Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                 

Yüksək çinli məmurlardan biri millət vəkilini küncə sıxışdırır
Tarix: 4-03-2015, 15:51 | Çap et
Yüksək çinli məmurlardan biri millət vəkilini küncə sıxışdırır
Milli Məclisdə bizneslə məşğul olan deputatların sayı az deyil. Qanun məmurların özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını yasaqlasa da, əksər vəzifəli şəxs buna məhəl qoymur. Qeyd edək ki, dünyanın bir çox ölkəsində parlament üzvləri öz gəlirlərini açıqlayır, gəlir deklarasiyalarını təqdim edirlər. Deputat mandatı daşıyanlar arasında məşhur holdinq rəhbərləri, milyonçular və iş adamlarına da rast gəlmək mümkündür. Xarici ölkələrdən fərqli olaraq Azərbaycan Parlamentinin üzvlərinin gəlirləri ictimaiyyətə məlum deyil. Deputatlarımız arasında milyonçuların olub-olmaması da bəlli deyil. Buna baxmayaraq, müxtəlif mətbuat vasitələrində deputatlarımızın gizli saxladıqları biznesləri ilə bağlı məlumatlar yayılır.
Milli Məclisin bizneslə məşğul olduğu iddia edilən üzvlərindən biri də Fərhad Qəribovdur. Məlumat üçün bildirək ki, Fərhad Həsən oğlu Qəribov 1952-ci il iyunun 20-də Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya fakültəsini bitirib. 1974-cü ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Şirvan qışlaqlarının su ilə təminatı sisteminin istismarı idarəsində mühəndis işləyib. 1977-ci ildən “Muğanmeliorasiyasutikinti” Trestinin tikinti-quraşdırma idarəsində usta, iş icraçısı, böyük iş icraçısı, rəis müavini, rəis, 1985-ci ildən “Kənd tikinti” Trestinin tikinti-quraşdırma sahəsində iş icraçısı, baş mühəndis vəzifələrində çalışıb. 2002-2004-cü illərdə “Debüt” Səhmdar Kommersiya Bankının məsləhətçi müşaviri işləyib. 2004-2005-ci illərdə “Azəri-Holdinq” maliyyə-sənaye qrupuna rəhbərlik edib. Apardığımız araşdırmalar göstərir ki, Fərhad Qəribov Milli Məclisin fəal deputatlarından deyil. Belə ki, millət vəkili müxtəlif qanun layihələrinin müzakirəsi və qaldırılan digər məsələlərlə bağlı əksər hallarda susqunluğunu pozmur. Əldə etdiyimiz məlumatlara əsasən deyə bilərik ki, Fərhad Qəribov vaxtının çox hissəsini biznes işlərinə ayırır və onun nəzarətində böyük biznes şəbəkəsi fəaliyyət göstərir: “Deputatın biznesi ilə bağlı mətbuatda dəfələrlə yazılıb. Məlumatlara görə, Bakıda yerləşən “Çıraq Plaza”, “Şəki” restoranlar şəbəkəsi, “İrşad Telecom” Fərhad Qəribova məxsusdur. Bundan əlavə millət vəkili “Debütbank”a da nəzarət edirdi”. Xatırladaq ki, bir müddət əvvəl Milli Məclis üzvünə məxsus bankda külli miqdarda yeyinti faktı üzə çıxmışdı. Məlumata görə, Fərhad Qəribovun bankı vasitəsilə dövlətin 2,96 milyon manatı mənimsənilib. Bu haqda Baş Prokurorluq məlumat yayıb. Qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, “Debüt” Kommersiya Bankı ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırma zamanı fonddan daxil olmuş materialda qeyd edilən xüsusatlar təsdiq olunmaqla büdcə vəsaiti hesabına müvəkkil kredit təşkilatı kimi “Debüt” Kommersiya Bankı ASC-yə 2006-2008-ci illərdə ayrılmış 2 milyon 961 min 500 manat güzəştli kreditin bankın vəzifəli şəxsləri tərəfindən qulluq mövqeyindən sui-istifadə etməklə ayrı-ayrı hüquqi və fiziki şəxslərdən saxta biznes planları, hesabat sənədləri qəbul etməklə külli miqdarda güzəştli dövlət kreditinin mənimsənilməsində şübhələr üçün əsaslar olduğundan, faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, 2010-cu il dekabrın 2-də Azərbaycan Mərkəzi Bankı “Debüt” Bank ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyanı ləğv edib. İddialara görə, həmin vəsait Fərhad Qəribovun xeyir-duası ilə müştəriyə verilib. Etibarlı mənbələrin bildirdiyinə görə, deputatın biznesinin özəyini Yasamal rayonu ərazisində yerləşən “Çıraq Plaza” və “Şəki” restoranlar şəbəkəsi təşkil edir. Xatırladaq ki, Kürdəmir şəhərindəki “Şəki” restoranında tez-tez xoşagəlməz hadisələr qeydə alınır. Məsələn, bir neçə ay öncə restoranda ofisiant işləyən şəxslə aşpaz arasında dava olub. Dava-dalaş zamanı hər iki şəxs bir-birini bıçaqlayıb. Onlar müxtəlif dərəcəli kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Məsələ ilə bağlı danışan millət vəkili Fərhad Qəribov isə restoranın ona yox, oğluna məxsus olduğunu deyib. Onu da qeyd edək ki, millət vəkilinin Kürdəmirin bəzi idarə müdirləri ilə münasibəti normal deyil. Belə ki, Fərhad Qəribov ötən ilin avqustunda Kürdəmir Rayon Polis Şöbəsinin rəisini hədəfə alan açıqlamalar verib. Milli Məclis üzvü bildirib ki, rayonda narkomaniya güclənib: “Mübarizə zəif gedir. Başqa narazılıqlar da var. Geniş danışmayacam. Bir neçə aydır ki, rayonda deyiləm. Rayona gedəndən sonra bu məsələ ilə daha yaxından maraqlanacam. Rəislə görüşüb məsələləri yoluna qoymağa çalışacam”. Rayon Polis Şöbəsinin baş müstəntiqi Əli Bağırov isə bildirib ki, Fərhad Qəribovun Kürdəmir polisinin fəaliyyətindən narazılığının səbəbləri ona məlum deyil: “Fərhad müəllimin Kürdəmir polisi haqqında niyə belə danışdığını deyə bilmərəm. Kürdəmirdə narkomaniyaya qarşı mübarizə aparılır”. Daxili İşlər Nazirliyi də millət vəkilinin Kürdəmir Rayon Polis İdarəsinin rəisi ilə bağlı ittihamlarına cavab verib. Mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, müasir zamanda narkomaniya adlı bəla bütün dünyanı narahat edən bir məsələdir və bu problem Azərbaycandan da yan keçməyib: “Narkomaniya ilə mübarizənin daha da gücləndirilməsinə dair Cənab prezidentin imzaladığı iki Dövlət Proqramımız var. Bu sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Respublikanın bütün hüquq-mühafizə orqanları, o cümlədən daxili işlər orqanları qarşılıqlı fəaliyyət göstərirlər. Narkomaniya ilə mübarizədə müəyyən uğurlar, müsbət nəticələr də əldə olunur və bu iş fasiləsiz olaraq da davam etdirilir. Elə bunun nəticəsidir ki, şükürlər olsun ki,bu sahədə vəziyyət Azərbaycanda elə də kritik həddə deyil. O ki qaldı hörmətli deputatın fikirlərinə, onun narahatlığı başadüşüləndi. Amma Kürdəmirdə istər narkomaniya ilə bağlı vəziyyət, istərsə də bu bəla ilə mübarizə respublikamızın digər bölgələrindən fərqlənmir. Yəni ümumi problem var və ona qarşı da ümumi mübarizə aparılır”. Özəl mənbənin sözlərinə görə, Kürdəmirin deputatı bu vaxta qədər bir çox təhlükəli situasiya ilə qarşılaşıb. Lakin hər dəfə kimlərinsə yardımı ilə biznesinə yaranan təhlükəni aradan sovuşdurmağı bacarıb: “Buna rəğmən, son vaxtlar deputatın başının üstünü qara buludlar alıb. Yüksək rütbəli məmurlardan birinin “Çıraq Plaza”ya göz dikdiyi və bu məqsədlə Fərhad Qəribova qarşı təzyiqlərə start verildiyi deyilir. Hətta yayılan məlumatlara görə, millət vəkili builki parlament seçkilərində “offsayd”da qala bilər”.///”Gündəlik Bakı” qəzeti
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Bu gün, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Bu gün, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Bu gün, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Bu gün, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Bu gün, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Bu gün, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Bu gün, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Bu gün, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Bu gün, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Bu gün, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Bu gün, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Bu gün, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Bu gün, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Bu gün, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Bu gün, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Bu gün, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Bu gün, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Bu gün, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Bu gün, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Bu gün, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Bu gün, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Bu gün, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Bu gün, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Bu gün, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru