Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                 

Aslan Aslanov haqqında daha bir “Lamiyə işi”... - Keçmiş başçını daha bir ölüm işində ittiham etdilər...
Tarix: 2-03-2015, 09:59 | Çap et
Aslan Aslanov haqqında daha bir “Lamiyə işi”...
“Lamiyə işi” Şəmkirdə baş verən, lakin indiyədək araşdırılmamış bir çox cinayətləri, qanunsuzluqları ortaya çıxarıb. Şəmkirə növbəti səfərimiz zamanı Aslan Aslanovun qətlindən əvvəl və sonra rayonda baş verənləri araşdırmağa çalışdıq.

Rayonda bu gün də Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlini ununtmayıblar. Sakinlər o günləri xatırlayarkən deyirlər ki, 2003-cü ildə yaşanmış bu hadisənin bir qədər əvvəl, bir qədər sonra baş verəcəyi gözlənilən idi. Sadəcə, bu iş Lamiyə ilə Vüqarın başında çatlayıb. Aslanovun cavan oğlu öldürülüb, oğlu əlindən gedib. Amma həmin günlərdə Şəmkirdə yaşayanlar bilir ki, o uşaq rayonda maşını ilə hansı oyunlardan çıxırdı.

Sakinlər belə deyir və oğul Aslanova atasına görə heç kimin dinib-danışa bilmədiyini vurğulayırlar. Qeyd edirlər ki, o dövrdə icra başçısı olan Aslan Aslanov heç kəsə qulaq asan adam olmayıb. Şəmkirin sayılıb-seçilən insanlarını belə eşitmirdi. Üstəlik, özü də camaatın başına oyun açırdı. Sakinlər oğul Aslanovun maşınla 3 uşaq anası Aybəniz Abbasəli qızı Məmmədovanı vurmasını xatırlayır, Şəmkirin 2-ci küçəsində baş vermiş həmin avtoqəzanın başqa bir şəxsin üzərinə qoyularaq ört-basdır olunduğunu da deyirlər.

Şəmkir bazarının sahibi Elpərəst Həsənlinin başına gələnləri isə rayonda bilməyən yoxdur. Onun özü isə illərdir susub. Deyir ki, ərizə-şikayətlərinin qarşısını alıblar. Şikayətlərinin ölkə rəhbərliyinə çatmasını əngəlləyiblər.

Aslanov dahi Nizaminin adını götürdüb kəndə atasının adını qoydurdu

“Aslan Aslanov mənə qarşı etdiklərini kimsəyə qarşı etməyib. Restoranımı yandırıb, bazarımı yağmalayıb, özümü, oğlumu həbs etdirib” - deyir Elpərəst Həsənli.

“Aslangilin ailəsi 1947-ci ildə Ermənistandan Şəmkirin Nizami kəndinə gəlib. İndi həmin kəndə atası Əlinin və babası Yaqubun adını birləşdirib və qoydurub. Kənd olub Əliyaqublu. O vaxt bizimkiləri Ermənistandan qovurdular. Atam 1951-60 illərdə Şəmkir Maarif (Təhsil) Şöbəsinin müdiri idi. Atam Aslanın atası Əlinin zootexnik düzəlməsinə, sonra isə kolxoz sədri təyin olunmasına köməklik etmişdi. Mənim 10 yaşım olanda atam dünyasını dəyişib. Amma Aslanın atası atamın yaxşılığını unutmamışdı. Məni görəndə atamın yaxşı insan olduğunu deyirdi. Atasının münasibətinə görə Aslan məni görəndə əmioğlu deyirdi. Deməyim odur ki, bizim yaxşı münasibətlərimiz vardı. Sonradan atası ”rayispolkom" (Rayon İcraiyyə Komitəsinin sədri-red.) təyin edildi. Rayondakı bütün zavod, sovxoz, kolxoz və idarə-təşkilatlar ona tabe idi. O vaxt atası Aslanı ovaxtkı Gəncə Kənd Təsərrüfatı İnstitutuna qoydurdu. Tələbəlik dövründə bir qızla arasında çox ciddi qovğa olmuşdu. O qızın başına oyun açdı. Orada oxuduğu vaxtlarda sovxoz və kolxoz, zavod direktorlarından pul alırdı. Deyirdi ki, imtahandan kəsilmişəm. Yəni bu adam cavanlığından belə bir hərəkətlər edirdi. Sonra etdiklərini oğlu təkrarlayırdı" - deyir E.Həsənli.

Camaat Aslan Aslanovun başçı təyin olunmasını qəbul etməyəcəkdi

Onun sözlərinə görə, müstəqillik illərinin ilk vaxtlarında A.Aslanov Lideral Partiyasının Şəmkir özəyini yaradıb: “1993-cü ildə onu Şəmkirə icra başçısı qoydular. O vaxt təyinat məsələsi belə idi ki, icra başçısını təbliğat evində camaata təqdim edirdilər. Aslan Aslanovu isə arxa qapıdan gətirib İcra Hakimiyyətinə başçı qoyub getmişdilər. Aparatdan gəlib onu camaata təqdim edən olmamışdı. Bilirdilər ki, camaat Aslan Aslanovun başçı təyin olunmasını qəbul etməyəcəkdi. 3 gün sonra mənə zəng edib İcra Hakimiyyətinə çağırdılar. Orada xeyli adam vardı. Orada Aslan məndən sahibkarlıq fəaliyyəti ilə bağlı yeni qanun haqda soruşdu. Dedim ki, alverə icazə verən qanundur və sahibkarlara lisenziya verməlisiniz. Bundan sonra sərdi olduğum bazarda işçilərin sayını soruşdu. Aramızda sözləşmə oldu. Bu söhbətdən sonra Aslan mənim ”Ana Şəmkir" adlı restoranımın yandırılmasını sifariş verdi".

E.Həsənlinin bildirdiyinə görə, A.Aslanovun sifarişini Almaz adlı qadın və onun həyat yoldaşı Tofiq icra edib: “Almazla Tofiq restoranı icarəyə götürmüşdülər. Lakin işlədə bilməmişdilər. Sonradan Tofiqin qardaşı da oranı icarəyə götürdü və o da işlədə bilmədi. Bunun üstündə aralarında dava da düşmüşdü. Restoranım icra hakimiyyətinin 200 metrliyində idi. Oranı Aslan o adamlara yandırtdı. Gecə saat 3-də Almaz zəng elədi ki, restoran yanır. Mən başa düşdüm ki, bunu etdirən Aslandır. Ora səhər 8-də getdim. Gördüm ki, hələ də ”pojarnı" getməyib. “Pojarnı”ya Aslan göstəriş vermişdi ki, gəlməsinlər. Sonra bildim ki, camaat gedib “pojarnı”ya restoranın yandığını deyib, amma gəlməyiblər. 28 gün sonra Aslan Aslanov ora gəldi. Yanında da 30-40 nəfər adam vardı. Dayanıb baxırdılar. Elə bil şəkil çəkdirməyə gəlmişdilər. Yanındakılar dedilər ki, guya restoran qısaqapanmadan yanıb. Soruşdum ki, restoran binasının ətrafındakı “besedka”lar da qısaqapanmadan yanıb? Cavab verə bilmədilər. Restoranımı yandırdığına görə sonradan Tofiqi kolxoza sədr müavini qoydurdu, ona maşın verdi. İllər sonra Tofiq mənə etiraf etdi ki, restoranı Aslanın göstərişi ilə onlar yandırdıblar".

Söhbətə Heydər Əliyevdən Qorbaçova şikayət yazmaqlarından başladı

E.Həsənli danışır ki, sonradan A.Aslanov restoranının təmiri üçün təşəbbüs göstərib: “Səhv etdiyini başa düşmüşdü. Araya hörmətli adamları salmışdı ki, restoranı təmir etdirsin. Razı olmadım. Özünə də dedim ki, atamı 10 yaşımda itirmişəm. Həmin vaxtdan özüm-özümü dolandırmışam, pul qazanıb restoran tikdirmişəm. Atasız idim, amma məktəbdə yetim uşaqlara verilən geyimi almırdım. Pul qazanıb geyimi özüm alırdım. Özünə dedim ki, düşünürsən ki, sənin pulunu götürərəm? Sən Aslanı Şəmkir tanıyır. Amma onun atası öləndə getmişəm, nə lazım olub eləmişəm”.

A.Aslanov 1 il sonra yenidən E.Həsənliyə zəng vurub: “Dedi gəl söhbət edək. Getdim. Söhbətə Heydər Əliyevdən Qorbaçova şikayət yazmaqlarından başladı. Təklif etdi ki, Liberal Partiyasının rayon təşkilatının sədri olum. Razı olmadım. Özünə də dedim ki, YAP-ın Şəmkir təşkilatının yaranmasını nazir Samur Novruzov məndən xahiş edib. Mən də adamlara kömək etmişdim, yaratmışdılar. Özünə də dedim ki, bilsəydim buna görə çağırmısan, gəlməzdim. 1998-də özəlləşmə aparıldı və mən bazarı özəlləşdirdim. Aslan mənim bazarımın böyük bir hissəsini alıb işçim Yaşar Cəfərova verdi. Adını da ”Həbibli" firması qoyub bu gün də işlədirlər. Məni həbs elətdirəndən sonra bazarımı xarabaya çevirdi. Qapısını bağladıb ora kimsəni qoymadı. Bu gün öz bazarlarından zibili daşıyıb bazarımın ərazisinə tökürlər".

General Fikrət Məmmədovu öldürdülər

E.Həsənli Aslan Aslanovla Səfər Əbiyevin münasibətlərindən də danışıb: “Səfər Əbiyev Qaxazda batalyon komandiri idi. Mən hərbi hissələrə yardım edirdim deyə, komandirlərlə tanış idim. Səfər Əbiyev Azərbaycan dilində danışmırdı deyə ondan xoşum gəlmirdi. Səfərlə Aslan o dövrdə tanış olublar. Sonradan Aslanın öldürülən oğlu Ruslanın kirvəsi də Səfər Əbiyev olmuşdu. Səfər Əbiyev müdafiə naziri təyin olunandan sonra həmin korpus Şəmkirə köçdü. General Fikrət Məmmədov da həmin korpusun komandiri oldu. Həmin vaxt hərbi hissəni təmir etdirdim. Fikrət Məmmədov milli adam idi, onunla yaxşı münasibətim yaranmışdı. Ümumiyyətlə mənim bir amalım vardı - qazancımın 50 faizindən artığını xeyriyyəçiliyə sərf edirdim.

Fikrət Məmmədov da xalqını sevən insan idi. Onun sənədləri hazırlanmışdı və nazir təyin olunacağı xəbəri vardı. Aslan Aslanov bunu bilirdi və ona qarşı idi. 2004-cü ildə Aslan Aslanov məni həbs etdirməzdən 3-4 ay əvvəl Səfər Əbiyev Fikrət Məmmədovu Gədəbəyə sərhədə göndərdi. Ora gedəndə yolda onu qəzaya saldılar. Bu işi Aslan təşkil etdirmişdi. Fikrət Məmmədov qəzada ölməmişdi. Onu maşından çıxarıb başının arxasına çəkiclə vurmuşdular. Bunu mən ”Hürriyyət" qəzetinə müsahibəmdə demişdim.

Bundan sonra Aslan Aslanov məhkəməyə müraciət edib məni ona böhtan atdığımı iddia etdi. Məhkəmədə tələb etdim ki, generalın meyiti ekshumasiya olunsun və başının arxa hissəsindəki xəsarətlərin hansı şəraitdə alması araşdırılsın. Məhkəmə vəsatəti təmin etmədi. Məhkəmədə məni Aslanın vəkili təhqir etdi, cavabını verdim. Elə oradaca məhkəmə məni 3 sutka həbs verdi və Bayıla göndərdilər. Halbuki, məni müvəqqəti saxlama yerinə aparmalı idilər. Bayılda dedilər ki, səni zakazla həbs ediblər. Orada Adil adlı nəzarətçi vardı. Şəmkirli idi. Aslanın adamı olduğunu çox sonralar bildim.

(Ardı var)
“Yeni Müsavat”


Aslan Aslanov haqqında daha bir “Lamiyə işi”...
Aslan Aslanov haqqında daha bir “Lamiyə işi”...
Aslan Aslanov haqqında daha bir “Lamiyə işi”...
Aslan Aslanov haqqında daha bir “Lamiyə işi”...
Aslan Aslanov haqqında daha bir “Lamiyə işi”...
Aslan Aslanov haqqında daha bir “Lamiyə işi”...
Aslan Aslanov haqqında daha bir “Lamiyə işi”...
Aslan Aslanov haqqında daha bir “Lamiyə işi”...
Aslan Aslanov haqqında daha bir “Lamiyə işi”...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Bu gün, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Bu gün, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Bu gün, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Bu gün, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Bu gün, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Bu gün, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Bu gün, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Bu gün, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Bu gün, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Bu gün, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Bu gün, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Bu gün, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Bu gün, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Bu gün, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Bu gün, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Bu gün, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Bu gün, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Bu gün, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Bu gün, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Bu gün, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Bu gün, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Bu gün, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Bu gün, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Bu gün, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru