"Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" .....                     Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib .....                     Zelenski elan etdi: .....                     Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? .....                     Borcunu bağlasan da, BORCLUSAN... .....                     Gədəbəy rəsmən ÖZBAŞINA QALIB .....                     Qobustanda başçı belə NARAZILIQ YARADIR .....                     Topaz 76 min manatı vermək İSTƏMƏDİ .....                     “Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” .....                     Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… .....                     Qonşular niyə daha sürətlə inkişaf edir? .....                     Ermənistan qazanmaq istəyirsə... .....                     ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat .....                     Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir .....                     Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki .....                     "Düşüncəsi dayaz olanlar xəyanət edər" .....                     ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib .....                     Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                     Jurnalist yeni brendini yaratdı .....                     Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi .....                     Rubionun İrəvan səfəri: .....                     CHP-dəki proseslər demokratiyanın göstəricisidir .....                     Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib .....                     Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi .....                     Azərbaycan bayrağını ingilis generalımı yaradıb? .....                     “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi .....                     Müğənni Xaliq VƏFAT ETDİ .....                     “Putinin kölgəsi” sərt mesaj verdi .....                     “Oğlumun gözünün işığı sönüb” .....                     Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... .....                     Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər .....                     Moskva istəyir deyə... .....                     “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” .....                     Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                     Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi .....                     Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                 

Saleh Məmmədovun BÜDCƏ TALANI... - İLGİNC FAKTLAR
Tarix: 22-02-2022, 08:10 | Çap et
Saleh Məmmədovun BÜDCƏ TALANI...
Azərbaycanda intensiv şəkildə kadr islahatları davam etsə də, bəzi vəzifəli şəxslər var ki, onlar haqqında çoxsaylı şikayətlər və narazılıqlar olmasına baxmayaraq, korrupsiya cinayətlərini və yarıtmaz fəaliyyətlərini davam etdirirlər. AzToday.az xəbər verir ki, həmin vəzifəli məmurlar sırasında adı keçənlərdən biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovdur. O, Saleh Məmmədov ki, təkcə ölkə yollarının deyil, vətəndaşların da taleyi ondan asılıdır. Di gəl ki, Saleh müəllim adına zidd olaraq əməli saleh deyil. O səbəbdən də ölkədə yol infrastrukturunun inkişafından danışanda müsbət fikirlərin yerinə S.Məmmədovun cəmiyyətimiz üçün təhlükə törədən əməlləri yada düşür.

Amma dövlət başçısı onu bu vəzifəyə təyin edəndə, ölkənin yollarını ona etibar edəndə yollarımızın yenidən qurulması, yeni yolların çəkilməsi sahəsində ciddi tələblər qoyub. Üstəlik, ölkədə bəlkə də barmaqla sayılan bir neçə sahə var ki yenidənqurma işləri üçün dövlət başçısı büdcə vəsaitindən əlavə, Prezidentin ehtiyat fondundan da vaxtaşırı milyonlarla manat pul ayırır. Pul ayırır ki, Saleh Məmmədov paytaxt Bakının və regionlarımızın yollarını düzəltsin. Düzəltsin ki, vətəndaşlarımız ölkə daxilində rahat hərəkət edə bilsin…

Amma nə yazıq ki, son illərdə müstəqil mediada və sosial şəbəkələrdə Saleh Məmmədovun qururculuq əməllərindən daha çox dağıdıcı fəaliyyətindən bəhs olunur. Bu cür təzadlı durumda S.Məmmədovun

TƏKCƏ ÖLKƏ VƏTƏNDAŞLARINI DEYİL, DÖVLƏT BAŞÇISINI DA ALDATMAQ CƏHDLƏRI

sezilir. Məsələn, təsəvvür edin, 2015-ci ildən “Azəravtoyol”un rəhbəri təyin edilən S.Məmmədov dövlət başçısı ilə həm açılışlar, həm də təkbətək görüşlərində görüləcək işlər barədə gələcək planlar haqqında danışanda xeyli layihədən bəhs edir. Amma elə yol layihəsi var ki, bu məmur 7 ildir hər dəfə yaxın vaxtlarda başa çatacağından danışır, utanmadan dövlət başçısına məlumat verəndə də ad çəkir, nəticə isə yoxdur.

Sadəcə bir misal çəkək: inşasına 2015-ci ildə başlayan Bakı şəhəri Suraxanı rayonunun Zığ-Hövsan avtomobil yolunun istifadə verilməsi S.Məmmədovun rəhbərliyi ilə 7 ildir ki, davam edir. Bu gedişlə yəqin

S.MƏMMƏDOVUN DÖVRÜNDƏ ZIĞ-HÖVSAN AVTOMOBİL YOLU TAM İSTİFADƏYƏ VERİLMƏYƏCƏK!

Həmin ərazidə yaşayan sakinlərlə S.Məmmədovun hansı düşmənçiliyi varsa, 70 kilometrlik Zəfər yolu bir ilə istfadəyə verilsə də, 7 kilometrlik Zığ-Hövsan avtomobil yolunun istifadəyə verilməməsi dəfələrlə gündəmə gətirilsə də, bu məsələdə adıkeçən məmur yalandan vaxt verməklə işini bitmiş hesab edir.

DİA.AZ AzToday.az-a istinadla xəbər verir ki, sonuncu dəfə ötən ilin oktyabrında Prezident İlham Əliyev xüsusi sərəncamla Zığ-Hövsan avtomobil yolunun yenidən qurulmasına 4,9 milyon manat ayırıb. Amma 58 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ-Hövsan avtomobil yolunun tamamlanması üçün son 5 ayda ciddi işlərin görüldüyü nəzərə çarpmır.

Baxmayaraq ki, dövlət başçısı ilə görüşlərində 3 il əvvəl də yolun tamamlanmasına az müddət qaldığı barədə yalan məlumatlar verən “Azəravtoyol”un şefinin ayrılan bu qədər vəsaiti haraya xərclədiyindən belə xəbər yoxdur. Bununla eyni zamanda həmin yolun davamı olacaq Hövsan-Qala-Türkan yolunun istifadəyə verilməsi də illərdir davam edir. Belə ki, AAYDA-nın öz saytında hələ 2019-cu ildə yolun tikintisi barədə məlumat yerşlədirilsə də, sakinlər bu yolun aqibəti barədə hələ də xəbərsizdirlər.

Digər tərəfdən, ölkədə inşa edilən avtomobil yollarında

AAYDA-nın YARIMÇIQ FƏALİYYƏTİ ÖLKƏDƏ ÖLÜM MƏNBƏYİ YARADAN ƏSAS AMİLLƏRDƏNDİR.

Ekspertlərin də qeyd etdikləri kimi, ölkənin bir çox yollarında, o cümlədən Bakı-Quba yolunda qüsurların olması, bayaq adını çəkdiyimiz Zığ-Hövsan yolunda yarımçıq işlərin başa çatdırılmaması, yolların bir tərəfinin hələ də açılmaması, işıqlandırılmaması nəticəsində demək olar ki, hər gün həmin yollarda avtomobil qəzası baş verir. Yollarda çökmə, natamam işlərin nəticəsində yaranan boşluqlara görə sürətli gedən maşınlar idarəetmədən çıxır, çox sayda insanın ölümü baş verir. Bütün bu qəzaların baş verməsində əsas günahkar olan AAYDA isə məsuliyyətdən kənarda qalır…

Beləliklə, Prezident İlham Əliyevə yalnış məlumat verən S.Məmmədovun yarıtmaz fəaliyyyəti ucbatından qəzalar baş verir, vətəndaşların taleyi ilə oynayan S.Məmmədov isə öz işindədir. Sonuncu dəfə bir-neçə gün əvvəl Bakı-Quba yolunun bərbad vəziyyətdə olması səbəbindən bir ailənin bütün üzvləri həlak oldu. Məhz, bu faciədən sonra Saleh Məmmədovun işçiləri təmir adı altında adıçəkilən magistrala yamaq vurmaqla işlərini yola verdilər.

Əvəzində S.Məmmədovun yaxın qohumları ilə əlbir olaraq dövlətin ayırdğı vəsaitlərin tender və digər layihələri icrası yolu ilə taladığı barədə son illərdə mediada xeyli məlumatlar var. S.Məmmədovun və rəhbərlik etdiyi müəssisənin ona daha yaxın olan işçilərinin vasitəsilə korrupsiya yolu ilə topladığı sərvətlərin hara xərcləndiyi, hansı sahədə leqallaşdırıldığı, habelə tabeliyindəki idarələrdə qanun pozuntuları barədə onlarla şikayət, hətta dövlət başçısına açıq müraciətlər var.

Burada ən maraqlı fakt – xarici ölkələrə daşınan sərvətlər vasitəsilə Saleh Məmmədovun oğlu Sübhan da Qərb ölkələrində şirkətlər yaradıb, tanınmış iş adamı olmasıdır. Avstriyada yaşayan Sübhan Məmmədli nə hikmətdirsə, 21 yaşında həm Avstriyada, həm də Böyük Britaniyada şirkət açıb. Londonda fəaliyyət göstərən şirkətinin hissələrini alaraq şəriklik hüququ əldə edib. Mediada yaylan sənədlərə görə, AAYDA rəhbəri S.Məmmədovun oğlu Sübhan Londonun zənginləri sırasında ən gənc milyonçu kimi tanınır. Daha bir iddia onun keşmiş məmurlardan Əli Həsənovun oğlu Şamxal kimi,

SALEH MƏMMƏDOVUN OĞLUNUN XARİCDƏ ERMƏNİLƏRLƏ İŞBİRLİYİ

barədədir. Belə ki, Sübhan Məmmədlinin milyonlarla aktivi olan Britaniyadakı şirkətinin tərəfdaşları sırasında Tiqran Petrosyanın da adı çəkilir.

AzToday.az xəbər verir ki, Birləşmiş Krallığın reyestr sənədlərinə görə, 1997-ci il təvəllüdlü Sübhan Məmmədli 2018-ci ilin dekabrın 13-də Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin hissələrini alıb və şirkətə şəriklik hüququ əldə edib. 18 may 2015-ci ildən fotoqrafiya sahəsində fəaliyyət göstərən şirkət Londonun mərkəzində, Air Street 20 ünvanında yerləşir. Sübhan Məmmədlinin şəriki isə 1981-ci il təvəllüdlü Estoniya vətəndaşı Roman Griqorievdir.

Sənədlərdə Saleh Məmmədovun oğlunun Londonda, Camellia House, Queenstown Road 338 ünvanında daimi qeydiyyatda olduğu göstərilir. Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur. Burda 1 otaqlı apartmanların qiyməti 1,5 miyon funt sterlinqdən, yaxud 2 milyon dollardan başlayır.

Saleh Məmmədovun Türkiyədə də bir neçə kommersiya şirkəti var. O, İstanbuldakı dəyəri 1 400 000 lirə olan villasının eyvanından Formula 1 yarışlarının keçirildiyi şüşətək hamar trekdə şütüyən avtomobilləri asanlıqla izləyə bilər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İH sədri burada 300 kvadrat metrlik üçmərtəbəli (zirzəmisi və yeraltı avtoqarajı ilə birlikdə) villaya sahibdir.

Həmçinin “Pakville İstanbul” yaşayış və əyləncə kompleksində villa tipli 5 otaqlı mənzil alıb. Detallara varmadan S. Məmmədova və oğluna məxsus olan Türkiyədəki şirkətlərrin siyahısını da təqdim edirik:

“Saha İnvestment Dış Ticaret Limited”

“Subhan Dış Ticaret Limited”

“Emineller Metal Sanayi ve Dış Ticaret A.Ş.”

“Subhan Turizm Yatırımları ve Dış Ticaret Limited”

“Azerturk İnvestment Dış Ticaret Limited”

Saleh Məmmədovun oğlunun Avstriyada “AZSN Servis GmbH”, Londonda “Splento Ltd” şirkətləri də mövcuddur.

Onu da qeyd edək ki, Saleh Məmmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəhbəri Rauf Vəliyevlə qudadır. Sübhan Məmmədli R. Vəliyevin qızı ilə ailə həyatı qurub.

Yəni konkret olaraq demək olar ki, uzun illərdir yüksək vəzifələrdə olan S.Məmmədov haqqında korrupsiya iddiaları fonunda digər məmurların nümunələrində olduğu kimi, qarşımızda övladları vasitəsilə ölkəmizin sərvətlərinin xaricə daşınmasının şahidi olduğumuz mənzərə canlanır.

Amma nədənsə, onun korrupsiyada və qohumbazlıqda günahlandırılması barədə illərlə danışılsa da, yazılsa da, Saleh Məmmədov “topdağıtmaz” məmurlardan biri kimi özünü dövlət başçısı qarşısında işgüzar kimi göstərir. Halbuki yol infrastrukturuna ayrılan vəsaitlərin bacısı oğlu, qudası, AAYDA-nın tabeliyindəki idarə rəhbərləri ilə əlbir olaraq dağıdan, əvəzində isə ölkə vətəndaşlarının min bir əziyyət çəkməsinə, həyatını itirməsinə səbəb olan Saleh Məmmədovun fəaliyyəti ciddi araşdırılmalı, dövlətdən oğurladığı pulları geri qaytarmağa məcbur edilməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" - partiya sədri
Bu gün, 08:30
Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 08:26
Zelenski elan etdi: - Müharibə bu tarixdə başa çatacaq!
Bu gün, 07:04
Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? - AKTUAL
Bu gün, 07:03
Borcunu bağlasan da, BORCLUSAN... - AXI NİYƏ?..
Bu gün, 07:01
Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40
Qobustanda başçı belə NARAZILIQ YARADIR - GİLEY
Bu gün, 06:34
Topaz 76 min manatı vermək İSTƏMƏDİ - Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ
Bu gün, 06:24
“Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” - Aydın Kazımzadə seçkidən danışdı
Bu gün, 06:22
Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… - AKTUAL
Bu gün, 06:02
Qonşular niyə daha sürətlə inkişaf edir? - ARAŞDIRMA
Bu gün, 06:00
Ermənistan qazanmaq istəyirsə... - “Ancaq Azərbaycan siyasətinə pənah gətirməlidir”
Bu gün, 05:56
ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Bu gün, 05:55
Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:52
Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki - "Yelo Bank"ın rüblük hesabatı
Bu gün, 05:51
"Düşüncəsi dayaz olanlar xəyanət edər"
Bu gün, 05:46
ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib - KİV
Bu gün, 05:43
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Dünən, 17:41
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Dünən, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Dünən, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Dünən, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Dünən, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Dünən, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Dünən, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Dünən, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Dünən, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Dünən, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Dünən, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Dünən, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Dünən, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Dünən, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Dünən, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Dünən, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Dünən, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Dünən, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Dünən, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Dünən, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Dünən, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Dünən, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Dünən, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Dünən, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Dünən, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:09
Bu gün onun anım günüdür
Dünən, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Dünən, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Dünən, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Dünən, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Dünən, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru