"Meşəbəyi" restoranı hansı nazirə məxsusdur? - İDDİA
Tarix: 1-08-2015, 11:45 | Çap et
 Paytaxtımızda dəbdəbəli restoranların, çay evlərinin, istirahət mərkəzlərinin və kafelərin sayı son illərdə xeyli artıb. Bu obyektlərin əksəriyyətinin tikintisində mövcud tikinti qaydalarına əməl edilmədiyindən şəhərimizin memarlıq üslubuna hiss olunacaq dərəcədə xələl gəlib. Çünki bu gün restoran tipli obyektlərin yetərli hissəsi yol kənarlarında yerləşir ki, onlar piyadaların rahat gediş-gəlişinə maneçilik törədirlər.
Təbii ki, belə məsələlərdə Bakı Şəhər İcra Hakimiyyətinin və paytaxt rayonlarının rəhbərliyinin üzərinə böyük məsuliyyət düşür. Səlahiyyətli şəxslər harda gəldi tikinti işlərinin aparılmasına icazə verməməlidirlər. Təəssüf ki, buna əhəmiyyət verən yoxdur. Yerli icra hakimiyyəti orqanlarının rəhbər işçiləri ilə "anlaşan" iş adamları ürəkləri istəyən yerdə obyekt tikirlər. Nəticədə xoşa əgəlməyən mənzərələr ortalığa çıxır. Xatırlayırsınızsa, bir neçə ay əvvəl paytaxtın məşhur "Oazis" restoranında kütləvi dava düşmüş, qan tökülmüşdü. Məlum hadisədən sonra paytaxtdakı bəzi restoranların fəaliyyətinin dayandırılması ilə bağlı məsələlər gündəmə gəldi. Əksəriyyət bildirdi ki, bu cür obyektlər şəhər sakinlərinin rahatlığını pozmaqla yanaşı, həm də təhlükəlidir. Amma sonradan nədənsə bu məsələnin üstünə gəlinmədi. Elə buna görədir ki, Bakının bəzi restoranlarında acınacaqlı durum yenə də yaşanır. Binəqədi rayonu Cəfər Xəndan küçəsi 50 ünvanında yerləşən "Meşəbəyi" restoranında ciddi problemlər mövcuddur. Bu barədə redaksiyamıza məlumat verən mənbə bildirdi ki, keçən il yanğın hadisəsi baş vermiş restoranda neqativ hallar səngimək bilmir: "Xatırladım ki, ötən il restoranda güclü yanğın hadisəsi qeydə alınmış və obyektə ciddi ziyan dəymişdi. Əslində, "Meşəbəyi" restoranında yanğın hadisəsi gözlənilən idi. Ona görə ki, restorana məxsus elektrik naqilləri texniki şərtlərə cavab vermir. Həmçinin deyilənə görə, obyektin sahibi bura "levıy" işıq xətti çəkib. Yanğın hadisəsi də məhz həmin xətdə baş verib. Yanğından sonra obyektin sahibi buranı təmir etdirdi, restoranın fəaliyyəti yenidən bərpa olundu. Diqqətinizə çatdırmaq istəyirəm ki, restoranla yaşayış binalarının arasındakı məsafə heç beş metr deyil. Ətrafda yaşayan sakinlər burdakı səs-küydən, xoşagəlməz hadisələrdən dəfələrlə rayonun aidiyyəti qurumlarına şikayət ediblər. Sakinlərin şikayətinə məhəl qoyan yoxdur. Restoran səhər saatlarından düz gecə yarısına kimi işləyir. Həftənin demək olar ki, bütün günlərində restoranda canlı musiqi olur. Musiqi və müştərilərin səs-küyündən vətəndaşların bütün rahatlığı pozulub. Bəzi sakinlər bu duruma tab gətirməyərək evini satıb başqa yerə köçüb. Elə gün yoxdur ki, restoranda dava düşməsin. Spirtli içkinin təsirindən coşan müştərilər ya bir-birləri ilə dava salır, ya da küçədən keçən insanlara söz atırlar. Bir neçə dəfə restorandakı davalar bıçaqlanma ilə nəticələnib. Həmin hadisələrin üstü isə gizli qalıb". Redaksiyamıza daxil olan məlumatda "Meşəbəyi" restoranında əmək qanunvericiliyinin tələblərinin pozulduğu və işçilərin haqqının tapdalandığı da qeyd olunur: "Restoranda 10-dan çox işçi- ofisiant, qab yuyan, xadimə, kababçı işləyir. Bu işçilərin heç birinin əmək müqaviləsi yoxdur. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları restoranda yoxlama aparsalar, bu faktın üstünü aça bilərlər. Obyektin mətbəx hissəsində isə daha acınacaqlı durum hökm sürür. Anti-sanitariya baş alıb gedir. Gigiyena və Epidemiologiya Mərkəzinin səlahiyyətli şəxsləri burdakı ürəkbulandıran mənzərələri görsələr də, özlərini görməzliyə vururlar. Restorandakı mövcud problemlərdən biri də süni qiymət artımı ilə bağlıdır. Burda qiymətlər digər restoranlarla müqayisədə çox bahadır. Obyektin rəhbərliyi süni qiymət artımına yol verməklə müştərilərin cibinə girirlər. "Meşəbəyi"nin müştərisiz günü yoxdur. Ay ərzində yaxşı gəlir əldə olunur. Qazanılan pulların müqabilində dövlətə ödənilən vergi heçə bərabərdir. Deyilənə görə, restoran nazirlərdən birinə məxsusdur. Məhz onun "krışa"lığı sayəsində "Meşəbəyi" restoranında vergidən yayınma hallarına yol verilir". Növbəti saylarımızda kriminal aləmlə əlaqəsi olan şəxslərin nəyə görə restoranda məskən salması, bağlı qapılar arxasında aparılan müzakirələr və gecələr təşkil olunan qumar oyunları barədə şok detalları diqqətinizə çatdıracağıq. Bizi izləməyə davam edin.\\gundelik-baku.com\\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Zelenski elan etdi: - Müharibə bu tarixdə başa çatacaq!
Bu gün, 07:04 |
|
|
|
| • Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? - AKTUAL
Bu gün, 07:03 |
|
|
|
| • Borcunu bağlasan da, BORCLUSAN... - AXI NİYƏ?..
Bu gün, 07:01 |
|
|
|
| • Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40 |
|
|
|
| • Qobustanda başçı belə NARAZILIQ YARADIR - GİLEY
Bu gün, 06:34 |
|
|
|
| • Topaz 76 min manatı vermək İSTƏMƏDİ - Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ
Bu gün, 06:24 |
|
|
|
| • “Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” - Aydın Kazımzadə seçkidən danışdı
Bu gün, 06:22 |
|
|
|
| • Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… - AKTUAL
Bu gün, 06:02 |
|
|
|
| • Qonşular niyə daha sürətlə inkişaf edir? - ARAŞDIRMA
Bu gün, 06:00 |
|
|
|
| • Ermənistan qazanmaq istəyirsə... - “Ancaq Azərbaycan siyasətinə pənah gətirməlidir”
Bu gün, 05:56 |
|
|
|
| • ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Bu gün, 05:55 |
|
|
|
| • Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:52 |
|
|
|
| • Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki - "Yelo Bank"ın rüblük hesabatı
Bu gün, 05:51 |
|
|
|
| • "Düşüncəsi dayaz olanlar xəyanət edər"
Bu gün, 05:46 |
|
|
|
| • ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib - KİV
Bu gün, 05:43 |
|
|
|
| • Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Dünən, 17:41 |
|
|
|
| • Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
| • Jurnalist yeni brendini yaratdı - FOTO
Dünən, 17:11 |
|
|
|
| • Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Dünən, 17:08 |
|
|
|
| • Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Dünən, 17:05 |
|
|
|
| • CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Dünən, 16:53 |
|
|
|
| • Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Dünən, 16:49 |
|
|
|
| • Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Dünən, 16:46 |
|
|
|
| • Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Dünən, 16:40 |
|
|
|
| • “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Dünən, 16:35 |
|
|
|
| • Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Dünən, 16:32 |
|
|
|
| • “Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Dünən, 16:25 |
|
|
|
| • “Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Dünən, 16:23 |
|
|
|
| • Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Dünən, 16:16 |
|
|
|
| • Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Dünən, 16:13 |
|
|
|
| • Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Dünən, 16:11 |
|
|
|
| • “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Dünən, 15:51 |
|
|
|
| • Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Dünən, 15:25 |
|
|
|
| • Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Dünən, 15:23 |
|
|
|
| • Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Dünən, 15:21 |
|
|
|
| • Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Dünən, 14:31 |
|
|
|
| • Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Dünən, 14:29 |
|
|
|
| • Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Dünən, 14:15 |
|
|
|
| • Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Dünən, 13:54 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Dünən, 13:45 |
|
|
|
| • Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Dünən, 13:11 |
|
|
|
| • Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:09 |
|
|
|
| • Bu gün onun anım günüdür
Dünən, 13:07 |
|
|
|
| • Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 13:03 |
|
|
|
| • 24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Dünən, 12:55 |
|
|
|
| • Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Dünən, 12:53 |
|
|
|
| • Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Dünən, 12:49 |
|
|
|
| • AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Dünən, 12:45 |
|
|
|
| • SOCAR-da yeni təyinat - Foto
Dünən, 12:33 |
|
|
|
| • ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Dünən, 12:25 |
|
|
|
|