Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                 

Müxalifət xarici səfirliklərə “donos” ötürür - İDDİA
Tarix: 28-02-2015, 16:50 | Çap et
Müxalifət xarici səfirliklərə “donos” ötürür
Məlum olduğu kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, “Region” Beynəlxalq Analitik Mərkəzinin rəhbəri Razi Nurullayev partiyadan istefa verib. Keçirdiyi mətbuat konfransında o, AXCP sədri Əli Kərimlinin onu aşağılamasına etiraz əlaməti olaraq belə bir addım atdığını söyləyib. Qeyd edib ki, istefa verməzdən əvvəl AXCP sədri ilə onun evində görüşüb və bu barədə müzakirə aparıblar. Söhbət əsnasında Ə.Kərimli deyib ki, ABŞ və Böyük Britaniya səfirlikləri vasitəsilə müavininin hakimiyyətə işləməsi barədə məlumatlar əldə edib. AXCP sədri adıçəkilən səfirliklərin 3-4 ildir belə məlumatları topladıqlarını və yazılı şəkildə ona ötürdüklərini söyləyib. Düzdür, R.Nurullayev bütün bunları inkar edib, keçmiş sədrinə xəyanət etmədiyini bildirib, sadəcə, müstəqil fikirli, potensiallı siyasətçi olduğu üçün AXCP-də vurulduğunu deyib. Amma bununla belə, deyilənlər müxalifət partiyaları barədə bəzi ehtimallar yaradır. Birincisi, elə anlaşılır ki, Ə.Kərimli ABŞ və Böyük Britaniyanın ölkəmizdəki səfirliklərinin əlaltısıdır və burada yalnız onların maraqlarını güdür. Ona görə də həmin səfirliklər öz adamlarının ətrafını “qeyri-sağlam” qüvvələrdən təmizləyirlər. Belə münasibəti həmin səfirliklərlə hər hansı formada əlaqəsi olan digər müxalifət partiyalarına da şamil etmək olar. Digər ehtimal ondan ibarətdir ki, Ə.Kərimli ətrafındakı adamları belə bir vasitə ilə şantaj edir, qorxudur, kiminsə özündən irəli çıxmasının qarşısını alır. Əgər AXCP sədrinin keçmiş müşaviri Zərifə Məhəddinovaya qarşı vaxtilə “porno-kaset” şantajının olduğunu nəzərə alsaq, Ə.Kərimli üçün bu kimi vasitələrin bir ənənə halını aldığını da düşünmək olar.
Söylənilən versiyaların nə dərəcədə əsaslı olub-olmadığını öyrənmək üçün partiya sədrlərinin münasibətini öyrəndik.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev ABŞ və Böyük Britaniya kimi ciddi dövlətlərin Bakıdakı nümayəndələrinin Azərbaycanda siyasi müxalifətlə qeyd edilən səviyyədə yazışmalar həyata keçirməsini qeyri-real sayır. O bildirib ki, Azərbaycanda siyasi liderlərin ətrafını inandırmaq, yaxud yanlış yola istiqamətləndirmək üçün bu kimi məlumatlardan, belə taktikadan istifadə edirlər. Partiya sədri hesab edir ki, həmin dövlətlər Azərbaycanda müxalifətlə o tərzdə, o dərinlikdə əməkdaşlıq etməzlər: “Lakin mən başqa məlumatlar bilirəm ki, Azərbaycan müxalifətinin bəzi nümayəndələri özləri təşəbbüs göstərir, müxalifətçi yoldaşlarını çirkaba bulaşdırmaq, yaxud da adıçəkilən səfirliklərə xoş gəlmək üçün bərabər addımladıqları adamlar barədə “donos” ötürürlər. Onlar müxalifət formatının formalaşdırılması, bu barədə protokolun tərtibatı zamanı potensial rəqiblərini beynəlxalq dəstəkdən məhrum etmək üçün belə üsullardan istifadə edirlər. Fikrimcə, bütün hallarda belə çirkli üsullar ziyanlıdır. Nəzəri baxımdan o da mümkündür ki, böyük dövlətlər hökumətlərə, proseslərə təsir etmək üçün hansısa qüvvələrin davranışından, addımlarından yararlanmağa çalışırlar. Oturuşmuş dövlətlərin əksəriyyəti bu cür praktikadan tez-tez istifadə edirlər. Amma səfirliyin yazılı formada müxalifətə nə isə ötürməsinə inanmıram. Amma liderlər bəzən səfirliklərlə əməkdaşlığını mətbuatda qabartmaqla, cəmiyyətə və tərəfdarlarına ciddi dövlətlərin marağında olması barədə mesaj vermək məqsədi də güdə bilər”.

Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimli isə mövzu ilə bağlı münasibətini açıqlayarkən, Azərbaycan müxalifətinin deqradasiyaya uğradığını, bu səbəbdən də böyük əsəbilik keçirdiyini diqqətə çatdırıb. O, müxalifətin sosial bazasının itirildiyini, keçmiş günlərin nostalji hisslərinə büründüklərini vurğulayıb. Partiya sədrinin fikrincə, müxalifət hər cür vasitələrə əl atır ki, keçmişi qaytarsın: “Bunun özü müxalifət üçün bir əsəbilikdir. Digər tərəfdən, vaxtilə radikal müxalifəti müdafiə edən xarici ölkə səfirlikləri də əsəbilik keçirməkdədirlər. Onlar müdafiə elədikləri şəxslərin Azərbaycan cəmiyyətində gözdən düşməsi ilə barışa bilmirlər. Bu səbəbdən həm müxalifətdə, həm də bəzi xarici səfirliklərdə bir cığallıq müşahidə olunmaqdadır. Bu, müxalifət partiyalarında hansısa aşınma ilə nəticələnir, daha çox avtoritarizmə yuvarlanırlar. Partiya sədri özündən başqa heç kimin fikirlərini qəbul etmir, istədiyi partiya üzvünü müstəqil düşüncəsinə görə cəzalandırır, tənqidə dözümsüzlük nümayiş etdirir, repressiyalara üstünlük verir və sair. Bununla yanaşı, həmin partiya liderləri öz fikirlərini sosial şəbəkədə, mediada ictimailəşdirmək üçün xarici dəstəyə də ehtiyac duyurlar. Dəfələrlə müşahidə etmişik ki, xarici ölkə səfirləri müxalifət partiyalarını görüşə dəvət edib, onlarla məxfi, mətbuata qapalı görüşlər keçirib, təlimatlandırıblar. İndi bu görüşlər sıx-sıx olmasa da, həmin partiyaların xarici səfirliklər vasitəsilə təlimatlandırılması indi də davam etməkdədir. Heç şübhə etmirəm ki, ABŞ və Böyük Britaniya səfirlikləri öz kəşfiyyatları vasitəsilə əldə etdikləri bəzi məlumatları Azərbaycandakı müxalifət partiyalarına da ötürürlər. Bununla onları öz maraqlarının müdafiəçisinə çevirir, verdikləri təlimatdan kənara çıxmağa qoymurlar. Ona görə də AXCP-nin keçmiş sədr müavini Razi Nurullayevin söylədiklərini təsdiq etmək üçün sübutu olmasa belə, bu, hər kəsə aydın mənzərədir. Azərbaycandakı bütün səfirliklər ölkədə gedən prosesləri yaxından izləyirlər. Amma onlar arasından bəziləri əldə etdikləri məlumatları təsir altına saldıqları müxalifət partiyalarına da ötürür, onları təlimatlandırır, bir növ səfərbər edirlər”.
\\ kaspi.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Bu gün, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Bu gün, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Bu gün, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Bu gün, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Bu gün, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Bu gün, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Bu gün, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Bu gün, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Bu gün, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Bu gün, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Bu gün, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Bu gün, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Bu gün, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Bu gün, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Bu gün, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Bu gün, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Bu gün, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Bu gün, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Bu gün, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Bu gün, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Bu gün, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Bu gün, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Bu gün, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Bu gün, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru