Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var .....                     Rusiya Xersona hücumlara ara vermir .....                     Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU .....                     Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir .....                     ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib .....                     Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                     Özü az imiş kimi... bacanağı da qoçuluq edir .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                     Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb .....                     Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... .....                     Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub .....                     İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur .....                     İrəvanı hansı senarilər gözləyir? .....                     İnsanlara zəhərli və iylənmiş balıq satılır! .....                     Kartı bloklanan vətəndaş nə etməlidir? .....                     Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə .....                     Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar .....                     NDU rektoru heyrətləndirir... .....                     Tramp Avropanın Ukrayna üçün silahlara görə .....                     Siz niyə evdə oturmusunuz? .....                     Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                 

“Bağçada tərbiyəçi qızımı döyüb, amma kamera yazısını gizlədirlər” - ŞİKAYƏT
Tarix: 20-09-2016, 08:11 | Çap et
“Bağçada tərbiyəçi qızımı döyüb, amma kamera yazısını gizlədirlər”
Bundan əvvəl Qafqaz Xəbər Agentiyinin nəzdindəki Qafqaznews.az, Kavkaznews.az saytlarında əsassız yerə işdən çıxarılan bağça tərbiyəçisi ilə bağlı yazılar dərc olunmuşdu. Həmin yazılarda Bakının 38 saylı Uşaq Bağçası-Körpələr Evindəki işindən çıxarılmış tərbiyəçi Aynur Mahmudovanın və övladı həmin bağçada tərbiyə alan valideynlərin, eləcə də 38 saylı Uşaq Bağçasının direktoru Sədaqət Qəribovanın və Bakı ŞİH nümayəndələrinin mövqeyi işıqlandırılmışdı.

Qafqaz Xəbər Agentliyinin əməkdaşları məsələni araşdıraraq, bu problemin həllinə çalışıblar.

A.Mahmudova da öz növbəsində, 2016-cı il aprelin 7-də Yasamal Rayon Məhkəməsinə müraciət edərək, işinə bərpası tələbi ilə iddia qaldırmışdı. İyulun 4-də isə Aynur Mahmudova Qafqaz Xəbər Agentliyinə müraciət edərək bildirmişdi ki, Yasamal Rayon Məhkəməsinin hakimi Aytən Mirzəzadə onun işə qayıtmasıyla bağlı qərar qəbul edib.

Bu günlərdə isə öyrəndik ki, 38 Uşaq Bağçası-Körpələr Evinin direktoru Sədaqət Qəribova bu qətnamə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Sözügedən mübahisədə və məhkəmə çəkişməsində Aynur Mahmudovanı müdafiə edənlərdən biri də, Aytən Hüseynova adlı valideyn olmuşdu.

Sentyabrın 19-da Qafqaz Xəbər Agentliyinə müraciət edən Aytən Hüseynova bildirdi ki, onun övladı bağçada zorakılıq və təzyiqlərlə üzləşir. “Biz valideynlər ümid edirdik ki, Aynur Mahmudova ilə Sədaqət Qəribova arasında barışıq olacaq, Aynur xanım yenidən iş yerinə qayıdacaq. Bakı Şəhər İcra Hakimiyyətindən də bizi arxayın etmişdilər. Lakin belə olmadı. Hətta bizim şikayətlərdən sonra işdən çıxarılmış tibb bacısını yenidən ora qaytardılar və dedilər ki, “balıq başdan iylənər”. Yaxşı, onda bu “balığın başı” ilə məsələni niyə həll etmirlər? Bakı Şəhər İcra Hakimiyyətinin gücü çatmır ki, bağçadakı özbaşınalığa, qanunsuzluğa son qoysun? Sədaqət Qəribova mənimlə düşmən kəsilib, hətta “Açıq qapı” günlərində belə bağçaya girə bilmirəm. Orda nə baş verir, xəbərimiz olmur. Rus dili bilməyən bir tərbiyəçini Aynur xanımın yerinə qoyublar, o da uşaqlara “İdi, papa prişla za toboy” deyir, dərdi-səri uşaqları tez yatırıb, o biri qruplardakı tərbiyəçilərlə danışmaqdır. Özünün məktəbdə oxuyan qızını bağçaya gətirir, o isə qızımı cımcıqlayıb”, – deyə A.Hüseynova bildirdi.

Onun sözlərinə görə, Elnarə müəllimə adlı tərbiyəçi dəmir xətkeşlə uşaqları vurur, cımcıqlayır və üstlərinə qışqırır.

“Ötən həftə, sentyabrın 8-də Elnarə müəllimə qızım Fatiməni dəmir xətkeşlə döyüb. Sentyabrın 9-da getdim onun yanına, dedi elə şey olmayıb. Tələb etdim ki, mənə kamera yazısını göstərsin. Dedi ki, Sədaqət xanım qoymur, ona deyərəm. Sonra bayram günləri oldu. Sentyabrın 14-də getdim, dedilər ki, kamera yazısı beş gündən sonra silinir. Ən ucuz kameranın belə yaddaşı bir ay olur. Necə ola bilər bu? Əgər bu bağçada övladlarımızın təhlükəsizliyi qorunmursa, biz onları Sədaqət Qəribovaya necə etibar edə bilərik? Bakı Şəhər İcra Hakimiyyətində Teymur müəllimə müraciət elədim, sonra çağırdılar məni. Orda tanımadığım bir valideyn də gəlmişdi. Onun uşağı Aynur Mahmudovanın qrupunda olmayıb. Amma nədənsə, həmin valideyn mənə qarşı dərhal söz hücumuna keçdi ki, “Aynur Mahmudova ora qayıtmayacaq”. Mən məəttəl qaldım, axı bura qızımın döyülməsinə görə gəlmişəm… Deməli, bunların dərdi elə mənim Aynur Mahmudovanı müdafiə etməyim imiş. Bakı Şəhər İcra Hakimiyyəti də bir tədbir görmədi. Yasamal RPİ-nin 27-ci polis bölməsinə müraciət etmişəm. Ümid edirəm, onlar bu məsələni obyektiv araşdıracaqlar. Kamera yazısını məndən gizlədirlər, əminəm ki, kamera yazısı üzə çıxsa, çox əməllərin üstü açılacaq.

Sədaqət Qəribova bağçanı şəxsi mülkü kimi idarə edir, tibbi arayış olmadan uşaq götürür. Biri nəsə deyəndə də Sədaqət Qəribova cavab verir ki, “xoşuna gəlmirsə, uşağı burdan çıxar”.

Mən övladımı dövlətin bağçasına qoymuşam. Kim işini görə bilmirsə, o çıxıb getsin”, – deyə valideyn əlavə etdi. Digər valideynlər Günel Abbasova və Yaqut Abdullayeva da 38 saylı Uşaq Bağçasında uşaqların dəmir xətkeşlə döyülməsi, eləcə də tərbiyəçinin rus bölməsinə uyğunsuzluğa ilə bağlı şikayətlərini Qafqaznews.az-a bildirdilər. Biz adıkeçən tərbiyəçi Elnarə müəllimə (soyadını öyrənə bilmədik – red.) ilə də əlaqə saxladıq.

“Dəmir xətkeşlə uşaqları vurmaq düzgün deyil və mən də bunu etməmişəm. Mən bağçaya uşaq gətirmirəm. Sizin redaksiyaya gəlib, sizinlə görüşəcəyəm”, – deyə tərbiyəçi bildirdi.

“Valideynlər sizin rus dilini yaxşı bilmədiyinizi də deyirlər”, – deyə qeyd etdi. “Dedim axı, sizin redaksiyaya gəlib, sizinlə danışacağam”, – deyən tərbiyəçi dəstəyi asdı. Biz bağça direktoru Sədaqət Qəribovaya da zəng etdik. Özümüzü təqdim etdikdə əlaqə itdi və sonra S.Qəribovaya zəng çatmadı. Yazı sayta gedərkən, S.Qəribova özü bizə zəng edərək, az əvvəl telefonunun enerjisinin bitdiyini bildirdi.

“O qadın məni şərləyir. Aynur Mahmudovadan Apellyasiya şikayəti vermişik deyə, bizə qarşı təxribat aparmağa çalışır. Kamera yazısının yaddaşı beş gündür… Elnarə müəllimə rus dilini də bilir, uşaqlarla da yaxşı davranır. Onun qızını qucaqda gəzdirir ki, anası bir bəhanə eləməsin. Öz qızını bağçaya gətirməsi də yalandır. Mən özüm nəzarət edirəm, heç kim bağçaya uşaq gətirmir. Valideynlərə də bağçaya girmək qadağandır. Haqqımda əsassız iddialar yaymaqdansa, sübut eləsinlər. Araşdırma olub, amma onların dedikləri sübuta yetirilməyib”, – Qafqaznews.az əməkdaşının suallarını cavablayan S.Qəribova vurğuladı.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

“Bağçada tərbiyəçi qızımı döyüb, amma kamera yazısını gizlədirlər”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru