Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi .....                     Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi .....                     Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? .....                     Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı .....                     Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır .....                     Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? .....                     Şəkidə kəndi su basdı .....                     “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...” .....                     “Pilgrim Education” şirkətindən şikayətlər artır .....                     Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır .....                     Moskva Köçəryan və Karapetyanı qurban verəcək .....                     Ordumuz xalqımızın qürurudur .....                     Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb .....                     Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb .....                     Erməni evlərində Azərbaycan qazı... .....                     Zəngəzur və konstitusiya naminə “boşanma” .....                     Paşinyandan Putinə doğru “U” dönüşü .....                     “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib .....                     İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... .....                     Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var .....                     Rusiya Xersona hücumlara ara vermir .....                     Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU .....                     Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir .....                     ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib .....                     Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                     Özü az imiş kimi... bacanağı da qoçuluq edir .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                 

Prezident Administrasiyası ilk dəfədir bu cür siyasi “zəlzələ”yə məruz qalırdı... - TƏHLİL
Tarix: 2-12-2019, 09:05 | Çap et
Prezident Administrasiyası ilk dəfədir bu cür siyasi “zəlzələ”yə məruz qalırdı...
Azərbaycan prezidenti İlham Əliyev Prezident Administrasiyasında (PA) hələ 2 il əvvəl başlatdığı struktur islahatlarını həftəsonu tamamladı. Yada salaq ki, hələ 2017-ci ilin oktyabrında dövlət başçısı Administrasiyada struktur dəyişikliyinə start vermişdi. Əgər həmin günlər bu prosesin sonunda PA-dan kimlərin gedəcəyini, onların əvəzinə isə kimlərin gələ biləcəyini təxmin etmək olsaydı, indi həmin adamların öncəgörən olduğuna kiminsə şübhəsi qalmazdı. Amma o da qeyd edilməlidir ki, kadr dəyişikliyinin miqyası o qədər əhatəlidir ki, belə bir mənzərəyə heç indi də inanmaq olmur...

1995-ci ildə yaradılan PA ilk dəfədir bu cür siyasi “zəlzələ”yə məruz qalırdı və bəziləri hətta düşünürdü ki, oranın “sütunları” heç vaxt dəyişməyəcək. Prezident həm də illərə söykənən bu mifi dağıtdı, iqtidarda onun qələmindən güclü heç bir qüvvənin olmadığını göstərdi.

Rusiya siyasətini izləyənlər təsdiq edə bilər ki, 2016-cı ilin yayında prezident Vladimir Putin öz Administrasiyasında ciddi dəyişikliyə qərar vermiş, gözlənilmədən ən yaxın adamlarından biri Sergey İvanovu Təhlükəsizlik Şurasında üzv saxlamaqla işdən azad etmiş, ondan boşalan vəzifəni isə 44 yaşlı Anton Vaynoya həvalə etmişdi. Putin hakimiyyətdaxili qüvvələrin balansını saxlamaq üçün nədənsə, daha ciddi struktur və kadr dəyişikliyinə getməmişdi. O vaxt mətbuat Rusiya prezidentinin hakimiyyətdaxili qüvvələri hərəkətə gətirməmək üçün buna risk etmədiyini iddia etmişdi. Əlbəttə ki, Rusiyada komandadaxili vəziyyət bizim mövzumuz deyil, amma ölkəmizdəki ciddi dəyişikliklər fonunda xatırlatma yəqin ki, yerindədir.

Prezident Administrasiyası hakimiyyətin can evi, “Ağ Ev”idir və oradakı ciddi kadr dəyişikliyi bütünlüklə ölkə siyasətinin dəyişməsi anlamına gəlir. Ölkənin sadə insanları, əyalətdə başı təsərrüfat işlərinə qarışmış adamlar gedən və gələn kadrların adlarını bəlkə də adbaad bilmir, bu yenilərin ölkəyə hansı xeyir gətirə biləcəyinin detallar ilə maraqlanmağa bəlkə vaxtları da yoxdur. Onlar bu ciddi dəyişikliyin əsas memarı - prezident İlham Əliyevə güvənir və əmindirlər ki, o, doğru olanı edir və bundan sonra da edəcək.

Ölkə siyasətindəki fəal kəsim isə bu kadr dəyişikliyinin miqyasından yaxşı mənada təəccüb içərisindədir və prezidentin yaxın aylarda daha nələr edəcəyini ciddi şəkildə təhlil etməklə məşğuldurlar. İndi cəmiyyətin fəal kəsimi daha çox bir sual ətrafında fokuslanır: bəs bundan sonra nə olacaq? Növbədə, məhkəmə-hüquq islahatları, bu strukturdakı mənfi halların aradan qaldırılmasıdırmı? Çünki bu sahədə də prezidentin xüsusi planı olduğu nəzərə çarpmaqdadır və bununla bağlı bəzi islahatlar bir müddətdir ki, başlayıb da...

Ümumiyyətlə isə ölkənin siyasi-ictimai nəbzi son aylar o qədər sürətli və dəyişik məkanlarda döyünməyə başlayıb ki, detallı təhlil etmək elə də sadə deyil. Məsələn, dəyişiklik qərarının kökündə yaş həddinin olmadığını prezident özü də qeyd edib. Dövlət başçısı yaşlı məmurlara münasibətdə həssas gedişinin kimlərəsə qarşı istifadə edilməsindən narazı olduğunu bəyan etdi və o ziyanlı təbliğat dayandı. Çünki doğrudan da, son olaraq Administrasiyadakı vəzifəsini itirənlər yaş senzinə düşmürdülər. Yəni bu aydın siqnaldır ki, prezidentin əsas məqsədi heç də “yaşlılar getsin, cavan kadrlar gəlsin” deyil.

Şübhəsiz ki, dövlət başçısının düşündüyü yeni idarəetmə modelini “pensiya islahatı” kimi dar çərçivəyə salmaq, bu boyda ciddi işə adekvat qiymətləndirmə deyildi. Prezidentin son addımları da göstərdi ki, baş verən sürəci hakimiyyətin “perezaqruska”sı kimi qiymətləndirmək naşılıqdır. Bu, tamamilə dəqiq hədəfləri olan ciddi yenilənmə, modelləşmə, yeni kursa yönləndirmədir. İlham Əliyev hakimiyyətinin yükünü bir yaşlı məmurun çiyindən daha cavanına dövr etmir və bu, yalnız kreslo sahibinin dəyişməsi deyil. Belə olsaydı, indiyədək hörmətli akademik, sabiq PA rəhbərinə, eləcə də digərlərinə elə o strukturun içərisində əvəzedici tapılardı.

Amma PA rəhbəri də daxil, dəyişdiyi kadrların hamısının yerinə yenilər kənardan gətirildi, hamısının üzərinə də konkret və ağır məsuliyyət qoyuldu. İndən sonra vəzifə də, kreslo da, səlahiyyət də ənənəvi üstünlüyə malik deyil. Müşahidələr onu deməyə əsas verir ki, indi vəzifədə irəli çəkilənlərə oturduqları kreslo əvvəlki kimi üstünlüklər, necə deyərlər, rahat həyat vəd etmir. Onların hər birinin üzərinə ağır məsuliyyət qoyulub. Bu adamlara şans verilib, böyük etimad göstərilib. Vicdanla, həm də prezidentin qurmaq istədiyi sistemə uyğun işləməlidirlər.

Konkret olaraq, son təyinatlara gəlincə, prezident köməkçiləri ilə artıq daha bir -Təhlükəsizlik Şurası (və ya İslahatlar Şurası) qurmuş kimi görünür. Bu köməkçilər hərbi məsələdən tutmuş (Məhərrəm Əliyev güc strukturu rəhbəri olmadan general-polkovnik rütbəsi almış ilk şəxsdir), ölkəyə investisiyaların cəlbinə (Neft Fondunda investisiya işini yaxşı bacarmış Şahmar Mövsümova bu görəv verilib) qədər ağır və məsuliyyətli iş üçün Administrasiyaya təyinat alıblar. Bu təyinatları indi təkcə müxalifət və ya digər tənqidçi mövqedə olanlar deyil, bu vəzifələri itirənlər də diqqətlə təqib edəcəklər.

Qarşıdan isə xeyli diqqət cəlb etmiş, bəzi müstəqil mövqeli şəxslərin demokratik keçəcəyinə inandığı üçün qatıldığı bələdiyyə seçkiləri gəlir. Bu həftə böyük ehtimalla, növbədənkənar parlament seçkilərinin vaxtı da bilinəcək. Beləliklə də, ölkə daha bir ciddi siyasi prosesə daxil olacaq.

Prezident İlham Əliyev hətta son vaxtlar sərt tənqid etdiyi müxalif qüvvələri də bu dəyişiklik prosesindən kənarda qoymadı. Yəqin ki, siyasi arenada qalmaq üçün onlara da son şans verdi...
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Bu gün, 13:07
Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Bu gün, 13:05
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Bu gün, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Bu gün, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Bu gün, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:01
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Bu gün, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Bu gün, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Bu gün, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Bu gün, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Bu gün, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Bu gün, 09:59
Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Bu gün, 09:54
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Bu gün, 09:53
Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Bu gün, 09:42
Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Bu gün, 09:39
Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Bu gün, 09:37
Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Bu gün, 09:32
“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Bu gün, 09:24
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru