Bazar-dükanlarda gizli bahalaşma gedir
Tarix: 12-03-2015, 09:03 | Çap et
 Manatın ucuzlaşmasından sonra xaricdən gətirilən məhsulların, ondan az sonra isə yerli məhsulların qiyməti qalxdı. Aidiyyəti qurumlar bunun qarşısını almağa çalışsalar da, bahalaşma davam edir.
Çörəklərin, şirniyyatların qiymətinin artması ilə yanaşı çəkisi də azalıb. Əvvəllər 30 qəpiyə satılan qoğal böyük olurdusa, indi həmin qoğal 50 qəpiyə satılır, çəkisi isə azalıb. Redaksiyamıza daxil olan məlumatlara görə, çörəyin çəkisində də əskiklik var.
Bazarlardakı qiymətlər isə əl yandırır. Baş çəkdiyimiz “Yaşıl bazar”da bir həftə öncəki qiymətlərin daha da qalxdığını müşahidə etdik. Belə ki, bir həftə əvvəl 80 qəpik -1 manata satılan kartof indi 1 manat 20 qəpik - 1 manat 30 qəpiyə satılırdı. 2 manata satılan pomidor 2 manat 50 qəpik 2 manat 80 qəpiyə, bir həftə öncəyədək kilosu 80 qəpiyə qədər bahalaşan kələm isə indi daha da bahalaşaraq 1 manata satılırdı. Xiyar 2 manat 30 qəpik, badımcan 2 manat 50 qəpik, bibərin bir kiloqramı 5 manat, soğan 80-90 qəpik, göyərti 20-25 qəpik, banan 2 manat 80 qəpik, portağal, mandarin 2 manat 50 qəpik, alma 80 qəpik - 2 manat arasında satılırdı.
Bazardakı bahalıq alıcılıq qabiliyyətinə də ciddi təsir göstərir. Satıcılar alıcıların azlığından şikayətlənirlər. Bazarda tikinti işləri getdiyindən, satıcılar öz yerlərindən, yəni bazarın bir başından o biri başına getdikləri üçün də müştəri itirdiklərini bildirirdilər.
Kartof-soğan satıcısı Akif Nuriyev alıcıların az olduğunu və əvvəlki kimi qazana bilmədiyini dedi: “Alıcı demək olar ki, yox dərəcəsindədir. Əvvəllər kartofu, soğanı kisələrlə alan alıcı indi hərəsindən 1 kiloqram almaqla kifayətlənir. Bazarın da içində düzəlişlər edirlər deyə, müvəqqəti gəlmişəm, qapı tərəfdə satıram. Hər satıcının özünün daimi alıcısı olur. İndi o alıcılar da gəlib bizi tapa bilmir. Mən kartofu İrandan gətirirəm. Ona görə də baha satıram”. Kələm satıcısı Ənvər Quliyev isə kələmi baha satmasının səbəbini tam olaraq açıqlaya bilmədi: “Mən də bu kələmləri kimdənsə alıb gətirib satıram. O adam mənə baha verdiyi üçün mən də məcburam ki, üstünə 5-10 qəpik qoyub baha satım”.
Alıcılar da artıq bahalaşmadan təngə gəldiklərini bildirirdilər. Hansı alıcıya yaxınlaşdıqsa etiraz bildirdi. Alıcı Afaq Haqverdiyeva Novruz bazarlığına gəldiyini, ancaq bu bahalıqda heç nə ala bilmədiyini dedi: “Şəkərbura-paxlava bişirəcəyəm, gəlmişəm ki, indidən qoz-fındıq alım. O da heç qoz-fındığa yaxın düşmək olmur. Qiymətləri od tutub yanır. Görəsən, bu camaatı da düşünən olacaq?”
Söhbətə qatılan digər alıcı İsmayıl Abbasov da kəskin etirazını bildirdi: “Nə bayram? Bu bahalaşmada hansı bayramdan söhbət gedə bilər? Gündəlik yeməyimizi ancaq ala bilirdik. Bahalaşmadan sonra çox şeydən özümüzü məhrum etmişik. Günə iki paket siqaret çəkirəm. O da od qiymətinə. Nə edim, yaşlı adamam. Çəkməyəndə əsəbiləşirəm. Bilmirəm siqaretə pul verim, ya ərzağa”.
Mağazalarda da eyni vəziyyət idi. Bahalıq, özlərinə haqq qazandıran satıcılar və narazı alıcılar... Satıcılar yerli məhsulların firmalar tərəfindən baha gətirildiyini deyirdilər. Qeyd edək ki, bugünlərdə “Azərsun Holdinq” də qiymətləri artıracağı ilə ağlı açıqlama verib. Holdinqin Müşahidə Şurasının sədri Abdolbari Goozal manatın devalvasiyasına və bu hadisənin biznes sektoruna təsiri barədə fikirlərini açıqlayıb. Goozal bildirib: “34 faiz devalvasiya az deyil. Acını hər kəs hiss etdi. Hazırda biz də bu acını çəkirik.
Təməl qida məhsullarının istehsalı üzrə ”Azərsun" xaricdən orta hesabla 50 faiz asılıdır. Bu bəzi məhsullarda 60 faiz, bəzi məhsullarda isə 10 faizdir. Məsələn, duz kimi. Bunun yükünü biz və idxalçı firmalar çəkir. İnşallah, yavaş-yavaş düzələcək. Manatın 34 faiz ucuzlaşması yerli istehsal olan məhsullarda 100 faiz deyil, 50 faiz əks olunacaq. İdxal mallarının isə devalvasiyanın 100 faizi qədər, yəni 34 faiz bahalaşması qaçılmazdır".
Xatırladaq ki, marketlərdə zəruri ərzaq məhsullarının əksəriyyəti “Azərsun”un istehsalıdır. \\ musavat.com \\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44 |
|
|
|
| • “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16 |
|
|
|
| • Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09 |
|
|
|
| • “Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07 |
|
|
|
| • Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47 |
|
|
|
| • Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42 |
|
|
|
| • "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40 |
|
|
|
| • "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34 |
|
|
|
| • ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29 |
|
|
|
| • Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28 |
|
|
|
| • Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26 |
|
|
|
| • Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18 |
|
|
|
| • Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15 |
|
|
|
| • Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05 |
|
|
|
| • AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00 |
|
|
|
| • Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59 |
|
|
|
| • Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55 |
|
|
|
| • Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49 |
|
|
|
| • Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39 |
|
|
|
| • Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20 |
|
|
|
| • BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12 |
|
|
|
| • Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00 |
|
|
|
| • Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58 |
|
|
|
| • Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51 |
|
|
|
| • Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42 |
|
|
|
| • Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38 |
|
|
|
| • “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33 |
|
|
|
| • Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24 |
|
|
|
| • Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22 |
|
|
|
| • 25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17 |
|
|
|
| • Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14 |
|
|
|
| • Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Dünən, 12:10 |
|
|
|
| • AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 12:01 |
|
|
|
| • "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Dünən, 11:52 |
|
|
|
| • Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Dünən, 11:50 |
|
|
|
| • “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Dünən, 11:49 |
|
|
|
| • İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Dünən, 11:46 |
|
|
|
| • Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
| • Cəsarətli siyasət - RƏY
Dünən, 11:37 |
|
|
|
| • "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Dünən, 11:34 |
|
|
|
| • "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Dünən, 11:28 |
|
|
|
| • Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Dünən, 11:25 |
|
|
|
| • “Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Dünən, 11:21 |
|
|
|
| • Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Dünən, 11:10 |
|
|
|
| • "Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Dünən, 10:50 |
|
|
|
| • Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 10:37 |
|
|
|
| • “44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Dünən, 10:35 |
|
|
|
| • “Level Leasing” şirkətinin səhmdarları toplanır
Dünən, 10:33 |
|
|
|
| • Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Dünən, 10:31 |
|
|
|
|