....                     Bakının mərkəzində ANTİTÜRK ÜNVAN... .....                     “Əgər mənim seçicilərim azərbaycanlılar olarsa, o halda Ermənistan parlamentinin deputatı olaram” .....                     İranın siyasəti qonşularla əməkdaşlığın genişləndirilməsinə yönəlib .....                     Rumıniya Rusiya PUA-sı ilə bağlı hadisəni "ciddi və məsuliyyətsiz hərəkət" adlandırıb, .....                     Zay məhsulu satmaları bir yana... .....                     Sərxan Babaşov Qaz İxrac İdarəsində BAZAR AÇIB... .....                     Prezidentin tarixi Böyük Qaladərəsi mesajları .....                     Suraxanı rayonunda bu tikintiyə hansı şərtlərlə icazə verilib? .....                     Rusiya-Ukrayna savaşı Rumıniya ərazisinə KEÇİR?.. .....                     Rüzigar Qədirovdan müstəqilliyə həsr olunan qürur ekranı .....                     Avropa Ukrayna danışıqlarında vasitəçi olmamalıdır .....                     ABŞ Raul Kastronu mühakimə etmək istəyir .....                 

Rusiyanın “üç meymun” siyasəti: görmür, eşitmir... - NƏ ETMƏLİ?
Tarix: 6-08-2025, 08:40 | Çap et

Rusiya ilə Azərbaycan arasında 7 ay əvvəl AZAL təyyarəsinin vurulmasından sonra başlayan gərginlik davam edir. Müttəfiq kimi görünən iki dövlət arasında qarşıdurmanın qızışdırılmasında “ilk skripka” rolunu Rusiya mediası götürüb.

Avqustun 1-də yayımlanan “Besoqon TV” verilişinin yeni buraxılışında məşhur rusiyalı rejissor Nikita Mixalkov açıq şəkildə Azərbaycana qarşı təbliğat xarakterli hücumlar edib. Bəllidir ki, son illər Mixalkov Kremlin ideoloji gündəminə xidmət edən əsas simalardan birinə çevrilib. O, verilişinin son buraxılışında Azərbaycanı “nankor” postsovet respublikası kimi təqdim edərək ölkə haqqında bir sıra yalan və təhrif olunmuş ifadələr səsləndirib. O cümlədən süjetdə AZAL-a məxsus mülki təyyarənin Rusiya ərazisi üzərində vurulması ilə bağlı insident, Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq halları xatırladılır, rəsmi Moskvanın heç bir məsuliyyət daşımadığı vurğulanır. Bundan başqa, Azərbaycan Prezidentinin ünvanına təhqiramiz ifadələr səsləndirilib, Şuşa media forumu ilə bağlı məlumatlar kontekstdən çıxarılıb. Mixalkovun çıxışı Kremlin informasiya siyasətinin ümumi xəttini əks etdirir və məqsədyönlü şəkildə azərbaycanofobiyanın səpilməsindən xəbər verir ki, bu da iki ölkə arasında münasibətlərdə yalnız gərginliyi artırır.

Kreml bu hadisələri “üç meymun”u oynayıb, görməzdən gəlirsə, bu o deməkdir ki, gərginlik hələ uzun müddət davam edə bilər.

Bu ilin mayında heç bir əsas olmadan Rusiyadan deportasiya edilən, deputat Azər Badamov “Yeni Müsavat”da bir sıra vacib məqamlara aydınlıq gətirdi: “Rusiya uzun illər Azərbaycan torpaqlarında erməni separatçılarının əli ilə təsir imkanlarını qorumağa çalışdı. Əslində Qarabağa ermənilərin köçürülməsi və orada "Dağlıq Qarabağ" adında bir qara yaranın yaradılmasında məqsədləri Azərbaycanı erməni separatizmi kartı üzərindən təzyiq altında saxlamaq olub. Sovetlər dağılanda Rusiyanın ssenarisi ilə ərazilərimiz işğal olundu və həmin ərazilərimizdəki dini, tarixi, mədəni irsimizi sildilər. Amma yenə də heç nə olmamış kimi qəbul olunurdu və ermənilərə güldən ağır söz deyilmirdi. Azərbaycanın ərazi bütövlüyü BMT-də qəbul olunduğundan ərazi bütövlüyünün təmin olunması ilə bağlı məsələni beynəlxalq platformalarda çağırışlarla qlobal gündəliyə çıxartdıqdan sonra ATƏT-in Minsk Qrupu yaradıldı və bu təsisat guya ki, BMT TŞ-nin qətnamələrinin icra etdirilməsinə kömək etməli idi. Əksinə, burada təmsil olunan hər üç dövlət eyni məqsəd ətrafında birləşmişdi. Əsas məqsəd Azərbaycan xalqını işğalla barışdırmaq və münaqişəni əbədi olaraq dondurmaq idi. Prezident İlham Əliyev bütün tribunalardan xalqımızın işğalla barışmayacağını və münaqişənin hərbi siyasi yollarla həll olunmalı olduğunu bildirirdi. Nəhayət, 27 sentyabr 2020-ci ildə münaqişənin həllində heç kimin gözləmədiyi yeni bir səhifə açıldı. Azərbaycan Ordusu 44 gündə öz ərazilərini döyüş meydanında işğalçılardan azad etdi. 44 gün ərzində torpaqlarımızda suverenliyimizi təmin etdiyimizə görə Rusiya yenidən məsələyə müdaxilə edərək gündəliyə üçtərəfli sənədin imzalanmasını gətirməklə yenə də Qarabağda separatçıların qalması üçün əsaslar yaratmağa çalışdı. Ona görə də sülhməramlı adı altında ərazilərimizə hərbi kontingenti gətirərək erməniləri yenidən silahlandırmağa və onların mövqelərini möhkəmlətməyə başladı. Həm də Azərbaycanın suveren ərazilərində dövlətimizin icazəsi olmadan özbaşına ayvazovskilərin büstlərini ucaltmağa və binalar tikib yenidən kök salmağa çalışdılar.

Amma dövlət başçımızın uğurlu siyasəti qarşısında erməni separatizminin heç bir mövqeyi dözmədi və özləri öz xahişləri ilə ərazilərimizdən çıxmaq üçün təhlükəsiz yol istədilər. Azərbaycan ermənilərə heç bir yerə getməyə ehtiyacın olmadığını və vətəndaşlığımızı qəbul edib orada qalmalarını təklif etdi. Lakin onlar təklifimizi rədd edərək Ermənistana köçdülər. Yaxşı ki, özlərinin xahişi ilə rədd oldular. Ermənisiz qalan Rusiyanın sülhsüz məramlıları da ərazilərimizdən çıxmağa məcbur oldular. Yəni Rusiya uzun illər ssenarisinin pozulmasının qəzəbini hansısa yollarla Azərbaycandan çıxmalı idi. Bu da AZAL-a məxsus sərnişin təyyarəsi ilə başlandı. Fevral ayında media orqanlarımızın saytlarına kiberhücumlar, may ayında mənim - Milli Məclisin deputatının heç bir əsas olmadan deport edilməsi və sonradan Yekaterinburqdan başlayaraq Azərbaycan diasporuna qarşı həbslər elə eyni ssenarinin tərkib hissəsidir". Qanunverici orqanın təmsilçisi daha bir vacib məqama da toxundu: “Xankəndi Azərbaycanın suveren ərazisindəki inzibati ərazidir. Bu şəhərdə Azərbaycan dövlətinin icazəsi olmadan tikilən nə varsa sökmək təbii ki, haqqımızdır. Nəinki Ayvazovskinin büstü, "Bizim dağlar" və separatçılığın nişanəsi olan bütün digər tikililər sökülməlidir. Bunun Rusiyaya heç bir aidiyyəti yoxdur. Azərbaycanın öz ərazilərində suverenliyinin təmin edilməsinə qəzəbi soyumayan Rusiya dövləti indi də media resurslarına, mixalkovlara, şvidkoylara Azərbaycana hücum etmək əmri verib. Təbii ki, belə ssenarilər Azərbaycana qarşı işləməz. Rusiya dövləti yaxşı olardı ki, Azərbaycana təzyiq göstərmək niyyətindən əl çəksin və ən azından qonşuluq münasibətlərinə hörmətlə yanaşaraq yaranmış yeni reallığı qəbul etsin".

Politoloq Çingiz Şahbazi isə hesab edir ki, Azərbaycanın gücü artdıqca bunu istəməyənlər daha çox məyus olacaqlar: “Rusiya və Azərbaycan arasında hazırda baş verənlər əslində Azərbaycan tərəfinin məlum AZAL şirkətinə aid təyyarəmizin Rusiya səmasında bilərəkdən vurulmasından sonrakı təkidi, duruşu və tələbləri əsasında qürub etməyə başladı və daha sonra isə Rusiyanın siyasi hakimiyyətinin dırnaqarası siyasətçiləri, jurnalistləri və hökumət təmsilçilərinin, hər zaman olduğu kimi, ağıllarına gələni danışmaqla, mesajlar göndərməklə, Azərbaycanın Rusiyanın qarşısında sərgilədiyi cəsarətli mövqeyi əsassız şəkildə tənqid və qeyri-etik şəkildə təhqir kampaniyası halına gətirməklə guya cavab verməklə məşğuldurlar. Azərbaycana qarşı ağızlarına gələni danışmaqla, təki qarşı tərəfi qıcıqlandırmağa, qorxutmağa nail olmağa müyəssər olsunlar və Kremlin bütün dönəmlərdə olduğu kimi, həyata keçirdiyi cinayət dolu siyasətini və bu siyasətin nəticəsində həyata keçirilən çirkin planlarını ört-basdır etməklə bir daha sübut etdilər ki, Rusiya üçün dostluq və müttəfiqlik anlayışı yoxdur. Rusiya terrorizmə, separatizmə və işğala meylli və bu istiqamətdə işlər çevirən, dəstək verən ölkə halına gətirilib. Bu səbəbdən, Ukrayna cəbhəsində Rusiyanın başına gətirilənlər və Rusiyanın zəifləyərək əldən düşmüş vəziyyətə gəlməsi hər kəs üçün vazkeçilməz diləkdir. Bu da Rusiyanın qeyri-səmimi siyasətindən və hər kəslə qurduğu düşmən mövqeyi ilə bağlı bir durumdur. Nikita Mixalkov, Zatulin, Solovyov kimi Kreml nökərlərinin işi-peşəsi bundan ibarət olub və bundan sonra da dağılana qədər belə davam edəcək. Azərbaycan inkişaf etdikcə, regionda və dünyada söz sahibinə çevrildikcə bunlar daha çox məyus olacaqlar”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın Rumıniyadakı konsulu "arzuolunmaz şəxs" elan edilib , konsulluq bağlanacaq
Bu gün, 16:09
Keçmiş İsrail casusundan Türkiyə açıqlaması: - “Fırtına yaxınlaşır”
Bu gün, 13:00
Ermənilər indi də Dərbəndi qarışdırır - TƏFƏRRÜAT
Bu gün, 12:55
"Azərbaycan Mikro-Kredit" BOKT-un xalis mənfəəti 4 dəfəyə yaxın azalıb
Bu gün, 12:53
Tamaşaçılar onun üçün darıxmışdı - Xalq artisti 15 ildən sonra səhnəyə qayıdır...
Bu gün, 12:48
“Mənə demədin ki, iynə vururam?” - Tolik müğənnini ifşa etdi (Foto)
Bu gün, 12:44
Azərbaycan BOKT-unun təsisçilərindən biri payını satıb
Bu gün, 12:37
Bura bir gələn... BİR DAHA GƏLMƏK İSTƏMƏZ! - ÇÜNKİ...
Bu gün, 12:36
Asəf Hacıyev "Şöhrət" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 12:28
Gərək o xarab olmuş ət payını başçıya yedirəydilər... - DİQQƏTLİ OLMAĞA MƏHKUMDUR!
Bu gün, 12:21
Ermənistandan pomidor qadağası ilə bağlı hər hansı reaksiya gəlməyib - Peskov
Bu gün, 12:12
Paşinyan Rusiyanın iqtisadi təhdidlərinə cavab verdi - Lavrov isə ona istehza etdi
Bu gün, 12:10
“Hər uşağa 500 manat verilsə...” - deputat
Bu gün, 12:03
Baş nazirin QARA KASSASI... narazılıq yaradır... - Yağış suları da bir yandan...
Bu gün, 11:54
Yumurtanın maya dəyəri 12% ucuzlaşıb, satış qiyməti isə 30% bahalanıb - BU NECƏ OLUR AXI?..
Bu gün, 11:43
Lavrov Ermənistana görə istefaya göndərilə bilər - DETALLAR
Bu gün, 11:40
Putinin SSRİ planının Avropa hissəsi... - DETALLAR
Bu gün, 11:38
AYNA Bakıda dayanacaqlara yarım milyon pul xərcləyir? - TƏFƏRRÜAT
Bu gün, 11:36
Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri şoka salan qərar - "Sputnik Ermənistan"
Bu gün, 11:32
Kremlin Ermənistan seçkilərinə müdaxilə planı İFŞA OLDU – “Hibrid hücum” sxeminin SENSASİON DETALLARI
Bu gün, 11:31
Rumıniya Prezidenti Müdafiə Şurasının təcili iclasını çağırıb
Bu gün, 11:29
“Çox danışanda da deyirlər ki, “otur oturduğun yerdə, sənə bu lazımdır?”
Bu gün, 11:04
Rusiyada erməni mineral suyunun milyonlarla şüşəsi satışdan yığışdırılır - KİV
Bu gün, 10:59
Beynəlxalq konvensiyaların süqutu: imzalar artıq bombalardan qorumur - ONA GÖRƏ DƏ...
Bu gün, 10:46
Öküz Trampa bənzədiyi üçün kəsilməsinə icazə verilməyib - TƏFƏRRÜAT
Bu gün, 10:43
ABŞ Ermənistana HƏRBÇİLƏR YERLƏŞDİRİR - GƏLİŞMƏ
Bu gün, 10:42
Bakı neftinin qiyməti belə dəyişdi - SON RƏQƏMLƏR
Bu gün, 10:41
"Deyirlər ki, 100 xəstəmiz var, nazirlik cəmi 25 insulin verib..." - NARAZILIQ VAR...
Bu gün, 10:37
Bakının mərkəzində ANTİTÜRK ÜNVAN... - BU NƏDİ BELƏ?
Bu gün, 10:28
“Əgər mənim seçicilərim azərbaycanlılar olarsa, o halda Ermənistan parlamentinin deputatı olaram” - Azay Quliyev
Bu gün, 10:06
İranın siyasəti qonşularla əməkdaşlığın genişləndirilməsinə yönəlib - Məsud Pezeşkian BELƏ DEYİR...
Bu gün, 10:03
Rumıniya Rusiya PUA-sı ilə bağlı hadisəni "ciddi və məsuliyyətsiz hərəkət" adlandırıb, NATO müttəfiqləri məlumatlandırılıb
Bu gün, 09:50
Zay məhsulu satmaları bir yana... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:47
Sərxan Babaşov Qaz İxrac İdarəsində BAZAR AÇIB... - İLGİNC İDDİALAR...
Bu gün, 09:41
Prezidentin tarixi Böyük Qaladərəsi mesajları - İNCƏLƏMƏ
Bu gün, 09:19
Suraxanı rayonunda bu tikintiyə hansı şərtlərlə icazə verilib? - VİDEO
Bu gün, 09:17
Rusiya-Ukrayna savaşı Rumıniya ərazisinə KEÇİR?.. - Artıq ilk qurbanlar var...
Bu gün, 09:10
Rüzigar Qədirovdan müstəqilliyə həsr olunan qürur ekranı - VİDEO
Bu gün, 09:05
Avropa Ukrayna danışıqlarında vasitəçi olmamalıdır - Eyde
Bu gün, 08:17
ABŞ Raul Kastronu mühakimə etmək istəyir - “Fox News”
Bu gün, 08:14
Ermənistanda seçki öncəsi gərginlik: Paşinyan nədən narahatdır? - Görünəni odur ki...
Bu gün, 07:49
İranın “Məcid” sistemi ABŞ-nin dəstəyini azalda bilərmi? - GƏLİŞMƏ
Bu gün, 07:36
"Bəzən onlardan yeni nələrsə də öyrənirik..."
Bu gün, 07:20
Separatçılar Paşinyana hədiyyə ediləcəkmi? - AKTUAL
Bu gün, 07:18
Ermənistan ordusunda sovet dövrü bitdi – məşhur rus sözü paradda yığışdırıldı
Bu gün, 07:15
ABŞ-də sınaq zamanı “New Glenn” raketi partlayıb
Bu gün, 07:13
İrəvan uğrunda müharibə başlayır – Cənubi Qafqazda “ikinci Ukrayna” ssenarisi
Bu gün, 07:12
ABŞ İran neftinin satışına görə yeni sanksiyalar tətbiq edib - KİV
Bu gün, 07:10
Burda adamı rəsmən qarət edirlər... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:08
Müştəri məmnuniyyəti nə olan nəsnədir... - GİLEY
Bu gün, 06:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru