Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? .....                     Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı .....                     Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır .....                     Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? .....                     Şəkidə kəndi su basdı .....                     “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...” .....                     “Pilgrim Education” şirkətindən şikayətlər artır .....                     Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır .....                     Moskva Köçəryan və Karapetyanı qurban verəcək .....                     Ordumuz xalqımızın qürurudur .....                     Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb .....                     Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb .....                     Erməni evlərində Azərbaycan qazı... .....                     Zəngəzur və konstitusiya naminə “boşanma” .....                     Paşinyandan Putinə doğru “U” dönüşü .....                     “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib .....                     İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... .....                     Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var .....                     Rusiya Xersona hücumlara ara vermir .....                     Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU .....                     Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir .....                     ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib .....                     Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                     Özü az imiş kimi... bacanağı da qoçuluq edir .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                     Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb .....                     Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... .....                 

'Şirkət bağlanıb, sahibi axtarışda... Bəs pullar?' - ŞİKAYƏT VAR
Tarix: 19-10-2016, 08:46 | Çap et
'Şirkət bağlanıb, sahibi axtarışda... Bəs pullar?'
“Öz ölkəmdə qəpik-qəpik toplayıb ev almışam. 5 ildir ki, dələduzların meydançasında futbol topuna dönmüşəm. Hərə bir qapıya ötürür. Üstəlik də, bu, tək mənim başıma gəlmir. Minlərlə vətəndaş MTK-ların qurbanına çevrilib. Gəl ki, bu proses yenə də davam etməkdədir. Bir Azərbaycan vətəndaşı olaraq hüquqlarımın bərpasını, əmlakımın qaytarılmasını, dələduzların cəzalandırılmasını tələb edirəm”.

Bakı sakini Qədir İmanov 5 il əvvəl “Ulduz-S” MTK-yə 37 min manat ödəyərək şirkətin Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa etməkdə olduğu 4 bloklu binanın 5-ci mərtəbəsindən mənzil alıb. Aralarında bağlanmış müqavilənin şərtlərinə görə, şirkət mənzili 1 il ərzində təhvil vermək öhdəliyi götürüb.

MƏNZİLİ VƏ MÜQAVİLƏSİ DƏYİŞDİRİLİB

Qədir İmanov vaxtaşırı tikinti yerinə gedərək işlərin davam etməsinin şahidi olub. Ancaq bir gün tikinti yerinə baş çəkəndə orada qarovulçudan başqa heç kəsi tapmayıb:

“İşlər dayanmışdı. Mən işlərin nə vaxt davam edəcəyi ilə bağlı maraqlanmaq üçün ofisə gedəndə şirkətin əməkdaşları arxayın etdilər ki, xırda bir məsələdən ötrü işlər qısa müddətə dayanıb. Həm də xahiş etdilər ki, evimin yerini Rusiyadan gəlmiş və məndən bir mərtəbə yuxarıda mənzil almış başqa bir müştəri ilə dəyişim. Çünki o, yuxarı mərtəbəni istəmir. Mən də razılaşdım. Müqaviləm dəyişdirildi, bir mərtəbə yuxarıdakı mənzil sənədləşdirildi. Yəni, 37-ci mənzil məndən alınaraq əvəzinə 28-ci mənzili verildi. Mənə köhnə tarixlə yazılmış yeni müqavilə və maliyyə arayışı təqdim olundu”.

Müqavilə üzrə öhdəlik müddəti bitir, üstəlik, 3 il də gəlib keçir, Qədir İmanov təzə evə köçəcəyini gözləməkdən səbirsizlənir. Bir gün isə xəbər tutur ki, binanın tikintisi ilə bağlı başqa şirkət məşğul olur. Aldığı mənzilin taleyi ilə maraqlanmaqdan ötrü tikintini davam etdirən “Şərur” MTK-nın Binəqədi rayonu ərazisindəki “Hollivud” şadlıq evindəki ofisinə yollanır. Burada payçıların siyahısına baxaraq ona bildirirlər ki, adı siyahıda yoxdur:

“DEDİ, ƏLAVƏ PUL ÖDƏ”

“Gördüm ki, mənim kimi çox payçının adı siyahıda yoxdur və narazılıq yaranıb. Məlum oldu ki, “Ulduz” MTK-dan onlara verilmiş siyahı üzrə mənzilləri başqa adamlara verirlər. 2011-ci ildə pul verib, müqavilə bağlayıb mənzil aldığım Fikrət Hacıyevi axtarıb Nərimanov rayonu, Teymur Əliyev küçəsindəki binalardan birində təzə götürdüyü ofisdə tapdım. Yaxasından yapışıb evimi tələb etdim. Dedi, “sənin vaxtilə 37 min manata aldığın həmin evin qiyməti indi 58 min manatdır. Gətir, əlavə pul ödə, evi sənə versinlər”. Mən onunla bağlı prokurorluğa şikayət edəcəyimi bildirəndə dedi, “bir az gözlə, tezliklə ya Xırdalandan, ya da elə həmin binadan sənə ikiotaqlı mənzil düzüb-qoşacam”. Bir müddət də gözlədim, bir hərəkət görməyib onunla təkrar görüşmək istəyəndə isə ya ofisində tapılmırdı, ya da deyirdi, “yanımda adamlar var, səninlə danışmağa vaxtım yoxdur”. Sonuncu telefon danışığımızda isə dedi, “ümumiyyətlə, səni tanımıram, mənə pul verməmisən, get, əlin hara, kimə çatır, şikayət elə”.

Şirkət tərəfindən aldadıldıqları ilə bağlı Qədir İmanov da daxil olmaqla bir neçə payçı Nərimanov rayon polis idarəsinə ərizəylə müraciət edib. İdarədə cinayət işi başlanıb, sonradan isə Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə İdarəsinə göndərilib. Burada eyni faktlar və digər vətəndaşların şikayətləri əsasında başlanmış daha bir cinayət işinə birləşdirilib. Bu ilin martından Qədir İmanov dəfələrlə idarəyə gedib dinlənilməsini istəsə də, onu dinləyən, izahatını, ifadəsini alan olmayıb. Bu da Qədir İmanovda onu aldatmış şirkətin himayə olunduğu rəyini yaradıb.

ŞİRKƏT SAHİBİ AXTARILIR

Eyni şirkət tərəfindən aldadıldığını deyənlərdən biri də Salyan rayonu, Çuxanlı kənd sakini Atəş Şıxaliyevdir. O, 2011-ci ilin dekabrında eyni binadan mənzil alıb. Binanın tikintisi başa çatmamış xəbər tutub ki, tikinti işini “Şərur” MTK davam etdirir. Ancaq şirkətə müraciət edəndə “Ulduz-S” MTK tərəfindən onlara təqdim olunmuş siyahıda onun adının olmadığını bildiriblər. Deyir, indiyədək nə 22 min manatını qaytarırlar, nə də mənzili verirlər.

Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə İdarəsindən AzadlıqRadiosu-na bildirilib ki, “Ulduz-S” MTK-nın direktoru Elçin Yaqub oğlu Babayev barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. 1 ildir ki, Xətai rayon Polis İdarəsi onun barəsində həbsli axtarış elan edib.

Payçılarsa şirkət sahibinin himayə olunduğunu düşünürlər. Bildirirlər ki, “belə olmasaydı, hüquq-mühafizə orqanları şirkət sahibini elə ortalıqda əli cibində gəzərkən həbs edərdi. Bunun üçün yetərincə şikayət ərizəsi də vardı. Ortalıqdan itəndən sonra barəsində axtarış elan etməzdi”.

Hüquqşünas Vaqif Alıyev deyir, şirkət sahibi ortalığa çıxmayanadək bu məsələnin hüquqi baxımdan çözümü qəlizdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Bu gün, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Bu gün, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Bu gün, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:01
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Bu gün, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Bu gün, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Bu gün, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Bu gün, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Bu gün, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Bu gün, 09:59
Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Bu gün, 09:54
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Bu gün, 09:53
Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Bu gün, 09:42
Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Bu gün, 09:39
Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Bu gün, 09:37
Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Bu gün, 09:32
“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Bu gün, 09:24
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru