DİA.AZ: - Azərbaycanda dolların məzənnəsi mili valyutaya nisbətdə qiymətlər aşağı düşəcək. Buna səbəb Türkiyə və Rusiyada baş verən maliyyə prossesləridir. DİA.AZ-a açıqlama verən iqtisadçı ekspert Razi Abasbəylinin fikirincə Türkiyədə dolların məzənəsi ilə bağlı yaranmış gərginlik dünəndən etibarən sabitləşib. В«Türkiyədə bir gündə lirə ilə nisbətdə dolların alış qiyməti 3-7 faiz arasında bahalaşdı. Fevralın 28-də səhər saatlarında Türkiyədə 1 dollar 2.51 lirəyə qədər bahalaşmışdı. Lakin çevik maliyyə siyasəti nəticəsində Türkiyə hökuməti prossesi yenidən tənzimləyə bildi və qiymət 2.44 lirəyə qədər ucuzlaşdı. Rusiyada isə rublun tarixində ilk dəfə dollar ən aşağı səviyyədə ucuzlaşdı. Dollar tək fevral ayında 9.74 rubl ucuzlaşdı.
Prosses davam edir. Rusiyada dolların kəskin ucuzlaşması fonunda prosses Azərbaycana da təsir edəcək. Həmçinin Azərbaycanın ən iri ticarət partnyorları olan Türkiyə və Rusiyada dolların ucuzlaşması davam edəcək. Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiya və Türkiyənin payı ən azı 40 faizə bərabərdir. Ticarət münasibətlərində bu dolların ucuzlaşması fonunda sürətlə özünü göstərəcək. Ölkədə ucuzlaşma dalğası başlayacaq. Nəticə etibarilə də dolların xarici ticarət münasibətlərində iştirakının türk lirəsi və rus rublunun möhkəmlənməsi fonunda dollar Azərbaycanda da mövqelərini itirmiş olacaq. Artıq biz dolların ucuzlaşmasının ilkin sipmtomlarını müşahidə edirik. Bu gün martın 2-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda эюрцрцк РєРё, ölkədə dolların rəsmi məzənnəsi 1,0496 manat səviyyəsində müəyyən edilib. Fevralın 27-də isə 1 dollar 1,0498 manat olub. Başqa sözlə, dollar manata nəzərən 0,0002 manat və ya 0,02% ucuzlaşıb. Bu prosses davam edəcək. Dolların ucuzlaşmasını az qala hər gün müşahidə edə biləcəyikВ» deyə iqtisadçı ekspert bildirdi.
Ekspert həmçinin tövsiyyə edir ki, ölkədə valyuta bazarında baş verən bu dinamika mili iqtisadiyyatın daha da rəngarəngləşməsinə səbəb olacaq. İdxal əməliyyatlarında inhisarçılar çıradan çıxacaq. Daxili bazarda rəqabət imkanları genişlənəcək və bununla da Azərbaycan iqtisadiyyatında güclü sıçrayış baş verəcək.
R.Abasbəylinin qənaətinə görə, bu prossesin ağılla idarə edilməsi Azərbaycanın taleyini müsbət mənada kardinal olaraq dəyişə bilər.








