Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? .....                     “Təyyarələrdə peşəkar oğrular peyda olub” .....                     Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib .....                     “Brent” nefti 4%-dən çox ucuzlaşıb .....                     Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? .....                     Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb .....                     Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? .....                     Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... .....                     Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! .....                     Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” .....                     DGK sədrinin "dünyada örnəyik" İDDİASI .....                     Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur .....                     Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz .....                     Tramp yeni ABŞ pasport dizaynını təqdim edib .....                     "Hər ay eyni hal davam edir..." .....                     Dilarə Səlim vəzifəsindən azad edilib? .....                     Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı .....                     Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” .....                     SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb .....                     "Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." .....                     Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır .....                     İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA .....                     Fikrət Heybətovun vakansiya oyunu .....                     Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? .....                     Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ .....                     “ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” .....                     AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR .....                     Tanınmış prodüser telekanalları ələ saldı .....                     Bu istidə başımızı hara qoyaq?.. .....                     Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... .....                     “First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! .....                     Lukaşenko Moskvada Putinlə görüşüb .....                     Karapetyanın adamı həbs edildi .....                     Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır .....                     Gəncləri evləndirmək üçün kim nə təklif edir? .....                     Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? .....                     Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib .....                     Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir .....                     Pensiya yaşı 70-ə çatdırılacaq? .....                 

"Kiçik məmurlar qudurğanlıq etməməlidir" - ÇAĞIRIŞ
Tarix: 29-04-2025, 09:17 | Çap et
"Kiçik məmurlar qudurğanlıq etməməlidir"
Erməni revanşistlər və onların havadarları Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa eləməsini, işğalçını layiqincə cəzalandırmasını hələ də həzm edə bilmirlər. Hərbi Zəfərimizdən sonra Qərbdən ölkəmizə artan təzyiqlər, qəbul edilən çoxsaylı qərəzli, böhtan dolu qərar və qətnamələr buna şübhə yeri qoymur.

Məkrli çevrələr, Türk düşmənləri həm ermənilərin əli ilə, həm də özləri Azərbaycana zərbə vurmaq üçün ən müxtəlif planlar qurmağa, ssenarilər hazırlamağa çalışırlar. Hədəflərdən biri də xüsusən də gəclərin beynini zəhərləmək, daxili birlik və həmrəyliyimiz sarsıtmaqdır. Təsadüfi deyil ki, bu məsələyə Prezident İlham Əliyev bir neçə dəfə diqqət çəkib.

“Uzun illər ərzində Ermənistan-Azərbaycan münaqişəsi xarici qüvvələrin regiona təsir göstərməsi üçün əsas alət olub. Lakin bu gün aydındır ki, keçmiş münaqişə idarəetmə vasitəsi kimi öz əhəmiyyətini itirir, çünki Azərbaycan bu mövzunu beynəlxalq gündəmdən çıxarmaq üçün ardıcıl strategiyasını həyata keçirir”.

“Yeni Müsavat” xatırladır ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Onun fikrincə, artıq Ermənistan da Nikol Paşinyanın simasında, hələlik yetərli olmasa da, sülh gündəmi üçün son dərəcə zərərli olan “miatsum”, “Böyük Ermənistan” və “1915-ci il soyqırımı” kimi mövzuların bölgəyə təsir aləti kimi istifadə olunmaması üçün müəyyən addımlar atır: “Belə bir anlaşma formalaşır ki, bu mövzular, sadəcə, "siçan tələsindəki pendir" kimidir - cəlbedici görünsə də, Ermənistanın dövlət kimi gələcəyi üçün ciddi təhlükədir. Bəs münaqişə mövzusu xarici qüvvələrin aləti kimi təsirini tamamilə itirərsə, alternativ hansı formada görünəcək?"

Sabiq nazir öz sualına belə cavab verir: “Əslində cavab artıq var - əgər biz "Ərəb baharı" hadisələrinə və ya Şərqi Avropa və postsovet ölkələrində müxtəlif rəng və çalarlarda “məxməri inqilablar” silsiləsinə nəzər salsaq. Azərbaycanda nə ola bilər, münaqişə ilə (Qarabağ - red.) idarəçilik mexanizmini nə ilə əvəz etməyə çalışacaqlar? Sualının cavabı aydındır - daxildən vəziyyəti pozmağa cəhdlər olacaq".

Onun sözlərinə görə, bu məsələdə xalqın narazılığının səbəbi xarici məkrli oyunçular üçün həlledici əhəmiyyət daşımır. “Onlar istənilən bəhanədən - istər real, istərsə də uydurma - istifadə etməyə çalışacaqlar. Axı Liviyada əhalinin yaşayış səviyyəsi digər Afrika ölkələrindən xeyli yüksək idi, lakin informasiya təxribatçılarının hədəfli fəaliyyəti ölkənin dağılmasına və artıq ikinci onillikdir davam edən vətəndaş müharibəsinə səbəb oldu. Demək ki, bizim Qələbəmiz, təəssüf ki, Fukuyamanın dediyi kimi, hələ "tarixin sonu" deyil. Ayıq-sayıq olmamız lazımdır!" - Zülfüqarov xəbərdarlıq edib.

Bəs daxili birliyimizi və sabitliyimizi qorumaq üçün daha nələr edilməlidir - hakimiyyət, cəmiyyət, ziyalılar və media səviyyəsində? İnternet-kommunikasiya əsrində o sırada gənclərimizin təhlükəli “5-ci kolona” çevrilməsinin qarşısını necə almaq olar?

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, əvvəla, Azərbaycanda sabitlik yüksək səviyyədə qorunur. Partiya sədrinin sözlərinə görə, iqtidarla siyasi partiyalar arasında münasibətlər və dialoq var. S.Rüstəmxanlı qeyd etdi ki, amma bu vəziyyətin daha etibarlı olması üçün bəzi qapılar açılmalıdır, vətəndaşlarla rəsmi dairələr arasında əlaqələr xeyli dərəcədə yaxşılaşmalıdır: “Eyni zamanda işsizlik, insanları narahat edən sosial məsələlər, quru sərhədlərin açılması, əhalini narazı salan bir sıra hallar aradan qaldırılmalıdır. Çünki hamı Zəfərimizə sevindi, vətəndaşlar dövlət başçısının yürütdüyü siyasəti bəyənir, amma kiçik məmurlar da vəziyyətdən sui-istifadə edərək qudurğanlığa yol verməməlidirlər. Əksinə, Prezidentin siyasətini dəstəkləməli, xalqa sevgi ilə yanaşmalıdırlar”.

VHP sədri əlavə etdi ki, burada süni surətdə yaradılan narazılıqları, ölkəyə kənardan müdaxilələri nəzərdə tutmur: “Xarici müdaxilələrə qarşı mübarizə aparılmalıdır. Sadəcə, ölkə içindəki neqativ hallar aradan qalxmalıdır. Yəni təkcə çörək, güzəran məsələsi deyil, məsələn, televiziyalardakı səviyyəsiz verilişlər insanların əsəbləri ilə oynayır. Yaxud toy mərasimləri olsun, restoranlar menyunu "od qiymətinə" qoyur. Yaxşı, bəs bu “toy mafiyası”nı kimlər idarə edir? Yəni bütün bunlar bəlkə xırda görünə bilər, amma cəmiyyətdə gərginlik yaradan hallardır. Ona görə də bu məsələlər həllini tapmalıdır ki, cəmiyyətdə narazılıq artmasın və kənar müdaxilələr üçün bəhanə yaranmasın".

S.Rüstəmxanlı vurğuladı ki, bununla belə, bu gün dövlət bir sıra sahələrə dəstək verir, büdcədən vəsaitlər ayrılır, amma həmin maliyyənin şəffaf şəkildə xərclənməməsi ilə bağlı mətbuatda məlumatlar olur: “Bu maliyyənin xərclənməsinə dövlət nəzarəti daha da güclənməlidir. Bundan başqa, dostlarla, qonşularla münasibətlərdə ölçülü-biçili olmaq lazımdır. Misal üçün, yunan Kipri məsələsinə görə dərhal türk respublikalarına hücum edilir ki, "Turan birliyi" dağılacaqmı? Bundan da düşmən qüvvələr, “Moskva aşiqləri” istifadə edirlər. Hesab edirəm ki, bu neqativ halların da qarşısı alınmalıdır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Bu gün, 10:11
“Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Bu gün, 09:53
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib - UNIAN
Bu gün, 09:51
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Bu gün, 09:45
Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? - Muxtar Dərəbəylik...
Bu gün, 09:43
Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb - "Ynet" portalı
Bu gün, 07:58
Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
Bu gün, 07:52
Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Bu gün, 07:47
Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Bu gün, 07:34
Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Bu gün, 07:27
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Bu gün, 07:24
DGK sədrinin "dünyada örnəyik" İDDİASI - "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"
Bu gün, 07:21
Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 07:16
Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - GƏLİŞMƏ
Bu gün, 07:13
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib - FOTO
Bu gün, 07:05
"Hər ay eyni hal davam edir..." - ETİRAZ
Bu gün, 07:01
Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA
Bu gün, 06:54
Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı - TƏFƏRRÜAT
Bu gün, 06:52
Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
Bu gün, 06:47
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb - KİV
Bu gün, 06:43
"Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." - acılı ATANIN HARAYI
Bu gün, 06:37
Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır - AXI NİYƏ?..
Bu gün, 06:26
İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Bu gün, 02:42
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Bu gün, 02:33
Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? - Usta vəzifəsindən birbaşa xidmət rəisi..
Bu gün, 02:23
Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ - GİLEY
Bu gün, 02:04
“ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” - “Arzum999”un ŞOK ETİRAFI
Bu gün, 01:54
AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR - BU NƏDİ BELƏ?
Bu gün, 01:50
Tanınmış prodüser telekanalları ələ saldı - "...təkrar verilişlər gedir"
Bu gün, 01:42
Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Bu gün, 01:32
Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... - REPLİKA
Bu gün, 01:19
“First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
Bu gün, 01:14
Lukaşenko Moskvada Putinlə görüşüb
Dünən, 19:36
Karapetyanın adamı həbs edildi
Dünən, 19:34
Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
Dünən, 16:56
Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
Dünən, 16:36
Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
Dünən, 16:32
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Dünən, 16:22
Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Dünən, 15:51
Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Dünən, 15:49
"AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Dünən, 15:46
Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Dünən, 15:40
“Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Dünən, 15:28
Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Dünən, 15:16
Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Dünən, 15:13
Şvabe kimin “sifarişini” yerinə yetirir? - AÇIQLAMA
Dünən, 15:02
Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək - Lebedev
Dünən, 14:58
Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər - Paytaxtı bu qurum idarə edəcək
Dünən, 14:45
Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 14:40
AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar - TƏFƏRRÜAT
Dünən, 14:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru