Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var .....                     Rusiya Xersona hücumlara ara vermir .....                     Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU .....                     Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir .....                     ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib .....                     Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                     Özü az imiş kimi... bacanağı da qoçuluq edir .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                     Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb .....                     Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... .....                     Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub .....                     İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur .....                     İrəvanı hansı senarilər gözləyir? .....                     İnsanlara zəhərli və iylənmiş balıq satılır! .....                     Kartı bloklanan vətəndaş nə etməlidir? .....                     Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə .....                     Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar .....                     NDU rektoru heyrətləndirir... .....                     Tramp Avropanın Ukrayna üçün silahlara görə .....                     Siz niyə evdə oturmusunuz? .....                     Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                 

Bura səhiyyə ocağıdır, yoxsa?.. - İTTİHAM
Tarix: 15-02-2020, 10:16 | Çap et
Bura səhiyyə ocağıdır, yoxsa?..
Bu gün ölkə ictimaiyyətini ən çox narahat edən və düşündürən məsələlərdən biri də, akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yaşanan biabırçı problemlərin varlığıdır. Çünki, adı çəkilən bu səhiyyə müəssisəsində yaşananlar, məhz bura üz tutan hər kəsə həm fiziki, həm də mənəvi təsir göstərir. El arasında “Respublikanski xəstəxana” adı ilə daha çox tanınan bu səhiyyə müəssisəsi, hal-hazırda ölkəmizin ən böyük müalicə müəssisələrindən biri hesab olunur. Buna baxmayaraq, Telman İbadovun baş həkim olduğu bu xəstəxanada elə bir idarəçilik həyata keçirilir ki, baş verənləri kənardan görüb-eşidən hər kəs, sanki “ahvay” çəkməli olur. Yəni uzun illərdir ki, bu şəxsin rəhbərliyi altında fəaliyyət göstərən Klinik Xəstəxanada “bazar qanunları” hökm sürməkdədir. Adicə bir faktı qeyd edək ki, xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət növü baş alıb gedir. Məsələn, liftlə minmək üçün 40 qəpik, ayaqyoluna getmək üçün isə 20 qəpik ödəməli olursan. Xəstəni qəbul şöbəsinə çatdırdınsa, demək “əlin cibində” olmalıdır. Əgər “əlin cibində” olmadısa, o halda “bəxtin gətirməyəcək”. Çünki, baş həkim Telman İbadovun və baş həkimin müavini Mahir Babayevin birbaşa diktəsi ilə oturub-duran qəbul şöbəsinin əməkdaşları, xəstəni qəbul etmək üçün xeyli “fırlatmalı olacaqlar”. Əgər uzun çəkçevirdən sonra xəstə xəstəxanaya qəbul olundusa, o halda həmin xəstə lazımi şəraiti olmayan, xəstələrin daha çox sıxlıq təşkil etdiyi palataya yerləşdiriləcək. Elə ki, şöbənin müdirinə az-çox “görüm-baxım” edirsən, o halda bəslənilən münasibət 180 dərəcə bucaq altında dəyişəcək. “Tappıltı-guppultu” isə, xəstə palataya yerləşdirildikdən sonra başlayır. Yəni dövlət səhiyyə müəsssəsi olmasına baxmayaraq, bu gün M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası “kolxoz bazarı”na oxşayır və burada əməlli-başlıca “bazar qanunlar” hökm sürür. Belə ki, şöbə müdirindən tutmuş həkimə, tibb bacısına, hətta təmizlik işləri ilə məşğul olan xadiməyə də “hörmət etməlisən” ki, xəstənin sifətinə “gün doğa bilsin”. Xəstələrə verilməli olan dərman preparatlarının “qeybə çəkilməsi”, büdcədən ayrılan vəsaitlər hesabına alınan ərzaqla təminatın sıfır həddində olması və s. onu sübut edir ki, baş həkim Telman İbadovun idarəçiliyi dözülməz həddə çatıb.
Respublika Klinik Xəstəxanasında “bazar qanunları” hökm sürür
Məsələnin düşündürücü tərəfi odur ki, səhhətində müəyyən problemi olan və yaxın-uzaq məsafədən bu xəstəxanaya üz tutan xəstə həkimə “şifahi ödəniş” etməlidir ki, problemi haqda şifahi məlumat da əldə edə bilsin. Sözsüz ki, bütün bu kimi “oyun qaydaları”nın başında Telman İbadov və müəyyən səlahiyyətlərə sahib olan Mahir Babayev dururlar. Bir faktı da qeyd edək ki, çox zaman baş həkim iş başında tapılmır, ona görə də idarəçiliyi Mahir Babayev həyata keçirməli olur. Bütün bunlardan əlavə, xəstəxananın giriş-çıxış qapısında da rüşvətsiz keçinmək olmur. Yəni, xəstəxananın həyətinə daxil olan avtomobillərin hər birindən 1-2 manat məbləğində “xərac alınır”.
Respublika Klinik Xəstəxanasında yaşanan ən biabırçı olaylar, daha çox reanimasiya şöbəsində baş alıb gedir. Yəni, qanunla kənar şəxslərin bu şöbəyə daxil olmaları qadağan olunsa da, axşam saatlarında adı çəkilən bu şöbə sanki “kolxoz bazarı”na oxşayır. Belə ki, kimin pulu varsa və ürəyi nə vaxt istəsə reanimasiya şöbəsindəki xəstəsinə baş çəkə bilər. Belə bir addıma görə icazə verilməsinin bazar qiyməti 5-10 manat müəyyən olunub. Elə ki, bu şöbədə yatan xəstənin həkiminə rüşvət vermədin, o halda xəstə baxımsız qalacaq, hətta xəstənin dünyasını dəyişməsi halı da baş verə bilər. Ən pis, ən faciəli halın varlığı isə, reanimasiya şöbəsində dünyasını dəyişmiş xəstənin yaxınlarından rüşvət tələb olunması olur. Yəni, bu şöbədə elə bir ab-hava formalaşıb ki, meyiti reanimasiya şöbəsindən buraxmaq üçün də, şöbə əməkdaşları “haqq-hesab” tələb edirlər. Meyitin ünvana çatdırılması üçün təcili tibbi yardım əməkdaşlarının tələb etdikləri “haqq-hesab”ın göstəricisi isə, nə yerə, nə də göyə sığır. Bir sözlə, Respublika Klinik Xəstəxanasının ödənişli səhiyyə müəssisələrindən heç bir fərqi yoxdur. Sadəcə olaraq, adında bir fərq var ki, o da bu xəstəxananın dövlət xəstəxanası olmasıdır.
Respublika Klinik Xəstəxanasında “bazar qanunları” hökm sürür
Toxunacağımız başqa faktların varlığını da qeyd edək ki, bu xəstəxananın ultrasəs müayinəsi aparıldığı kabinetində konkret qiymətlər müəyyən olunub. Məsələn, zobdan müayinə olunmaq üçün 15-20 manat, qadınlarda daxili orqanların kompleks müayinəsi 100 manat, qanın ümumi analizi 10 manat, qanda qlükozanın müəyyən olunması 5 manat, sidiyin ümumi analizi 8 manat, böyrək analizləri 35 manat, QİÇS analizi 10 manat, adi həkim müayinəsi 20-25 manat, ginekoloji yoxlanma 50 manat, döş qəfəsinin rentgen olunması üçün 15-25 manat, daxili orqanların ümumi müayinəsi üçün isə, təqribən 160 manat ödəmək lazım gəlir.
Respublika Klinik Xəstəxanasının nəzdində fəaliyyət göstərən doğum şöbəsi də, bu gün ən böyük soyğunçuluq ünvanlarından biri hesab olunur. Bu şöbədə haqq-ədalət anlayışından heç bir halda əsər-əlamət yoxdur. Hər kəsə güntəki aydındır ki, bu şöbədə müdir vəzifəsini daşıyan Zəhra Abbasova, baş həkim Telman İbadovdan və müavin Mahir Babayevdən aldığı təlimatlar əsasında fəaliyyətini davam etdirir ki, bu da çoxsaylı xəstələrin “qanı bahasına” başa gəlir. Adicə bir faktı qeyd edək ki, şöbənin gözləmə otağında yeni körpənin dünyaya gəlişini gözləyənlərin əhval-ruhiyyəsində sevinc hissindən daha çox, sanki daha çox narahatlıq hiss olunmaqdadır. Tam əksəriyyət şöbə müdirini Zara xanım deyə tanıyır və adı çəkilən bu xanımın müəyyən etdiyi qiymət cədvəli isə, birbaşa hər kəsin narahatçılığına səbəb olan halın varlığı olur. Məsələn, bu doğum şöbəsində qeysəriyyə əməliyyatı olunan xəstələrin yaxınları Zara həkimin müəyyən etdiyi “büdcə”yə təqribən 800-1200 manat məbləğində pul ödəməlidir ki, arzusunu “çin edə bilsin”. Qeysəriyyə əməliyyatından, yaxud da təbii doğuşdan sonra nisbətən rahatlığı təmin olunan palatada qalmaq üçün xəstənin yaxınları əlavə 50-100 manat məbləğində pul ödəməyə də məcbur edilirlər. Xəstənin sahibləri xəstə qeysəriyyə əməliyyatı olunmazdan öncə də, xeyli məbləğdə xərcə düşməli olurlar. Yəni, xəstə əməliyyat olunmazdan əvvəl onun yaxınlarına dərmanların, preparatların, sarğı materiallarının və s. alınması üçün bir siyahı verilir. Verilmiş siyahıda yoddan tutmuş rezin əlcəklərə qədər hər şeyin alınması nəzərdə tutulur. Halbuki bütün bunlar xəstələrə pulsuz verilməli olsa da, bunların heç biri verilmir. Əldə etdiyimiz məlumatlara görə, bu şöbədə bir ananın gündəlik xərci təqribən 20-25 manat civarında olur. Belə ki, şöbədəki uşaq həkiminə, gündəlik uşağa baxan növbətçi tibb bacılarına mütləq “haqq-hesab” çatmalıdır. Əgər belə bir addım atılmazsa, o halda uşağa yaxşı qulluq göstərməyəcəklər. Bundan əlavə, xəstələrin qaldıqları otaqları təmizləyən, yaxınlarının evdən gətirdikləri yemək çantasını xəstələrə çatdıranlara da, mütləq hörmət olunmalıdır. Belə bir işə görə müəyyən olunmuş məbləğin 3-5 manat arasında olduğu bldirilir. Söylənilənlərə görə, verilən xırda “haqq-hesab”ların Zara xanıma aidiyyatı olmasa da, əslində o, bütün işçilərindən gündəlik haqq alır. Onu da qeyd edək ki, çox zaman Zara xanım müştərilərə “VİP xidmət” də təklif edir. Belə ki, adi palatadan fərqli olaraq əgər otaqda soyuducu və televizor varsa, ayaqyolu cəmi iki palata üçün nəzərdə tutulubsa, o halda həmin otaq “lüks otaq” hesab olunur və qiyməti də fərqli olur. Xəstəxananın cərrah həkimi olan Çinarə xanımın atdığı addımlar da nə yerə, nə də göyə sığası məsələdir. Çünki, adı çəkilən bu xanıma “haqq-hesab” verilmədisə, o halda o, düşünüb-daşındığı addımını atır. Atdığı addımlar günah iş olsa da, o, Allahdan belə qorxmur.
Ümumiyyətlə, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş verən, həddi-hüdudu bilinməyən çoxsaylı qanunsuzluqların varlığı onu sübut edir ki, bir növ “cəngəllik qanunları” ilə idarə olunan bu səhiyyə müəssisəsindən geninə-boluna yazmaq olar. Fakt budur ki, Klinik Xəstəxanada cərəyan edən hadisələrin hər birindən tam əksəriyyətin məlumatı var. O halda sual oluna bilər ki, görəsən bu cür biabırçılıqların, hər cür rüsvayçılıq hallarının qarşısını almaq üçün, daha nə qədər gözləməliyik ki, belə bir bəlalardan xilas ola bilək? Xəstəxananın 73 yaşlı baş həkim Telman İbadovla bərabər, müavin vəzifəsini daşıyan Mahir Babayev də, bu gün olduqca axrayınçılıq nümayiş etdirməkdədirlər. Onlar problemləri həll etmək əvəzinə, problemlərin üstünə yeni-yeni problemlər əmələ gətirməklə məşğul olurlar. Xəstəxananın həyətində fəaliyyət göstərən yeməkxanada baş verən minbir hoqqalar da, unudulması mümkün olmayan məsələlərdəndir.
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxananın “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması, faktiki qiymətlərin “kəllə-çarxa” qalması ilə nəticələnib. Bir sözlə, bu səhiyyə müəssisəsi hal-hazırda ifrat dərəcədə xoşagəlməz olayların girdabında boğulmaqdadır. Bu kimi halların varlığına baxmayaraq, hələ də bu səhiyyə müəssisəsindəki saysız-hesabsız problemlərin, xoşagəlməz olayların varlığı, xəstəxananı inhisarında saxlayan rəhbərliyin və digər vəzifə sahiblərinin maraqlarına cavab verməkdədir. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Araşdırmamız davam edəcək.
http://aktualxeber.az/










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru