Polkovnikə vəzifə verildi .....                     Resurslarımız, pulumuz yoxdur, amma... .....                     Ali Məhkəməyə yeni hakimlər təyin olundu .....                     “Bilmirəm hansısa səbəbdən bu qurum birləşdirildi” .....                     Vəzifəyə təyin olunan əməkdar artist: .....                     Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər... amma tapa bilsələr... .....                     Karapetyanın 300 min azərbaycanlı dərdi .....                     İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır .....                     Saleh Məmmədovdan qalma KORRUPSİYA RIÇAQLARI LƏĞV OLUNUR... .....                     Ermənistan təhlükənin mənbəyində dolaşır .....                     Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır .....                     “Azfinans” BOKT yenidən zərər edib .....                     ABŞ buna görə narahatdır... .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     "Sizin bir çəkindiyiniz yer varmı?" .....                     Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu .....                     “Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... .....                     Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar .....                     “Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” .....                     Ermənistan Hindistandan yeni silahlar alır: .....                     Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq .....                     Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü .....                     Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? .....                     Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır .....                     Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... .....                     "Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası .....                     Köçəryan Moskvanın planını açdı .....                     Elgiz Əkbər uzun fasilədən sonra... .....                     Şirkət əməkdaşını döyən qardaşlarla bağlı .....                     "Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb .....                     "Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" .....                     Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? .....                     Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır .....                     “Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” .....                     “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı .....                     Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI .....                     Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər .....                     Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI .....                     ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq .....                     Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu .....                 

Ağsu Suvarma Sistemləri İdarəsinin büdcəsinə şərik 70 yaşlı “biznesmen” xanım kimdir? - İLGİNC FAKTLAR
Tarix: 31-01-2022, 12:02 | Çap et
Ağsu Suvarma Sistemləri İdarəsinin büdcəsinə şərik 70 yaşlı “biznesmen” xanım kimdir?
Ötən il, elə bu vaxtlar “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə hələ vəzifə başında olarkən dövrü mətbuat demək olar ki, hər gün keçmiş sədrin sərvəti barədə yeni məlumatlar yayırdı. Nəhayət aprel ayında Əhməd Əhmədzadə tutduğu vəzifədən kənarlaşdırıldı. Amma “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti yerində qalır. Əvvəlki illərdə olduğu kimi, Əhməd Əhmədzadədən sonra da, ölkədə kənd təsərrüfatının, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, meliorasiya və irriqasiya işlərinin keyfiyyətlə aparılması məqsədi ilə dövlət büdcəsindən milyonlarla manat vəsaitlər ayrılır. İndi ki, Əhməd Əhmədzadə yoxdu. Həmin pullar indi hara gedir?

Məlum olduğu kimi Azərbaycan Respublikasının Hesablama Palatası hər il büdcə təşkilatlarında apardığı yoxlamaların nəticələri barədə açıqlamalar verir. Belə açıqlamalarda “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeli qurumların da adı tez-tez keçir. Təkcə 2021-ci ildə Palata tərəfindən Azərbaycan Respublikası Prezidentinin sərəncamlarında qoyulan məqsədlərə və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olmaqla daha çox su istehlakçılarının suya olan tələbatının ödənilməsinə və suya olan əlçatanlığın təmin edilməsinə, eləcə də texniki və hidrogeoloji şəraiti tam öyrənilməklə həyata keçirilməsinə ciddi nəzarət olunması ilə bağlı – Ağdam, Bərdə, Goranboy, Tərtər və Şəmkir rayonlarının icra hakimiyyətlərinə müraciət olunub.

Maraqlıdır Hesablama Palatası bu günə qədər Ağsu Suvarma Sistemləri İdarəsinin fəaliyyətini araşdırıbmı və yaxud araşdırarsa nələr üzə çıxa bilər?

Aktualinfo.org ”Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeli sözügedən idarə tərəfindən keçirilmiş bir sıra tender prosedurları ətrafında kiçik bir araşdırma aparıb. İdarənin istismarında olan ərazi və texnikalar barədə məlumatlar əldə edə bilməsək də, buraya il ərzində ayrılmış dövlət vəsaitləri barədə müəyyən məlumatlar tapa bilmişik.

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda Ağsu Suvarma Sistemləri İdarəsinin 2021-ci ildə müxtəlif malların və xidmətlərin satınalması üzrə keçirilmiş tender prosedurlarının nəticələri açıqlanmış, ümumi olaraq 1 130 520 manat məbləğində müqavilələrin bağlanıldığı görsənir. Burada daha çox vəsait isə “ŞÜKRAN-2002” Məhdud Məsuliyyətli Cəmiyyətinin qalib olduğu tenderlərə ayrılıb. İdarə 2021-ci ildə yalnız əsaslı və cari təmir üçün tikinti materiallarının satın alınmasına 570 787 manat dövlət vəsaiti ayırıb.

Apardığımız araşdırmalar zamanı Ağsu Suvarma Sistemləri İdarəsi ilə “ŞÜKRAN-2002” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvvəlki illərdə də işbirliyi olduğu ortaya çıxdı. Belə ki, İdarə 2020-ci ildə də əsaslı və cari təmir üçün tikinti materiallarının satın alınmasına 428 974 manat vəsait ayırıb.

2019-cu ildə isə yenə də tikinti materiallarının satınalınmasına və maşın və mexanizmlərə ehtiyat hissələri və sürtkü yağlarının satınalmasına “ŞÜKRAN-2002” Məhdud Məsuliyyətli Cəmiyyətinə 402 821 manat dövlət vəsaiti ayrılıb.

Bu isə son 3 il ərzində görülən, yaxud da kağız üzərində aparılan işlər üçün “ŞÜKRAN-2002” Məhdud Məsuliyyətli Cəmiyyətinə 1 402 582 manat dövlət vəsaitinin ödənilməsi deməkdir. Lakin qeyd edək ki, Ağsu Suvarma Sistemləri İdarəsi Tender Komissiyasının daim üstünlük verdiyi “ŞÜKRAN-2002” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞÜKRAN-2002” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsində 12.02.2009-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı AĞSU RAYONU, AĞSU ŞƏHƏRİ, KOROĞLU, ev 24, qanuni təmsilçisinin isə Rəhimova Narıngül Əli qızı olduğu göstərilir.

Göründüyü kimi, Ağsu Suvarma Sistemləri İdarəsinin Tender Komissiyası keçirdiyi tenderlərin çoxunu ancaq maddi texniki bazası, kadr potensialı məlum olmayan bir nəfər qadının adına yaradımış MMC ilə həyata keçirib. Bunları dövlət satınalmalarının vahid internet portalının bazasına yerləşdirilmiş məlumatlar da təsdiqləyir. Kimdir Ağsu Suvarma Sistemləri İdarəsinin bütün işlərini həyata keçirən Narıngül Rəhimova? Həm tikinti materialları alır, həm maşın və mexanizmlərə ehtiyat hissələri alır, həm də təmir işləri görür?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında hüquqi ünvanı AĞSU RAYONU, AĞSU ŞƏHƏRİ, KOROĞLU, ev 24 qeyd edilmiş MMC-nin qanuni təmsilçisi Rəhimova Narıngül Əli qızı MSK-nın seçicilərin siyahısında AĞSU ŞƏHƏRİ, M.Ə.SABİR KÜÇƏSİ, ev 6 ünvanında daimi qeydiyyatda olduğu göstərilir. Təvəllüdü isə 1952-ci ildir.

Olmaya 70 yaşlı bu xanım Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədovun qohumudur? Dövrü mətbuatın yazdığına görə Səfər Məmmədova məxsus olduğu bildirilən “Girdman” MMC-də tenderlərdə tez-tez qalib olurmuş. Son illər isə İdarənin keçirdiyi tenderlərin qalibi göründüyü kimi Narıngül Rəhimovanın qanuni təmsilçisi olduğu “ŞÜKRAN-2002” MMC olur. Bu isə birbaşa şərik deməkdir. Yəni, Ağsu Suvarma Sistemləri İdarəsinin büdcəsinə şərik. Yaxud da, idarənin rəisi Səfər Məmmədovun gəlirlərlərinə şərik. Kim necə istəyir, elə də başa düşə bilər. Amma faktiki olaraq bu 70 yaşlı xanımın qanuni təmsilçisi olduğu MMC-nin hesabına 3 il ərzində milyon yarım manat civarında dövlət vəsaiti köçürülüb. Buradan nə qədər “otkat” qaytarılıb, nə qədəri işə sərf olunub bəlli deyil.

Burada qanun nə deyir? Tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına səbəb olur. Bağlanmış müqavilələrdən də göründüyü kimi Ağsu Suvarma Sistemləri İdarəsi bir nəfərə məxsus, MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən yolverilməzdir.

Xüsusilə qeyd etmək istərdik ki, keçirilən bir neçə tenderdən başqa əvvəlki illərdə də Meliorasiya və Su Təsərrüfatı ASC Ağsu Suvarma Sistemləri İdarəsinin Tender Komissiyası tərəfindən keçirilmiş kotirovka sorğularının nətcələri barədə dövlət satınalmalarının vahid internet portalının bazasında heç bir məlumat yerləşdirməyib. Bu da yuxarıda qeyd etdiyimiz kimi “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 10-cu maddəsinin tələblərinin pozulması deməkdir.

Qanun da bunları deyir. Görəsən “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin artıq yeni olmayan, yeni sədri Zaur Mikayılov bu barədə nə fikirləşir. Hazırda əyləşdiyi kabinetə o da biznesdən gəlib axı. Görəsən Ağsu Suvarma Sistemləri İdarəsinin büdcəsinə şərik 70 yaşlı “biznesmen” xanımı tanıyırmı? Belə “biznesmen” xanımların “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeli qurumlarla işbirliyi çoxdur axı.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Polkovnikə vəzifə verildi - ƏMR
Bu gün, 13:18
Resurslarımız, pulumuz yoxdur, amma... - Özgür Özəl
Bu gün, 13:13
Ali Məhkəməyə yeni hakimlər təyin olundu - ADLAR
Bu gün, 13:10
“Bilmirəm hansısa səbəbdən bu qurum birləşdirildi” - deputat
Bu gün, 13:09
Vəzifəyə təyin olunan əməkdar artist: - “5 illik saz təhsilim var, muğama gənclərin axını çoxdur”
Bu gün, 12:45
Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər... amma tapa bilsələr... - REPLİKA
Bu gün, 12:39
Karapetyanın 300 min azərbaycanlı dərdi - KİV
Bu gün, 12:35
İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır - POLİTOLOQ
Bu gün, 12:32
Saleh Məmmədovdan qalma KORRUPSİYA RIÇAQLARI LƏĞV OLUNUR... - SİYAHI
Bu gün, 12:27
Ermənistan təhlükənin mənbəyində dolaşır - Şoyqu
Bu gün, 12:23
Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır – Rəsmi
Bu gün, 12:22
“Azfinans” BOKT yenidən zərər edib
Bu gün, 12:19
ABŞ buna görə narahatdır... - İNCƏLƏMƏ
Bu gün, 12:11
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:08
"Sizin bir çəkindiyiniz yer varmı?" - ETİRAZ VAR!
Bu gün, 12:04
Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu - Saffari yazır...
Bu gün, 11:33
“Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... - Rövşən Babayev estetik görünüşümü pozdu…
Bu gün, 11:29
Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar yenidən məhkəmə qarşısında
Bu gün, 11:18
“Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” - Simonyan
Bu gün, 11:17
Ermənistan Hindistandan yeni silahlar alır: - Siyahıda nələr var?
Bu gün, 11:14
Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq - “Past” qəzeti
Bu gün, 11:10
Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü - “Dərin sosioloji tədqiqat”, “400 min erməni” mifi və...
Bu gün, 11:05
Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? – Rəsmi
Bu gün, 11:01
Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır - ZƏRƏR YÜKSƏLİB
Bu gün, 11:00
Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:55
"Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası RƏDD EDİLDİ
Bu gün, 10:42
Köçəryan Moskvanın planını açdı - “Ermənistanda inqilab edəcəyik...”
Bu gün, 10:40
Elgiz Əkbər uzun fasilədən sonra... - VİDEO
Bu gün, 10:36
Şirkət əməkdaşını döyən qardaşlarla bağlı məhkəmə qərarı açıqlandı
Bu gün, 10:25
"Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb
Bu gün, 10:22
"Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" - ETİRAZ VAR...
Bu gün, 10:19
Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? - İNCƏLƏMƏ
Bu gün, 10:09
Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır - BU GÜN...
Bu gün, 10:03
“Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” - Zeynəb Xanlarova tamaşadan öncə xanəndəyə nə deyib?
Bu gün, 09:58
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:56
Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 09:45
Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər - Görünəni odur ki...
Bu gün, 09:34
Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI – Bakıdan CAVAB
Bu gün, 09:26
ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq - BƏYANAT
Bu gün, 09:24
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu - MƏQALƏ
Bu gün, 09:14
Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... - BU DA FAKT!
Bu gün, 09:09
NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... - NARAZILIQ VAR...
Bu gün, 08:57
Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ - KİV
Bu gün, 08:45
Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır
Bu gün, 08:44
Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi - MƏQALƏ
Bu gün, 08:39
Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:37
Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? - NƏ BAŞ VERİR?
Bu gün, 08:34
Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 08:32
"Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" - partiya sədri
Bu gün, 08:30
Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 08:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru