30 milyonluq tenderi udan şirkətin sahibi nazirin qohumudur? - İLGİNC FAKT
Tarix: 19-02-2020, 08:25 | Çap et
 2018-ci ildən bəri dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlər artan tepmlə davam edib. Belə ki, təkcə 2019-cu ildə nazirliyə dövlət büdcəsindən 147 milyon 864 min, 2020-ci ildə isə 216 milyon 963 min manat vəsait ayrılıb. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi 2013-2018-ci illərdə maldarlığın inkişafı üçün dəyəri yüz milyonlarla ölçülən layihələr həyata keçirib. Nazirliyin dəyəri milyonlarla ölçülən layihələri hazırda da davam etdirilir.
Bəs bu layihə və tenderləri hansı şirkət həyata keçirib?
Arqument.Az-ın əldə etdiyi məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ilin avqust ayınının 9-dan 2-19-cu ilin dekabr ayınının 19-na kimi 6 lot üzrə sifarişçi olduğu tenderin ümumi məbləği 30.241.087 (otuz milyon iki yüz qırx bir min səksən yeddi manat təşkil edib:
1. Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakultəsinin Emalatxana binasının əsaslı təmiri - 698.350 2. Azərbaycan Dövlət Aqrar Universitetinin Əczaçılıq və morfologiya kafedrasının binasının əsaslı təmiri - 1.015.765 3. Aqrar yönümlü Peşə təhsili məktəbinin tikintisi - 5.771.621 4. Qobustan rayonunda iri və xırda buynuzlu heyvanlardan ibarət heyvandarlıq kompleksinin tikintisi - 9.744.578 5. Göygöl rayonunda İri və xırda buynuzlu heyvanların seleksiya damazlıq işlərinin aparılması üçün heyvandarlıq kompleksinin tikintisi - 12.750.533 6. Aqrar Universitetinin Əczaçılıq və morfologiya kafedrasının binasının xarici mühəndis kommunikasiya təchizatı - 260.240.

Dörd ay ərzində davam keçirilən bu tenderlərinin hamısının qalibi isə "FASAD-F" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tenderlərdə qalib olan şirkətin sahibi İnam Kərimovun qohumudur?

"Fasad-F" Məhdud Məsuliyyətli Cəmiyyəti 7 oktyabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Cəfərov Fəxri Aydın oğludur. "Fasad-F” MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev 3 mk, ev 16, mənzil 57-dir. Məlumata görə, "Fasad-F” MMC-nin qanuni təmsilçisi Cəfərov Fəxri Aydın oğlu əslən Tərtər rayonunun Köçərli kəndindəndir. Eyni zamanda onun Kənd Təsərrüfatı naziri İnam Kərimovun həmyerlisi və qohumu olduğu deyilir.
Yarandığı müddətdən indiyədək ölkə miqyasında heç bir ciddi tikinti işi ilə məşğul olmayan tikinti şirkətinin – "Fasad-F” MMC-nin birdən-birə Kənd Təsərrüfatı Nazirliyinin 30 milyonluq tenderini udması da şirkət rəhbərinin nazirin qohumu olması barədə deyilənlərin həqiqət olduğuna dair ehtimalları gücləndirmiş olur.

Bununla belə araşdırmalarımız zamanı "FASAD-F” MMC barəsində daha maraqlı faktlar əldə edə bildik. Belə ki, 2016-cı ildə təsis edilən "Fasad-F” MMC hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev 3 mk, ev 16, mənzil 57 ünvanı göstərilsə də, şirkətin faktiki ünvanı Binəqədi şossesi 12 ünvanında fəaliyyət göstərən "Akabe-İnşaat” şirkətinin ofisi kimi qeyd olunur.
"Fasad-F MMC" saytlardan iş elanını niyə sildi? "FASAD-F” MMC 2016-cı ilin oktyabr ayında təsis olunsa da, 2018-ci ildə şirkətdə reyestr dəyişikliyi baş verəndən-rəhbərliyin dəyişikliyindən sonra şirkət aktivləşməyə başlayıb.

Belə ki, bir çox sosial şəbəkələrdə, elan saytlarında "FASAD-F" MMC-yə savadlı mühasiblərin lazım olduğu barədə xəbərlər dərc olunub.
Maraqlıdır ki, bu elanda "Fasad-F" MMC-də işləmək istəyən şəxslərə "AKABE-İnsaat"-ın ofisinə müraciət etmələri bildirilib. Ancaq sonradan bu elanların əksəriyyəti sosial şəbəkələrdən silinib.
 Vüqar Cəfərov
Məlumata görə "Fasad-F” MMC-nin qanuni təmsilçisi Fəxri Cəfərov "Akabe-İnşaat”ın direktoru Vüqar Cəfərovun əmisi oğludur. Vüqar Cəfərovun Kənd Təsərrüfatı Nazirliyinin tenderləri üzrə inşa etdikləri tikintilərə şəxsən rəhbərlik etdiyi deyilir.

Yerli mediada yayılan məlumatlarda isə "Akabe İnşaat"-ın ölkənin ən məşhur generallarından birinə məxsus olduğu yazılır.
Mövzu ilə bağlı Arqument.az yanvarın 16-da Kənd Təsərrüfatı Nazirliyinə rəsmi sorğu göndərsə də, nazirlik sorğunu cavablandırmayıb, yazıda qeyd olunan fakt və iddialara cavab verməyib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18 |
|
|
|
| • Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14 |
|
|
|
| • Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12 |
|
|
|
| • Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21 |
|
|
|
| • ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18 |
|
|
|
| • Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16 |
|
|
|
| • Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12 |
|
|
|
| • Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06 |
|
|
|
| • Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56 |
|
|
|
| • "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53 |
|
|
|
| • BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48 |
|
|
|
| • "Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39 |
|
|
|
| • İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28 |
|
|
|
| • Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18 |
|
|
|
| • TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00 |
|
|
|
| • 13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44 |
|
|
|
| • Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52 |
|
|
|
| • Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45 |
|
|
|
| • Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40 |
|
|
|
| • Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38 |
|
|
|
| • Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29 |
|
|
|
| • İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27 |
|
|
|
| • İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22 |
|
|
|
| • İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17 |
|
|
|
| • Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07 |
|
|
|
| • Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04 |
|
|
|
| • Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02 |
|
|
|
| • NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55 |
|
|
|
| • Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49 |
|
|
|
| • Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46 |
|
|
|
| • Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44 |
|
|
|
| • “907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17 |
|
|
|
| • ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14 |
|
|
|
| • Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11 |
|
|
|
| • SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07 |
|
|
|
| • Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20 |
|
|
|
| • BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02 |
|
|
|
| • İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57 |
|
|
|
| • AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55 |
|
|
|
| • "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55 |
|
|
|
| • "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44 |
|
|
|
| • ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36 |
|
|
|
| • Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30 |
|
|
|
| • Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24 |
|
|
|
| • İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17 |
|
|
|
| • "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04 |
|
|
|
| • Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58 |
|
|
|
| • Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56 |
|
|
|
|