Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                 

Devalvasiya əslində necə olmalı idi - TƏHLİL
Tarix: 5-03-2015, 10:11 | Çap et
Devalvasiya əslində necə olmalı idi
Qəribə vəziyyət yaranıb. Mərkəzi Bankın (AMB) gözlənilmədən fevralın 21-də manatın ABŞ dollarına və eləcə də avroya nəzərən özünün müəyyən etdiyi məzənnəni birdən-birə 30 faizdən çox ucuzlaşlaşdırmasından sonra devalvasiya sözü dilimizə dəb düşüb. Halbuki, AMB-in qərarını devalvasiya adlandırmaq və məhz bu cür qələmə vermək tam olaraq düzgün deyil. Devalvasiya, əslində başqa şeydir.

Devalvasiya — latınca “de” - enmə və “valeo” - dəyər sözlərinin birləşməsindən əmələ gəlməklə, pul vahidinin, yaxud milli valyutanın qızıla, gümüşə və ya xarici valyutalara görə məzənnəsinin aşağı düşməsi deməkdir. Manatın dollara təxminən 34, avroya görə isə 33,8 faiz ucuzlaşdırılması da bu mənada devalvasiya adlandırılır. Əslində isə fevralın 21-də verilən qərar AMB-in bayaq qeyd etdiyimiz kimi özünün müəyyən etdiyi məzənnəni dəyişməsindən başqa bir şey deyil.

Məsələ bundadır ki, devalvasiya bu cür həyata keçirilmir. O, müəyyən məqsəd naminə nəzərdə tutulur, düşünülmüş və planlı şəkildə reallaşdırılır. Həmçinin, bəzi tədbirlər də devalvasiya yarada bilər. Sözümüz bunda deyil. Yəni, devalvasiya özlüyündə bir mexanizm təşkil edir. Bəs, əslində, o necə həyata keçirilir və proseduru nədən ibarətdir?

İş ondadır ki, istənilən halda bu, məhz Mərkəzi Bankın uçot dərəcəsi deyilən göstəricisinə bağlıdır və bu yolla həyata keçirilməlidir. Başqa sözlə desək, mərkəzi maliyyə resursları və yaxud kreditlər üzrə təyin olunan faiz dərəcəsinə... Odur ki, ən mükəmməl devalvasiya mexanizmi pul-kredit siyasəti çərçivəsində mümkün sayılır.

Belə ki, ölkələrin Mərkəzi Bankları tərəfindən mərkəzi kreditləşdirmə üzrə baza və yaxud uçot dərəcəsi azaldılarsa, bu devalvasiya, yuxarı qaldırdıqda isə deflyasiya siyasəti anlayışına gəlir. Sözügedən dərəcə isə adətən iqtisadiyyata maliyyə dəstəyi həyata keçirmək üçün azaldılır, yuxarı qaldırıldıqda isə inflyasiyanı cilovlamaq məqsədilə edilir.

Ölkəmizdə AMB tərəfindən uçot faiz dərəcəsi 2012-ci ilin dekabr ayının 12-dən etibarən aşağı salınır. Həmin vaxta qədər 5,25 faiz idi ki, qeyd olunan tarixdə 5 faizə salındı. 2013-cü ilin fevralın 11-də 4,75-ə, 2014-cü ilin mayın 1-də 4,25-ə, həmin ilin iyulun 30-na isə 3,5 faizə qədər endirildi. Sual yaranır ki, buna uyğun olaraq devalvasiya baş verdimi? Qətiyyən yox...

Və yaxud da başqa bir misal. Neftin dünya bazarlarında qiymətinin keçən ilin iyun ayından etibarən ucuzlaşması fonunda qeyd etdiyimiz kimi AMB uçot üzrə faiz dərəcəsini təkcə keçən il iki dəfə aşağı salmışdır. Bunun müqabilində isə, 2014-cü ilin dekabr ayınadək ölkədə manat möhkəmlənməkdə olub. Yəni, AMB-dən verilən açıqlamaya əsasən 2014-cü ilin yanvar-noyabr aylarında manatın məzənnəsinin ABŞ dollarına nəzərən bahalaşmasının qarşısını almaqdan ötrü 1 milyard 270 milyon dollar məbləğində alış həyata keçirilib.

Başqa sözlə desək, valyuta bazarında təklif tələbi dollar baxımından üstələdiyindən 1 milyard 270 milyon dolları məbləğində alış həyata keçirilib. Belə ki, bazara manatla intervensiya edilərək dollar alınıb. Və yalnız keçən ilin dekabr ayında dolların bahalaşması təhlükəsi ortaya çıxdıqdan sonra AMB qeyri-nağd və nağd şəkildə bazara 1 milyard 127 milyon ABŞ dolları məbləğində intervensiya edərək manat alışı həyata keçirməyə başlamışdır.

Bəs, uçot dərəcəsinin endirilməsinə rəğmən, devalvasiya niyə baş verməyib?

Bu sualın cavabı sadədir. Çünki bizdə sözügedən mexanizm işləmir. İnkişaf etmiş ölkələrdə isə əksinədir. Məsələn, ABŞ-da Federal Rezerv Sisteminin (FRS) baza faiz dərərəcələrini bu ilin iyun ayından etibarən qaldıracağı söhbəti indidən ciddi müzakirəyə çevrilib. Demək olar, bütün dünya narahat vəziyyətdədir. O səbəbdən ki, dolların bahalaşması davam edəcək. Bu isə neftin ucuzlaşması tendensiyasının inkişafı və dünya iqtisadiyyatında əksər ölkələrdə sosial-iqtisadi durumun mövcud durğun vəziyyətinin davam edəcəyi deməkdir.

Nəyə görə? Ona görə ki, FES uçot dərəcəsini 0,01 faiz aşağı və yuxarıya doğru dəyişən kimi az qala Banqladeşdə də dolların məzənnəsi “oynamalı” olur. Bizdə isə AMB uçot dərəcəsinin səviyyəsini korrektə edərkən kommersiya banklarının müştərilərə təklif etdikləri faiz dərəcələrinin səviyyəsi eyni həddə qalır.

Odur ki, vaxtı ilə xarici maliyyə qurumları da bizdə məsələn, üzən məzənnə siyasətinə keçməyi tövsiyə edərkən AMB rəhbərliyi etiraf etmişdi ki, uçot dərəcəsinin makroiqtisadi proseslərə təsir etmədiyi bir şəraitdə sərbəst məzənnə siyasətinə keçid heç bir nəticə verə bilməz.

Yeri gəlmişkən, hələ o zaman AMB sədri Elman Rüstəmov manatın hədsiz möhkəmlənməsinin zərəri barədə də danışaraq vurğulamışdı ki, ölkəyə real olaraq xarici valyutanın – dollar kütləsinin sürətli axını manatın kursunu getdikcə daha çox yüksəltdiyindən, qeyri-neft sektorunun inkişafına əngəl yaranır.

E. Rüstəmov onu da əlavə etmişdi ki, dolların məzənnəsinin manata görə dəyərsizləşməsi ölkəyə idxalın ucuzlaşmasına gətirib çıxardığından AMB ixracçıların qayğısına qalmaq və inflyasiyanı aşağı səviyyədə saxlamaq dilemması qarşısında qalıb.

Manatın dollara nəzərən, məzənnəsinin müəyyən həddə saxlanması həm də bu baxımdan vacib sayılırdı ki, xarici qurumların təklif etdikləri sərbəst üzən məzənnə rejiminə keçid uzun illər ərzində ölkədə əldə olunmuş makroiqtisadi sabitliyi poza və hiperinflyasiya yarada bilərdi.

Odur ki, inflyasiyanın cilovlanması və eyni zamanda ixracı dəstəkləmək baxımından, AMB-in manatın dəyərini hədsiz dərəcədə möhkəmlənməsi əleyhinə çalışması ən məqbul siyasət sayılırdı.

Bəs, bütün bunların müqabilində nə təklif etmək olar?

Əvvəlki şərhlərimizdə də yazmışdıq ki, mərkəzi kreditləşdirməni artırmaq müəssər olmursa və bu, makroiqtisadi sabitlik üçün təhlükə sayılırsa 2009-cu ildə qanunvericiliyə edilən dəyişikliyə əsasən AMB-in meqa-tənzimləyici funksiya əldə etməsi iqtisadiyyatın real sektorunun fəal şəkildə dəstəklənməsi üçün ən optimal yol sayılır.

Xatırladaq ki, o vaxt AMB iqtisadiyyatın real sektorunu dövlət zəmanəti ilə kreditləşdirmə yolu ilə birbaşa maliyyələşdirməyə başlamışdı ki, Dövlət Neft Şirkəti kimi bir sıra sistem əhəmiyyətli qurumlara birbaşa maliyyə dəstəyi həyata keçirildi. Ümumiyyətlə, AMB-in qlobal maliyyə və iqtisadi böhran zamanı ölkədə bank sistemində likvidliyi təmin etmək məqsədiylə ünvanlı kreditlər verdiyi, ancaq bütün bunları sonra dayandırdığını xatırlamaq yerinə düşər.

İqtisadiyyatın real sektorunun inkişafını dəstəkləmək və ümumi daxili məhsul istehsalı həcmində qeyri-neft sahələrinin rolunu artırmaq baxımından, AMB tərəfindən bu cür birbaşa maliyyələşdirməyə həmişə ehtiyac olub və indi də var. Əks şəraitdə, ölkədə AMB-in yuxarıda qeyd etdiyimiz kimi özü tərəfindən müəyyən etdiyi məzənnəni sadəcə dəyişdirməsi yolu ilə ixracı heç cür dəstəkləmək mümkün deyil. Çünki, bu, tamamilə absurd ideyadır.
AzVision.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Bu gün, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Bu gün, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Bu gün, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Bu gün, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Bu gün, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Bu gün, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Bu gün, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Bu gün, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Bu gün, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Bu gün, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Bu gün, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Bu gün, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Bu gün, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Bu gün, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Bu gün, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Bu gün, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Bu gün, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Bu gün, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Bu gün, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Bu gün, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Bu gün, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Bu gün, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Bu gün, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Bu gün, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru